BIOS

Basic Input/Output System Əsas giriş/çıxış sistemi
Biometrics
Birthday attack
OBASTAN VİKİ
BioShock Infinite
BioShock Infinite — Ken Levin tərəfindən hazırlanan Irrational Games'in inkişaf etdirdiyi birinci şəxs nişançı janrında olan videooyunudur. Nəşri 2K Games tərəfindən edilmişdir. Oyun, 26 mart 2013 tarixində çıxışını reallaşdırdı.. Bioshock oyun ardıcıllığının üçüncü oyunudur. eyni oynanışa və anlayışa sahib olmasına baxmayaraq əvvəlki iki Bioshock oyunundan ssenari olaraq ayrılıb. Oyun 1912-ci ildə, Amerikan Ekspressionizmin inkişaf dövründəki zamandadır. Columbia adlı səma şəhərində illərdir əsir həyatı yaşayan Elizabeth adlı qızı qurtarmaq üçün şəhərə göndərilən köhnə bir Pinkerton agenti Booker DeWitt oyunda baş roldadır. Booker, Elizabethi qurtarmış olsa da ikilinin arxasında Columbia şəhərinin saf Amerikan qalmasını məqsəd qoyan elit və nativist qurucular və sıravi xalqın nümayəndəsi Vox Populi vardır.
Biosenologiya
Biosenologiya — biosenozlar haqqında elm. Bu elm biosenozları, onların tərkibini, quruluşunu, dinamik inkişafını, yayılmasını, mənşəyini, xarici mühit amilləri ilə qarşılıqlı əlaqəsini və növlər arasındakı münasibəti öyrənir. == Biosenologiyanın vəzifəsi == Ümumi ekologiyanın ekosistemlərini öyrənən biosenologiya, müxtəlif populyasiyalara aid olan növlər arasında, onların özləri və ətraf mühit arasında baş verən qarşılıqlı əlaqələri öyrənir. Biosenologiyanın vəzifəsinə ekosistemlər arasında sərhədlərin qurulması, orada mövcud olan ərzaq zəncirinin analizi, növ tərkibininn və onun sıxlığının təyin olunması və daxildir. == Biosenoloji mühit == Biosenoloji mühit orqanizmlərin xarici mühitə birgə təsiri ilə, əsasən də maddələr mübadiləsi vasitəsilə yaranan biosenozun daxili mühitidir. Bununla əlaqədar olaraq, xarici mühitin (hava, mineral, su) xasusiyyətləri biosenoloji mühitin əsasını təşkil edir və iki hissəyə bölünür: Humusu, ölü kütləsi və digər üzvi maddələri ilə birlikdə torpaq (polipedon) və günəş radiasiyasının tərkibi Xüsusi aerozol (tozcuq, biolin, spor), qaz tərkibi ilə birlikdə hava (klimatop) dəyişir. Dəniz biosenozlarında bioloji mühit öz xüsusiyyətləri ilə ayrılır: suda həll olan üzvi maddələrin və metobolizmin məhsullarının (zülallar, polisaxaridlər, nuklein turşuları, fermentlər) olması biolin rolunu oynayır. Bioloji mühit biosenozun ayrılmaz hissəsi olub, onu senoekosistemə (biogeosenoza) çevirir.
Biosenoz
Biosenoz (yun. βίος — "həyat" + κοινός — "ümumi") — müəyyən abiotik mühit məkanında (biotop, ekotop) yaşayan və bir-biri ilə müxtəlif əlaqələrdə olan bütün canlıların məcmusudur. Buraya bütün avtotrof orqanizmlər olan bitkilər və heterotrof orqanizmlər olan canlılar (məməlilər, sürünənlər, quşlar, balıqlar, cücülər və s.) aiddirlər. Biotop şəklində yayılmış bütün canlılar – müxtəlif növlər və hər bir növü təşkil edən fərqlər təbii qrupların biosenozlarını əmələ gətirir. İlk dəfə bu termin (alm. Biocönose‎) elmə 1877-ci ildə Alman alimi Karl Avqust Möbius tərəfindən daxil edilmişdir. Biosenoz == Biosenoz anlayışı == "Biosenoz" sözü iki yunan sözünün birləşməsindən əmələ gəlmişdir. Yunanca "Bio" - «həyat» və "Koinos" - «ümumi» deməkdir. Bəzən "Koinos" sözünün mənası "nəyisə ümumi şəkildə etmək" sözü kimi tərcümə olunur. Ümumiyyətlə, "Biosenoz" sözünün mənası isə "Ümumi həyat" deməkdir.
