Beynəlxalq Ticarətdə Alqı-Satqı Müqavilələri

idxalçı və ixracatçı tərəfindən razılaşdırılaraq imzalanmış, əmtəələrin göndərilməsi və zəruri hallarda köməkçi xidmətlərin göstərilməsi üzrə kommersiya sənədidir.
Beynəlxalq Ticarət Sertifikatı
Beynəlxalq Torqlar, Beynəkcalq Müzaidələr
OBASTAN VİKİ
Alqı-satqı
Alqı-satqı müqaviləsi — satıcının məhsulu alıcının mülkiyyətinə verməyi, alıcının isə həmin məhsulu qəbul etməyi və onun müqabilində müəyyən pul məbləğini ödəməyi öhdəyə götürməsi. Müqavilədə satışın predmeti və həcmi, müddəti və yeri, malın keyfiyyətinin müəyyən edilməsi metodları, gələcəkdə satışın qiyməti və dəyəri, daşıma şərtləri, malın təhvil verilməsi və qəbul edilməsi qaydası, ödənişin şərtləri, zəmanətlər və sanksiyalar, arbitraj haqqında şərtlər, müqavilə bağlayan tərəflərin hüquqi ünvanları və imzaları göstərilir. Məzmunu ömürlük dəyişməyən alqı-satqı müqaviləsi yaşına və ya səhhətinin vəziyyətinə görə əmək qabiliyyəti olmayan şəxs ona mülkiyyət hüququnda məxsus olan daşınmaz əmlakı alıcıya verməsi, alıcının isə satıcının ömrünün sonuna qədər alış qiymətinin ödənilməsi kimi ona mənzil, qida verməyi, ona qulluq etməyi və kömək göstərməyi öhdəyə götürməsidir. Satıcının ömürlük saxlanması şərti ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə alıcı hətta daşınmaz əmlak təsadüfən məhv olduqda belə müqavilə üzrə öhdəliklərinə riayət etməyə borcludur. Satıcı sağ ikən alıcı tərəfindən həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi yolverilməzdir.
Alqı-satqı müqaviləsi
Alqı-satqı müqaviləsi — satıcının məhsulu alıcının mülkiyyətinə verməyi, alıcının isə həmin məhsulu qəbul etməyi və onun müqabilində müəyyən pul məbləğini ödəməyi öhdəyə götürməsi. Müqavilədə satışın predmeti və həcmi, müddəti və yeri, malın keyfiyyətinin müəyyən edilməsi metodları, gələcəkdə satışın qiyməti və dəyəri, daşıma şərtləri, malın təhvil verilməsi və qəbul edilməsi qaydası, ödənişin şərtləri, zəmanətlər və sanksiyalar, arbitraj haqqında şərtlər, müqavilə bağlayan tərəflərin hüquqi ünvanları və imzaları göstərilir. Məzmunu ömürlük dəyişməyən alqı-satqı müqaviləsi yaşına və ya səhhətinin vəziyyətinə görə əmək qabiliyyəti olmayan şəxs ona mülkiyyət hüququnda məxsus olan daşınmaz əmlakı alıcıya verməsi, alıcının isə satıcının ömrünün sonuna qədər alış qiymətinin ödənilməsi kimi ona mənzil, qida verməyi, ona qulluq etməyi və kömək göstərməyi öhdəyə götürməsidir. Satıcının ömürlük saxlanması şərti ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə alıcı hətta daşınmaz əmlak təsadüfən məhv olduqda belə müqavilə üzrə öhdəliklərinə riayət etməyə borcludur. Satıcı sağ ikən alıcı tərəfindən həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi yolverilməzdir.
Sülh müqavilələri
Abo sülh müqaviləsi
Azərbaycan-İran müqavilələri (1920)
Azərbaycan Xalq Cümhuriyyəti bütün qonşu dövlətlərlə olduğu kimi, İranla da diplomatik münasibətlər yaradılmasına xüsusi diqqət verirdi. Lakin Şimali Azərbaycanda müstəqil dövlətin-Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilk vaxtlar İran tərəfindən soyuq qarşılandı. Azərbaycanın İstanbuldakı nümayəndə heyətinin 1919 ilin iyulunda Cümhuriyyətin yaranması haqqında İran konsulluğuna təqdim etdiyi bəyannamə geri qaytarıldı, İranın Azərbaycan adlı dövləti tanımadığı bildirildi. Lakin bu vəziyyət çox çəkmədi, İranın Azərbaycana münasibətində dəyişiklik yarandı. İran diplomatiyası hər iki ölkənin vahid dövlətdə birləşdirilməsi ideyasını ortaya atdı. İran nümayəndələrinin 1918 ilin sonlarında Bakıda, 1919 ilin yanvarında isə İstanbulda irəli sürdüyü bu ideya müstəqil Azərbaycan dövləti tərəfindən müsbət qarşılanmadı. Bununla belə, Azərbaycan Hökuməti İranla diplomatik münasibətləri yaradılması sahəsində fəaliyyətini davam etdirdi. 1919 ilin yazında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə İrana fövqəladə missiya göndərildi, orada diplomatik nümayəndəlik yaradılması və b. məsələlər müzakirə edildi. İyulun 16-da İranda Azərbaycan diplomatik nümayəndəliyi təsis olundu.
