BARAMA

сущ. 1. кӀаз, барама; // кӀазун; barama qurdu кӀазун гъуьлягъ; baramaqurdu kəpənəyi кӀазун чепелукь; 2. нугъ. тешенак; сарарин кӀаниз (тиргериз) акъатдай пих.
BAR
BARAMAÇI
OBASTAN VİKİ
Barama (teleserial, 2017)
Barama — 2017-ci ildə ATV kanalında 1 sezon olmaqla, 19 bölüm yayımlanmış dram janrında serial.
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi
10 ildən artıqdır ki fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Azercell Telekom MMC və PAŞA Bankın dəstəyi ilə 2009-cu ildə yaradılan Azərbaycanın ilk biznes inkubatorudur. Mərkəzin əsas məqsədi Azərbaycanda rəqəmsal ekosistemi böyütməkdir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə mərkəz fəaliyyətini dayandırıb, lakin mərkəz tərəfindən açıqlama verilməyib. == Fəaliyyəti == Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İnnovasiya Laboratoriyası, Biznes İnkubator və Sahibkarlıq dəstəyi, İş Həlləri və Tərəfdaşlıq sahələrindən ibarətdir. 2017-ci ilə qədər Mərkəz 300-dən çox tədbirə ev sahibliyi etdi, 3500 müraciət toplayaraq 45 startapı işə salıb. Bundan əlavə, ABŞ-nin Virciniya ştatında bir startap yaradılması və 6 startap müəssisəsinin inkişaflarını gücləndirmək üçün Kaliforniyanın Silikon Vadisini ziyarət etməsinə səbəb oldu. 2019-cu ildən bəri Barama İSM Azərbaycan İnnovasiyalar Agentliyi tərəfindən dəstəklənir. 2017-ci ilin yanvarın 18-dən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycan İqtisadi İslahatların Təhlii və Kommunikasiya mərkəzi ilə əməkdaşlığa başlayıb. 2017-ci il iyunun 3-də Gəncə şəhərinin Azərbaycan Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərəcək yeni mərkəzinin açılışı olub. 2017-ci il dekabrın 21-də Azercell və "Azərbaycan Britaniya Kolleci" arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən məktəblilər üçün xüsusi təlim proqramları təşkil olundu.
Baramaçılıq
Baramaçılıq — ipək almaq üçün ipəkqurdu becərilməsı. Baramaçılıqda ən geniş istifadə olunan tut ipəkqurdudur (lat. Bombyx mori). Tarixi mənbələrə görə tut ipəkqurdundan ipəyin alınması hələ e.ə. XVII əsrlərdə məlum idi.
Ordubad baramaaçan fabriki
Yusif Məmmədəliyev adına Ordubad ipək kombinatı — Ordubadda yerləşən yüngül sənaye müəssisəsi. Fabrik baramadan xam ipək və cod ipək parça istehsal edir. Ordubadda Avropa tipli baramaaçan fabriklərinin tikintisinə 1870-ci ildə başlanılmışdı. İndiki fabrik 1883-cü ildə istifadəyə verilmişdir. 1893-cü ildə 12 kiçik fabrik fəaliyyət göstərirdi. 1910-cu ildə onlar 7 fabrikdə birləşdirilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həmin fabriklər 1929-cu ildə həmin fabrikdə cəmləşdirilmişdir. Fabrikdə 1935 və 1969-cu illərdə yenidənqurma işləri aparılmış, müasir avadanlıqlar tətbiq edilmiş, çeşmələrin sayı 1935-ci ildə 320, 1969-cu ildə 1860 ədədə çatdırılmışdır. 1970-ci ildə toxucu sexi istifadəyə verilmişdir. İstehsal olunan xam ipəyin bir hissəsindən cod parça hazırlanır, digər hissəsi Şəki, Şamaxı, İsmayıllı, Moskva, Kiyev, Leninqrad (indiki Sankt-Peterburq), Düşənbə və s.

Digər lüğətlərdə