BAZ

BAZ1

f. müəyyən bir işin həvəskarı, düşkünü.

BAZ2

f. açıq.

BAZ3

f. şahin, tərlan.

BAZ4

f. yenə, təkrar, bir də, bir daha, yenə də.

BAZ5

f. dala, geriyə.

BAZ6

f. oyun.

BAYTAR
BAZARİ
OBASTAN VİKİ
Moulin Rouge! Music from Baz Luhrmann's Film
Moulin Rouge! Music from Baz Luhrmann's Film – Baz Luhrmannın 2001-ci ildə çəkdiyi Mulen Ruj! Filminin musiqilərinin toplandığı albomdur. Albom 8 may 2001-ci ildə satışa çıxarılmışdır. Albomda filmdə istifadə edilmiş mahnıların əksəri yer almışdır. Lakin mahnıların bəzilərinin alternative versiyaları daxil edilmiş, iki – üç əsas mahnı isə alboma salınmamışdır. Mahnıların filmdə istifadə edilən original versiyaları və ekstra mahnılar isə ikinci albomda satışa çıxarılmışdır. Əsas film musiqisi Devid Bearvold və Kevin Gilbert tərəfindən yazılmış "Come What May" mahnısı albomda olan yeganə original mahnıdır. Açılış mahnısı – "Nature Boy" film üçün Devid Buvi tərəfindən ifa edilmişdir. Filmin gedişatı zamanı isə mahnı, filmdə Tuluzalı Henri rolunu canlandıran aktyor Con Lequizamo tərəfindən ifa edilir.
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2 — Baz Luhrmannın Mulen Ruj! filminin musiqilərinin satışa çıxarıldığı ikinci albom. Albom 26 fevral 2002-ci ildə çıxarılmışdır. Albom bir il əvvəl çıxarılmış birinci albomun davamıdır. Lakin birinci albomdan fərqli olaraq bu alboma bəzi mahnıların orijinal film versiyası daxil edilmişdir.
Devis-Montan hərbi hava bazası
Dimdik-bazu əzələsi
Dimdik-bazu əzələsi — Yuxarı ətraf əzələsi.
Doloçopi bazilikası
Doloçopi bazilikası (gürc. დოლოჭოპის ბაზილიკა) ― Şərqi Gürcüstanın Kaxeti bölgəsində hal-hazırda xarabalığa çevrilmiş erkən xristian kilsəsi. Daha əvvəl ərazidə mövcud olmuş kilsənin üzərində inşa edilmiş bu böyük bazilikanın radiokarbon tarixləşdirmə üsulundan istifadə edilərək eramızın 387-ci ilinə aid olduğu aşkar edilmişdir və bu da onu Gürcüstanda bilinən ən erkən xristian yerlərindən biri halına gətirir. Kilsənin qalıqları 2012-ci ildə aşkarlanmışdır. Bazilika Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələri siyahısına daxil edilmişdir. Uzun müddətdir tərk edilmiş bir kəndin adını daşıyan Doloçopi bazilikası Duruji çayının sağ sahilindəki Kvareli şəhərinin şimal-qərbində yerləşir. Bazilikadan təxminən 3,5 km qərbdə Nekres monastırı, daha 1 km qərbdə isə Doloçopi ilə bir çox xüsusiyyətləri paylaşan və böyük bir erkən xristian bazilikasının dağıntılarını ehtiva edən Çabukauri arxeoloji sahəsi var. Doloçobinin dağıntıları 2012–2015-ci illər arasında Nodar Baxtadzenin rəhbərlik etdiyi Gürcüstan Milli Muzeyinin ekspedisiyası tərəfindən aşkarlanmışdır. Qazıntı işləri tikilinin son qədim dövrdə bir zamanlar çiçəklənən yaşayış məntəqəsinin mərkəzində dayanan əhəmiyyətli bir kilsə olduğunu sübut etdi. Yazılı mənbələrdə adı çəkilməyən bu yaşayış məntəqəsi ardıcıl zəlzələlər və xarici istilalardan sonra getdikcə dağımağa və unudulmağa başladı və son orta əsrlərdə təmamilə tərk edildi.
Dörd bazar günü (film, 1975)