İngiltərə-İran müqavilələri (1801)
İngiltərə-İran müqaviləsi (1801) — İngiltərə ilə İran arasında bağlanmış siyasi və ticarət müqavilələri. İran-İngiltərə münasibətləri dərin tarixi köklərə malik olub, geniş məsələləri əhatə edir. Bu münasibətlərdə Azərbaycanla bağlı məsələlər də, özünəməxsus yer tutmuşdur. Ona görə də İran-İngiltərə dövlətlərarası müqavilələrini də burada nəzərdən keçirməyə ehtiyac yaranmışdır. XVIII əsrin sonları-XIX əsrin əvvəllərində İngiltərənin İranla əlaqələrinə Böyük Fransa inqilabı (1789–1794) və Napoleon müharibələri dövründə kəskinləşən İngiltərə-Fransa münasibətləri mühüm təsir göstərmişdi. İngiltərə Fransanın fəaliyyətini Şərq müstəmləkələri, xüsusilə Hindistan üçün təhlükə hesab edirdi. Ona görə də fransızların İran vasitəsi və ya İranın köməyi ilə Hindistana nüfuzunun qarşısının alınmasına böyük səy göstərilirdi. Bunun nəticəsində XVIII əsrin sonları-XIX əsrin başlanğıcında İngiltərənin İranda diplomatik fəallığı gücləndi. Hindistan general-qubernatoru Uelsli ingilislərin xidmətində olan Mirzə Mehdi Əli xan xüsusi təlimatla Tehrana göndərdi. Mehdi Əli xan təlimatı yerinə yetirməyə nail oldu, İranla müqavilələr imzalandı.
Paris sülh müqavilələri (1947)
Paris sülh müqavilələri (1947) (fransızca: Traités de Paris) — İkinci Dünya müharibəsinin 1945-ci ildə sonlanmasından sonra 10 fevral 1947-ci ildə imzalanan müqavilələrdir. Paris Sülh Konfransı 1946-cı ild 29 iyuldan 15 oktyabr 1946-cı ilə qədər davam etmişdir. Konfransda keçmiş müharibədəki əsas müttəfiq dövlətlər - Fransa, Böyük Britaniya, ABŞ və Sovet İttifaqı keçmiş Almaniya müttəfiqləri olan, lakin müharibənin sonlarına yaxın tərəf dəyişdirərək ona müharibə elan etmiş İtaliya, Rumıniya, Macarıstan, Bolqarıstan və Finlandiya ilə imzalanmalı müqavilələrin maddələrini müzakirə etmişdilər. Bu dövlətlərə beynəlxalq münasibətlər sistemində özlərini suveren dövlət kimi mövcudiyyətlərini davam etdirməyə və BMT-ə üzv olmağa haqq verildi. Həmçinin Paris sülh müqavilələri Almaniya ilə Sovet İttifaqı arasında müharibənin başlamasından əvvəl imzalanmış və Sovet İttifaqını Almaniyanın Avropadakı işğallarının birinci mərhələsində onun de-fakto müttəfiqi olmasına yol açan Molotov-Ribbentrop Paktını görməzdən gəldi. Bu paktın gizli maddələri əsasıında Polşanın sovetlər və nasistlər arasında paylaşdırılması, Latviya, Estoniya və Litva da daxil olmaqla, bir çox ölkənin işğalı, Finlandiya, Rumıniya kimi dövlətlərin bir hissəsinin ilhaqı nəzərdə tutulmuşdu. Bu pakt faktiki olaraq Paris Sülh Konfransı (1919-1920) zamanı formalaşdırılmış sərhədlərin dəyişdirilməsinə yol açdı və 23 avqust 1939-cu ildə imzalandı. Bundan bir həftə sonra İkinci Dünya müharibəsi Almaniyanın Polşanı işğal etməsi ilə başladı. 1941-ci ilə qədərki iki il ərzində Almaniya və Sovet İttifaqı Şərqi Avropadakı dövlətlərin sərhədlərini müvafiq olaraq dəyişdirdilər. Sülh müqavilələrinə müharibə təzminatlarının müəyyənləşdirilməsi, milli azlıqların hüquqları və ərazi dəyişiklikləri daxil idi.
Uruqvay Raundu Müqavilələri Qanunu
Uruqvay Raundu Müqavilələri Qanunu (ing. Uruguay Round Agreements Act (URAA) — Amerika Birləşmiş Ştatlarında 1994-cü il Mərakeş Sazişini həyata keçirən ABŞ Konqresinin qəbul etdiyi qanun. Marakeş Sazişi Tarifləri və Ticarət üzrə Baş Sazişin Ümumdünya Ticarət Təşkilatına çevrilməsi ilə bağlı danışıqların Uruqvay Raundunun yekun hissəsi idi. Qanun qüvvəyə mindikdən sonra Birləşmiş Ştatlar əvvəllər ictimai mülkiyyətə keçmiş bəzi əsərlərin müəllif hüquqlarının qorunmasını bərpa etdi. ABŞ Prezidenti Bill Klinton URMQ (ing. URAA) üçün qanun layihəsini 27 sentyabr 1994-cü ildə Konqresə göndərdi. Qanun Nümayəndələr Palatasına H.R. 5110, Senata isə S. 2467 nömrələri ilə təqdim edildi ki, nə Palata, nə də Senat onu dəyişdirə bilməsin. Palata qanun layihəsini 29 noyabr 1994-cü ildə, Senat isə 1 dekabr 1994-cü ildə qəbul etdi. Prezident Klinton qanunu 8 dekabr 1994-cü ildə Konqres aktı (103–465) olaraq imzaladı. URMQ 1995-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.