Biosenozun sıxlığı
Biosenozun sıxlığı — müəyyən sahə vahidinə düşən müxtəlif növ canlılara məxsus fərdlərin cəmi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Biosenozun sərhədi
Biosenozun sərhədi — dominant növlər qrupunun bir-birini əvəz etdiyi zolaq. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Biosensorlar
Biosensorlar — fərqli orqanizm növlərinə, orqanizmlərin komplekslərəinə, hüceyrənin və ya hüceyrədən ayrılan ferment sistemlərin, həmçinin spesifik bioloji maddələrə və dəqiq kimyəvi birləşmələrə həssas sistemlərdir. (lat. bios- həyat, sensos- hiss deməkdir). Elektrokimyəvi, optik və digər biosensorlar var. adətən iki komponentdən ibarətdir : biokimyəvi sahənin və ya reseptorun dərk edilmə sistemi və fiziki kimyəvi çeviricidən – (transduserdən). Transdyuserlər — elektrokimyəvi elektrodlar, optiki çeviricilərin müxtəlif növləri, qravitasiyalı, kalorimetrik və rezonans sistemlərinin çeviriciləridir. Bioseleksiyaedici elementlərin bütün növlərini müxtəlif transdyuserlərlə birləşdirmək olar. Bu biosensorların çoxlu müxtəlif tiplərini yaradır. Hal-hazırda bütün növ biosensorları nəzərdən keçirmək mümkün deyildir. Daha çox inkişafı ferment və hüceyrə biosensorları alıb.
Biosfer
Biosfer (yun. βίος bios "həyat" və σφαῖρα sfaira "sfera") — dünya miqyasındakı bütün ekosistemlərin məcmusu. Onu Yerdəki həyat zonası da adlandırmaq olar. Biosfer maddəyə nəzərən faktiki qapalı sistemdir, giriş və çıxışlar minimaldır. Enerji baxımından isə o açıq sistemdir, fotosintez nəticəsində təxminən ildə 130 Teravatt sürətlə günəş enerjisini qəbul edir. Bununla belə, o, enerji tarazlığına yaxın olan özünü tənzimləyən sistemdir. Yerdəki torpaq karbon süngəri bu sistemin tənzimləyici komponentidir. Ən ümumi biofizioloji təriflə, biosfer bütün canlıları və onların əlaqələrini, o cümlədən litosfer, kriosfer, hidrosfer, rizosfer və atmosfer elementləri ilə qarşılıqlı əlaqəsini birləşdirən qlobal ekoloji sistemdir. Biosferin ən azı təxminən 3,5 milyard il əvvəl biopoez (təbii olaraq qeyri-canlı maddələrdən, məsələn, sadə üzvi birləşmələrdən yaranmış həyat) və ya biogenez (canlı maddədən yarannmış həyat) prosesindən başlayaraq təkamülə uğradığı güman edilir. Ümumi mənada biosferlər ekosistemləri ehtiva edən hər hansı qapalı, özünü tənzimləyən sistemlərdir.
