BATİSKAF

yun. bathys – dərin + yun. skapos – gəmi

BATİAL
BATİTERMOQRAF
OBASTAN VİKİ
Batiskaf
Batiskaf (yun. bathycskaphos) — Sualtı qayığa oxşayır, lakin onun uzunsov gövdəsi hava ilə yox, benzinlə doldurulub. Burada hava yaramır: çox böyük dərinlikdə suyun təzyiqindən batiskaf əzilə bilər. Benzin isə həm də sudan yüngüldür. Odur ki, benzinlə doldurulmuş gövdə batiskaf üçün üzgəc vəzifəsini daşıyır. Hava isə yalnız batiskafın alt hissəsindəki polad kürənin (qondolandın) içində olur . Adamlar və tədqiqat cihazları da bu hissədə yerləşir. == Enməsi == Ballastın yəni tarazlıq yükünün ağırlığı altında dənizin dibinə doğru hərəkət edir. == Projektor == Projektor okeanın dibinin işıqlandırılması üçün vacibdir. Batiskafın projektoru dəniz dibinin öyrənilməsi üçün mühüm yer tutur.
"Titan" batiskafının qəzası
18 iyun 2023-cü ildə Amerika turizm və ekspedisiya şirkəti olan OceanGate tərəfindən idarə olunan Titan sualtı gəmisi Kanadanın Nyufaundlend sahillərində, Şimali Atlantik Okeanında RMS Titanikin qalıqlarını görmək üçün ekspedisiya zamanı qəzaya uğrayıb. Sualtı gəminin qəzası nəticəsində bütün ekipaj üzvləri, OceanGate-in baş direktoru Stokton Raş, fransız dəniz tədqiqatçısı və Titanik araşdırmaları üzrə mütəxəssis Paul-Henri Narqeolet, ingilis milyarder və iş adamı Hamiş Hardinq, Pakistan əsilli britaniyalı milyarder və iş adamı Şahzadə Davud və Davudun oğlu Süleyman həlak olublar. Dalışından 1 saat 45 dəqiqə sonra Titanla əlaqə tamam kəsilib. Sualtı gəminin yoxa çıxmasından dörd gün sonra uzaqdan idarə olunan başqa bir sualtı nəqliyyat vasitəsi, Titanikin dağıntılarından təxminən 500 metr (1600 fut) aralıda Titanın hissələrinə bənzəyən bəzi qalıqlar aşkar edib.

Digər lüğətlərdə

антисейсми́чный геростра́товский детса́довский за́тхлость звеня́щий кару́ца переустро́ить подгота́вливать примиря́юще чёткий вскара́бкаться напускно́й пове́ренный рья́но что касается юриди́ческое лицо Двина dietic entrenchment fly-powder singlestick sportive нелепо прожигатель ровесник