baza

is. base f, assises fpl (əsas) ; station f, dépôt m ; entrepôt m, magasin m ; aviasiya ~sı base aérienne ; ərzaq~sı centre m de ravitaillement ; iqtisadi ~ base économique ; istehsalat ~sı base de production ; yem ~sı base fourragère ; maddi ~ base matérielle ; texniki ~ base technique

baz
bazalaşdırma
OBASTAN VİKİ
Baza
Baza [yun. basis – əsas, özül] – əsas, nəyinsə əsası – özülü, bünövrəsi. Baza sözü müxtəlif mənalarda işlənə bilər: Anbar, emalatxana, istinad məntəqəsi və s. Məsələn, böyük anbar, təchizatla məşğul olan müəssisə; Hərbi hissə yerləşən ərazi, bəzən ordunu, ekspedisiyanı və ya bir müəssisəni təmin etmək üçün ehtiyat; Mədəni-maarif işlərinin bu və ya digər sahəsinə xidmət edən məntəqə; Mənbə; Müəyyən vaxt dövrünə aid edilən, digər analoji göstəricilərlə müqayisə üçün əsas sayılan göstəricilər, məlumatlar. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Baza (cins)
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Baza inflyasiya
Baza təhsil
Baza yağları
Baza yağları - avtomobillərdə istifadə etdiyimiz mühərrik yağın tərkibinə daxildir. Adətən baza yağları üç qrupa bölünür: sintetik, yarım sintetik və mineral, amma faktiki olaraq bu qrupların sayı beşdir. Amerika neft institutun klassifikasiyasına (APİ) əsasən bu qruplar üç növ göstəricilərlə seçilir: kükürdün miqdarı, doymuş karbohidrogen miqdıarı və özüllülük indeksi. Kükürd metalların korroziyasını yaradır, kükürdlü birləşmələrin yandırılması zamanı kimyəvi oksidləşməyə səbəb olan turşular əmələ gəlir. Kükürdün mövcudluğu baza yağların xüsusiyyətlərinə neqativ təsir edir. Doymuş karbohidrogenlər, doymamış karbohidrogenlərldən fərqli olaraq, daha sabitdirlər və daha asta oksidləşirlər. Doymuş karbohidrogenlər nə qədər çox mövcüddür, o qədər da baza yağı oksidləşir, köhnəlir və deqradasiya olunur. Özüllülük indeksi – bu miqdar yağın özlülüyü temperatur asılılığından göstəricisidir. Yuxarı indeksli yağlar temperaturdan asıllığ dərəcəsi azdır, bununla yağın aşağı temperatur xüsusiyyətləri daha yaxşılaşır. O deməkdir ki, yağın özüllülük indeksi nə qədər yuksək olarsa, yağın xüsusiyyətləri o qədər yüksək olar.
Baza və superstruktur
Marksist superstruktur, marksist cəmiyyət nəzəriyyəsində insanın subyektivliyi ilə cəmiyyətin maddi varlığının vəhdətinin ilkin formasıdır. Forma müəyyən dərəcədə obyektiv, müəyyən dərəcədə subyektivdir. İnfrastruktur məhsuldar qüvvələrdən və istehsal münasibətlərindən (işçi-işəgötürənin əmək şəraiti, əmək bölgüsü, mülkiyyət münasibətləri və s.) ibarətdir. Marksist nəzəriyyədə infrastruktur, superstrukturu təşkil edən mədəniyyət, institutlar, siyasi qüvvələr münasibətləri, rollar, rituallar və dövlət kimi cəmiyyətin digər münasibətlərini və düşüncələrini müəyyən edir. Güman edilir ki, superstruktur və infrastruktur arasındakı əlaqə dialektik xarakter daşıyır, "dünyada" rmövcud olan eal varlıqlarla arasında heç bir fərq qoyulmur.
Baza verilənlərin proqramlaşdırma dilləri
Baza verilənlərin proqramlaşdırma dilləri — bu qrup dillər alqoritmik dillərdən həll etdiyi məsələlərə görə fərqlənir. İlk bazalar böyük informasiya massivlərinin emalına və müəyyən əlamətə görə bir qrup informasiyanın seçilməsinə ehtiyac olanda yaradılmışdır. Bunun üçün strukturlaşdırılmış sorğular dili SQL (structured query language) dili yaradılmışdır. O güclü riyazi nəzəriyyəyə əsaslanmaqla verilənlər bazasını effektiv emal etməyə imkan yaradır. Böyük verilənlər bazalarını idarə etmək, onları effektiv emal etmək üçün VBİS (verilən bazasının idarəetmə sistemi) yaradıldı. Hal-hazırda dünyada 5 aparıcı VBİS istehsalçısını göstərə bilərik: Microsoft (SQL Server), İBM (DB2), Oracle Software AG (Adabas), İnformix Sybase. Onların məhsulları şəbəkədə minlərlə istifadəçinin eyni zamanda işini dəstəkləyir, verilənlər bazaları isə paylanmış şəkildə bir neçə serverdə saxlanıla bilər.
