Çox uzaq körpü (film, 1977)
Çox uzaq körpü (ing. A Bridge Too Far) — 1977-ci ildə İkinci Dünya müharibəsi zamanı Müttəfiqlərin uğursuz Hollandiya əməliyyatını təsvir edən ABŞ və Birləşmiş Krallıq epik müharibə filmi. Tarixçi Kornelius Rayanın eyniadlı qeyri-bədii kitabı əsasında çəkilən filmin rejissoru Riçard Attenboro və ssenaristi Vilyam Qoldmandır. Rollarda Dirk Boqard, Ceyms Kaan, Maykl Keyn, Şon Konneri, Edvard Foks, Elliott Quld, Cin Hekman, Entoni Hopkins, Hardi Krüger, Lourens Olivye, Rayan O'Nil, Robert Redford, Maksimilian Şell və Liv Ulmann.
Prodüserliyi Riçard və Cozef Levin tərəfindən müstəqil olaraq edilən film "Ən uzun gün"dən (1962) sonra Rayanın kitabı əsasında ekrana uyğunlaşdırılan ikinci film idi. Bu, "Bu, onların şöhrətidir" (1946) filmindən sonra İkinci Dünya müharibəsində uğursuzluğa düçar olmuş Hollandiya əməliyyatının hadisələri əsasında çəkilən ikinci film idi. Film Niderlandda çəkilmişdir.
Goldman, William, William Goldman's Story of a Bridge Too Far, Coronet Books, 1977, ISBN 978-0-340-22340-6 [NB: Book has no page numbers]
Çox uzaq körpü — IMDb səhifəsi
Çox uzaq körpü Box Office Mojo-da
Çox uzaq körpü AllMovie saytında
Çox uzaq körpü TCM Movie Database saytında
Çox uzaq körpü Amerika Film İnstitut kataloqunda
"A Bridge Too Far". at British Cinema Greats. 2008-03-29 tarixində arxivləşdirilib.