biopolimerlər

biopolimerlər
biopolimer
biopolitika
OBASTAN VİKİ
Biopolimerlər
Biopolimerlər - təbiətdə təbii formada rast gəlinən, canlı orqanizmlərin tərkibində olan polimerlərdir. Biopolimerlərə zülalları, nuklein turşularını, polisaxaridləri və liqnini aid etmək olar. Biopolimerlər eyni monomer ardıcıllığından ibarətdirlər. Zülalların monomerləri amin turşuları, nuklein turşularının monomerləri nukleotidlər, polisaxaridlərin isə monomerləri monosaxaridlərdir. Biopolimerlər iki növə ayrılırlar: nizamlı (bəzi polisaxaridlər) və nizamsız (zülallar, nuklein turşuları və bəzi polisaxaridlər:) == Zülallar == Zülalların polipeptid zəncirinin quruluşuna görə Lendenştrön və Lanq təklif etmişdirlər ki, zülalların quruluşu dörd quruluş səviyyəsi kimi nəzərə alınsın: 1. Zülal molekullarının amin turşusunun ardıcıllığı, yəni kimyəvi quruluşları onun birinci quruluşunu əks etdirir. 2. Zülal molekullarının fəzada hidrogen rabitələri ilə doymuş nizamlı α-spiral və β quruluş əmələ gətirən quruluş səviyyəsi ikinci quruluş səviyyəsi adlandırılır. 3. Zülal molekullarının fəzada nizamlı və nizamsız hissələrdən formalaşmış kompakt üçölçülü quruluş səviyyəsi üçüncü quruluş səviyyəsi adlandırılır.