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
Everest Baza düşərgələri
Everest Baza düşərgələrinə iki baza düşərgəsi aiddir: Nepaldan 5,364 metr (17,598 ft) yüksəklikdə yerləşən Cənub Baza düşərgəsi (28°00′26″ şm. e. 86°51′34″ ş. u.) və Tibetdə (Çində) 5,150 metr (16,900 ft) yüksəslikdə yerləşən Şimal Baza düşərgəsi (28°08′29″ şm. e. 86°51′05″ ş. u.). Baza düşərgələri Everestə dırmanan peşəkar və ya həvəskar alpinistlər tərəfindən istifadə edilir. Cənub Baza Düşərgəsi cənub-şərq silsiləsindən keçərkən, Şimali Baza Düşərgəsi isə şimal-şərq silsiləsindən keçərkən istifadə olunur. Təchizatlar Cənubi Baza Düşərgəsinə hamballarla və ya şerplərlə və heyvanların köməyi ilə, əsasən də yaklarla daşınır.
Qotard baza tuneli
Qotard baza tuneli — İsveçrədə yerləşən bu tunelin ideyası 30 il əvvəl verilib. 57 kilometrlik bu tunelin açılışı 2018-ci ilə planlaşdırılıb. Bu tuneldə qatarlar 250 km saat sürətlə hərəkət edə biləcək. Mütəxəssislər işlərin vaxtında başa çatacağına inanmırlar.
102-ci Hərbi baza
102-ci Rusiya hərbi bazası (rus. 102-я российская военная база, erm. Ռուսաստանի 102-րդ ռազմական բազա) — Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı hərbi bazası. Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir. 128-ci motoatıcı alay: Alay 3 motoatıcı tabor (biri BMP-2, biri BTR-80, biri isə avtotexnika), zenit divizionu (silahlanmasına ZSU-23–4 "Şilka", BRDM maşının bazasında "Strela" və ZU-23–2), özüyeriyən artilleriya divizionu ("Qvozdika"), artilleriya divizionu (D-30 haubitsalar), tank bölüyü (T-72 tankları) olmaqla 750 nəfər şəxsi heyətdən ibarətdir.
Azad bazar
Azad bazar və ya sərbəst bazar — iqtisadiyyatda iştirakçıların sayı məhdud olan qiymətlərin hər hansı xarici amillərdən asılı olmadan yalnız tələb və təklifə uyğun olaraq müəyyən edildiyi bazar. Bu cür bazarda cəmiyyətin bütün üzvləri istənilən təsərrüfat fəaliyyəti ilə tam sərbəst şəkildə məşğul ola bilərlər. Bu bazarda istehsal amillərinin mütləq mobilliyi, kapitalın yerdəyişməsinin qeyri-məhdud sərbəstliyi, bazarın hər bir iştirakçısının bazar haqqında mütləq tam informasiyaya malik olması, eyniadlı məhsulların mütləq mənada yekcins olması inhisarçılıq, monopsoniya, dövlət tənzimləməsinin olmaması, qiymətlərin azad rəqabətin gedişində kortəbii şəkildə müəyyənləşməsi səciyyəvi haldır. Azad rəqabətin heç bir iştirakçısı qeyri-iqtisadi metodlarla başqa iştirakçının qərarına bilavasitə təsir göstərə bilməz.
Açıq bazar əməliyyatları
Bazaleti
Bazaleti Tiflis quberniyasının Duşet qəzasında (indi Duşeti rayonunda) kənd adı. Bazaleti- Tiflis quberniyasının Duşet qəzasında (indi Duşeti rayonunda) kənd adı. Xəzərlərin Bizal tayfasının adından və gürcücə eti "yer" sözündəndir.