Azərbaycan-İran Müqavilələri (1918-1920)
Azərbaycan Xalq Cümhuriyyəti bütün qonşu dövlətlərlə olduğu kimi, İranla da diplomatik münasibətlər yaradılmasına xüsusi diqqət verirdi. Lakin Şimali Azərbaycanda müstəqil dövlətin-Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilk vaxtlar İran tərəfindən soyuq qarşılandı. Azərbaycanın İstanbuldakı nümayəndə heyətinin 1919 ilin iyulunda Cümhuriyyətin yaranması haqqında İran konsulluğuna təqdim etdiyi bəyannamə geri qaytarıldı, İranın Azərbaycan adlı dövləti tanımadığı bildirildi. Lakin bu vəziyyət çox çəkmədi, İranın Azərbaycana münasibətində dəyişiklik yarandı. İran diplomatiyası hər iki ölkənin vahid dövlətdə birləşdirilməsi ideyasını ortaya atdı. İran nümayəndələrinin 1918 ilin sonlarında Bakıda, 1919 ilin yanvarında isə İstanbulda irəli sürdüyü bu ideya müstəqil Azərbaycan dövləti tərəfindən müsbət qarşılanmadı. Bununla belə, Azərbaycan Hökuməti İranla diplomatik münasibətləri yaradılması sahəsində fəaliyyətini davam etdirdi. 1919 ilin yazında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə İrana fövqəladə missiya göndərildi, orada diplomatik nümayəndəlik yaradılması və b. məsələlər müzakirə edildi. İyulun 16-da İranda Azərbaycan diplomatik nümayəndəliyi təsis olundu.
Azərbaycan Xalq Cümhuriyyəti-İran Müqavilələri
Azərbaycan Xalq Cümhuriyyəti bütün qonşu dövlətlərlə olduğu kimi, İranla da diplomatik münasibətlər yaradılmasına xüsusi diqqət verirdi. Lakin Şimali Azərbaycanda müstəqil dövlətin-Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilk vaxtlar İran tərəfindən soyuq qarşılandı. Azərbaycanın İstanbuldakı nümayəndə heyətinin 1919 ilin iyulunda Cümhuriyyətin yaranması haqqında İran konsulluğuna təqdim etdiyi bəyannamə geri qaytarıldı, İranın Azərbaycan adlı dövləti tanımadığı bildirildi. Lakin bu vəziyyət çox çəkmədi, İranın Azərbaycana münasibətində dəyişiklik yarandı. İran diplomatiyası hər iki ölkənin vahid dövlətdə birləşdirilməsi ideyasını ortaya atdı. İran nümayəndələrinin 1918 ilin sonlarında Bakıda, 1919 ilin yanvarında isə İstanbulda irəli sürdüyü bu ideya müstəqil Azərbaycan dövləti tərəfindən müsbət qarşılanmadı. Bununla belə, Azərbaycan Hökuməti İranla diplomatik münasibətləri yaradılması sahəsində fəaliyyətini davam etdirdi. 1919 ilin yazında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə İrana fövqəladə missiya göndərildi, orada diplomatik nümayəndəlik yaradılması və b. məsələlər müzakirə edildi. İyulun 16-da İranda Azərbaycan diplomatik nümayəndəliyi təsis olundu.
Azərbaycan–Gürcüstan müqavilələri (1918–20)
Azərbaycan-Gürcüstan müqavilələri – Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında iqtisadi, maliyyə, nəqliyyat və rabitə sahələri üzrə 1918–20 illərdə bağlanmış müqavilələr. Cənubi Qafqaz 100 ildən artıq Rusiya imperiyası tərkibində vahid iqtisadi məkanda olduğundan, Azərbaycan və Gürcüstan müstəqillik qazandıqdan dərhal sonra iqtisadi, maliyyə, nəqliyyat və rabitə sahələrində əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. 1918-ci il iyunun 4-də Batumidə Azərbaycan, Gürcüstan və Osmanlı hökumət nümayəndələri Bakı-Batumi ağ neft kəmərinin normal işləməsini təmin etmək haqqında saziş imzaladılar. Həmin gün Batumidə həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında saziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mülkiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər. 1918-ci il iyunun 21-də Gürcüstan hökumətinin sədri N. Ramişvili keçmiş Zaqafqaziya hökumətinin əmlakının Azərbaycan və Gürcüstan arasında bölüşdürülməsini Azərbaycanın bu ölkədəki nümayəndəsi Məmməd Yusif Cəfərova təklif etdi. Gürcüstan tərəfi öz təklifini bununla əsaslandırdı ki, Ermənistan öz payını artıq götürmüşdür və sonradan Osmanlı dövlətinin nəzarəti altına keçmiş ərazilərdə yerləşdirmişdir. Azərbaycan tərəfi ümumi əmlakın bölüşdürülməsinə prinsipial razılıq verdi, avqustun 15-də isə təklif etdi ki, arbitraj yolu ilə, ilk növbədə, Qafqaz cəbhəsinin ləğvi nəticəsində qalmış daşınar əmlak və Cənubi Qafqazın mərkəzi dövlət idarə və təşkilatlarının daşınar əmlakı bölüşdürülsün. 1918-ci il sentyabrın 6-da Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri maliyyə və pul-kredit əməliyyatları üçün birlikdə 280 milyon rubl məbləğində Zaqafqaziya bonu buraxılması haqqında saziş imzaladılar. Həmin il noyabrın 15-də Azərbaycanla Gürcüstan arasında, əlavə olaraq, daha 160 milyon rubl məbləğində Zaqafqaziya bonu buraxılması haqqında Tiflisdə müqavilə bağlandı.
