Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bayt
Bayt (ing. byte) — əsas informasiya vahidi olub 8 bitə bərabər hesab olunur. Rəqəmli informasiyanın saxlanması və emal olunması vahididir. Klaviaturadan daxil edilən hər hansı bir simvol kompüterin yaddaşında 1 bayt yer tutur. Məsələn, "Kompüterin yaddaşı" sözləri kompüterin yaddaşında 18 bayt (18*8=144 bit) yer tutur (17 hərf + 1 boşluq).
Ankara Universitetinin Baytarlıq Təbabəti fakültəsi
Ankara Universitetinin Baytarlıq təbabəti takültəsi — Ankarada yerləşən baytarlıq təbabəti məktəbidir. 1970-ci ilə qədər Türkiyədə təhsil və tədqiqat aparılan yeganə baytarlıq fakültəsi olmuşdur. == Tarix == Türkiyədə baytarlıq təbabəti təhsili ilk dəfə 1842-ci ildə İstanbuldakı Hərbi Baytarlıq Məktəbində başlamışdır. Daha sonra 1889-cu ildə Mülki Baytarlıq Məktəbi təsis edilmiş və bu iki qurum 1921-ci ildə Ali Baytarlıq Məktəbi adı altında birləşdirilmişdir. Türkiyə Respublikasındakı Ali Təhsil islahatları çərçivəsində 1933-cü ildə Baytarlıq Məktəbi bütün akademik və inzibati heyeti ilə birlikdə Ankaraya köçürülərək Ali Kənd Təsərrüfatı İnstitutuna daxil edilmiş, 1939-cu ildə isə Baytarlıq Təbabəti Fakültəsi adını almışdır. 1946-cı ildə Ankara Universitetinin təsis edilməsindən sonra Baytarlıq Təbabəti Fakültəsi 1948-ci ildə Ankara Universitetinə birləşdirilmiş və Universitetin qurucu fakültələrindən biri olmuşdur.Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi təməl fakültə olaraq yarandığı gündən etibarən, sonradan təsis edilmiş baytarlıq fakültələrinin əksəriyyətinin təhsil və tədqiqat fəaliyyətlərinə dəstək vermişdir.Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi 2007-ci ildə Avropa Baytarlıq Təhsili Müəssisələri Birliyinin (EAEVE) üzvü olmuşdur. Fakültə 2015-ci ildə Təhsil Müəssisələrinin və Baytarlıq Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Assosiasiyası (VEDEK) tərəfindən akkreditə edilmişdir. == Təsvir == Tədqiqat və təhsillə yanaşı, Fakültə Heyvan Xəstəxanası vasitəsilə ictimai xidmət göstərməkdədir. == Kafedralar == === Təməl Baytarlıq Elmləri === == Heyvan Xəstəxanası == Heyvan Xəstəxanasının binası 1933-cü ildə Ali Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinin binası olaraq tikilmişdir. Xəstəxana mədəni irs siyahısına daxil edilmiş və 2015-2017-ci illərdə restavrasiya edildikdən sonra Türkiyənin ən böyük heyvan xəstəxanalarından biri kimi xidmət göstərməkdədir.
Asuman Baytop
Asuman Baytop 27 Mart 1920-ci ildə İstanbul-da anadan olub.Atası Mustafa Kamal Atatürk-ün həkimlərindən olan Mehmet Kamil Bərk (1878–1958) idi. == Həyatı == Asuman Baytop btidai, orta və orta məktəb təhsilini Sainte-Pulchérie Fransız Qızlar Orta məktəbində və Şişli Terakki Liseyində tamamladı. Daha sonra İstanbul Universiteti Fen Fakültəsi, Əczaçılıq Bölməsində universitetə başladı. 1943-cü ildə məzun olduqdan sonra Farmakobotaniya və Genetika İnstitutunda Elm Fakültəsində köməkçi vəzifəsində çalışmağa başladı. Ord. Prof. dr. Alfred Heilbronn ilə birlikdə ümumi botanika, farmakobotanik və farmakognoziya tədqiqatları aparmışdır.Sürix-ə gedərək ETH’nın Əczacılıq Məktəbində doktorantlığı Prof. Dr. Hans Flück-ün nəzarəti altında tamamladı.1949-cu ilin iyununda İstanbul Universiteti Əczaçılıq Məktəbinə qayıtdı.
Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu
Baytarlıq Elmi-Tədqiqat İnstitutu — baytarlıq institutu. == Haqqında == BETİ-nin təməli Çar hökumətinin qərarı ilə 1901-ci ilin dekabr ayının 12-də Zaqafqaziyada baytarlığa dair ilk elmi müəssisə sayılan taun əleyhinə Zurnabad (Gəncə quberniyası) stansiyası təşkil edilmişdir. 1935-ci ildə hökumətin qərarı ilə respublika torpaq nazirliyinin 1935-ci il yanvarın 20-si 32/34 №-li əmri ilə Az.BETİ Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Təcrübə Stansiyasına çevrildi və Zurnabaddan Bakıya köçürüldü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarının 3-cü hissəsinə əsasən Azərbaycan Dövlət baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitut və Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq Elmi–Tədqiqat İnstitutu yaradılmışdır. İnstitutun tərkibində Gənc alimlər şurası təşkil olunub və instititun gənc alimləri burada da öz elmi fəaliyyətlərini göstərirlər. İnstitut baytarlıq bioloji preparatlarının hazırlanması və onların keyfiyyətinə nəzarət işində istifadə olunan mikroorqanizimlərin ştammlarının depolaşdırılması üzrə Azərbaycan Respulikasının baza müəssisəsidir. Hal-hazırda institutda 20 müxtəlif istehsalat və nəzarət, 5 salmonelyoz və 20 quduzluq, 1 quş qripi və 1 nodulyar dermatit virusunun epizootik ştammları saxlanılır. == İnstitutun əsas nailiyyətləri == Zurnabad stansiyasında iribuynuzlu heyvanların taun xəstəliyinə qarşı serum hazırlanaraq 1902-1929-cu illərdə Türkiyədə, İranda, Orta Asiyada və başqa Yaxın Şərq ölkələrində, habelə Azərbaycanda geniş tətbiq edilmişdir. İribuynuzlu heyvanların və camışların pasterelyoz xəstəliyinə qarşı QOA formol vaksin ilk dəfə akademik M.Qəniyevin rəhbərliyi ilə 1949-cu ildə hazırlanmış və istifadəyə verilmişdir. İribuynuzlu heyvanların teyleriozunun törədicisi (Abşeron ştammı) dünyada ilk dəfə Azərbaycanda 1903-cü ildə müəyyən edilmişdir.
Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu

Azərbaycan Respublikasının əməkdar baytar həkimlərinin siyahısı
== 1991 ==
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Baytar İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Baytar İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoşun hissələrində istifadə olunan atlar və qoşqu heyvanlarının bəslənilməsi, mühafizəsi, müalicəsi və bundan ötrü müəyyən edilmiş xidmətlərin icrasını təşkil edən orqan. == Yaradılması == Müstəqil struktur kimi 1919-cu ilin əvvəlində fəaliyyətə başladığı güman edilir. Hərbi-baytar idarəsi qoşun hissələrində baytar xidməti göstərirdi. Bu xidmətdən əsasən, süvari və topçu hissələrində, həmçinin piyada və təchizat bölmələrində istifadə olunurdu. == Fəaliyyəti == 1919-cu ilin martından başlayaraq hərbi baytar idarəsinin rəhbərliyi ilə nalbəndlər hazırlayan 4 təlim dəmirçixanası açılmışdı. Həmin dəmirçixanalar 1-ci Tatar süvari alayında, 2-ci Qarabağ süvari alayında, 1-ci topçu briqadasında və nəhayət, 2-ci dağ topçu divizionunda fəaliyyətə başlamışdılar. Bunlardan başqa, hərbi-baytar idarəsinin tabeliyində baytar xəstəxanası da fəaliyyət göstərirdi. Hərbi-baytar idarəsinə baytar həkimləri Yermonski və Kvitaşvili rəhbərlik etmişlər. == Ləğvi == 1920-ci il martın 15-də hərbi nazirliyin digər təminat və təchizat strukturları kimi hərbi-baytar idarəsi də Azərbaycan ordusunun təchizat rəisinin tabeçiliyinə verildi. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası, I cild, Bakı, 2004.
Baytala
Baytala — Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. == Toponimkası == Baytala - Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı.Gürcücə yazılış forması Baitalo. Dağıstan əyalətinin Teymurxanşura dairəsində Baytal kənd adı ilə eynidir. Monqolca bu adal - "düşərgə", "elin dayanacaq yeri" və tala sözündəndir.
Baytallı
Baytallı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Baytar
Baytar — heyvanların sağlamlığı ilə məşğul olan mütəxəssis. Baytarlar baytar məntəqələrində, heyvanat parklarında və kənd təsərrüfatı müəssisələrində çalışırlar. Baytarlığın əsası heyvanların əhliləşdirilməyə başladığı dövrdən qoyulmuşdur. Baytarlıq təbabəti və tibb elminin mahiyyətini mükəmməl bilən zəka sahiblərinin məşhur bir kəlamı var: "Tibb həkimləri yalnız insanları, baytar həkimləri isə bütün bəşəriyyəti müalicə edir". == Ədəbiyyat == Z. Ələsgərov və başq. Baytarlıq virusulogiyası. Uniprint, Bakı, 415 səh., 2009.
