Azərbaycanda bağ incəsənəti
Azərbaycan bağları və ya bağçaları — Azərbaycanda tarixi inkişaf yolu keçmiş, müxtəlif tərtibat və elementlərin istifadə olunduğu bağlar. Azərbaycanda bağ həm istirahət üçün istifadə edilir, həm də mədəniyyətdə vacib yer tutur.
Azərbaycan şəhər yaşıllığının tarixi konsepti Orta Şərq və Qafqazda mövcud olmuş orta əsrlər bağ mədəniyyətinə gedib çıxır. Buna gülləri olan balaca parklar və meyvə bağları daxildir. Qədim Bakıda yaşıl bağlar daha çox şəxsi məqsədlər üçün salınmışdır. Bəzi ağaclar isə məscid və bazar kimi ictimai yerləri əhatə etmək üçün salınmışdır. Əsas məqsəd isti şəhərdə kölgə yeri yaratmaq və Xəzər küləklərindən qorunmaq idi. Cənubi Qafqaz şəhərlərində yaşıllıqları təşkil etmək üçün çinar ağacı vacib rol oynayırdı. Digər bir rast gəlinən xüsusiyyət isə meyvə bağı kimi təşkil edilən yaşıllıqlar idi. Bu meyvə bağları məhrəm ərazilər idi və çöldən görünmürdü.