Bu sözün əsli bulayu olub və “bu sayağı” deməkdir. Tatar dilində həmin kəlmə bolay kimi işlədilir, əslini bir qədər hifz edə bilib. Elə sözü də “olayu” (o sayaq) deməkdir. -layu şəkilçisi müstəqil söz olan yalı kəlməsinin zəminində yaranıb. Kənd yerlərində ilana bənzər ot taylarına “ilanyalı taya” deyirlər. Deməli, yalı sözü layu formasına düşüb, o da öz növbəsində şəkilçiləşib: elə, belə sözlərindəkindən fərqli olaraq –layu şəkilçisi ov, öv kimi də formalaşıb: gözayu dönüb olub kösöv, oxlayu dönüb olub oxlov və s. Belə enklitik sözlər sırasına daxildir, yəni özündən əvvəlki söz məntiqi vurğu qəbul edir (bununla belə...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)