Beynəlxalq Münasibətlər
Beynəlxalq münasibətlər — siyasi elmin bir qolu olub, beynəlxalq sistemdə dövlətlərin bir-biri ilə, eləcə də beynəlxalq hökumətlərarası təşkilatlar (BHT), transmilli korporasiyalar (TMK) və digər qeyri-dövlət aktorları ilə münasibətlərini öyrənir. XX əsrin əvvəllərində beynəlxalq münasibətlər dünya siyasətində ABŞ-ın rolunun artması ilə səciyyələnir. Bu dövrdə ABŞ-ın xarici siyasət fəaliyyətində Latın Amerikası mərkəzi yer tuturdu. ABŞ Latın Amerikası regionunda nüfuzunu artırmaq və öz ətrafında region dövlətlərini birləşdirmək siyasəti yürüdürdü. Bu illərdə ABŞ çəkiləcək Panama kanalı üzərində tək ağalıq etmək istəyirdi. O, bu istəyinə 1901-ci ildə İngiltərə ilə imzaladığı müqavilə ilə çatmış oldu. Bu müqaviləyə görə, kanalı ABŞ hökuməti və ya onun istəyinə uyğun olaraq xüsusi şirkətlər tikə bilərdilər. 1902-ci ildə ABŞ kanalın tikintisinə dair konsessiya hüququnu fransız şirkətindən satın aldı. 1903-cü ildə ABŞ və Kolumbiya hökumətləri müqavilə imzaladılar. Müqaviləyə görə, Kolumbiya hökuməti öz ərazisində Sakit okeandan Atlantik okeana qədər ərazidən çəkilən zolağı 99 il müddətinə ABŞ hökumətinə icarəyə verməli idi.
Beynəlxalq arbitraj
Beynəlxalq arbitraj— Arbitraj mübahisələrin həlli üçün milli məhkəmələrin yurisdiksiyasına alternativ bir metoddur və yalnız qanunla icazə verilmiş mübahisələrin həllini tərəflərin müəyyən etdiyi bir və ya daha çox müstəqil üçücü tərəfə — arbitra verir. Beynəlxalq arbitraj iki dövlət arasında, ya da bir dövlətlə beynəlxalq bir təşkilat arasında, ya da xüsusi bir şəxs və ya özəl qurum ilə dövlət arasında, ya da xüsusi bir qurum və ya fərqli millətlərdən olan insanlar arasındakı arbitraj deməkdir. == Tarixi == Dövlət sferasında beynəlxalq arbitrajın tarixi Jay sazişinə əsaslanır. 1794-cü ildə Böyük Britaniya ilə Amerika Birləşmiş Ştatları arasındakı bu müqavilə 1872-ci ildə Alabama müqaviləsi üçün bir model rolunu oynadı. Bu müqavilə imzalandıqdan sonra beynəlxalq müqavilələrdə arbitraj maddəsi istifadə edilməyə başlandı. Xarici Arbitraj qərarlarının tanınması və icrası haqqında 1958-ci il New York Konvensiyası arbitraj qərarlarının tanınmamasına səbəb ola biləcək vəziyyətə aydınlıq gətirilməsi baxımından bu sahədə əhəmiyyətli yer tutur. == Üstünlükləri == Tərəflər arbitrajın yerini, mübahisəyə dair qərar verəcək hakimləri, qərarın dilini və bu məhkəmədə tətbiq ediləcək prosedur qaydalarını seçmək hüququna malikdirlər. Məhkəmə hakimiyyətinin yanında arbitraj təşkilatının mövcudluğunun səbəbləri; dövlət məhkəmə sistemindəki yüklərin azaldılması; beynəlxalq münasibətlərdə milli məhkəmələrin qərəzsizliyi ilə əlaqəli haqlı narahatlıqlar, ticari münasibətlərdə iştirak edən tərəflər üçün bu münasibətlərdən irəli gələn sabitliyi və inamın təmin edilməsi; mübahisənin mövzunu yaxşı bilən mütəxəssislər tərəfindən həll edilməsinin məqsədəuyğunluğu, dövlət məhkəməsi ilə müqayisədə daha sürətli və daha qənaətli bir şəkildə bir həll yolu tapılması. Arbitraj razılaşması tərəflər arasında mövcud hüquqi münasibətlərdən yaranan və ya yarana biləcək mübahisələrin hamısını və ya bəzilərini arbitraj yolu ilə həll etməyə dair bir razılaşmadır.
