İki nəfərin bir çarpayıda başları bir –birinin əksinə qoyulmuş halda uzanması başayaq uzanma adlanır. Hər ikisinin başı bir istiqamətdə olduqda tarixən ayaqdaş sözündən istifadə olunub. Deməli, buradakı başayaq kəlməsinin “kəllə -paça” (xaş) anlamı ilə heç bir əlaqəsi yoxdur, söhbət başla ayağın istiqamətindən gedir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)