Bazaleti gölü
Bazaleti gölü (gürc. ბაზალეთის ტბა) — Gürcüstanda, Duşeti şəhərindən 5 km cənubda yerləşən göl. Dəniz səviyyəsindən 879 metr yüksəklikdə yerləşir. Sahəsi 1,22 km²-dir. Ən dərin yeri 7 metrdir. Həcmi 4 milyon km³-dir. Əsasən balıqçılıq, suvarma və istirahət sahələrində istifadə olunur. Yaxınlıqdakı kənd və tarixi rayon Bazaleti kimi tanınır. Gölün yanında Bazaleti qəsəbəsi mövcüddur. 1626-cı ildə burada 2 gürcü qrup arasında döyüş baş verdi.
Bazalt
Bazalt — normal cərgəli effuziv dağ süxuru, ən çox yayılan kaynotip süxurları. Bazaltlar püskürmə suxurların əsas kütləsini təşkil edir. Onlar müasir okeanların diblərini təşkil etməklə yanaşı, quru sahələrdə də geniş əraziləri tutur. Məsələn, Mərkəzi Sibirdə çox böyük ərazi qalın bazalt layları ilə örtülmüşdür."Bazalt" həbəş dilində "bazal" (dəmirsaxlayan daş) sözündən törəmişdir və ilk dəfə Böyük Plini tərəfindən işlədilmişdir. Liparitlərdən fərqli olaraq bazaltlar qara rəngdə olur. Bazalt maqması daha duru olduğuna görə nazik axınlar yaradır və bu səbəbdən də daha tez soyuyur. Ona görə də bazaltların petroqrafik tərkibində vulkan şüşəsi çox olur. Maqmadan ayrılan qazların hesabına bazalt suxurları, adətən məsaməli olur. Bazalt maqması soyuyarkən çox vaxt bazalt suxurlarının içərisində seolit və kalsit kristallarının yelpikvari formaları əmələ gəlir. Bazalt suxurlarının içərisindəki boşluqlarda bəzən aqat mineralının nazik zolaqlım kristallarına rast gəlinir.
Bazalt maqması
Maqma (yun. μάγμα — qatı yağ, xəmir) — Yer qabığında və ya yuxarı mantiyada, böyük olmayan dərinlikdə təbii halda yaranan, soyuduqda maqmatik dağ qayalarna çevrilən, silikat tərkibli, isti və maye ərintidir. Axan maqma lava adlanır. Maqma — (rus. магма, ing. maqma) Yerin dərinliyində əmələ gələn mürəkkəb, əksərən silikat tərkibli ərgin, qızğın kütlə. M. tərkibində oksigen, silisium, alüminium, dəmir, maqnezium, natrium və kaliumun üstünlük təşkil etdiyi çoxlu miqdarda kimyəvi elementlərin birləşmələrindən, bəzən bir neçə faizi uçan komponentlərdən (su, kükürd, hidrogen, ftor, xlor və s.) təşkil olmuş məhluldan ibarətdir. Maqmada demək olar ki, bütün kimyəvi elementlərə rast gəlinir, onların arasında: Si, Al, Fe, Са, Mg, К, Ti, Na, həmçinin müxtəlif uçan komponentlərə (karbon oksidi, kükürd, hidrogen, flüor, xlor və s.) və buxarşəkilli suya da rast gəlinir. Uçan komponentlər maqmanın kristallaşması zamanı müxtəlif minerallara daxil olur. Nadir hallarda qeyri-silikat tərkibli maqmatik ərintilər mövcud olur.
Bazalt qat
Bazalt — normal cərgəli effuziv dağ süxuru, ən çox yayılan kaynotip süxurları. Bazaltlar püskürmə suxurların əsas kütləsini təşkil edir. Onlar müasir okeanların diblərini təşkil etməklə yanaşı, quru sahələrdə də geniş əraziləri tutur. Məsələn, Mərkəzi Sibirdə çox böyük ərazi qalın bazalt layları ilə örtülmüşdür."Bazalt" həbəş dilində "bazal" (dəmirsaxlayan daş) sözündən törəmişdir və ilk dəfə Böyük Plini tərəfindən işlədilmişdir. Liparitlərdən fərqli olaraq bazaltlar qara rəngdə olur. Bazalt maqması daha duru olduğuna görə nazik axınlar yaradır və bu səbəbdən də daha tez soyuyur. Ona görə də bazaltların petroqrafik tərkibində vulkan şüşəsi çox olur. Maqmadan ayrılan qazların hesabına bazalt suxurları, adətən məsaməli olur. Bazalt maqması soyuyarkən çox vaxt bazalt suxurlarının içərisində seolit və kalsit kristallarının yelpikvari formaları əmələ gəlir. Bazalt suxurlarının içərisindəki boşluqlarda bəzən aqat mineralının nazik zolaqlım kristallarına rast gəlinir.