Beynəlxalq dil
Beynəlxalq dil — bütün dünya üzrə əhəmiyyətli dərəcədə çox sayda insanlar arasında istifadə edilən dil. == Xarici keçidlər == Beynəlxalq dil — Facebook səhifəsi English 'world language' forecast (BBC, December 2004) World Language Maps 1903 article - Are We To Have An International Language?
Beynəlxalq hesablaşmalar
Valyutada pul tələbləri və öhdəlikləri dövlətlər, müxtəlif ölkələrin ərazisində yerləşən fiziki və hüquqi şəxslər arasında iqtisadi, siyasi, mədəni münasibətlərin əsasında yaranır. Beynəlxalq hesablaşmalar yuxarıda göstərilən pul tələbləri və öhdəlikləri üzrə ödəmələrin təşkili və tənzimlənməsini əks etdirir. Beynəlxaql hesablaşmalar bankların gündəlik fəaliyyətidir. Onlar dünya ictimaiyyəti tərəfindən işlənmiş və əksər ölkələr tərəfindən qəbul edilmiş şərt, norma və qaydalar əsasında beynəlxalq hesablaşmaları həyata keçirir, xaricə ödəmələr edirlər. Beynəlxalq hesablaşmalar sferasında bankların fəaliyyəti dövlətlər və beynəlxalq iqtisadi təşkilatlar tərəfindən tənzimlənir. Beynəlxalq hesablaşmalar əsasən nağdsız qaydada və banklar vasitəsilə həyata keçirilir. Bu zaman müxtəlif ölkələrin kredit təşkilatları, bankları arasında müxbir münasibətləri qurulur. Bu məqsədlə banklar hesabların (nostro – bankın digər banklarda hesabları, loro – digər bankların bankda hesabları) açılması barədə qarşılıqlı müxbir sazişləri imzalayırlar. Bu sazişlərdə hesablaşma qaydaları, komission mükafatlandırmanın həcmləri, həmçinin vəsaitlər xərcləndikcə müxbir hesabların yenidən vəsaitlə təmin edilməsi metodları öz əksini tapır. Banklar beynəlxalq hesablaşmaları özlərinin xarici filialları və bölmələri vasitəsilə də həyata keçirə bilərlər.
Beynəlxalq hüquq
Beynəlxalq hüquq — hüququn bir sahəsi olmaqla dövlətin xarici münasibətlərini, əlaqələrini nizamlayan normalar sitemidir. Buraya dövlətlər, beynəlxalq təşkliatlar, özünüidarəetmə qabiliyyətinə malik olan xalqlar, milli azadlıq mücadiləsi verən millətlər bəzən isə fiziki və hüquqi şəxslər də aid edilir. Beynəlxalq hüquq çox geniş sahələri əhatə edən beynəlxalq münasibətlər və normalar sistemidir. == Müasir Beynəlxalq hüquq == Müasir Beynəlxalq hüququn 400 il əvvəl yarandığını, formalaşmağa başladığını desək də beynəlxalq sistemin fundamental konsepsiyalarının yaranmasını min illər əvvəl dövlətlərarası siyasi münasibətlərdə görə bilərik. Təxminən e.ə 2100-cü ildə Laqaş və Umma hakimlərinin bağladıqları müqaviləni buna misal göstərmək olar. Bu müqavilə dövlətlərarasındakı sərhədləri müəyyənləşdirirdi. Başqa bir nümunə II Ramzes və Hetlər arasında bağlanmış əbədi sülh və qardaşlıq müqaviləsini göstərə bilərik. Hansı ki e.ə 1286-cı ildə bağlanmışdı. Bu müqavilə Şam şəhərinin şimalında (Kadeş şəhərində) bağlanıb və müharibənin bitməsini, ərazi bütövlüyünü və nəhayət müdafiə alyansının yaradılmasını da nəzərdə tuturdu. Beynəlxalq hüququn əsas on prinsipi mövcuddur: ərazi bütövlüyü prinsipi, xalqların öz müqəddaratını təyin etmə prinsipi və s.
Beynəlxalq idman
Beynəlxalq idman — İdmanda ın azı iki ölkənin təmsil olunduğu arenadır . Ən məşhur beynəlxalq idman nümunəsi Olimpiya Oyunlarıdır. Digər nümunələrə FIFA Dünya Kuboku və Paralimpiya Oyunları daxildir. ABŞ və Kanada arasında keçirilən kriket matçı hər hansı bir idman növündə oynanan ilk beynəlxalq matçdır. Müasir beynəlxalq idman tədbirləri böyük bir biznesdir . Çünki burdakı dünya ölkələri bir–birinə siyasi , iqtisadi , mədəni və digər aspektlərdən təsir göstə bilir . == Tarix == Əvvəlcə Olimpiya Oyunlarinın tarixinə nəzər salaq . Qədim Olimpiya Oyunları Qədim Yunanıstandan olan bir neçə şəhər-dövlət və krallıq nümayəndələri arasında keçirilən və əsasən atletika, həm də döyüş və maşın yarışlarını əhatə edən bir sıra yarışlar idi. Olimpiya oyunları zamanı iştirakçı şəhər dövlətləri arasında bütün mübarizələr oyunlar başa çatana qədər təxirə salındı. Olimpiadanın mənşəyi sirr və əfsanə ilə örtülmüşdür.
