Batinilik
Batinilik və ya Batiniyyə ( الباطنية , Əl-Batiniyyeh ); İslamda Quran ayələrinin zahiri mənalarından daha dərin həqiqi mənalar daşıdığına inanan və ayələri ona uyğun təfsir edən cərəyana “Batini”, bu fikri mənimsəyənə isə “Batin” deyilir. Şiəlikdə belə hesab edilir ki, bu mənaları ancaq Allaha aid olan və Əlinin nəslindən olan məsum On iki İmam bilə bilər.
Batini sözü ərəbcə Bâtın sözündən götürülmüşdür. Batin, gizli həqiqət, bir şeyin içi, daxili mənası deməkdir. O, həm də İslam anlayışında Allahın 99 adından biridir.
Bu termini İranlı Qəzali kimi sünni alimləri bu fikirləri qəbul edənlərə ittihamedici məna verərək işlətmişlər. Tarixdə ən məşhur batinilər ismaililərdir . Əl-Kirmani və Nasir Xosrov kimi Fatimi - İsmaili yazıçıları bunun əksini irəli sürsələr də, Qəzali və bəzi digər sünni alimlərinə görə, bu qruplar dini mətnlərin, ibadət və qaydaların zahiri mənalarını rədd edirlər.