ballı-şərbətli

ballı-şərbətli
ballı-qaymaqlı
ballı-yağlı
OBASTAN VİKİ
Ballı ayran
Ballı ayran - Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Ayran- 1 litr və ya qatıq – 600 ml, su - 400 ml, bal - 100 q. == Hazırlanma qaydası == Ayrana bal əlavə edilir, qarışdırlır, soyudulur və süfrəyə verilir. Qatıqdan hazırladıqda, üzərinə qaynadılıb soyudulmuş su tökülr, bircinsli maye alınana qədər qarışdırılır (bəzən çalınır və üzərinə bal əlavə edilib soyudulir).
Ballı evkalipt
Eucalyptus melliodora (lat. Eucalyptus melliodora) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır, cənub-qərbdə Kvinsistandan Viktoriyaya qədər alçaq dağətəyi zonalarda, dənizkənarı ətraflarda yayılmışdır == Botaniki təsviri == Hündürlüyü 60 m-ə çatır. Qabığı pulcuqvari-pambıqvari və ya yarımlifli, rəngi yaşılımtıl-bozdur. Cavan yarpaqları üzbəüz, 3-5 cüt, saplaqlı, uzunsovdan ellipsvariyədək dəyişir, rəngi açıq göyümtül, uzunluğu 2-5 sm, eni 1,5-2,5 sm-ə çatır. İri yarpaqları – növbəli, ensiz və ya enli-neştərvari, saplaqlı, cod, uzunluğu 7-18 sm, eni 0,7-2,5 sm-dir. Çətirləri 3-6 çiçəkli, qoltuqda və ya uc süpürgələrdə toplaşır; çətirin uzunluğu 6-9 mm; qönçələri sancaqvari, uzunluğu 7-8 mm, diametri 5-6 mm; tozluqları bitişik, saplaqlara əyri bitişik, ensiz, uc məsamələrlə açılır. Meyvələri ayaqlarda, yarımşarşəkilli və ya təxminən şarşəkilli olub, diametri 5-7 mm, hamar, çox nazik diskli və xırda, batıq laylıdır. Vətənində sentyabr-fevral aylarında, Azərbaycanda iyul-avqustda çiçəkləyir. == Ekologiyası == Əsasən çay kənarlarında, allivüal torpaqlarda, dəniz səviyyəsindən 150-600 m hündürlükdə, dağətəyi ərazilərdə yaxşı inkişaf edir.