Bazan
Bazan (fars. باذان‎) (Bazan ibn Sasan) — Sasanilər imperiyasının Yəməndə mərzibanı. Həbəşistanın Yəmən valisi Əbrəhənin iki oğlu Məsruk ilə Yəksumun Yəməndəki yerli ərəblərə qarşı böyük bir zülm və qətliama girişməsi üzərinə Himyarilərin soyundan gələn Seyf ibn Zuyazan Həbəşlilərə qarşı Sasanilər imperiyasıdan yardım istəmiş, Kisra I Xosrov da (Ənuşirvani Adil 531-579), yaşlı və təcrübəli komandanlarından Vəhrizi kiçik bir orduyla Yəmənə göndərmişdi. Aparılan savaşda vali Məsruk öldürülmüş və Seyf ibn Zuyazan Sənada iqtidarı ələ keçirmişdi. Həbəşlilərin bir neçə il sonra Seyfi öldürmələri üzərinə Kisra, Vəhrizi dörd min əsgərlə təkrar Yəmənə göndərmişti. Ölümünə qədər Sənada Sasanilər valisi olaraq qalan Vəhrizdən sonra sırasıyla Mərziban, Təynucan, Xürrə Xosrov və Bazan vali olmuşdular. Bazan iranlı əsgərlərin Yəmənli qadınlarla evlənməsi nəticəsində təşəkkül edən və Əbna adı verilən zümrəyə mənsubdu. peyğəmbərin dəvəti üzərinə müsəlman oldu. Onun müsəlman oluşuna dair xəbərlər, peyğəmbərin Kisraya (II Xosrova) göndərdiyi məktubla ilgili rəvayətlər arasında yer almaqdadır. peyğəmbər hicrətin 7- (628-ci) ildə Abdullah ibn Huzafə əs-Səhmiyi bir məktubla Kisra II Xosrov Pərvizə göndərmişdi.
Bazansat (Askın)
Bazansat (rus. Базанчатово, başq. Баҙансат) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kışlauyılfa kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 52 km, ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 50 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (26 %), başqırdlar (72%) üstünlük təşkil edir.
Bazar
Bazar (fars. بازار‎) – satıcı və alıcıların alış-veriş etdiyi məkan, ticarət obyekti. Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur. Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır.
Bazar-Cümə
Bazar-Cümə — İranın Gilan ostanında yerləşən şəhər. Bazar-Cümə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Bazar (Xaçın kənd)
Bazar - Yuxari Qarabağın Xaçın nahiyəsində kənd adı. Bazar - Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı. Şah Mənsur kəndinin yaxınlığında yerləşir. Bazar, qədim türkmənşəli tayfanın adındandır. Tiflis quberniyasının Siqnaxı qəzasında Bazarxevi. Gürcüstanda Bazarı yaşayış məntəqə adı. Bu ad 1392-ci ildə cəkilmişdir. Qıpçaq mənşəli Basar tayfasının adındandır. Qırğızlarda Bazar, qaraqalpaqlarda və kalmıklarda Basar tayfaları məlumdur. Qafqazda bazar sözündən düzəlmiş coxlu dağ, çay və kənd adları vardı: Bazarçay, Bazaryurd, Şimali Qafqazda Qaranoqoy dairəsində Bazarnur, Zaqatala qəzasında Bazarqobu və s.
Bazar (Zaqatala)
Bazar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Çobankol bələdiyyəsinin tərkibindədir. 659 əhalisi var.
Bazar (dəqiqləşdirmə)
Müxtəlif Bazar — Bazar ertəsi — dünyanın bir çox ölkələrində yeni həftənin başlandığı gün. Bazar (gün) — həftənin sonuncu günü. Bazar meydanı — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan sıratağlı dini-memarlıq kompleksi. Bazar (iqtisadiyyat) — Bazar iqtisadiyyatı — Yaşayış məntəqələri Bazar (Xaçın kənd) Bazar (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda yerləşən kənd. Bazar cümə — İranın Gilan ostanında yerləşən şəhər.
