1. Bünövrə, əsas, özül, bina. İqtisadi baza.
– [Sumqayıtda] metallurgiyanın ilk bazası qoyulur.
// Bir şeyin həyata keçirilməsi, yaxud fəaliyyəti üçün lazım olan maddi-texniki şəraitin məcmusu. Texniki baza. Heyvandarlıq üçün yem bazası. Yüngül sənaye üçün xammal bazası yaratmaq.
– Qarğıdalı eyni zamanda iki məsələni, yəni həm dən ehtiyatının artırılması, həm də mal-qara üçün möhkəm yem bazası yaradılması məsələlərini həll etməyə imkan verir. ( ).
2. Müəyyən bir işə, əməliyyata xidmət üçün hər cür ehtiyat, maddi vəsait, xüsusi təsisat və qurğularla təchiz olunmuş yer, istinad nöqtəsi. Təyyarə bazası. Hərbi-dəniz bazası. Turist bazası.
3. Mal, məhsul, material və s. saxlamaq üçün yer, anbar. Neft bazası. Kömür bazası. Azərittifaqın meyvə-tərəvəz bazası.
– Dairəittifaq sədri Nemətullayev əmtəə bazasında olduğundan bu səfərbərlikdən qalmışdı.