Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İranşah
Bəhaəddin İranşah — Səlcuq şahzadəsi, Kirman hakimi. == Həyatı == 1097-ci ildə atası Turanşahın balta yarasından ölməsi nəticəsində hakimiyyətə gəlmişdi. Atasından fərqli olaraq İsmaililərə meylli olmuş, 5 il hakimiyyətdən sonra xalq üsyanı nəticəsində öldürülmüşdür.
Miranşah
Cəlaləddin Sultan Miranşah mirzə (1366 – 21 aprel 1408, Təbriz) — Teymurlu sultanı. == Həyatı == Cəlaləddin Miranşah bir az da dağıdıcı xasiyyətinə görə tarixin yadında qalıb. 1396-cı ildə Sultaniyyə şəhəri Əmir Teymurun oğlu Miranşah tərəfindən viran qoyulmuşdur. == Miranşah və Nəimi == Nəimi, Şəhabəddin Fəzlullah Təbrizi Astabadi (təqribən 1339–40-1402-ci illər) — mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində və "Divan"ında şərh etmişdir. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə")-Hürufilər Allahın Fəzlullahda təcəssüm etdiyinə, onun Allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurlular Nəimini Əlincə qalasına qədər təqib etmiş, Əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir. Əmir Teymurun oğlu Miranşah mirzə Fəzlullah Nəimini Əlincə qalası yaxınlığında öldürtdürəndən sonra hürufilərə qarşı ardıcıl təqiblər həyata keçirilib, ələ keçənlər amansızcasına qətl ediliblər. Sağ qalan Nürufilər təğyiri-libas olaraq müxtəlif Şərq ölkələrinə üz tutublar, əqidələrini yayıblar".
Irania
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Miranşah piri
Miranşah piri — Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qaraqala kəndindənndən şərqdə, hündür təpənin ətəyində yerləşən ziyarətgah. == Tarixi == Pir vaxtilə qayanın təbii oyuğunda olmuş və daş inancı ilə bağlı olmuşdur. Pirin içərisi düzgün olmayan dördbucaqlı formaya malikdir. Onun içərisində müsəlman adəti ilə dəfn aparılmış iki qəbir vardır. Baş daşlarında yazı yoxdur. Hazırda pir bərpa olunmuş və onun üzərində müsəlman məscidlərinə bənzəyən monumental abidə tikilmişdir. Pirin içərisi sütunlu olub, əsasən, iki hissəyə bölünmüşdür. Pirin silindrik formalı iki minarəsi və günbəzi aypara təsvirləri ilə tamamlanmışdır. Pirin fasadında iki qapısı və üç pəncərəsi vardır. Onlar varımdai- rəvi tağlarla tamamlanmışdır.
Irania gutturalis
Adi ağboğaz bülbül (lat. Irania gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin ağboğaz bülbül cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Boyu və hərəkətləri ilə bülbülü xatırladır. Üst tərəfi göy rəngə çalan boz, quyruğu, yanaqları qara, qaşı və boyunu ağdır. Qaramtıl-qəhvəyi rəngdə olan dişinin quyruğu tünd qəhvəyi, gövdə yanları narıncı, boğazı ağımtıl, boğazı əhatə edən başın yanı və sinəsi çirkli bozdur. Erkəyin üst tərəfi mavi boz olub, qara quyruğu və qırmızı sinəsi ilə seçilir. Dişisi erkəyə nisbətən sadədir. Daha qəhvəyi və boz yanaqlıdır. Alt tərəfində yalnız yanı qırmızıdır və qara quyruğu ilə dərhal seçilir.
Novruz İranda
İran süfrəsində fərqli bir səməni olur. Onlar səmənini ən çox mərcidən göyərdirlər. Səməni buğdadan da olur. Amma mərci səmənisi cücərtmək daha rahat olduğu üçün səmənini mərcidən düzəldirlər. İran süfrəsində şəkil də olur – məsələn, İrandakı zərdüştilər öz Novruz süfrələrinə Zərdüşt peyğəmbərin müasir rəssamların təxəyyülünün məhsulu olan portretini qoyurlar. Amma İran əhalisinin çoxu müsəlmandır, onların süfrəsində Qurani-Kərim olur, bəziləri isə həm də İran şairi Hafizin divanını süfrəyə qoyurlar. İran süfrəsində də “s” hərfi ilə başlayan 7 nemət olmalıdır.