Baytar (Ağbaba)
Baytar, Hovtun — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km şimal-şərqdə, Arpaçayın sol sahilində yerləşir. Toponim baytar (baydar) türk tayfasının adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Kəndin adı dəyişdirilib Hovtun qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 27, 1873 - cü ildə 231, 1886-cı ildə 167, 1897-ci ildə 188, 1914 - cü ildə 363 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1915-cı ildə erməni daşnakları tərəfindən qırğınlarla qovulmuşdur. Ermənilər buraya 1918-ci ildə Türkiyənin Qars vilayətinin Quleyban kəndindən köçürülüb yerləşdirilmişdir.
Baytarlıq Elmi-Tədqiqat İnstitutu
Baytarlıq Elmi-Tədqiqat İnstitutu — baytarlıq institutu. == Haqqında == BETİ-nin təməli Çar hökumətinin qərarı ilə 1901-ci ilin dekabr ayının 12-də Zaqafqaziyada baytarlığa dair ilk elmi müəssisə sayılan taun əleyhinə Zurnabad (Gəncə quberniyası) stansiyası təşkil edilmişdir. 1935-ci ildə hökumətin qərarı ilə respublika torpaq nazirliyinin 1935-ci il yanvarın 20-si 32/34 №-li əmri ilə Az.BETİ Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Təcrübə Stansiyasına çevrildi və Zurnabaddan Bakıya köçürüldü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarının 3-cü hissəsinə əsasən Azərbaycan Dövlət baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitut və Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq Elmi–Tədqiqat İnstitutu yaradılmışdır. İnstitutun tərkibində Gənc alimlər şurası təşkil olunub və instititun gənc alimləri burada da öz elmi fəaliyyətlərini göstərirlər. İnstitut baytarlıq bioloji preparatlarının hazırlanması və onların keyfiyyətinə nəzarət işində istifadə olunan mikroorqanizimlərin ştammlarının depolaşdırılması üzrə Azərbaycan Respulikasının baza müəssisəsidir. Hal-hazırda institutda 20 müxtəlif istehsalat və nəzarət, 5 salmonelyoz və 20 quduzluq, 1 quş qripi və 1 nodulyar dermatit virusunun epizootik ştammları saxlanılır. == İnstitutun əsas nailiyyətləri == Zurnabad stansiyasında iribuynuzlu heyvanların taun xəstəliyinə qarşı serum hazırlanaraq 1902-1929-cu illərdə Türkiyədə, İranda, Orta Asiyada və başqa Yaxın Şərq ölkələrində, habelə Azərbaycanda geniş tətbiq edilmişdir. İribuynuzlu heyvanların və camışların pasterelyoz xəstəliyinə qarşı QOA formol vaksin ilk dəfə akademik M.Qəniyevin rəhbərliyi ilə 1949-cu ildə hazırlanmış və istifadəyə verilmişdir. İribuynuzlu heyvanların teyleriozunun törədicisi (Abşeron ştammı) dünyada ilk dəfə Azərbaycanda 1903-cü ildə müəyyən edilmişdir.
Bayterek (abidə)
Bayterek (qaz. Baiterek) — Qazaxıstanın paytaxtı Astanada yerləşən abidə. Şəhərin ən əhəmiyyətli və tanınan simvoludur. == Quruluşu == Layihənin ideya müəllifi Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev olmuşdur. Məhz onun təşəbbüsü ilə memar Ağmurza Rüstəmbəyov layihənin icrasına başlamışdır.. Tikinti zamanı torpaq işlərinin həcmi 8600 m³, beton - 2900 m³, metal konstruksiyalar - 1 kiloton, günbəz şüşəsi - 1555 m² təşkil etmişdir. Layihəni bitirmək, mühəndislik və xüsusi işlər üçün 23 subpodratçı cəlb edilmişdir. Metal işlərinin və şüşələrin təxmini dəyəri təxminən 6 milyon dollardır. Obyekt 2003-cü ildə Dövlət Komissiyasının aktı ilə istismara verilib. Abidənin hündürlüyü 105 metr, ağırlığı isə 1000 tondur.
Baytszo
Baytszo (çin. ənən. 白左; mənası – Ağ sol) — əsasən ağdərililərin müdafiə etdiyi Qərbin liberal hərəkatlarına xitab edən, Çin dilində olan təhqiredici neologizm və siyasi epitet. Baytszo sözü "Şenmu" (çin. ənən. 圣母, 聖母; mənası – "müqəddəs ana" və ya "Müqəddəs Məryəm") sözü ilə əlaqəlidir, hansı ki, siyasi nöqteyi-nəzərləri emosiyalar, eləcə də fədakarlıq və şəfqətin riyakarcasına nümayişi vasitəsilə idarə edilənlər üçün nəzərdə tutulmuş sarkastik bir deyimdir.Baytszo sözü 2010-ci ildə "Qərbin ağ solunun və Çinin vətənpərvər alimlərinin saxta mənəviyyatı" (çin. ənən. 西方白左和中国爱国科学家的伪道德) adlı bir məqalənin "Renren Network" şəbəkəsində yayımlanması ilə yaranmışdır. 2013-cü ildən sonra bu sözdən çox da istifadə edilməmişdir. Ümumiyyətlə, bu sözdən 2015-ci ilə kimi istifadə edilmişdir.Sözün Çin internet mədəniyyətində istifadəsinə 2016-cı ildə start verilmişdir.