II Dünya müharibəsinin odlu-alovlu illərində Belorusiya meşələrində partizan dəstəsində vuruşmuş dostlar hazırda ölkəmizin müxtəlif guşələrində çalışır. Hərənin də öz taleyi, öz sevinci və kədəri var. Amma onlar bir-birilərini unutmur, axtarıb tapırlar. ...Bədir Feyzulla oğlu (Ələddin Abbasov) keçmiş cəbhə dostu, hazırda Maqnitoqorsk metallurgiya kombinatında işləyən Pavel Çipurinə (Yuri Sidorov) məktub yazmaq üçün dostlarını axtarmağa başlayır. O. dörd bazar gününün hərəsini bir dostunu axtarmağa sərf edir. Film aktyor Yaşar Nurinin kinoda ilk işidir. Film aktrisa Şükufə Yusifovanın kinoda ilk işdir. Film yazıçı Hüseyn Abbaszadənin eyniadlı povesti əsasında ekranlaşdrılmışıdr. Yazıçının bu mövzuya müraciət etməsi təsadüfi deyil. O, özü də müharibə veteranıdır.
Dəstəfur bazilikası
Dəstəfur bazilikası — Daşkəsən rayonunun Dəstəfur kəndində inşa edilən XV əsrə aid məbəd. Sovet hakimiyyəti dövründə bərpa adı altında burada çalışan erməni mütəxəssislər məbədə xeyli zərər vursalar da onu erməniləşdirə bilməmişlər. Məbəddəki xaçlar və digər dini xarakterli əşyalar oğurlansa da, alban kilsəsini qriqorian kilsəsi adı altında təqdim etmək cəhdləri tam uğursuzluqla nəticələnmişdir. Bundan sonra təxribat nəticəsində kilsə partladılmışdır. Tağlardan ikisi dağılsa da, kilsə özü duruş gətirmişdir. Dəstəfur kəndinin lap yaxınlığında inşa edilən məbədə sonralar ermənilər tərəfindən qapının yan divarına yuxarı qülləyə yerləşdirilmiş saxta erməni yazıları, ornamentləri heç nəyi dəyişməmişdir.
Erdenebat Bazarraqça
Erməni Bazar
Erməni Bazar — Azərbaycan Respublikasının Yevlax rayonunun Xaldan kənd Sovetində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Xaldan kənd Sovetinin Erməni Bazar kəndi Xaldan kəndi ilə birləşdiyinə görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılmışdır.
Etibarlı Hesablama Bazası
Trusted Computing Base (TCB) Etibarlı Hesablama Bazası (EHB) − hesablama sisteminin təhlükəsizlik siyasətinin dəstəklənməsi üçün cavabdeh olan proqram və aparat komponentləri daxil olmaqla təhlükəsizlik mexanizmlərı. EHB bir və ya bir neçə komponentdən ibarətdir, onlar birlikdə sistem çərçivəsində vahid təhlükəsizlik siyasətinin həyata keçirilməsinə cavabdehdirlər. EHB-nin vahid təhlükəsizlik siyasətini düzgün həyata keçirməsi xassəsi ilk növbədə EHB-nin özünün mexanizmlərindən, həmçinin sistem inzibatçılığının düzgün idarə etməsindən asılıdır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Etibarlı Hesablama Bazası (EHB)
Trusted Computing Base (TCB) Etibarlı Hesablama Bazası (EHB) − hesablama sisteminin təhlükəsizlik siyasətinin dəstəklənməsi üçün cavabdeh olan proqram və aparat komponentləri daxil olmaqla təhlükəsizlik mexanizmlərı. EHB bir və ya bir neçə komponentdən ibarətdir, onlar birlikdə sistem çərçivəsində vahid təhlükəsizlik siyasətinin həyata keçirilməsinə cavabdehdirlər. EHB-nin vahid təhlükəsizlik siyasətini düzgün həyata keçirməsi xassəsi ilk növbədə EHB-nin özünün mexanizmlərindən, həmçinin sistem inzibatçılığının düzgün idarə etməsindən asılıdır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Evelin Bazzanella
Evelin Bazzanella (d. 15 iyun 1976; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Evelin Bazzanella İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Everest Baza düşərgələri
