BANNER

is. \[ing. banner "bayraq, transparant"\] Ayaq üstə dayaqları olan reklam və ya böyük həcmdə nümayiş xarakterli qrafik təsvir. İnternetə də tətbiq olunur. □ Yan banner – internet səhifəsinin solunda və sağında əmələ gələn banner "qanadları".
BANKOMAT
BAR
OBASTAN VİKİ
Banner reklamı
İnternet-banner yaxud Banner reklamı — veb-səhifədə pulsuz xidmətlər, yaxud əvəz-əvəz ödəniş (PAYMENT IN RETURN) təmin edən üçüncü tərəfin yerləşdirdiyi reklam. Daha çox istifadə olunan veb-saytlar (məsələn, www.weather.com kimi) banner reklamları vasitəsilə dəstəklənir. “Banner” veb-səhifədə məhz belə reklamlar üçün ayrılmış sahədir. 1994-cü ilin oktyabr ayının 27-də dünyanın ilk onlayn kommersiya jurnalı Hotwired öz səhifələrində ilk banner yerləşdirib. Bu gündən 15 il sonra tək ABŞ-da internet-reklamın həcmi 20 milyard dollar dəyərləndirilmişdir. İlk banner deyəndə "AT&T" telekommunikasiya şirkətinin "Did you ever clicked your mouse right here? You will!" çağırışlı banneri nəzərdə tutulur. Onun təsvir ölçüləri 468 x 60 piksel olub. Maraqlıdır ki, Şəbəkədə ilk reklam Mosaic Netscape 0.9 – ilk rəsmi brauzerin təqdim olunmasından 12 gün sonra yerləşdirilib. Artıq bu sürəti internet-reklam sahəsinin uğurunun başlanğıcı adlandırmaq olar.
İnternet-banner

Banner grabbing
Banner grabbing — şəbəkədəki kompüter sistemi və onun açıq portlarında işləyən xidmətlər haqqında məlumat əldə etmək üçün istifadə edilən bir texnikadır. Administratorlar bundan öz şəbəkələrindəki sistem və xidmətlərin inventarını aparmaq üçün istifadə edə bilərlər. Bununla belə, müdaxilə edən şəxs tətbiqlərin və əməliyyat sistemlərinin versiyalarını işləyən şəbəkə hostlarını tapmaq üçün banner ələ keçirmədən istifadə edə bilər. Banner grabbing üçün istifadə edilən xidmət portlarına bəzi nümunələr Hyper Text Transfer Protocol (HTTP), File Transfer Protocol (FTP) və Simple Mail Transfer Protocol (SMTP) tərəfindən istifadə edilən portlardır; portlar müvafiq olaraq 80, 21 və 25-dir. Banner grabbing üçün istifadə olunan alətlər Telnet, Nmap və Netcat-dır. Məsələn, Netcat istifadə edərək hədəf veb serverinə əlaqə yarada, sonra HTTP sorğusu göndərə bilərsiniz. Cavabda adətən hostda işləyən xidmət haqqında məlumat olur: Bu məlumat administrator tərəfindən bu sistemi kataloqlaşdırmaq üçün istifadə edilə bilər və ya müdaxilə edən şəxs müvafiq istismarların siyahısını daraltmaq üçün istifadə edilə bilər. Bunun qarşısını almaq üçün şəbəkə administratorları öz şəbəkələrindəki xidmətlərə girişi məhdudlaşdırmalı və şəbəkə hostlarında işləyən istifadə olunmamış və ya lazımsız xidmətləri bağlamalıdırlar. Shodan, İnterneti skan edən portdan alınan bannerlər üçün axtarış motorudur. == İstinadlar == McClure, Stuart et al.
The Star-Spangled Banner
Himnin mətni 1814 cü ildə 35 yaşlı vəkil, həvəskar şair, 1812 ci ildə Baltimorda Makkenri qalasına ingilis gəmiləri tərəfindən topa tutulmasının canlı şahidi, tanınmış yazıçı Frensis Skott Fitsceraldın ulu babası - Frensis Skott Ki tərəfindən yazılmış olan “Fort Makkenri müdafiəsi” poemasından götürülmüşdür. Uzun müddət ingilis masaarxası musiqisi hesab edilən, lakin hələ 1780 ci ildə Smit Con Stafford tərəfindən yazılmış olan bəstə ilə ifa edilən bu marş sonralar Konqressin 3 mart 1931 ci il qətnaməsi ilə rəsmi olaraq ABŞ dövlət himini kimi təsdiq edilmişdir.
Aleksandr Bannerman
Ser Aleksandr Bannerman (ing. Sir Alexander Bannerman; 7 oktyabr 1788, Aberdin – 30 dekabr 1864) — Şotlandiya tüccarı, şərabsatanı, siyasətçisi, Böyük Britaniya müstəmləkə qubernatoru. == Həyatı == === Ailəsi === Aleksandr Bannerman 7 oktyabr 1788-ci il tarixində Böyük Britaniyaya daxil olan Şotlandiyanın Aberdin şəhərində anadan olmuşdur. "Sendi" (Sandy) olaraq tanınan Aleksandr Bannerman Tomas Bannermanın oğludur. Tomas Bannerman Şotlandiyanın Aberdin şəhərinin tanınmış biznesmeni idi. Onun uğurlu bir şərab biznesi, eləcə də ticarət və balina ovu sahələrində böyük gücü var idi. Bannerman şəhərin prorektor olaraq fəaliyyət göstərirdi və 1837-ci ildə o, Marişal Kollecinin dekanı seçilmişdir. Aleksandr Bannerman 1825-ci ildə Marqaret Qordon ilə evlənmişdir. Onun bioqrafı Qordonu "Karlaylın ilk eşqi" adlandırmışdır. Tanınmış Tomas Karlayl Marqaret Qordonun "zəkasına və idrakına cəlb olunmuşdu".
Aleksandr Bannermann
Aleksandr Bannermann (1720, Kembric – 1780) — İngiltərə qravürçüsü. Aleksandr Bannermann 1730-cu ildə Böyük Britaniyaya daxil olan İngiltərənin Kembric şəhərində anadan olmuşdur. O, Alderman Boydellin sifarişi ilə bir sıra qravür hazırlamışdır. Aleksandr Bannermann 1766-cı ildə Böyük Britaniya Rəssamları Cəmiyyətinin üzvü olmuşdur. == Qalereya == == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Bannermann, Alexander // Dictionary of National Biography (ingilis). London: Smith, Elder & Co. 1885–1900. == Xarici keçidlər == Vikianbarda Aleksandr Bannermann ilə əlaqəli mediafayllar var.

Digər lüğətlərdə