Beynəlxalq iqtisadiyyat
Beynəlxalq iqtisadiyyat — müxtəlif malların, xidmətlərin, işçi qüvvəsinin, kapitalın və digər istehsal amillərinin beynəlxalq mübadiləsi sahəsində müxtəlif dövlətlərin təsərrüfat subyektləri arasında qarşılıqlı təsir qanunauyğunluqlarını öyrənən bir fəndir. Beynəlxalq iqtisadi münasibətlər (BİM) – maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir. BİM ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri kompleksidir. BİM iqtisadiyyatların müxtəlif səviyyələrində təzahür edə bilər ki, onun da subyektləri aşağıdakılardır: Mikrosəviyyə — burada BİM-in subyektləri kimi bu və ya digər xarici iqtisadi əməliyyatları həyata keçirən ayrı-ayrı fiziki şəxslər, orta və kiçik müəssisələr və firmalar çıxış edir; Makrosəviyyə — bu səviyyənin əsas subyektləri kimi milli dövlətləri, onların subyektlərini, beynəlxalq iqtisadi inteqrasiya qruplaşmalarını, transmilli və qlobal şirkətləri göstərmək olar; Üstmilli səviyyə — bu səviyyədə beynəlxalq təşkilatlar və üstmilli institutlar fəaliyyət göstərir. BİM-in məzmununun arşdırılmasında onun obyekt və subyektlərinin böyük əhəmiyyəti vardır.BİM-in obyektləri onun ayrı-ayrı formalarıının əsasını təşkil edən əmtəələr və xidmət növləri,kapital,texnologiya və bu kimi yüzlərlə iqtisadi məzmuna malik anlayışlardan ibarətdir.BİM-in subyektləri mikroiqtisadi səviyyədə firmalardan, beynəlxalq şirkətlərdən,sahibkarlar ittifaqlarından ibarətdir.Makroiqtisadi səviyyədə BİM-in subyektləri milli hökümətlər vədövlət orqanlarından ibarətdir. == Beynəlxalq iqtisadiyyatın məqsədi == Beynəlxalq iqtisadiyyatın tədqiqat obyekti dünya və ya dünya iqtisadiyyatıdır. Dünya iqtisadiyyatı — beynəlxalq əmək bölgüsündə iştirak edən və beynəlxalq iqtisadi münasibətlər sistemi ilə əlaqələndirilən ayrı-ayrı ölkələrin məcmusudur. Beynəlxalq iqtisadiyyatın obyektləri, eyni zamanda bu gün həcmi 9 trilyon ABŞ dolları olan beynəlxalq ticarətdə dövriyyədə olan mal və xidmətlərdir. Beynəlxalq iqtisadiyyatda mal və xidmət mübadiləsi böyük həcmlər, çeşidlərin genişliyi, keyfiyyət fərqliliyi ilə xarakterizə olunur. == Beynəlxalq iqtisadiyyat kursu quruluşu == Beynəlxalq iqtisadiyyat nəzəriyyəsi kursu 2 hissədən ibarətdir: Beynəlxalq mikroiqtisadiyyat dünya bazar iştirakçılarının maraqları və imkanları ilə müəyyən edilmiş davranış qaydalarını öyrənir.
Beynəlxalq konfranslar
== B ==
Beynəlxalq konvensiyalar
Ətraf mühit sahəsində qəbul edilmiş beynəlxalq konvensiyalar — Ətraf mühitin mühafizəsi sahəsində dövlətlər arasında bağlanan müqavilə, saziş. Beynəlxalq hüquqi sənəddir. == Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalar == “Davamlı Üzvi Çirkləndiricilər haqqında” Stokholm Konvensiyası Müəyyən zəhərli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən razılığın verilməsi proseduruna dair Rotterdam Konvensiyası “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” Orxus Konvensiyası İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasının Kyoto protokolu “Səhralaşmaya qarşı mübarizə üzrə” Paris Konvensiyası “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Helsinki Konvensiyası “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Helsinki Konvensiyasının Su və Sağlamlıq haqqında protokolu “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” Konvensiya (Helsinki) “İqlim dəyişmələri üzrə” Çərçivə Konvensiyası “Bioloji müxtəliflik haqqında” Rio-de-Jeneyro Konvensiyası “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Espo Konvensiyası “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası “Ozon qatını dağıdan maddələr üzrə” Monreal protokolu “Ozon qatının mühafizəsi haqqında” Vyana Konvensiyası “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Avropa Konvensiyası (Bern Konvensiyası) “Köçəri vəhşi heyvan növlərinin qorunması üzrə” Bonn Konvensiyası “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” Cenevrə Konvensiyası “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya (CITES) «Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında» Beynəlxalq Konvensiya “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında” Paris Konvensiyası.