İranda Bəhailik
İranda Bəhailik və ya İranda bəhai dini azlığı — İran İslam Respublikasında İslamdan sonra Bəhailik ən çox ardıcı olan ikinci din hesab olunur. İran, Bəhai dinin əsas fiqurlarından olan Bab, Bəhaullah və Əbdül-Bəha Abbasın doğum yeridir. Dəqiq sayları məlum olmasa da, İranda hal-hazırda 350 min civarında bəhai inancına mənsub şəxsin yaşadığı təxmin olunur. Bəhailik inancı İranda rəsmi şəkildə qadağan olunmuş və 1979-cu il İran İslam İnqilabından sonra sistematik şəkildə zülm görən bir inanc olaraq qalmaqdadır. 1979-cu ildə İranda yaşayan bəhailərin həbs olunması, onlara məxsus əmkakların yandırılması, bəhai mərkəzlərinin dağıdılması kompaniyası aparılmışdır. Dövlətə bağlı din xadimləri tərəfindən insanlara Şiə vəhhabiliyi və ya ciddi təhlükə olaraq qəbul etdirilməyə çalışan bəhailərin vəziyyəti bu gündə İranda ağır olmaqda qalmaqdadır. 1979-cu ildən bu günə qədər ölkədə 200-dən çox şəxs öz inancına görə əvvəlcə həbs olunmuş, daha sonra isə öldürülmüşdür. Şiraz şəhərində yerləşən bəhai qəbirsanlıqlarının dağıdılması və ölkə üzrə bəhailərinin toplaşdığı mərkəzlərə silahlı basqınların edilməsi baş verən təziqlər arasında göstərilə bilər. 1983-cü ildə Muna Mahmudnizad və onunla birlikdə olan doqquz digər qadının sırf dini inancları səbəbindən edam edilməsi Şimali Amerika və Avropada böyük rezonansa səbəb olmuşdur. Bəhai dinin İrandakı vəziyyəti səbəbindən, dinin əsas şərtlərindən biri olan zəvvarlıq ziyarətləri tam olaraq icra olunmur.
İranda təhsil
İranda təhsil — İran İslam Respublikasında təhsil. == Tarixi == İran İslam İnqilabından (1979) bir müddət sonra Xomeyni, iqtidara gələr gəlməz Şah zamanındakı təhsil sistemini dəyişdirməyə çalışmışdır. İslahatlar əvvəlcə ibtidai məktəbə başlama yaşını 7-dən 6-a salmışdır. Daha sonra məktəblərdəki dərs kitablarını dəyişdirərək İslam inancına söykənən mövzulara yer verilmişdir. İslam dininin əxlaqı, ictimai quruluşu və ənənəsi ilə uyğun gəlməyən və ziddiyyət təşkil edən bütün mövzuları təhsil sistemindən çıxarılmışdır. Xomeyni, İranın təhsil sistemindəki dəyişikliyi etdikdən sonra yeni sistemlə əlaqədar dini mövzularda dərs deməkdən pedaqoqların hazırlanması üçün hərəkətə keçmişdir. Bu müddətdə Darvinin "Təkamül Nəzəriyyəsi" kimi Qərb qaynaqlı nəzəriyyələri tədris planlardan qaldırıb, yerinə İslam dinini təməl alan tədris planı hazırlanmasını təmin etmişdir. Xomeyni bunu reallaşdıra bilmək üçün 1980-ci ilin aprel ayında "Mədəni İnqilab Şurası"-nı meydana gətirmişdir. Bu şuranın təməl vəzifəsi, bütün təhsil proqramı və təhsillə əlaqədar problemləri araşdırmaq, İslam əsaslarına söykənən təhsil siyasəti və strategiyalarını meydana gətirmək, təhsilin bütün budaqlarını İran cəmiyyətinin istəyi və ehtiyacına görə hazırlamaq və inqilaba sadiq pedaqoqlar yetişdirməkdir. İran təhsili universitetdən əvvəl dörd mərhələdə icra edilməkdədir.