Everest Baza düşərgələrinə iki baza düşərgəsi aiddir: Nepaldan 5,364 metr (17,598 ft) yüksəklikdə yerləşən Cənub Baza düşərgəsi (28°00′26″ şm. e. 86°51′34″ ş. u.) və Tibetdə (Çində) 5,150 metr (16,900 ft) yüksəslikdə yerləşən Şimal Baza düşərgəsi (28°08′29″ şm. e. 86°51′05″ ş. u.). Baza düşərgələri Everestə dırmanan peşəkar və ya həvəskar alpinistlər tərəfindən istifadə edilir. Cənub Baza Düşərgəsi cənub-şərq silsiləsindən keçərkən, Şimali Baza Düşərgəsi isə şimal-şərq silsiləsindən keçərkən istifadə olunur. Təchizatlar Cənubi Baza Düşərgəsinə hamballarla və ya şerplərlə və heyvanların köməyi ilə, əsasən də yaklarla daşınır.
Fond bazarı
Qiymətli kağızlar bazarı, fond bazarı (ing. securities market, ing. stock market, ing. equity market) — iştirakçıları arasında qiymətli kağızların buraxılması və dövriyyəsi ilə əlaqəli iqtisadi münasibətlər məcmusu. Qiymətli kağızlar bazarının tarixi bir neçə əsrdir. Onun meydana gəlməsi çox vaxt 15–16-cı əsrlərdə dövlət qiymətli kağızları bazarının yaranması ilə əlaqələndirilir. Bu dövrdə dövlət ehtiyacları üçün vəsait çatışmazlığını ödəmək üçün lazım olan əlavə vəsait cəlb etmək üçün dövlətlər həm daxili, həm də xaricdə qiymətli kağızlar buraxmağa və yerləşdirməyə başladılar. Məsələn, 1556-cı ildə dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə əməliyyatların aparıldığı Antverpendə birja quruldu. XVI əsrin əvvəllərində. ticarətin təkamülü birjaların meydana çıxmasına səbəb oldu.
Franko Bazalya
Franko Bazalya (it. Franco Basaglia; 11 mart 1924, Venesiya – 29 avqust 1980[…], Venesiya) — italyan psixiatr, nevroloq, psixiatriya professoru , zehni sağlamlıq sisteminin islahatçısı, 180 Qanunun inkişaf etdiricisi, Demokratik Psixiatriya hərəkatının lideri. Zehni xəstələrə qarşı insani münasibətə və onların məcburi təcrid olunmasından imtina etməyə əsaslanan zehni sağlamlıq xidməti konsepsiyasını irəli sürən Bazalya, davamlı olaraq İtaliyada psixiatriyanın destitusionalizasiyasına yönəlmiş və sistemin tamamilə ləğvi ilə başa çatan dövlət ruhi xəstəxanalarının islahatlar həyata keçirdi. Bir sıra müəlliflər Bazalyanı XX əsrin ən təsirli İtalyan psixiatrı hesab edirlər. Bəzi əsərlərində o, müasir psixi sağlamlıq konsepsiyasının qurucusu da adlandırıldı . Bəzi müəlliflər Bazalya və Demokratik Psixiatriyanın fəaliyyətlərini antipsikiyatri ilə əlaqələndirirlər, baxmayaraq ki, özü də digər tədqiqatçılar kimi belə bir identifikasiyaya qəti şəkildə qarşı idi. Franko Bazalya Mükafatı , Franka və Bazalya Vəqfi İtaliyada təsis edilmişdir. Franko Bazalya 11 mart 1924-cü ildə Venesiyada varlı bir ailədə anadan olub. İki bacısı var idi - biri ondan kiçik və digəri daha böyük . Koluççi və Vittorio, Bazalyanın Venesiyanın mənzərəli San Polo bölgəsində keçirdiyi uşaqlıq və gənclik günlərini buludsuz, demək olar ki, hər hansı bir problemlə qarşılaşmayan kimi təsvir edirlər.
Frederik Bazil
Frederik Bazil (fr. Jean Frédéric Bazille; 6 dekabr 1841[…], Monpelye – 28 noyabr 1870[…]) — fransız rəssamı, impressionizmin yaradıcılarından biri. La Robe rose, (1864) – 147 x 110 cm, Musée d'Orsay, Paris Atelier de la rue Furstenberg, – 80 x 65 cm, Musée Fabre, Montpellier Aigues-Mortes, – 46 x 55 cm, Musée Fabre, Montpellier Autportrait, (1865) – 109x72 cm, Art Institute of Chicago Réunion de Famille, (1867) – 152 x 230 cm, Musée d'Orsay, Paris Le Pécheur à l'épervier, (1868) – 134 x 83 cm, Fondation Rau pour le tiers-monde, Zürich Vue de village, (1868) – 130 x 89 