Beynəlxalq maliyyə
Beynəlxalq maliyyə (beynəlxalq monetar iqtisadiyyat və ya beynəlxalq makroiqtisadiyyat da adlanır) — iki və ya daha çox ölkə arasında pul və makroiqtisadi münasibətlərlə geniş şəkildə məşğul olan maliyyə iqtisadiyyatının bir sahəsidir. Beynəlxalq maliyyə qlobal maliyyə sisteminin dinamikasını, beynəlxalq pul sistemlərini, tədiyyə balansını, valyuta məzənnələrini, birbaşa xarici investisiyaları və bu mövzuların beynəlxalq ticarətlə necə əlaqəli olduğunu araşdırır. Beynəlxalq maliyyə, bəzən çoxmillətli maliyyə kimi də adlandırılır, əlavə olaraq beynəlxalq maliyyə idarəetməsi məsələləri ilə bağlıdır. İnvestorlar və transmilli korporasiyalar siyasi risk və valyuta riski, o cümlədən əməliyyat riski, iqtisadi risk və transfer riski kimi beynəlxalq riskləri qiymətləndirməli və idarə etməlidirlər. Beynəlxalq maliyyədə əsas anlayışların bəzi nümunələri Mandell-Fleminq modeli, optimal valyuta sahəsi nəzəriyyəsi, alıcılıq qabiliyyəti pariteti, faiz dərəcəsi pariteti və beynəlxalq Fişer effektidir. Beynəlxalq ticarətin tədqiqi əsasən mikroiqtisadi anlayışlardan istifadə etdiyi halda, beynəlxalq maliyyə sahəsində tədqiqatlar ilk növbədə makroiqtisadi konsepsiyaları araşdırır. Beynəlxalq maliyyənin monetar və siyasi riskləri daha çox onunla əlaqədardır ki, suveren dövlətlər valyuta buraxmaq, öz iqtisadi siyasətlərini formalaşdırmaq, vergilər yığmaq, insanların, malların və kapitalın öz sərhədləri boyunca hərəkətini tənzimləmək hüququna və səlahiyyətinə malikdirlər. == Tarixi == === Çin və fiat valyutası === Kağız pul ideyası min ildən çox əvvəl Çində Yuan, Tan, Sonq və Ming sülalələri dövründə yaranmışdır. Tan sülaləsi dövründə (618-907) metal pul vahidinə tələb yüksək idi ki, bu da qiymətli metalların təklifini üstələyirdi. İnsanlar artıq kredit notlarının istifadəsi ilə tanış idilər və tez bir zamanda kağız vərəqlərini və ya kağız qaralamaları qəbul etməyə başladılar.
Beynəlxalq miqrasiya
Beynəlxalq miqrasiya — insanlar dövlət sərhədlərindən keçərək və qonaq ölkədə qısa müddət ərzində ev sahibi kimi qaldığı təqdirdə baş verir. Miqrasiya bir çox səbəb üzündən baş verir. Bir çox insanlar öz ölkələrini bir digər ölkədə daha geniş iqtisadi imkanlar axtarmaq məqsədilə tərk edirlər. Digərləri ailə üzvləri ilə birgə öz ölkələrindəki siyasi duruma və ya bir başqa səbəbdən miqrasiya edirlər. Təhsil beynəlxalq miqrasiyada bir ayrı səbəblərdən biridir ki, bu halda tələbə xaricdə təhsilini davam etdirir. Beynəlxalq miqrasiyanı bir neçə müxtəlif potensial sistemlər üzrə kateqoriyalaşdırmaq mümkündür ki, bu sistemlərdən biri onları 9 fərqli qruplara bölür; müvəqqəti əmək miqrantları, qeyri-qanuni, qanuni və ya sənədləşdirilməmiş miqrantlar, yüksək ixtisaslı və biznes mühacirləri, qaçqınlar, sığınacaq axtaranlar, məcburi köç, ailə üzvləri, geri qayıdan mühacirlər və uzun müddətli aşağı ixtisaslı miqrantlar. Bu miqrantlarda həmçinin iki böyük qrupa bölünmüş, daimi və müəqqəti. Daimi miqrantlar yeni köç etdikləri ölkədə daimi yaşayış hüququ qazanmaq istəyir və mümkün olduğu təqdirdə ölkənin vətəndaşlığını qazanmaq niyyətində olurlar. Müvəqqəti miqrantlar isə yalnız müvəqqəti müddətdə qalmaq niyyətindədirlər ki, bu böyük ehtimal müqavilə bağladıqları işin, xüsusi təhsil proqramının və ya müəyyən bir iş mövsümünün sonuna qədər davam edə bilər. Hər iki növ miqrantların, olduqları ölkə və aid olduqları ölkə toplumlarının iqtisadiyyatına xüsusi təsirləri mövcuddur.
Beynəlxalq müqavilə
Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir. Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət normalarına söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır. Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda iki başlıca akt mövcuddur: 1) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və 2) dövlətlər ilə beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası. Hər iki Konvensiyanın 2-ci maddəsinə görə: Beynəlxalq müqavilə- dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanılan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki yaxud daha çox bir-biri ilə bağlı aktlarda ehtiva olunması və nə cür adlandırılması əhəmiyyət kəsb etmir. == Beynəlxalq müqavilədə tərəflər == 1969-cu il və 1986-cı il Konvensiyalarına görə, müvafiq olaraq dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər. 1969-cu il Konvensiyasına görə, " hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir" (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal xarakter daşıyır.