İranda rabitə
== Telekommunikasiya == İkinci dünya müharibəsinədək İran ancaq neft hasil olunan, geridə qalmış aqrar ölkə idi. Yalnız nəqliyyat və rabitə, bank işi və sənaye sahələri dövlət nəzarəti altında idi. İran müharibədən sonra aqrar-sənaye ölkəsinə çevrildi. İranda ilk telekommunikasiya vasitələri (teleqraf, radio) Rusiya və Britaniyanın konsessiyası sayəsində XIX əsrin sonlarında meydana gəldi. Burada 1890-ci ildə Maşindoudi və Şəhr, sonra isə Karmaniu mahalı ilə İranın Müdafiə Nazirliyi, bir az sonra isə Sultan Abad mahalı və şah sarayı arasında telefon rabitəsi qurulmuşdur. İranda ilk telekommunikasiya kompaniyası "Siemens" oldu. Bu kompaniya İranda öz fəaliyyətinə 1926-cı ildə başladı və o zaman yeni xəttə 2000 abunəçi birləşdirilmişdi. Ölkəni ixtisaslaşmış kadr və layihələrlə təmin edən xüsusi telekommunikasiya elmi institutunun təşkili nəticəsində 1970-ci ildə telekommunikasiyanın inkişafında sıçrayış baş verdi. O gündən etibarən İranda elektron sistemli sənaye inkişaf etməyə başladı. 1978–1984-cü illərdə 1363 kənd məntəqəsi (aul), 101 şəhər arasında telefon rabitəsi yaradılmış və 4083 ümumqoşulma taksofonları quraşdırılmışdır.
Sultan Miranşah mirzə
Cəlaləddin Sultan Miranşah mirzə (1366 – 21 aprel 1408, Təbriz) — Teymurlu sultanı. == Həyatı == Cəlaləddin Miranşah bir az da dağıdıcı xasiyyətinə görə tarixin yadında qalıb. 1396-cı ildə Sultaniyyə şəhəri Əmir Teymurun oğlu Miranşah tərəfindən viran qoyulmuşdur. == Miranşah və Nəimi == Nəimi, Şəhabəddin Fəzlullah Təbrizi Astabadi (təqribən 1339–40-1402-ci illər) — mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində və "Divan"ında şərh etmişdir. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə")-Hürufilər Allahın Fəzlullahda təcəssüm etdiyinə, onun Allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurlular Nəimini Əlincə qalasına qədər təqib etmiş, Əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir. Əmir Teymurun oğlu Miranşah mirzə Fəzlullah Nəimini Əlincə qalası yaxınlığında öldürtdürəndən sonra hürufilərə qarşı ardıcıl təqiblər həyata keçirilib, ələ keçənlər amansızcasına qətl ediliblər. Sağ qalan Nürufilər təğyiri-libas olaraq müxtəlif Şərq ölkələrinə üz tutublar, əqidələrini yayıblar".
İrana Tağızadə
İranə Tofiq qızı Tağızadə (7 may 1957, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru. == Həyatı == İranə Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1976–1981-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb. === Vəfatı === 9 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. 10 aprel 2023-cü ildə Ümumşəhər qəbiristanlığında dəfn olunmuşdur. === Ailəsi === Tofiq Tağızadənin qızıdır. Firdovsi Atakişiyevin həyat yoldaşıdır. == Fəaliyyəti == === Quruluş verdiyi tamaşalar === Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında F. Dostoyevskinin "Karamazov qardaşları", U. Şekspirin "On ikinci gecə", T. Uilyamsın "Arzu tramvayı", Elçinin "Artistin taleyi", "Teleskop, ya yuxuda və reallıqda uçuşlar", M. Kamolettinin "Ah, bu Anna", A. Puşkinin "Çar Soltanın nağılı", R. Şartın "Mənim arvadımın adı Morisdir" və s. bu kimi tamaşalara quruluş verib.
Novruz bayramı İranda
İran süfrəsində fərqli bir səməni olur. Onlar səmənini ən çox mərcidən göyərdirlər. Səməni buğdadan da olur. Amma mərci səmənisi cücərtmək daha rahat olduğu üçün səmənini mərcidən düzəldirlər. İran süfrəsində şəkil də olur – məsələn, İrandakı zərdüştilər öz Novruz süfrələrinə Zərdüşt peyğəmbərin müasir rəssamların təxəyyülünün məhsulu olan portretini qoyurlar. Amma İran əhalisinin çoxu müsəlmandır, onların süfrəsində Qurani-Kərim olur, bəziləri isə həm də İran şairi Hafizin divanını süfrəyə qoyurlar. İran süfrəsində də “s” hərfi ilə başlayan 7 nemət olmalıdır.