cm, Musée Fabre, Montpellier Scène d'été, (1869) – 158 x 158 cm, Cambridge, Harvard University La Toilette, (1870) – 132 x 127 cm., Musée Fabre, Montpellier L'Atelier de la rue Condamine, (1870) – 98 x 128.5 cm, Musée d'Orsay, Paris Paysage au bord du Lez, (1870) – 137.8 x 202.5 cm, The Minneapolis Institute of Arts, Minneapolis Pitman, Dianne W. (1998). Bazille: Purity, Pose and Painting in the 1860s. University Park: Penn State University Press. ISBN 978-0-271-01700-6. Rosenblum, Robert (1989). Paintings in the Musée d'Orsay. New York: Stewart, Tabori & Chang. ISBN 1-55670-099-7 Frédéric Bazille at the National Gallery of Art Bazille Gallery at MuseumSyndicate Arxivləşdirilib 2010-09-13 at the Wayback Machine Impressionism: a centenary exhibition, an exhibition catalog from The Metropolitan Museum of Art (fully available online as PDF), which contains material on Bazille (p.
Gavurqala bazilikası
Gavurqala kilsəsi — Ağdam rayonunun Sofulu kəndində, Gavurqala şəhər xarabalığında 1958-ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim alban kilsəsinin qalıqlarıdır. Bazilika Ağdam rayonunun Sofulu kəndində arxeoloji tədqiqatlar zamanı aşkarlanmışdır. Abidə ərazisində arxeoloji tədqiqatlara rəhbərlik etmiş R. Vahidov bazilikanın VIII-X əsrlərdə inşa edilmiş olması ehtimalını səsləndirmişdir. G. Məmmədova isə qeyd edir ki, “tikilinin memarlıq-kompozisiya xüsusiyyətləri və analoqlarını nəzərə alaraq demək olar ki, bina ərəb işğalından əvvəlki dövrdə, təxminən VI əsrdə inşa edilmişdir.” Bir nefli zal tipli xristian məbədi onun Narınqalasının qərb hissəsində aşkar olunmuşdur. Düzbucaqlı, uzunsov quruluşlu, şərq-qərb istiqamətli bu tikili şərqdə yarımdairəvi apsida ilə tamamlanır. İbadət otağının uzunluğu 11,95 m, eni 5,25 m-dir. Mehrab apsidası məbədin döşəməsindən 0,45-0,60 m yuxarıda yerləşir. Onun eni ibadət otağının eninə bərabərdir. Döşəmədən apsidaya daşdan inşa edilmiş 2 pillə ilə qalxmaq mümkündür. Аrxeoloji qazıntılar nəticəsində bu pillələrdən ancaq birinin qorunub saxlanıldığı müəyyənləşdıirilmişdir.
Harper's Bazaar
Harper's Bazaar — Qlamur, moda haqqında aylıq qadınlar üçün jurnal. Əsası 1867-ci ildə ABŞ-də qoyulmuşdu. Jurnal dünyanın 20 ölkəsində çap olunur. ABŞ da tək moda jurnalı olaraq ilk nəşri 1867-ci ildə edilən Harper 's Bazaar; orta-yüksək və yüksək sinifə xitab edən tərzi ilə gözəllikdən modaya, geyimdən məşhur mədəniyyətə çox sahədə cəmiyyətə istiqamət verir. Harper & Brothers adlı şirkətə sahib Fletcher, James, John və Cozef qardaşları tərəfindən qurulan jurnalın adı Harper s Bazar idi. Jurnalın 1913-cü ildə Harper qardaşlar William Randolph Hearst'e satılması nəticəsində Hearst şirkətin təzyiqi edildi və adı Harper 's Bazaar olaraq qaldı. Jurnal dünyanın 28 ölkəsində çap olunur: Mary L. Booth (1867–1889) Margaret Sangster (1889–1899) Elizabeth Jordan (1900–1913) William Martin Johnson (1913–1914) Hartford Powell (1914–1916) John Chapman Hilder (1916–1920) Henry Blackman Sell (1920–1926) Charles Hanson Towne (1926–1929) Arthur H. Samuels (1929–1934) Carmel Snow (1934–1957) Nancy White (1957–1971) James Brady (1971–1972) Anthony Mazzola (1972–1992) Liz Tilberis (1992–1999) Katherine Betts (1999–2001) Glenda Bailey (2001–indiyə kimi) Harper's