1. anat. Həzm prosesində mühüm rol oynayan bədən üzvü, selikli, elastik borular şəklində olur.
□ Acı bağırsaq – bağırsaqların mədə ilə yoğun bağırsaq arasındakı hissəsi, nazik bağırsaq.
Düz bağırsaq – bağırsaq kanalının dal hissəsi, qurtaracağı.
Kor bağırsaq – yoğun bağırsağın soxulcanşəkilli çıxıntısı olan qurtaracaq hissəsi.
Onikibarmaq bağırsaq – insanın nazik bağırsağının bir hissəsi.
Yoğun (qalın) bağırsaq – acı bağırsaqdan sonra gələn yoğun hissə.
2. İçərisindən su axıtmaq üçün rezin və ya brezent boru; şlanq.
◊ Bağırsaq, yaxud acı bağırsaq kimi (uzanmaq) – bir-birinin ardınca, arasıkəsilməz sıra ilə yerimək, gəlmək, keçmək; axırı, sonu olmayan, qurtarmaq bilməyən şey haqqında.
Bağırsaqları qırılmaq (gülməkdən) – çox gülmək, gülməkdən qarnına sancı düşmək.
Bizim pulemyotlar qaqqıldayanda sizinkilərin dovşan kimi qaçmaqlarını görsəydiniz, gülməkdən bağırsaqlarınız qırılardı.
Bağırsaqlarını yerə tökmək – öldürmək.