İranda Novruz bayramı
İran süfrəsində fərqli bir səməni olur. Onlar səmənini ən çox mərcidən göyərdirlər. Səməni buğdadan da olur. Amma mərci səmənisi cücərtmək daha rahat olduğu üçün səmənini mərcidən düzəldirlər. İran süfrəsində şəkil də olur – məsələn, İrandakı zərdüştilər öz Novruz süfrələrinə Zərdüşt peyğəmbərin müasir rəssamların təxəyyülünün məhsulu olan portretini qoyurlar. Amma İran əhalisinin çoxu müsəlmandır, onların süfrəsində Qurani-Kərim olur, bəziləri isə həm də İran şairi Hafizin divanını süfrəyə qoyurlar. İran süfrəsində də “s” hərfi ilə başlayan 7 nemət olmalıdır.
İranda etirazlar (2022)
Məhsa Əmini etirazları və ya 2022 İran etiraz aksiyaları — İranda 16 sentyabr 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar və vətəndaş iğtişaşlarıdır. İddia olunur ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən həbs edilərkən Məhsa Əmininin hicabının altından bir az saç görünürmüş. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və 3 gün sonra xəstəxanada ölüb. Polis zabitləri onun başına zərbələr vurulduğunu və qadının maşınlardan birinə çırpılması barədə xəbərləri təkzib edirlər. Bəzi qadınlar cəsarətlə hicablarını cırıb yandırırlar. == Etirazlar == Etiraz aksiyaları Tehranda başlayıb, daha sonra Kürdüstan əyalətinin Saqqız, Sənəndəc, Divandərrə, Bənə və Bicar şəhərlərinə, daha sonra isə İranın digər bölgələrinə yayılıb. Həmədan, Kirmanşah, Məşhəd, Səbzevar, Qum, Amol, Babol, İsfahan, Kirman, Şiraz, Təbriz, Rəşt, Sarı, Kərəc, Çalus, Növşəhr, Tonekabon, Ərak şəhərlərində bu etirazlar ilk gündən sürətlə böyüyüb. 23 sentyabr 2022-ci il tarixinə ən azı əlli etirazçı öldürülüb. Etirazlara cavab olaraq, İran hökuməti etirazları yatırmaqla yanaşı, etirazçıların təşkilatlanma qabiliyyətini azaltmaq üçün Instagram və WhatsApp kimi proqramlara girişi və interneti məhdudlaşdırıb. Bunlar İranda 2019-cu il etirazlarından sonra internetin tamamilə bağlandığı ən sərt məhdudiyyətlər ola bilər.
İranda karikatura qalmaqalı
Cənubi Azərbaycanda 2006-cı il etirazları, Xordad hadisələri və ya Milli Qiyam Günü — İran hökumətinin hakimiyyəti altında yaşayan Azərbaycan türklərinin İran hökumətinin rəsmi mətbuat orqanında təhqir olunmalarına qarşı etirazları nəzərdə tutulur. == Arxaplan == İran İslam Respublikası Xəbər Agentliyinə aid olan İran qəzetinin 12 may 2006-cı il tarixli həftəlik cümə əlavəsinin uşaq və yeniyetmələrə aid bölməsində Həşəratların bizləri həşəratlaşdırmaması üçün nə edək ? başlıqlı karikatura yayımlandı. Karikaturanın əvvəlində olan ilk şəkildə bir oğlan guya həşərat (tarakan) dilində həşəratdən soruşur: soosoo soosking sisko sooski sooskung (susk sözü farscada həşərat deməkdir). Cavabında isə həşərat belə cavab verir: Nəmənə ? (nəmənə Cənubi Azərbaycanda nə anlamına gəlir). Oğlan həşəratın danışığından heç nə başa düşmür və karikatura belə davam edir: Bu məzmuna görə "həşəratlarla sözlü müzakirə", yəni birinci üsul mənasız hesab edilir və hekayənin davamında növbə "zorakılığı özündə ehtiva edən şirin üsullar qaçınılmaz olur" hissəsinə gəlir. Bu hekayəyə görə bu şirin üsullar bunlardır: == Etirazlar == Hekayədə açıq-aşkar formada sərgilənən Türklük əleyhinə münasibət İranda 10 milyonlarla yerli Azərbaycan türklərinin qəzəbinə səbəb oldu. Türklərin yaşadığı çox şəhər, qəsəbə və kəndlərdə günlərlə davam edən və geniş kütlələrin iştirak etdiyi etiraz mitinqləri təşkil edildi. Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində çox sayda ölən və yaralananlar oldu.
