Qazaxıstan belarusları
Qazaxıstan belarusları - Qazaxıstan ərazisində yayılmış belarus diasporası.
12 yanvar 2012-ci il məlumatına görə Qazaxıstan ərazisində 63 694 belarus yaşayır. Belarusların böyük qismi Kostanay (21 min), Karakanda (18 min), Akmola (16 min), Şimali-Qazaxıstan (9 min) vilayətlərindı yaşayır. Qazaxıstan ərazisində aparılan siyahıya alınma (belarusların say dinamikası): 1926 il — 25584 nəfər, 1939 il — 31 614, 1959 il — 107 309, 1970 il — 198 430, 1979 il — 181 821, 1989 il — 178 325, 1999 il — 111 924, 2009 il — 66 476.
Qazaxıstan ərazisində ilk belarus diasporası Konstantin Semyonoviç Kalinovskinin üsyanından sonra meydana gəlmişdir. Üstəlik XX əsrin əvvəllərində Stolıoinin həyata keçirdiyi aqrar islahatlar zamanı belarusların bir qismi Qazaxıstana köçürülmüşdür. Onlar özləri ilə birlikdə mədəniyyətlırini gətirirdilər.
İkinci Dünya müharibəsi ilə əlaqədar olaraq Qazaxıstan ərazisinə 10,7 min dövlət işçisi ailəsi ilə birlikdə köçürülmüşdür. Bura Belarus opera və balet, dramaturgiya teatrlarının kollektivləri belə köçürülmüşdür. 4 sentyabr 1941-ci ildən 1942-ci ilin aprelinədək onlar 8 konsert, 12 tamaşa və 21 hərbi qospital konserti vermişlər.