Biosidlər və biostatiklər
Biosidlər və Biostatiklər — yanacaqların iki üsulla biozədələnmədən qorunması üçün nəzərdə tutulmuşdur. Birinci üsula görə, mikrob hüceyrələrinin fermentləri karbohidrogenlərin hava oksigeni (aerob mexanizmi) və ya sulfatların sulfatreduksiyaedici bakteriyalarla reduksiyası zamanı ayrılan oksigenlə (anaerob mexanizmi) oksidləşməsinə katalitik təsir göstərir. Prosesə bakteriyaların bəzi həyat fəaliyyəti məhsullarının dispersləşdirici təsiri kömək edir. İkinci üsula görə, mikroorqanizmlərin həyat fəaliyyəti məhsulları yanacağı korlayır, onun nasosla vurulma qabiliyyətini pisləşdirir və korroziya aqressivliyini artırır. Biosidlər yanacaqda meydana çıxan mikroorqanizmləri məhv edir, biostatiklər onların inkişafını ləngidir. Biosid və biostatiklər yanacaqlarda nadir halda istifadə olunur. Belə ki, mikroorqanizmlərin intensiv inkişafı üçün isti və nəm iqlim tələb olunur. == Təsir prinsipi == Biosidlər və Biostatiklər üç müxtrəlif mexanizm üzrə təsir göstərir. Etilendiamintetrasirkə turşusu və ya qlutaraldehid növ aşqarlar hüceyrənin xarici struktur funksiyalarını inhibirləşdirir, digərləri (spirtlər, sellozolvlar, səthi-aktiv maddələr) bakteriya hüceyrələrinin divarlarını dağıdır. Üçüncülər (aldehidlər, alkilləşdirici agentlər) sitoplazmatik strukturu – amin turşuları, zülallar və s.
Biosintez
Biosintez — canlı orqanizmin hər bir hüceyrəsində sadə birləşmələrdən üzvi maddələrin əmələ gəlməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Biosseri quşarmudu
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Biostansiya
Biostansiya — stasionar bioloji müşahidə yeri. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Biostratiqrafiya
Biostratiqrafiya - Stratiqrafiyanın əsas tədqiqat üsulu paleontoloji üsul olan sahəsi. “Stratiqrafik paleontologiya” (Dollaya görə) termininin sinonimi, yəni paleon­tologiyanın orqanizmlərin tarixi inkişafını tədqiq edən və alınan nəticələrə görə çöküntülərin nisbi geoloji yaşını təyin etmək üçün istifadə edilən hissəsidir. ­Müəyyən geoloji regionda yayılmış çöküntülərin paleontoloji üsulla tərtib edilmiş stratiqrafiyasıdır. Biostratiqrafiya (paleontoloji) metod termininin sinonimidir. == Həmçinin bax == Stratiqrafiya Paleontologiya == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Biosüzgəc
Biosüzgəc və ya biofiltr — sənayenin, məişətin və iri heyvandarlıq komplekslərinin maye halında olan tullantılarının bioloji üsulla təmizlənməsinə xidmət edən qurğu. == Ədəbiyyat == 1. Axundov M. A., Mehrəliyev Ə. Ə., Əliyev A. R., Muradova E. Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Karpat biosfer qoruğu
Karpat biosfer qoruğu (ukr. Карпатський біосферний заповідник) — Ukraynanın Zakarpatya vilayətində qorunan təbiət ərazisi. 1968-ci ildə yaradılmışdır. 1992-ci ildən UNESKO-nun Biosfer qoruqlarının ümumdünya şəbəkəsinə aid olunmuşdur. Ərazinin ümumi sahəsi 57880 hektardır. Qorunan ərazinin sahəsi isə — 31995 hektardır. Karpat biosfer qoruğu daxilində altı ayrıca massiv var. Massivlərdən başqa ərazidə dövlət əhəmiyyətli iki botanika yasaqlığı var: "Qara dağ" və "Yulevski dağı". Qoruq hündürlüyü dəniz səviyyəsindən 180 metrdən 2061 metrə qədər olan əraziləri əhatə edir. Ərazinin belə struktru qoruğun müxtəlif landşaft və biocoğrafiyaya malik olmasına səbəb olmuşdur.
Qlükozanın biosintezi
Qlükozanın biosintezi — maddələr mübadiləsində laktatdehidrogenaza fermentinin köməyilə süd turşusu yenidən piruvata çevrilməsi prosesidir. Yəni üzüm turşusu axırıncı maddə deyildir. O, yalnız çıxılmaz vəziyyətlərdə əmələ gəlir. Qlikolizin təsiri ilə hüceyrələrdə əmələ gələn süd turşusu qana daxil olur və qaraciyərdə tutulur və orada piruvata çevrilir. Piruvat isə qlükozaya oksidləşir və beləliklə, qlükoza – süd turşusu dövranı baş verir. Buna Kori dövranı da deyilir. Kori dövranı və ya qlikoliz–laktat dövranında piruvat bir qədər qlükozaya oksidləşir. Piruvatın bir hissəsi isə əzələlərdə aminləşərək alaninə çevrilir. Sonradan isə qaraciyərə daşınır və orada yenidən piruvat-qlükoza-alanin dövranı təkrar olunur. Qlükoneogenez də qlikoliz yolu ilə gedir, lakin qlikolizin üç reaksiyası dönən deyildir.