Budapeşt Tibbi Baytarlıq Universiteti
Budapeşt Tibbi Baytarlıq Universiteti (ing. University of Veterinary Medicine of Budapest, mac. Állatorvostudományi Egyetem) — Macarıstanın paytaxtı Budapeştdə yerləşən dövlət universitetidir.
Hacı Hacıyev (baytar)
Hacı Hacıyev (tam adı: Hacı Məmmədbağır oğlu Hacıyev) — baytar-alim, tibb elmləri doktoru, professor, Azərbaycan EA müxbir-üzvü, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) elmi işlər üzrə prorektoru. == Həyatı == Hacı Hacıyev 21 mart 1919-cu il Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olub. 1941-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Kənd Təssərrafatı İnstitutunun kənd təsərrüfatı heyvanlarında daxili yoluxmayan xəstəliklər, klinik diaqnostika və cərahiyyə kafedrasının müəllimi olmuşdur. 1962-ci ildən dosent, 1967-ci ildən kənd təsərrüfatı elmləri elmləri doktoru, 1967-ci ildən professor, 1978-ci ildən Azərbaycan Kənd təsərrüfatı İnstitunun elmi işlər üzrə prorektoru olmuşdur. Hacı Hacıyevin təşəbbüsü ilə Naftalan neftinin tərkibinin ardıcıl surətdə öyrənilməsi və baytarlıqda tətbiqi üzrə problem laboratoriuası təşkil edilmişdi. == Elmi-pedaqoji fəaliyyəti == 3 monoqrafiyanın, 5 dərsliyin, 200-dən çox elmi məqalənin, "Baytarlıq terminləri lüğəti"nin müəllifidir. Naftalan nefti ilə müalicə sahəsiundə elmi işləri 1971-ci ildə Meksikada Beynəlxalq konqresin materiallarına daxil edilmişdir.
Musa Baytaş Buğra xan
Musa Baytaş Buğra xan Qaraxani - Qaraxanilər dövlətinin xaqanı. 955. ildə atası Satıq Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Hakimiyyəti illərində Qaraxanilər dövlətinin ərazisində İslam dininin yayılmasını dəvam elətdirdi. == Ailəsi == === Oğulları === Xanzadə Əli xan Qaraxani === Nəvələri === Xanzadə Nəsr bin Əli xan– Xanzadə Əli xan Qaraxaninin oğlu. Xanzadə Əhməd xan – Xanzadə Əli xan Qaraxaninin oğlu. Xanzadə Mənsur Arslan xan – Xanzadə Əli xan Qaraxaninin oğlu.
N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Tibb Akademiyası
N. E. Bauman adına Kazan Dövlət Baytarlıq Tibb Akademiyası (NE Bauman adına Kazan Dövlət Baytarlıq Tibb Akademiyası) — ölkənin ən qədim baytarlıq universitetlərindən biridir. 31 May 1873-cü ildə bir institut olaraq açıldı və 1994-cü ildə "Baytarlıq Tibb Akademiyası" rütbəsini aldı. Xalq təsərrüfatı, habelə baytarlıq, biologiya və s. baytar həkimləri və zootexnikləri elmləri üçün hazırlayır, baytarlıq müəssisələrinin elmi və pedaqoji kadrlarla təmin olunmasına kömək edir. Akademiyada baytarlıq tibb fakültəsinə əlavə olaraq 1930-cu ildən bəri zoopark mühəndisliyi fakültəsi fəaliyyət göstərirdi və 1925–1933-cü illərdə hərbi baytarlıq tibb şöbəsi fəaliyyət göstərirdi. 1966-cı ildə Baytar Həkimləri və Müəllim Hazırlığı Fakültəsi quruldu. 1965-ci ildə Yazışmalar Fakültəsi və Hazırlıq şöbəsi 1980-ci ildə açıldı. 1959–1984-cü illərdə akademiya hərtərəfli tədqiqat və təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdir. Elmi sektor daha sonra Ümumittifaq Tədqiqat Baytarlıq İnstitutuna (VNIVI) çevrilir. Akademiya inqilabdan əvvəlki dövrdə (1878–1917) 2317 mütəxəssis, 1918–1992-ci illərdə 12095 baytar həkim və 4.467 zootexnik yetişdirir və İxtisasartırma Fakültəsində ildə təxminən 600 nəfər təhsil alır.
