biogeokimya

biogeokimya
biogeokəşfiyyat
biogeokimyəvi
OBASTAN VİKİ
Biogeokimya
== Biogeokimya == Biogeokimya-geokimyanın bir hissəsidir. Biosferdə orqanizmlərin iştirakı ilə gedən geokimyəvi prosesləri öyrənir. Onun mühüm müddəaları V.İ.Vernadski və onun davamçıları A.P.Vinoqradov, V.V.Kovalski və b. tərəfindən işlənilmiş və inkişaf etdirilmişdir. Biofil elementlərin canlı orqanizmlərdə toplanması və canlı orqanizmlərin məhv olduqdan sonra parçalanması ilə bağlı olan miqrasiya xüsusiyyətləri öyrənilir. İqlim (K və Na), landşaft (C və K), litoloji tərkib (Na, Mg, Ca və Si ) xüsusiyyətləri əks etdirən geokimyəvi proseslərin nəticəsi olaraq biogeokimyəvi rayonlar, vilayətlər və əyalətlər ayrılır. Ca, K, Na, S, C, Mn, P, J və s. elementlərin paylanmasına görə fərqləndirilən biogeokimyəvi bölgülər elmdə və xalq təsərrüfatında daha geniş surətdə tətbiq olunur. == Biogeokimyəvi dövran == Bio dövranın bir hissəsi olub kimyəvi maddələr mübadiləsi dövrəsini təşkil edir; canlı orqanizm, lərin fəal iştirakı ilə təbiətdə kimyəvi elementlərin dövranı. == Biogeokimyəvi əyalət == Biri digərindən torpaq, su, bitki və heyvanat aləminin miqdarı və kimyəvi elementlərin, maddələrin tərkibi ilə seçilən yer səthinin ayrıca sahəsi.

Digər lüğətlərdə