BƏNZƏMƏK

f.
1. Oxşamaq.
Yanaq üzrə saçın tovuza bənzər. Nəsimi.
Daşə bənzər bağrı, təsir eyləməz əfqan ona. Füzuli.
Fələk rənginə bənzər bu bənövşə. X.Natəvan.
İllərin yarpaq kimi bir-birinə bənzəyən müxtəlif günləri var. R.Rza.

2. Tay olmaq, tənləşmək, bərabər olmaq, uyğunlaşmaq. Sən heç bir vaxt ona bənzəməzsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏNZƏMƏK bənzəmək bax oxşamaq I
  • BƏNZƏMƏK tənləşmək — uyğunlaşmaq
  • BƏNZƏMƏK oxşamaq

Etimologiya

  • BƏNZƏMƏK Sözün əsli bəniz kəlməsi ilə bağlıdır, yaş-a-maq qəlibi üzrə bəniz-ə-mək feili əmələ gəlib, sonra i saiti reduksiya olunub
BƏNZƏMƏ
BƏNZƏR

Digər lüğətlərdə