Bazaar official website Harper's Bazaar UK official website Harper's Bazaar Australia official website Arxivləşdirilib 2021-11-08 at the Wayback Machine Harper's Bazaar Russia official website "Harper's Bazaar Romania" official website Arxivləşdirilib 2013-08-15 at the Wayback Machine "Harper's Bazaar Vietnam's official Facebook page" Online archive Arxivləşdirilib 2011-04-16 at the Wayback Machine of early covers NYPL Digital Gallery. Illustrations from Harper's Bazaar, various dates Cornell University.
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
Həvari Yuhənna bazilikası
Həvari Yuhənna bazilikası — Türkiyədə tarixi Efes şəhərinin xarabalıqları yaxınlığında yerləşən bazilika formalı məbəd qalıqlarıdır. Bazilika VI əsrə Bizans imperatoru I Yustinianın göstərişi ilə inşa edilmişdir. Kilsənin memarlığı Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsinin memarlığı əsasında işlənmişdi. Bazilikanın xarabalıqları Türkiyənin İzmir ilinin Səlcuq şəhəri yaxınlığındakı Ayasuluk təpəsi üzərində, Efez şəhəri xarabalıqlarından 3.5 km aralıda yerləşir. Həvari Yuhənna bazilikası haqqında az məluat vardır, binanın təsvir edildiyi yeganə tarixi mənbə Qeysəriyyəli Prokopinin yazdığı “Yustinianın binaları” əsəridir. O, yazır: Kilsənin inşasına 548-ci ildə başlanılmış və inşaat işləri 565-ci ildə tamamlanmışdır. Kilsəyə yepiskop Efesli Hipati rəhbərlik edirdi. Kiçik Asiyada nadir hallarda iri inşaat işləri aparılsa da, dövrünün ən nüfuzlu kilsə nəzəriyyəçisi və yazıçısı olan Hipati Yustiniana təsir edərək Həvari Yuhənnanın məzarı və məzar üzərində inşa edilmiş kilsənin bərpa edilməsi üçün vəsait ayırılmasına nail ola bilmişdi. Prokopinin “Gizli Tarix” əsərində qeyd etdiyi kimi, tamamlandıqdan sonra bina dövrünün ən böyük kilsələrindən biri olmaqla yanaşı həm də mühüm ziyarətgaha çevrilmişdi: Məşhurluğuna baxmayaraq, İlahiyyatçı Yuhənna kilsəsininn inşa edilməsindən sonra, təxminən IX əsrdən etibarən kilsə haqqında mənbələrdə məlumat verilmir. Bazilikanın inşasında bişmiş kərpic və yaxşı yonulmuş ağ daşdan istifadə olunmuş, günbəzin ağırlığını saxlamaq üçün sütunlar mərmərdən hazırlanmış və ya mərmərlə üzlənmişdi.
Həvari İohann bazilikası
Həvari Yuhənna bazilikası — Türkiyədə tarixi Efes şəhərinin xarabalıqları yaxınlığında yerləşən bazilika formalı məbəd qalıqlarıdır. Bazilika VI əsrə Bizans imperatoru I Yustinianın göstərişi ilə inşa edilmişdir. Kilsənin memarlığı Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsinin memarlığı əsasında işlənmişdi. Bazilikanın xarabalıqları Türkiyənin İzmir ilinin Səlcuq şəhəri yaxınlığındakı Ayasuluk təpəsi üzərində, Efez şəhəri xarabalıqlarından 3.5 km aralıda yerləşir. Həvari Yuhənna bazilikası haqqında az məluat vardır, binanın təsvir edildiyi yeganə tarixi mənbə Qeysəriyyəli Prokopinin yazdığı “Yustinianın binaları” əsəridir. O, yazır: Kilsənin inşasına 548-ci ildə başlanılmış və inşaat işləri 565-ci ildə tamamlanmışdır. Kilsəyə yepiskop Efesli Hipati rəhbərlik edirdi. Kiçik Asiyada nadir hallarda iri inşaat işləri aparılsa da, dövrünün ən nüfuzlu kilsə nəzəriyyəçisi və yazıçısı olan Hipati Yustiniana təsir edərək Həvari Yuhənnanın məzarı və məzar üzərində inşa edilmiş kilsənin bərpa edilməsi üçün vəsait ayırılmasına nail ola