İranda kənd təsərrüfatı
Əkin sahələri İranın bütün ərazisinin 20%-ni təşkil edir . Bu torpaqların çoxu şimalda, Xəzər dənizinə daha yaxın , eləcə də şimal-qərbdə nisbətən yaş vadilərdədir. Düz, lakin quraq cənub əyalətlərindəki bəzi əkin sahələri suvarma sistemləri ilə təchiz edilmişdir. Ümumilikdə 7,5 milyon hektar torpaq suvarılır. Əhəmiyyətli kənd təsərrüfatı bitkiləri arasında buğda, arpa, düyü, paxlalılar, pambıq, şəkər çuğunduru , şəkər, qamışı, tütün, çay, qoz-fındıq, püstədir . Heyvandarlığın əsasını qoyun, keçi, dəvə, mal-qara yetişdirmək təşkil edir . Balıqçılıq sənayesi : Xəzər dənizinin mövcudluğuna görə zəngin balıq ehtiyatları (bax: İran Balıqçılıq Tədqiqat İnstitutu) ; qara kürü istehsalında əhəmiyyətli qlobal paydır.
İranda sel (2019)
2019-cu ildə İranda sel və daşqınlar — 2019-cu ilin mart-aprel aylarında yayılmış sel fəlakəti. İranın geniş sahələrinə və ən çox Gülüstan, Fars, Xuzistan, Luristan ostanlarına təsir edib.
İranda çovğun (1972)
İranda çovğun (fars. برف و بوران ۱۳۵۰ ایران‎) — 1972-ci ilin 3 fevral tarixindən 9 fevral tarixinə qədər davam etmiş şiddətli çovğun. İranın şimal-qərb, mərkəzi və cənubi ərazilərində baş vermiş çovğunlar nəticəsində azı 4 min nəfərə yaxın şəxs həlak olmuşdur. Öz həcminə və vurduğu ziyana görə çovğun Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Təbii fəlakət nəticəsində ən azı 200 kənd yer üzündən silinmişdir, bəzi yerlərdə qarın hündürlüyü 9 metrə qədər yüksəlib. Çovğun dörd illik quraqlıq mövsümündən sonra gəlmişdir. Təbii fəlakət nəticəsində İranda nə qədər insanın həlak olduğu məlum deyil. Qəfil yağan şiddətli qar nəticəsində onlarla dağ kəndinə gediş-gəliş kəsilmiş və nəticədə mühasirədə qalmış insanların bir çoxu soyuq havanın səbəb olduğu xəstəliklərdən və açlıqdan vəfat etmişdilər. Çovğun nəticəsində adətən isti hava şəratinə malik olan və mülayim qışları ilə tanınan İranın cənub hissəsinə belə 8 metr hündürlüyündə qar yağmışdır. İttilaət qəzeti tərəfindən 2010-cu ildə hazırlanmış yeni araşdırma xarakterli hesabatlara görə ən çox insan itkisi Fars ostanının şəhərlərindən və Sipidan şəhristanının mərkəzi olan Ərdəkan şəhərində qeydə alınmışdır.