Zülalın biosintezi
Zülal biosintezi — Bütün hüceyrələrdə DNT nəzarətində baş verən ən mühüm plastik mübadilə zülal molekulunun sintezidir. Bir zülal molekulunun sintezi 3-4 saniyə çəkir. Nəticədə hər 80 gündən bir bədənimizin yarısını təşkil edən zülallar dəyişilir. İnsan öz həyatı boyu təxminən 200 dəfə öz zülallarını dəyişir. Bu zaman çoxlu sayda ferment iştirak edir və yüksək enerji sərf olunur. Hüceyrədə amin turşuların birləşmə ardıcılığı və sintez olunan zülalın qurluşu DNT- dən asılıdır.Zülallar da üzvi polimerlərdir.Onların nukleotidləri amin turşulardır. DNT nin müxtəlif sahələrində zülalların sintezi həyata keçirilir. DNT nin 1 molekulu onlarca zülal sintezində iştirak edir.Zülal haqqaında məlumat DNT-də nukleotidlər ardıcıllığı şəklində kodlaşdırılır. DNT- də nukloitidləarin müəyyən ardıcıllıqla və irsi informasiyanın saxlandığı sahə gen adlanır. Nukleotidlərin üç- üç birləşməsi cəmi 64 kombinasiya kod tripleti yaradır.
İnsan və biosfer
İnsan və Biosfer Proqramı (ing. Man and the Biosphere Programme və ya MAB) — YUNESKO tərəfindən irəli sürülmüş hökumətlərarası elmi proqram. İnsanlar və ətraf mühit arasında "münasibətləri yaxşılaşdırmaq" üçün elmi əsas formalaşdırmaq məqsədi daşıyır. MAB beynəlxalq inkişaf gündəliyi, xüsusilə Dayanıqlı İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi ilə qarşılıqlı əlaqədə olur. MAB proqramı tədqiqat və inkişaf sahəsində əməkdaşlıq üçün platforma təqdim edir. 2021-ci ilin yanvar ayına olan məlumata görə, 131 ölkədə 727 biosfer qoruğu, o cümlədən 22 transsərhəd ərazi Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxildir.
İnsan və biosfera
İnsan və Biosfer Proqramı (ing. Man and the Biosphere Programme və ya MAB) — YUNESKO tərəfindən irəli sürülmüş hökumətlərarası elmi proqram. İnsanlar və ətraf mühit arasında "münasibətləri yaxşılaşdırmaq" üçün elmi əsas formalaşdırmaq məqsədi daşıyır. MAB beynəlxalq inkişaf gündəliyi, xüsusilə Dayanıqlı İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi ilə qarşılıqlı əlaqədə olur. MAB proqramı tədqiqat və inkişaf sahəsində əməkdaşlıq üçün platforma təqdim edir. 2021-ci ilin yanvar ayına olan məlumata görə, 131 ölkədə 727 biosfer qoruğu, o cümlədən 22 transsərhəd ərazi Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxildir.