bilmişdi. Prokopinin “Gizli Tarix” əsərində qeyd etdiyi kimi, tamamlandıqdan sonra bina dövrünün ən böyük kilsələrindən biri olmaqla yanaşı həm də mühüm ziyarətgaha çevrilmişdi: Məşhurluğuna baxmayaraq, İlahiyyatçı Yuhənna kilsəsininn inşa edilməsindən sonra, təxminən IX əsrdən etibarən kilsə haqqında mənbələrdə məlumat verilmir. Bazilikanın inşasında bişmiş kərpic və yaxşı yonulmuş ağ daşdan istifadə olunmuş, günbəzin ağırlığını saxlamaq üçün sütunlar mərmərdən hazırlanmış və ya mərmərlə üzlənmişdi.
Kanaveral hərbi hava qüvvələri bazası
Kanaveral hərbi hava qüvvələri bazası (ing. Canaveral Cape Air Force Base (CCAFS)), ABŞ Hərbi Hava Qüvvələrinin Canaveral Cape, Floridadakı hava bazasıdır. Baza Kennedi Kosmik Mərkəzinin yaxınlığında yerləşir. NASA-nın bir çox mühüm uçuşları Canaveral bazasından həyata keçirilmişdir.
Kapital bazarı
Kapital bazarı (rus. рынок капитала, ing. Capital market) — maliyyə bazarının uzunmüddətli pulların dövriyyədə olduğu hissəsi, yəni tədavül müddəti bir ildən çox olan vəsaitlər. Kapital bazarında sərbəst kapitalın yenidən bölüşdürülməsi və onların müxtəlif gəlirli maliyyə aktivlərinə investisiyası baş verir. Kapital bazarında vəsaitlərin (maliyyə resurslarının) tədavül formaları müxtəlif ola bilər: bank kreditləri (kreditlər); səhm; istiqrazlar; maliyyə törəmələri. Kapital bazarı əməliyyatları adətən maliyyə sektoru qurumları və ya hökumətlərin və korporasiyaların xəzinədarlıq departamentləri tərəfindən idarə olunur, lakin bəziləri birbaşa ictimaiyyətə açıq ola bilər. Məsələn, ABŞ-də internet bağlantısı olan istənilən ABŞ vətəndaşı TreasuryDirect hesabı yarada və ondan ilkin bazarda istiqraz almaq üçün istifadə edə bilər, baxmayaraq ki, fiziki şəxslərə satış satılan ümumi istiqrazların yalnız kiçik bir hissəsini təşkil edir. Müxtəlif özəl şirkətlər, şəxslərə təkrar bazarlarda səhmlər və bəzən hətta istiqrazlar almağa imkan verən brauzer əsaslı platformalar təqdim edir. Minlərlə belə sistemlər var ki, onların əksəriyyəti ümumi kapital bazarlarının yalnız kiçik bir hissəsinə xidmət edir. Sistemlərə ev sahibliyi edən təşkilatlara birjalar, investisiya bankları və dövlət qurumları daxildir.
Kasax bazilikası
Kasax Bazilikası – Qərbi Azərbayanın (indiki Ermənistan) Abaran rayonunun mərkəzi olan Baş Abaran (qədim Kasax) şəhərində, İrəvan – Gümrü şose yolunun üstündə yerləşən qədim türk məbədi. Bütün əlamətlərinə (tarixi, arxeoloji, memarlıq) görə Qərbi Azərbaycan ərazisində ən qədim məbədlərdən biri olan Kasax bazilikasının inşa tarixi V yüzilə aid edilsə, bir çox mütəxəssislər tərəfindən politeizm dövrünün yadigarı kimi xarakterizə edilir. Üçnüfli bazilika şəklində olan məbəd 1947 – 1948-ci illərdə Ermənistan Memarlıq Abidələrinin Mühafizəsi Komitəsi tərəfindən bərpa olunmuş və ona bir sıra erməni və xristian elementləri əlavə olunmuşdur. Abidənin yerləşdiyi yerin istər Abaran, istərsə də daha qədim Kasax adı qədim türk etnonimlərindən törəmədir və bu ərazilərin hələ miladdan əvvəlk dövrlərdən türklərin vətəni olması haqqında mənbələrdə çoxlu məlumatlar vardır. Belə ki, mixi yazılı kitabələr, eləcə də antik müəlliflər məhz bu ərazilərin sakini olan sak – skif – massaget tayfalarının tez – tez Urartuya yürüşlər etməsindən bəhs edir. Abaran rayonuna ilk ermənilərin gəlişi 1829 – 1830-cu illərə təsadüf edir. Həin vaxt 56 erməni ailəsi Türkiyədən köçürülərək burda məskunlaşdırılmışdır. И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоединения к Российской империи, СПб., 1852, стр.587–590; Ə. Ələkbərli. Qədim Türk-Oğuz yurdu — "Ermənistan", В., 1994, səh.20–24.