Ümumdünya Baytarlıq Assosiasiyası
Ümumdünya Baytarlıq Assosiasiyası (ing. WVA) — Kənd təsərrüfatı üzrə bеynəlхalq təşkilat == Yaradılması == Assosiasiya 1905-ci ilin 9 sеntyabrında Budapeşt şəhərində yaradılan bеynəlхalq baytarlıq Konqrеsinin varisi qismində 27 mart 1959-cu ildə Madrid şəhərində təsis еdilmişdir. Birinci Bеynəlхalq Baytarlıq Konqrеsi Almaniyanın Hamburq şəhərində 14-18 iyul 1963-cü ildə kеçirilmişdir. == Əsas məqsədi == dünya baytarlarının birləşdirilməsi, baytarlıq еlmi və təcrübəsinin, baytarlıq təhsili və еtikasının yüksək standartlara çatdırılması; bütün növ hеyvanların sağlamlıq səviyyəsinin yüksəldilməsi, hüququnun müdafiəsi, Assosiasiyaya üzv ölkələr arasında informasiya mübadiləsinin mükafatlandırılması, digər maraqlı təşkilatlarla münasibətlərin müəyyənləşdirilməsi.
İbn əl-Baytar
Əbu Abudullah Məhmməd ibn Əhməd ibn əl-Baytar Diya əl-Din əl Malaki (təq. 1197[…], Malaqa, Əndəlüs – 1248[…], Dəməşq) — Orta əsrlər İslam dünyasının alimi. == Həyatı == İbn əl Baytar adı ilə tanınan alim XII əsrin sonunda İspaniyanın Malaqa (Malaka) şəhərində anadan olub. O dövrünün məşhur botanik alimi Əbu əl Abbas əl Nabatinin yanında dərs almış, onun tövsiyəsi ilə Əndəluziyada (Əndəlus) bitkiləri toplamağa və öyrənməyə başlamışdı. 1219-cu ildə İbn əl-Baytar İspaniyanı tərk edərək Şimali Afrikanın sahilləri boyunca Kiçik Asiyaya səyahətə çıxdı. Məqsədi bu ərazi boyunca bitki aləmini öyrənmək və onları tədqiq etmək idi. Səyahəti ərzində İbn əl-Baytar Buqiyaya, İstanbula, Tunisə, Tripoliyə, Barkaya və Adlayuya getdi. 1224-cü ildə İbn əl-Baytar Misir qubernatoru əl-Kamilin yanında xidmətə başladı. O əl-Kamilin əmri ilə ölkənin baş botanik-əczaçısı təyin edildi. 1227-ci ildə əl-Kamil İbn-əl-Baytarın müşayiəti ilə Dəməşqə gəldi.
Əhməd Baytursunov
Əhməd Baytursun oğlu (qaz. Ахмет Байтұрсынұлы; 28 yanvar 1872, Turqay vilayəti[d] – 8 dekabr 1937, Almatı) — qazax ictimai-siyasi xadimi. == Həyatı == Əhməd Baytursun oğlu Orta juzun (cuz) Arqun nəslindəndir. Bu nəsil ulu babaları, xalq batırı (pəhlivan, cəngavər) Umbetayla həmişə qürür duymuşdur. Əhmədin babası Şoşak bölgənin nüfuzlu, ötkəm kişilərindən olmuşdur. Əhməd Baytursun oğlun doğum tarixi qaynaqlarda fərqli-fərqli göstərilir. Müxtəlif illərdə həbs edilərkən müstəntiqlərin sorğularına verdiyi cavablarda gah 1870-ci ildə, gah 1875-ci ildə, gah 1872-ci il sentyabrın 5-də doğulduğunu söyləsə də onun doğum tarixi əsasən 1873-cü il yanvarın 15-i (yeni tarixlə yanvarın 28-i) kimi göstərilir. Qazaxlar onun adı və soyadını Əhməd Baytursun oğlu kimi yazsalar da daha çox Əhməd Baytursunov kimi tanınmışdır. Rusiya imperiyasının inzibati ərazi bölgüsünə görə Turqay vilayəti Turqay qəzasının Sartıbek aulunda ortabab kəndli ailəsində doğulmuşdur. Uşaqlıqda molla yanına gedərək orada yazıb-oxumağı, əsasən də Quran oxumağı və şəriət qaydalarını öyrənmişdir.