İranda COVID-19 pandemiyası
İrandakı COVID-19 pandemiyası ağır kəskin tənəffüs sindromu coronavirus 2-nin (SARS-CoV-2) səbəb olduğu 2019-cu il (COVID-19) koronavirus xəstəliyinin davam edən pandemiyasının bir hissəsidir. 19 fevral 2020-ci ildə İran Qumda ilk təsdiqlənmiş yoluxma hallarını bildirdi. Virusun ölkəyə Çinə səfər etmiş Qumlu bir tacir tərəfindən gətirildiyi bildirildi. Koronavirusa cavab olaraq hökumət ictimai tədbirləri və cümə namazlarını ləğv etdi; məktəblər, universitetlər, ticarət mərkəzləri, bazarlar və müqəddəs ziyarətgahlar bağlandı; və bayram şənliklərini qadağan etdi. Ailələrə və müəssisələrə kömək etmək üçün iqtisadi tədbirlər də elan edildi və pandemiya hökuməti Beynəlxalq Valyuta Fondundan beş milyard ABŞ dolları məbləğində təcili kredit üçün görünməmiş bir müraciət etməyə məcbur etdi. Hökumət əvvəlcə bütün şəhərləri və rayonları karantinə almaq planlarını rədd etdi və hökumətin səyahətləri məhdudlaşdırmaq niyyətinə baxmayaraq, Novruz bayramı ərəfəsində şəhərlər arasında sıx nəqliyyat davam etdi. Hökumət daha sonra yeni halların sayının artmasından sonra şəhərlərarası səyahətləri qadağan etdiyini açıqladı. Aprel ayından başlayaraq hökumət məhdudiyyətləri tədricən yumşaltdı. Yeni halların sayı mayın 2-də minimum səviyyəyə düşdü, lakin məhdudiyyətlər yüngülləşdikcə may ayında yenidən artdı, yeni hadisələrin pik nöqtəsi 4 iyunda, ölümlərin sayında yeni zirvələr iyulda qeydə alındı. Artımlara baxmayaraq, İran hökuməti iqtisadiyyatı açıq saxlamaqdan başqa çarəsinin olmadığını bildirdi; İran iqtisadiyyatı artıq ABŞ sanksiyalarından təsirlənmişdi və 2020-ci ilin iyun ayına qədər onun ÜDM-i COVID-19 pandemiyası səbəbindən daha 15% azaldı.
İranda kürdlərin üsyanı (1979)
== Üsyan Dövrü == 18-Mart 1979-cu il-31 -dekabr 1982-ci illəri əhatə edən üsyan. Hökumət birlikləri ilə üsyançılar arasında ilk toqquşma 18–21 mart aralığında Sənəndəcdə baş verimiş və iki yüzə qədər insanın həlak olması ilə nəticələnmişdir. Eyni il avqustun 16-da 2000-ə yaxın kürd üsyançı Kirmanşah əyalətində yerləşən Pavə şəhristanını tutur. Hökumət birlikləri avqustun 18-də 380-kürd və 18-əsgərin ölümü ilə nəticələnən toqquşmada üsyanı yatırmağa nail olurlar. 19–21-avqust tarixlərində 29-kürd dövlət tərəfindən edam edilir. Hökumət birlikləri avqustun 20-də Mahabadı mühasirəyə alır. 3-Sentyabr 1979-cu ildə hökumət qüvvələri 500-nəfərin öldüyü toqquşmadan sonra şəhərdə nəzarəti yenidən ələ keçirir. 22–26-Avqust tarixlərində hökumət qüvvələri ilə üsyançılar arasında yenidən toqquşma yaşanır, 28-avqustda isə 19-kürd dövlət tərəfindən edam edilir, 26-avqustda kürd üsyançılar Sərdəştdə 4-dövlət əsgərini qətlə yetirmişdi. 27-Avqust 1979-cu ildə Sənəndəcdə 11-kürd üsyançı edam edilir. Hökumət qüvvələri 1979-cu il 5-sentyabrda Sərdəşti ələ keçirir.