Kiçik Bazar məscidi
Kiçik bazar məscidi — Azərbaycanın Lənkəran rayonunun mərkəzində yerləşən məscid və tarix-memarlıq abidəsi. Məscid 1904-cü ildə Kiçik bazar məhəlləsində tikilib. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Kiçik Bazar məscidi 1904-cü ildə Lənkəranda Kiçik bazar məhəlləsində Tağı bəy, Ağa bəy, Molla Nəsir və şəhər camaatının topladığı vəsait hesabına tikilib. Adını yerləşdiyi məhəllədən alıb. Məscidin nəqqaşı usta Rəhim və onun atası olub. Məscid inşa edilərkən onun yanında Güldəstə adı ilə məşhur olan minarə yerləşib. Divarlarının uzunluğu 26 metr, eni 10 metr, hündürlüyü 8 metr, divarının qalınlığı 1 metrdir. Məsciddə eyni vaxtda 250 nəfər namaz qıla bilir. Məscidin tikintisində qırmızı kərpicdən, yerli meşə materiallarından və kirəmitdən istifadə edilib.
Kolxoz bazarı (Sumqayıt)
Kolxoz bazarı — Sumqayıt şəhərində mövcud olmuş ən böyük ticarət mərkəzlərindən biri. SSRİ dövründə kolxoz bazarına rəhbərlik edən Ağamirzə Əhədov 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə vəzifəsindən uzaqlaşdırılımış və bazar Mais adlı başqa bir iş adamına verilmişdir. Lakin 1993-cü ilin iyun hadisələri nəticəsində AXC hakimiyyətdən devrilən kimi bazarın keçmiş sahibi yerinə qayıtmışdır. Bundan sonra Ağamirzə Əhədov kolxoz bazarını sökdürüb, onun yerində böyük ticarət mərkəzini – "Karvan"ı tikdirmişdir.
Köhnə Müqəddəs Pyotr bazilikası
Köhnə Müqəddəs Pyotr bazilikası Vatikandakı Müqəddəs Pyotr bazilikasının yerində IV-XVI əsrlərdə mövcud olmuş bazilikadır.Tarixi Neronun sirki yerində inşa edilmiş bazilikanın tikintisinə imperator I Konstantinin hakimiyyəti dövründə başlanılmışdır. “Köhnə Müqəddəs Pyotr bazilikası” adı XVI əsrdə yeni bazilikanın inşa edilməsindən sonra iki binanı bir-birindən fərqləndirmək üçün istifadə edilmişdir. Bazilikanın inşasına imperator I Konstantinin əmri ilə 318 – 322-ci illər arasında başlanılmış və inşaat işlərinin tamamlanması 30 il çəkmişdir. Sonrakı on iki əsr ərzində kilsə tədricən mühüm əhəmiyyət qazanaraq, yekun nəticədə Romanın ən mühüm ibadət yerinə çevrilmişdir. Adətən Roma papalarının tacqoyma mərasiminin keçirildiyi Müqəddəs Pyotr kafedralında 800-cü ildə Müqəddəs Roma imperiyasının imperatoru Böyük Karlın tacqoyma mərasimi keçirilmişdir. 846-cı ildə sarasinlər bazilikanı qarət edərək dağıtmışlar. Ehtimal ki, qarətçilər Romanın zəngin xəzinələrindən xəbərdar idilər. Müqəddəs Pyotr bazilikası kimi bəzi müqəddəs və mühüm bazilikalar Avreli divarlarından kənarda yerləşdiləri üçün asan hədəf idilər. Bu bazilikalar “zəngin liturgiya qabları zinətli metallar və qiymətli daş-qaşlarla işlənmiş relikviarilər və illərlə toplanmış müqəddəs əşyalarla dolu idi.” Nəticədə qarətçilər adi bir kilsəni yox, müqəddəs bir ziyarətgahı elan etmiş oldular. Hadisədən sonra Roma papası IV Levin sifarişi ilə Leonin divarı inşa edildi və kilsənin zərər çəkmiş yerləri bəra olundu.

Значение слова в других словарях