Ankara Universitetinin Baytarlıq fakültəsi
Ankara Universitetinin Baytarlıq təbabəti takültəsi — Ankarada yerləşən baytarlıq təbabəti məktəbidir. 1970-ci ilə qədər Türkiyədə təhsil və tədqiqat aparılan yeganə baytarlıq fakültəsi olmuşdur. == Tarix == Türkiyədə baytarlıq təbabəti təhsili ilk dəfə 1842-ci ildə İstanbuldakı Hərbi Baytarlıq Məktəbində başlamışdır. Daha sonra 1889-cu ildə Mülki Baytarlıq Məktəbi təsis edilmiş və bu iki qurum 1921-ci ildə Ali Baytarlıq Məktəbi adı altında birləşdirilmişdir. Türkiyə Respublikasındakı Ali Təhsil islahatları çərçivəsində 1933-cü ildə Baytarlıq Məktəbi bütün akademik və inzibati heyeti ilə birlikdə Ankaraya köçürülərək Ali Kənd Təsərrüfatı İnstitutuna daxil edilmiş, 1939-cu ildə isə Baytarlıq Təbabəti Fakültəsi adını almışdır. 1946-cı ildə Ankara Universitetinin təsis edilməsindən sonra Baytarlıq Təbabəti Fakültəsi 1948-ci ildə Ankara Universitetinə birləşdirilmiş və Universitetin qurucu fakültələrindən biri olmuşdur.Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi təməl fakültə olaraq yarandığı gündən etibarən, sonradan təsis edilmiş baytarlıq fakültələrinin əksəriyyətinin təhsil və tədqiqat fəaliyyətlərinə dəstək vermişdir.Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi 2007-ci ildə Avropa Baytarlıq Təhsili Müəssisələri Birliyinin (EAEVE) üzvü olmuşdur. Fakültə 2015-ci ildə Təhsil Müəssisələrinin və Baytarlıq Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Assosiasiyası (VEDEK) tərəfindən akkreditə edilmişdir. == Təsvir == Tədqiqat və təhsillə yanaşı, Fakültə Heyvan Xəstəxanası vasitəsilə ictimai xidmət göstərməkdədir. == Kafedralar == === Təməl Baytarlıq Elmləri === == Heyvan Xəstəxanası == Heyvan Xəstəxanasının binası 1933-cü ildə Ali Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinin binası olaraq tikilmişdir. Xəstəxana mədəni irs siyahısına daxil edilmiş və 2015-2017-ci illərdə restavrasiya edildikdən sonra Türkiyənin ən böyük heyvan xəstəxanalarından biri kimi xidmət göstərməkdədir.
Baytar (Amasiya)
Baytar, Hovtun — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km şimal-şərqdə, Arpaçayın sol sahilində yerləşir. Toponim baytar (baydar) türk tayfasının adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Kəndin adı dəyişdirilib Hovtun qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 27, 1873 - cü ildə 231, 1886-cı ildə 167, 1897-ci ildə 188, 1914 - cü ildə 363 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1915-cı ildə erməni daşnakları tərəfindən qırğınlarla qovulmuşdur. Ermənilər buraya 1918-ci ildə Türkiyənin Qars vilayətinin Quleyban kəndindən köçürülüb yerləşdirilmişdir.
Baft
Baft— İranın Kirman ostanının şəhərlərindən və Baft şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 35,008 nəfər və 8,265 ailədən ibarət idi.
Bayat
Bayat (Şuşa) — Bayat (Urmiya) — Bayat nahiyəsi — Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Bayat tayfası — türkdilli tayfalardan birinin adı.
Bayg
Bayg və ya Bayəg — İranın Rəzəvi Xorasan ostanının Türbət Heydəriyə şəhristanının Bayəg bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,960 nəfər və 1,106 ailədən ibarət idi.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Beyt
Beyt — şeirdə 2 misra. Beytin tərifinə aid fikirlərdə müəyyən ziddiyyətlərlərə rast gəlinir. Məsələn, Mir Cəlal və Pənah Xəlilovun fikrincə: "Şerin hər sətrinə misra, cüt sətrinə isə beyt deyilir". Cəfər Xəndan isə beytin tərifini daha da dəqiqləşdirir: "Şerin müəyyən məna ifadə edən qoşa misrasına beyt deyilir". Əziz Mirəhmədov isə tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə anlayışın daha geniş şərhini verir: "…eyni vəzndə yazılan əsərlərin məzmunca bir-birinə bağlı qoşa misrası. Beytdə bitkin bir fikir ifadə olunmalıdır".Beyt şeirdə həm qafiyəli, həm də qafiyəsiz ola bilər. Bu da şerin müxtəlif şəkillərindən asılıdır. Məsələn, məsnəvi formasında yazılan bütün əsərlərdəki beyt bir qayda olaraq, cüt-cüt qafiyələnir. Qəzəl və qəsidələrdə ilk beytlər həmqafiyə olur. Sonrakı beytlərin misraları cüt-cüt qafiyələnməsə də, formanın daxili qafiyələnmə qanunlarına tabe olur.Hər iki misranı yan-yana qoymaqla beyt düzəltmək olmaz.