İranda dron hücumları (2023)
2023-cü ildə İranda dron hücumları — 2023-cü ildə, 28 yanvardan 29 yanvara keçən gecə İranda pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar. Hadisə zamanı üç pilotsuz uçuş aparatı İsfahanda yerləşən sursat fabrikinə hücum etmişdir. == Zəmin == Son bir neçə ildə İranın hərbi, nüvə və sənaye obyektləri ətrafında bir sıra partlayışlar və yanğınlar baş vermişdir. 2021-ci ildə İran İsraili onun əhəmiyyətli Nətəzn nüvə obyektini sabotaj etməkdə günahlandırmış, qisas alacağına söz vermişdir. İran hökuməti 2022-ci ilin iyulunda İsfahanda həssas müdafiə sənayesi mərkəzini partlatmağı planlaşdıran, İsrailə işlədiklərini iddia etdiyi kürd silahlılarından ibarət təxribat qrupunu həbs etdiyini bildirmişdir. Hücum Azərbaycan və İran arasında yüksək gərginlik dövründə, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı şəxsin hücumundan, onun mühafizə rəisini öldürməsindən və iki nəfərin yaralanmasından bir gün sonra baş vermişdir. == İsfahanda partlayış == 28 yanvar 2023-cü ildə, yerli vaxtla saat 23:30-da İran Müdafiə Nazirliyinin İsfahan şəhərindəki sursat fabrikinə üç pilotsuz təyyarənin hücumu nəticəsində böyük partlayış baş vermişdir. Nazirlik binalara dəymiş ziyanın az olduğunu açıqlamışdır. Məlumata görə, partlayış İsfahanın İmam Xomeyni küçəsində baş tutmuşdur. Bundan başqa, nazirlik üç pilotsuz uçuş aparatının vurulduğu və hücumun uğursuz alındığı bildirmişdir.
İranda dövlət çevrilişi (1953)
Ayaks əməliyyatı — 1953-cü ildə Amerika və Böyük Britaniya tərəfindən hazırlanan C. İ. A tərəfindən həyata keçirilən bir əməliyyatdır. Əməliyyatın həyata keçirilməsində səbəb İranda Məhəmməd Mussadıqı devirib hakimiyyətə yenidən sonuncu İran şahı Məhəmməd Rza şah Pəhləvini gətirmək idi. İranda Tənbəki üsyanı olan zaman Mussadıq 8 yaşındaydı. Atası dövlət məmuru idi, digər qohumları da İranda yüksək vəzifələrdə çalışırdılar. 1906-cı ildə İranda ilk dəfə məclis üçün keçirilən seçkilərdə İsfahandan namizədliyini irəli sürdü, lakin seçilməsinə baxmayaraq yaşının düşmədiyi üçün məclis üzvü ola bilmədi. Təhsili üçün Parisə getdi . Burada Siyasi Elmlər Fakültəsində təhsil alırdı, lakin təhsilini ömrünün sonuna kimi sağalmaz xəstəliyə düçar olduğu üçün buraxdı və ölkəsinə geri döndü. Sonra ailəsi ilə birlikdə İsveçrənin Neuchatel qəsəbəsinə gəldi. İsveçrədə hüquq elmi üzrə doktorluq dərəcəsinə kimi elmi müdafiə etdi. 1921-ci ildə Rza xanın Qacarları devirərək hakimiyyətə gəlməsindən sonra yaxın qohumu olan Fərman Fərmanın dəstəyi ilə hakimiyyətdəki yüksək insanlardan biri oldu.
Ərdoğanın İranla şeir qalmaqalı
Ərdoğanın İran ilə şeir qalmaqalı — 10 dekabr 2020-ci ildə Bakı şəhərində və Azərbaycanın İkinci Qarabağ müharibəsində qazanılmış qələbəsini qeyd etmək üçün təşkil edilən Qələbə Paradına qatılan Rəcəb Tayyib Ərdoğan Azərbaycanın hər iki sahilinin (Cənubi Azərbaycan və Şimali Azərbaycan) birləşməsi ilə əlaqələndirilən şeir səsləndirdi. Azərbaycanın Qarabağı ermənilərdən geri almasından sonra baş verən bu hadisə İran İslam Respublikası ilə gərginliyə yol açdı. == Şeir və konteksti == Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi şeir Bəxtiyar Vahabzadə tərəfindən yazılmış Gülüstan poemasında keçməsi iddia edilmişdir. Azərbaycan ədəbiyyatında isə şeir xalq bayatısı olaraq keçməkdədir. Şeir Araz çayının hər iki sahilində yaşayan və ayrı düşmüş millətin ayrılığına həsr edilmişdir. Şeir İranda yaşayan türklərin və ya Azərbaycan türklərinin birləşmə istəyinin simvolu hesab edilir. Şeir Sovet İttifaqının Azərbaycan SSR-də yaranmış ədəbi janrın bir hissəsidir, konteksti İranın Azərbaycan bölgəsi ilə bağlıdır. === Şeirin mənşəyi === Ərdoğanın səsləndirdiyi şeirin mənşəyi barədə müxtəlif iddialar səsləndirilməkdədir. Əsasən ingilisdilli mənbələrdə bu şeirin Bəxtiyar Vahabzadə tərəfindən yazıldığı bildirilməkdədir. Bu tipdə olan yazılarda Cənubi Azərbaycanla birləşmək istəyinin əsasən Sovet dövründə ortaya atıldığı və anti-iran ritorikasına əsaslandığı qeyd edilməkdədir.
