balıqartırma

balıqartırma
balıq
balıqbaş
OBASTAN VİKİ
Xıllı nərə balıqartırma zavodu
Xıllı nərə balıqartırma zavodu — Neftçala rayonun eyniadlı qəsəbəsində yerləşir. Zavod 2003-cü ildə Dünya bankının ayırdığı güzəştli kreditlə təxirəsalınmaz ekoloji layihələr çərçivəsində inşa edilib. Xıllı balıqartırma zavodunun illik gücü 15 milyona yaxındır. Xəzər dənizində bioloji ehtiyatların idarə olunması məqsədi ilə 2003-cü ildə istifadəyə verilən müəssisə 2017-ci ilədək ümumilikdə 68 miliyon 325 min körpə nərə cinsli balıq böyüdülərək Xəzər dənizinə buraxıb. Zavod 3 isehsal sexindən ibarətdir və onlardan ən böyüyü dairəvi hovuzlar sexidir. Yaz aylarında nərə balıqlarının süfrəsi məhz müəyyən dövrə qədər burada yetişdirilir. Hər bir hovuzda balıqların növündən asılı olaraq 20 minədək körpə balıq saxlanılır. Artıq yay fəslində müəyyən yetişkənlik dövrünə çatdıqdan sonra nərə balıq cinsləri Kür çayının Xəzər dənizinə yaxın hissəsində suya buraxılır. Hazırda zovodda mənbə rolunu oynayan təmir-törədici fondda çəkisi 3 kq-dan 50 kq-a çatan kifayət qədər nəsilartıran nərə balığı yetişdirilir. Zavodun əsas təyinat istiqaməti nərə cinsli balıqların süni şəkildə artırılmasını həyata keçirməkdir.

Digər lüğətlərdə