Beynəlxalq müqavilələr
Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir. Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət normalarına söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır. Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda iki başlıca akt mövcuddur: 1) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və 2) dövlətlər ilə beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası. Hər iki Konvensiyanın 2-ci maddəsinə görə: Beynəlxalq müqavilə- dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanılan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki yaxud daha çox bir-biri ilə bağlı aktlarda ehtiva olunması və nə cür adlandırılması əhəmiyyət kəsb etmir. == Beynəlxalq müqavilədə tərəflər == 1969-cu il və 1986-cı il Konvensiyalarına görə, müvafiq olaraq dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər. 1969-cu il Konvensiyasına görə, " hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir" (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal xarakter daşıyır.
Beynəlxalq marketinq
Beynəlxalq marketinq — fərdi və ya təşkilati məqsədlərə cavab verən mübadilələr yaratmaq üçün ideyaların, əmtəə və xidmətlərin konsepsiyası, qiymətləri, təşviqi və paylanmasının planlaşdırılması və icrasının beynəlxalq səviyyədə prosesi. Bu strategiya şirkətin öz ölkəsində istifadə olunan texnikaların genişləndirilməsinə aid edilir. Marketinqin digər elementləri kimi beynəlxalq marketinqin vahid tərifi yoxdur. Bundan əlavə, bəzi müəlliflər beynəlxalq marketinq və qlobal marketinqi fərqli şəkildə müəyyənləşdirirlər: Çox sadə səviyyədə beynəlxalq marketinq şirkətin milli sərhədlər daxilində bir və ya bir neçə marketinq qərarının qəbul edilməsini nəzərdə tutur. Çox mürəkkəb səviyyədə bu, şirkətin xaricdə istehsal müəssisələrinin yaradılmasını və bütün dünyada marketinq strategiyalarının əlaqələndirilməsini əhatə edir. Beynəlxalq marketinq marketinq yönümünün və bacarıqlarının beynəlxalq biznesə tətbiqidir. Beynəlxalq marketinq firmanın əmtəə və xidmətlərinin axınını mənfəət üçün birdən çox ölkədə istehlakçılara və ya istifadəçilərə yönəldən biznes fəaliyyətinin təmin edilməsidir. Beynəlxalq bazar ixracatçı taciri üstələyir və onu bizneslə məşğul olduğu ölkələrdə marketinq mühitinə daha çox cəlb edir. Qlobal marketinq investisiyaların, məhsulların qlobal səviyyədə bir şirkətin təcrübəsinə səmərəli şəkildə istifadə edilməsinə diqqət yetirir və həmçinin hər bir ölkədə həqiqətən unikal və fərqli olanı uyğunlaşdırır. Qlobal marketinq dedikdə, bir çox ölkə bazarlarında əlaqələndirilmiş və inteqrasiya olunmuş marketinq fəaliyyətləri başa düşülür.
Beynəlxalq bərabərsizlik
Beynəlxalq bərabərsizlik — iqtisadi bərabərsizliyin bir növü, müxtəlif dövlətlərin və ölkələrin vətəndaşları arasında rifah səviyyəsindəki fərq. Bu cür fərqlər həmişə olub, lakin ən varlı və ən kasıb ölkələrin vətəndaşlarının gəlirləri arasında fərq XIX əsrdə, Böyük Britaniyada, sonra isə Qərbi Avropanın digər ştatlarında və ölkələrində Sənaye İnqilabının başladığı zaman kəskin şəkildə artmağa başladı və bu tendensiya XX əsr boyu davam etdi. Ən kasıb və varlı dövlətlərin sakinlərinin gəlirləri 1820-ci ildə 3 dəfə, 1913-cü ildə 11 dəfə, 1950-ci ildə 35 dəfə, 1973-cü ildə 44 dəfə, 1992-ci ildə 72 dəfə fərqlənmişdir. XXI əsrin əvvəlində ən varlı və ən kasıb 20 ölkənin sakinlərinin gəlirlərindəki fərq 37 dəfə idi. Zəngin (yüksək gəlirli ölkələrin) əhalisi ilə yoxsul ölkələrin əhalisi arasında iqtisadi uçurum, zəif siyasi və iqtisadi institutlar nəticəsində və az inkişaf etmiş ölkələrin texnoloji cəhətdən geri qalması, qlobal iqtisadi strukturun dəyişməsi, həyata keçirilən proteksionist tədbirlər nəticəsində inkişaf etmiş ölkələrdə (və onların inkişaf etməkdə olan ölkələrində olmaması), inkişaf etməkdə olan ölkələrdə əhalinin həddindən artıq olması, ən yoxsul ölkələrdə iqtisadi geriliyə və yoxsulluğun artmasına səbəb olur. Beynəlxalq bərabərsizliyin əsas kəmiyyət göstəricisi adambaşına düşən ÜDM-in səviyyəsindəki ölkələrarası fərqlərdir. İqtisadi artım nəzəriyyəsi bu fərqlərin səbəblərini axtarır. İqtisadiyyat, politologiya və siyasi iqtisad elmlərində beynəlxalq bərabərsizliyi izah etmək üçün müxtəlif variantlar irəli sürülüb, lakin onun səbəbləri ilə bağlı suala hələ də dəqiq cavab yoxdur. Müxtəlif ölkələrin sakinlərinin gəlir səviyyəsində fərqlər həmişə mövcud olub, lakin onlar daha çox XX əsrdə nəzərə çarpıb. Onlar İkinci Dünya Müharibəsindən sonra gücləndilər və XX əsr boyu artmağa davam etdilər{sfn|Аджемоглу|2018|с=3}}.