Bağırbeyin

Mürəkkəb quruluşa malik bu xörək adı “bağır” və “beyin” leksik vahidləri əsasında yaranmışdır. “Bağırbeyin” xörək adının birinci komponentində işlənən “bağır” sözünün dialekt və şivələrdə 2 mənası vardır: 1) qaraciyər: -Qoyun bağırsağınnan bir yaxşı kavaf yeyirik (Qazax) ; 2) ürək, qəlb: - Səni bir gün görməsəm, bağrım çattar. (1, 48) Bu xörək növü əsasən Gəncədə hazırlanır Gəncə şivəsində qaraciyərlə quyruqdan və ya quzu beynindən bişirilən “bağırbeyin” plovun xuruşu mənasında işlənir: Aş bağırbeyinsiz ləzzət verməz (1, 48) Bu qədim söz ədəbi dildə “sinə, köks” anlamı bildirir: bağrına basmaq-( sinəsinə, köksünə basmaq).“Bağır” sözü M.Kaşğaridə, qədim türk sözlüklərində, “Əsrarnamə”də və digər yazılı abidələrin dilində “köks; sinə; ciyər; ağciyər; qaraciyər” mənalarında da qeydə alınmışdır. Klassik ədəbi nümunələrin dilində də “bağır” sözü, əsasən, “ürək” mənasında çox işlənmişdir. Məs: Bağırqaranın qarıldı bağrı (Xətai); Hicri bağrın qan edən gülbərgü xəndanın hanı?(Füzuli) “Bağır” sözü bəzi şivələrdə, hətta “öd” mənasında da işlənir. Məs: Bağrım yarıldı. (Bakı) (5, 15) M.Ə. Sabirin dilində “bağır” sözü həm “öd”, həm də “ürək” mənasında müşahidə olunur: Vay, vay, ay aman, yarıldı bağrım, bir nazik ipə sarıldı bağrım. (5, 105) Bir sıra türk dillərində bağır sözü bavır, baur formalarında işlənərək “qara ciyər” mənasını ifadə edir. Qaraqalpaq baqır şəklində “ürək və döş” mənasını bildirir. Türk dilində bağır şəklində “döş” mənasını ifadə edir. Özbək dilində “ürək və döş” mənasında “bağır” şəklində işlənir. (25, 230) “Bağır” sözü şumer dilində “ba” formasında, “bağır qara ciyər” mənasında işlənmişdir.(32, 34)
Badımcan turşusu
Baqqama

Digər lüğətlərdə