biblioqrafiyaşünas
biblioqraflıq
OBASTAN VİKİ
Biblioqrafiyaşünaslıq
Biblioqrafiyaşünaslıq – biblioqrafik informasiyanın xüsusiyyətini, quruluşunu, onun yaradılması və tələbatçılara çatdırılması proseslərinin qanunauyğunluqlarını öyrənən elmdir.«Biblioqrafiyaşünaslıq» anlayışını elmi müstəviyə ilk dəfə olaraq Belçika mütəfəkkir Pol Otle (1868-1944) gətirmişdir. == Elmin müxtəsər təsviri == Biblioqrafik fəaliyyət, informasiya fəaliyyətinin biblioqrafik informasiyaya olan tələbatı ödəyən bir sahəsidir. Biblioqrafik informasiya isə sənəd kommunikasiyaları sistemində sənədlər haqqında axtarış, kommunikativ və qiymətləndirmə kimi əsas ictimai funksiyaları həyata keçirən, son məqsədi cəmiyyət üzvlərinin sənəd tələbatlarını ödəməkdən və formalaşdırmaqdan ibarət olan mütəşəkkil informasiyadır.Qədim yunan sözü olan «Biblioqrafiya» hərfən «kitab yazmaq» («biblion» - kitab, «qrafo» - yazıram) mənasını verir. Yunanıstanda yeni eradan əvvəl təxminən V əsrdə əlyazma kitablarının üzünü köçürən adamları «biblioqraf» adlandırırdılar. Kitab üzü köçürmək yüksək savad və bədii xəttatlıq qabiliyyəti tələb edirdi. Elə buna görə də qədim dövrdə biblioqraf peşəsi ən hörmətli və şərəfli peşələrdən hesab olunurdu.Antik dövrün (b.e.ə. I minillik – b.e. V əsr) iflasından sonra xeyli müddət, daha doğrusu, kitab çapına qədər «biblioqrafiya» sözündən istifadə olunmur. Kitab çapının kəşfindən sonra bu anlayış yenə də yada salınır və bəzən də mətbəə işçilərinə biblioqraf adı verilir. XVII əsrin birinci yarısından isə Fransız alimləri Qabriel Node (1600-1653) və Lui Jakob (1608-1670) öz əsərlərində ilk dəfə biblioqrafiyanı «ədəbiyyat siyahısı» mənasında işlədirlər.
абсолю́тность загрязнённый закурлы́кать перехва́ливаться спаси́тельный хлеборо́дие боге́мский хрусталь задо́ристо идти́ под венец как одну копе́йку заплатить лу́чшая осмеле́ть помести́ться расце́нщик ритмопласти́ческий сти́рка тариф decalogue mimeographing mitten всенощная западный кладовка кофейница училище