İranda prezident seçkiləri (2024)
İranda prezident seçkiləri — İran prezidentini müəyyən etmək üçün 2025-ci ildə keçirilməsi gözlənilən prezident seçkiləri idi. Lakin İran Prezidenti İbrahim Rəisinin helikopter qəzası nəticəsində ölməsi ilə növbədənkənar prezident seçkiləri təyin olunmuşdur. Seçkilərin birinci turu 28 iyun 2024-cü ildə keçirilmiş, birinci turda heç bir namizəd səs çoxluğu qazana bilmədiyi üçün 5 iyul 2024 tarixində ən çox səs almış Məsud Pezeşkian və Səid Cəlili arasında seçkilərin ikinci turu keçirilmişdir. Seçkilərdə Məsud Pezeşkian qalib gəlmişdir. O, vəzifələrinin icrasına 28 iyul 2024-cü ildə başlamışdır. == Zəmin == 19 may 2024-cü ildə Azərbaycan–İran sərhədində İran Prezidenti İbrahim Rəisi və Azərbaycan Prezidenti İlham Əliyev Qız Qalası su anbarı hidroqovşağının açılışında iştirak etdilər. İrana geri dönən Rəisini və digər 7 nəfəri daşıyan helikopter Bakı vaxtı ilə günorta saat 13:30-da Qərbi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisində qəzaya uğradı. Eyni gün helikopterin qəzaya uğradığı yer təyin edildi, helikopterdəki hər kəs ölü halda tapıldı. Hadisədən sonra İran Konstitusiyasının 131-ci maddəsinə əsasən İran vitse-prezidenti Məhəmməd Müxbir yeni prezident seçilənə qədər prezidentin səlahiyyətlərinin icraçısı vəzifələrini icra etməyə başlamışdır. == Seçkilər == === Birinci tur === Prezidentliyə namizəd olan və ən çox səs toplayan iki şəxs — Məsud Pezeşkian və Səid Cəlili seçki sisteminə görə ümumi etibarlı səslərin 50%-dən çoxunu toplaya bilmədiyi üçün seçkilər ikinci tura qalmışdır.
İranda dövlət çevrilişi (1921)
İranda dövlət çevrilişi — 20–21 fevral 1921-ci ildə Qacar baş naziri Fətulla xan Əkbər hökumətinə qarşı dövlət çevrilişi. Buna İran kazak diviziyasının qüvvələri ilə Ziyaəddin Təbatəbai və Rza xan (gələcəkdə şah Rza Pəhləvi) başçılıq etmişdir. İran jandarmının zabitləri Məsud Keyxen və Qasım xan Səyya, kazak diviziyasının zabiti Əhməd Əmir-Əhmədi də burada birbaşa iştirak edirdilər. Çevrilişin səbəbi kimi Konstitusiya inqilabından 15 il keçməsinə baxmayaraq, milli sərvətləri talamaqda davam edən və islahatların həyata keçirilməsinə mane olan oliqarxların hökmranlığının israrlı olması göstərilmişdir. Çevriliş baş nazir Əkbərin vəzifəsindən uzaqlaşdırılmasına və Əhməd şah Qacarın Ziyaəddin Təbatəbainin başçılıq etdiyi yeni hökumətin təsdiqinə gətirib çıxarmışdır. Rza xan yenidən yaradılmış kazak briqadasının komandiri (Sərdar Sepah rütbəsi ilə), Məsud Keyhən hərb naziri, Mahmud Cam xarici işlər naziri, Qazət xan isə Tehranın hərbi qubernatoru olmuşdur. Çevriliş üsyançıların qələbəsi ilə başa çatmışdır, lakin Təbatəbai cəmi 100 gün vəzifədə qalmışdır. İstefa verdikdən sonra Əhməd Qavam baş nazir olmuşdur.