Mbayt
Meqabayt (Mb) (ing. megabyte) — 1024 kilobayta (210) və ya 220 bayta bərabər ölçü vahidi. 1Mb=210Kb=220bayt Meqabayt rəqəmsal məlumat üçün vahid baytın çoxluğudur. Onun tövsiyə olunan vahid simvolu MB-dir. Meqa vahid prefiksi Beynəlxalq Vahidlər Sistemində (SI) 1000000 (106) çarpanıdır.[1] Deməli, bir meqabayt bir milyon bayt informasiyadır. Bu tərif Beynəlxalq Kəmiyyətlər Sisteminə daxil edilmişdir. Bununla belə, kompüter və informasiya texnologiyaları sahələrində tarixi rahatlıq səbəblərindən yaranan digər iki tərif istifadə olunur. Ümumi istifadə bir meqabaytı 1048576 bayt (220 B) kimi təyin etmək olmuşdur ki, bu da rəqəmsal kompüter yaddaşının arxitekturasına xas olan ikili çoxluqları rahat şəkildə ifadə edən ölçüdür. Bununla belə, əksər standart qurumlar bu kəmiyyətin mebibayt (MiB) vahidi ilə təyin olunduğu ikili prefikslər dəstinin lehinə bu istifadədən imtina etmişlər. Bir kontekstdə meqabayt 1000×1024 (1024000) bayt mənasını vermək üçün istifadə edilmişdir.
Sayt
Veb-sayt (ing. website, web – hörümçək toru, site — "yer") – HTTP/HTTPS protokolları vasitəsilə İnternetdə müraciət etmək mümkün olan, vahid mövzulu veb-səhifələrin sistemidir. Veb saytların ümumi yığımı Ümumdünya hörümçək torunu yaradır. Dövlət qurumları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər öz xidmətləri və imkanları haqqında məlumatları yaymaq üçün veb-saytlardan istifadə edirlər. Veb-saytlar konkret məzmuu olan informasiya platforması kimi, ya da gəlir qazanmaq üçün yaradılır. Ölü sayt — (ing.gravesite, ru. мертвый узел) – 1. Fəaliyyət göstərən, ancaq heç bir dəstəyi olmayan veb-sayt. 2. İstifadəçilər arasında qabaqcadan nəzərdə tutulmuş populyarlığı olmayan veb-sayt.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Bat
Bat (İngiltərə)
Abbas Bayat
Abbas Bayat (14 iyul 1947, Tehran) — İran işadamı. O, Belçikanın Şarlğua(Charleroi) futbol klubunun sədridir.
Alber Baye
Alber Baye (d. Lion 1880 - ö. Paris 1961) — fransız sosioloq, jurnalist, tədqiqatçı mütəfəkkir və yazar. Sorbonne-da sosiologiya dərsləri verdi. Mənəvi hadisələri məntiqli surətdə elmləşdirmək məqsədi ilə yazdı; Azad düşüncədən yana mövqe aldı. Elm əxlaqının insan inkişafına təsirini sorğuladı. Əsərlərində bunu vurğuladı. İlk dövrlərdən günümüzə qədər düşüncənin inkişafının analizini etdi. Demokratiya tərəfdarı olduğu üçün, radikal, sosialist meyilli qəzetlərdə işlədi. İkinci dünya müharibəsində fransızları faşizmə və alman hücmlarına qarşı müqavimətə yönəltdi.
Andrey Batt
Andrey Batt (rus. Андрей Батт, tam adı: Andrey Sergeyeviç Batıçko; 6 avqust 1985, Tallin) — Rusiya aktyor, repçisi, prodüsser, rejissor. Keçmiş basketbolçu. == Həyatı == Andrey Batt 6 avqust 1985-ci ildə Tallində doğulub. 2009-cu ildə aktyor çəkilişlərinə başlayıb. 2013-cü ildə musiqi əsərləri buraxmağa başladı. 2016-cı ildən o, özünün "Rəssamın macərası" realiti-şousunu nümayiş etdirir.
Andrey Fayt
Andrey Andreyeviç Fayt (16 (29) avqust 1903, Nijni Novqorod – 16 yanvar 1976, Moskva) — SSRİ aktyoru. == Həyatı == Andrey Andreyeviç Fayt 29 avqust 1903-cü ildə Rusiyanın Nijni Novqorod şəhərində anadan olub. 1812-ci ildə Rusiyaya köçmüş alman tacir ailəsinin üzvüdür. Onun atası Andrey Feyt həkim olub, siyasətlə də fəal məşğul olub, eserlərin Kommunist Partiyasının üzvü olub, bir neçə dəfə həbs edilərək Şərqi Sibirə göndərilib. Andrey Faytın atası 1905-ci ildə öz pasiyentlərinin köməyi ilə Fransaya qaçıb. Sonra arvadı və iki oğlu da onun yanına gediblər. Paris yaxınlığındakı ruslar üçün olan düşərgədə yaşayıblar, balaca Andrey orada liseydə oxuyub. Sonradan anası uşaqları ilə birgə Moskvaya qayıdıb, bir qədər keçmiş ataları da onların yanına gəlib. Andrey Fayt "Ke-Ke-Si" adlanan dram dərnəyinə gedib. Həmin dərnəyin təşkilatçılarının beşi də şeir yazır, rəsm çəkir, aktyorluq edirdilər.