Bazar (həftənin günü)
Bazar – dünyanın bir çox ölkələrində həftənin sayca yeddinci ( bəzilərində birinci ) günü. Bazar günü həftədə şənbə günü ilə bazar ertəsi günü arasında yerləşir. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin yeddinci günüdür. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə b.- da yazılır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə bazar günü ikinci istirahət günüdür. Günün adı qədimdən məhz bu gün kənd bazarlarının keçirilməsi ilə yaranıb. İslam dinin rəsmi din edildiyi ölkələrdə və İsraildə bazar gene adı iş günüdür. Yəhudi xalqının inancına görə yeni il bazar günüdən başlaya bilməz, çünki, bu halda yanvar ayının 13-ü cümə gününə düşür ki, bu isə çox uğursuz hal sayılır. Bu gün azərbaycan dilində həm rəsmi, həm qeyri-rəsmi şəkildə bazar günü adlanır. Bəzi konservativ xristian Avropa dövlətlərində bazar günü işləmək və mal almaq günah sayılır.
Bazar (iqtisadiyyat)
Bazar — ayrı-ayrı mal və xidmətlərin alıcıları (istehlakçıları) ilə satıcıları (təchizatçıları) arasında mübadiləni təmin edən bir sıra proses və prosedurlar. Bazarlar müxtəlif formalarda ola bilər. Bazarın əsas meyarlarından biri rəqabətin mövcudluğunu təmin edən iştirakçıların fəaliyyət sərbəstliyidir. Müstəqil iştirakçıların sayı nə qədər çox olsa, bazarın rəqabət qabiliyyəti o qədər yüksəkdir. Bir əsas satıcısı və bir neçə alıcısı olan bazara inhisar deyilir. Ən böyük alıcı və bir neçə satıcı üçün bazar monopoliyasıdr. Bunlar qeyri-kamil rəqabətin həddidir. K. R. Makkonellu və S. L. Brüya görə bazar, müəyyən mal və xidmətlərin alıcılarını və satıcılarını bir araya gətirən bir qurum, bir mexanizmdir. Bazarların özləri müxtəlif formalarda ola bilər. Bazar — əmtəə iqtisadiyyatının bir kateqoriyasıdır, məhsul (xidmət) istehsalçıları ilə istehlakçılar arasında müntəzəm mübadilə əməliyyatlarına əsaslanan iqtisadi münasibətlər məcmusudur.
Bazar (ticarət obyekti)
Bazar (fars. بازار‎) – satıcı və alıcıların alış-veriş etdiyi məkan, ticarət obyekti. Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur. Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır.
Bazar Küçəsi Sübh Çağı (1898)
Bazar küçəsi sübh çağı — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir. Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir. Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
2 nömrəli Bakı Baza Tibb Kolleci
2 nömrəli Bakı Baza Tibb Kolleci (əvvəlki adı: 2 nömrəli Bakı Baza Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı 2 nömrəli Bakı Baza Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. 2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət, hüquqi şəxs statusuna malik, orta ixtisas təhsilli mütəxəssis hazırlayan və orta tibb və əczaçı ixtisas təhsilli işçilərin ixtisasartırılma və təkmilləşdirmə proseslərini həyata keçirən tədris müəssisəsidir. Fəaliyyət göstərdiyi müddətdə səhiyyə müəssisələri üçün 26380 orta ixtisaslı tibb işçisi yetişdirmişdir. Kollecin məzunları təkcə Azərbaycanda deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə də öz vəzifə borclarını yerinə yetirərək əhaliyə xidmət göstərir. Dilarə Əli qızı Məmmədəliyeva (2007-ci ildən) Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Mamalıq işi; Tibbi profilaktika; Ortopedik stomatologiya; Əczaçılıq; Tibb bacısı işi; Laboratoriya diaqnostikası.
2 nömrəli Bakı Baza Tibb Məktəbi
2 nömrəli Bakı Baza Tibb Kolleci (əvvəlki adı: 2 nömrəli Bakı Baza Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı 2 nömrəli Bakı Baza Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. 2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət, hüquqi şəxs statusuna malik, orta ixtisas təhsilli mütəxəssis hazırlayan və orta tibb və əczaçı ixtisas təhsilli işçilərin ixtisasartırılma və təkmilləşdirmə proseslərini həyata keçirən tədris müəssisəsidir. Fəaliyyət göstərdiyi müddətdə səhiyyə müəssisələri üçün 26380 orta ixtisaslı tibb işçisi yetişdirmişdir. Kollecin məzunları təkcə Azərbaycanda deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə də öz vəzifə borclarını yerinə yetirərək əhaliyə xidmət göstərir. Dilarə Əli qızı Məmmədəliyeva (2007-ci ildən) Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Mamalıq işi; Tibbi profilaktika; Ortopedik stomatologiya; Əczaçılıq; Tibb bacısı işi; Laboratoriya diaqnostikası.

Значение слова в других словарях