Mirzə Bəybaba Fəna
Mirzə Bəybaba Fəna (1787, Şuşa – 1867, Şuşa) — şair, Fatma xanım Kəminənin atası.
Mirzə Bəybaba bəy Mirzə Əliyar bəy oğlu 1787-ci ildə Şuşa şəhərində dünyaya pənah gətirmişdi. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Böyük xanın yanında katib işləyirdi.
Mirzə Bəybaba gözəl xəttat idi. Şuşa şairlərinin cüngünü tərtib etmişdi. Bir neçə kitabın üzünü köçürmüşdü.
Mirzə Bəybaba bəy Cahan xanımla ailə qurmuşdu. Mehdi bəy, Yəhya bəy adlı oğulları, Fatma xanım adlı qızı vardı.