Arzamas (sayt)
Arzamas — mədəniyyət tarixinə həsr olunmuş Rusiya saytı.
Baft şəhristanı
Baft şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Baft şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 105,129 nəfər və 24,598 ailədən ibarət idi.
Bant ordeni
Nəcabətli Bant ordeni (ing. The Most Noble Order of the Garter) — Böyük Britaniyanın ali cəngavər ordeni. Dünyada ən qədim mükafatlardan biri sayılır. 1348-ci ildə təsis olunmuşdur.
Bayat (Həştrud)
Bayat (fars. بيات‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 185 nəfər yaşayır (35 ailə).
Bayat (Urmiya)
Bayat (fars. اغبلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər. yaşayır (8 ailə).
Bayat (Şuşa)
Bayat — Şuşa qəzasında kənd adı. Səlcuq oğuzlarının Bayat tayfasının adındandır. Əvvəlcə Kiçik Aşura kimi sərbəst yaşamış, XV əsrdə Qızılbaşlara qoşulmuşdur. Şimali Azərbaycana Qızılbaş adı ilə gəlmişdir. XIX əsrdə Garcull və Cavanşir qəzalarında Bayat adlı ellər yaşayırdı. == İstinadlar == == Ədəbiyyat == Qızılbaşlar tarixi. Bakı, 1995. Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları.
Bayat nahiyəsi
Bayat nahiyəsi — Qarabağ bəylərbəyliyinin bölgələrindən biri. == Tarixi == Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı Hüsaməddin Məmmədov-Qaramanlı bu barədə yazır: "İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisi, əsasən, dəyişməz olmuşdur. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, qəza-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzası na qədər uzanırdı".Bayat nahiyəsi Bərdə qəzasına bağlı idi. Bu qəza Bərdə şəhəri, Bərdə, İncərud, Sir, Bayad, Xaçın, Çelaberd, Keştək, Vərəndə, Dizaq, Köçəz, Zarıs, Keştasf nahiyələrindən ibarət idi. Bayat nahiyəsinin mərkəzi Bayat kəndi idi. Sərhədləri haqqında qaynaqlarda yazılır: "Kircəli tərəfdən, Kür çayının kənarından dönüb, Qarabağ adlanan Kəndəbil keçidinə və burdan Alaqarğı adlanan yerə qədər olan ərazi Bayat nahiyəsinin ərazisinin hüdudlarıdır. Cavanşir, Otuziki və Arasbarlıdan, Şirvana tabe olan Ağdaş, Ərəş və başqa yerlərdən olan əhali Kür çayını keçərək, buraya gəlib, tut bağlarında tut becərir, üşrlərini də torpaq sahibinə verir." Səfəvilər dövlətinin son dönəmlərində nahiyənin hakimi Sədrəddin sultan idi. Bayat nahiyəsi xanlıq dönəmində Kəbirli mahalı adlandı.
Bayat qalası
Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Qarabağın Kəbirli mahalında 1748-ci ildə inşa edilmiş qalanın memarı bəlli deyil. Pənahəli xan onun yerinin düzgün olmadıgını fikirləşərək xanlığın mərkəzini Şahbulaq qalasına dəyişir. Pənahəli xan Bayat qalasını qaynı Hacı Səhliyalı bəy Hacı Əli bəy oğlu Kəbirlinin məsləhəti ilə tikmişdir. Tarixçi Mirzə Camal bəy yazır: "Məşvərətdən sonra, indi Kəbirli mahalının içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar çəkilib ətrafında xəndək qazıldı. Bazar, hamam və məscid tikildi. Xan, bütün ailəsinin, qohumlarının və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, yaxşı, məhəbbətamiz rəftarını eşidən Təbriz, Ərdəbil vilayətinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə tikilmişdir.Mirzə Camal Cavanşir yazır: "Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı.
Bayat tayfası
Bayat (Boyat, Bəyat) tayfası — türk tayfalardan birinin adı olub IX–X əsrlərdə Qayı boyu ilə yanaşı Şimali Qazaxıstan çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan doqquzuncudur.Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır. Şah İsmayıl Səfəvi yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Bayat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran–Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncərin oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayyılarla birgə dururdular, sol cinahda — bayandurlar və peçeneqlər.
Baye (Alye)
Baye (fr. Bayet, oks. Baiet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Syul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03018. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 668 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 407 nəfər (15-64 yaş arasında) 341 nəfər iqtisadi cəhətdən fəal, 66 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 83.8%, 1999-cu ildə 67.8%). 341 fəal şəxsdən 308 nəfəri (167 kişi və 141 qadın), 33 nəfəri işsizdir (17 kişi və 16 qadın).
Başt şəhristanı
Başt şəhristanı- İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Başt şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 22,170 nəfər və 4,309 ailədən ibarət idi.