Şimali Vidzeme Biosfer Qoruğu
Şimali Vidzeme Biosfer Qoruğu (latış. Ziemeļvidzemes biosfēras rezervāts‎) — Vidzemenin tarixi bölgəsində yerləşən, Latviyadakı yeganə qorunan təbii bölgə. Estoniya ilə sərhəd boyunca uzanır Qoruğa bir çox müxtəlif təbii və yarı təbii yerlər daxildir. İbtidai və ənənəvi landşaftların geniş ərazilərini əhatə edir. Əraziyə 25 təbiət qoruq, bir təbiət parkı və iki dəniz qorunan ərazisi daxildir. Şimali Vidzeme Biosfer Qoruğunun quru ərazisinin yarıdan çoxu meşələr və bataqlıqlar ilə örtülmüşdür. Buradakı 28 qorunan ərazidən 20-si meşələrin və bataqlıqların qorunması üçün nəzərdə tutulub. Şimali Vidzeme Biosfer Qoruğu ecazkar təbii dəyərləri ilə turistlər üçün cəlbedicidir. Buna mənzərəli Burtnieks gölündən tutmuş 95 kilometrlik məsafədə uzanan və Baltik dənizində bitən Salaca çayını göstərmək olar. 1990-cı ildə Latviya hökuməti mövcud biosfer qoruğunun sərhədləri daxilində Şimal Vidzeme Regional Ətraf Mühitin Mühafizəsi Kompleksini qurdu.
“İnsan və biosfer” (ingil. “The Man and the Biosphere” MAB)
BioShock
BioShock — "2K Boston" və "2K Australia" tərəfindən hazırlanmış və "2K" tərəfindən paylanmış birinci şəxs atıcı videooyunu. "BioShock" ilk dəfə 2007-ci ilin avqustunda Microsoft Windows və Xbox 360 üçün satışa çıxarılmışdır. Oyun bir il sonra 2008-ci ilin oktyabrında PlayStation 3 üçün buraxılmışdır. 1960-cı ildə keçən bu oyunda oyunçular Cek adlı bir personaj kimi oynayırlar. Cek varlı iş adamı Endrü Rayan tərəfindən suyun altında salınmış şəhər olan Rapture-ni kəşf edir. Bu şəhər insanlara super güclər bəxş edən xüsusi bir genetik material "ADAM"ın tapılması nəticəsində süquta uğramışdır. Oyunda Cek bu şəhərdən qurtulmağa çalışır. O, cəhdində "ADAM" adlı maddəyə köklənmiş düşmənlərlə mübarizə aparmalı olur. Oyunda o, hələ də ağlı başında olan bir neçə adamla rastlaşır və onlardan Rapture-nin tarixi haqqında məlumat əldə edir. Cek oyunda silahlar, plazmidlər və müxtəlif üsullarla düşmənləri məğlub edə bilir.
Biosfer qoruğu
Biosfer qoruğu — müəyyən bir regionun təbii ekosistemlərini və genofondunu qorumaq, orada və ona bitişik ərazilərdə təbii mühitin öyrənilməsi və monitorinqi məqsədilə yaradılmış xüsusi mühafizə olunan təbiət ərazisidir. Biosfer qoruqları "UNESCO"un himayəsi altında beynəlxalq və milli proqramlar əsasında yaradılır. "UNESCO" təşkilatı 669 milli təbii biosfer qoruğunu vahid dünya şəbəkəsinə daxil etmişdir. 1974-cü ildə "UNESCO"nun "İnsan və Biosfer" (MAB) Proqramına uyğun olaraq Azərbaycan dünyada birinci olaraq (1975-ci il) Bakı şəhərində Binəqədi rayonu ərazisində, keçmiş Yaşıllaşdırma Trestinin yerində yaradılmışdır.
Man and the Biosphere Programme
İnsan və Biosfer Proqramı (ing. Man and the Biosphere Programme və ya MAB) — YUNESKO tərəfindən irəli sürülmüş hökumətlərarası elmi proqram. İnsanlar və ətraf mühit arasında "münasibətləri yaxşılaşdırmaq" üçün elmi əsas formalaşdırmaq məqsədi daşıyır. MAB beynəlxalq inkişaf gündəliyi, xüsusilə Dayanıqlı İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi ilə qarşılıqlı əlaqədə olur. MAB proqramı tədqiqat və inkişaf sahəsində əməkdaşlıq üçün platforma təqdim edir. 2021-ci ilin yanvar ayına olan məlumata görə, 131 ölkədə 727 biosfer qoruğu, o cümlədən 22 transsərhəd ərazi Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxildir.
Qara Dəniz Biosfer Qoruğu
Qara Dəniz Biosfer Qoruğu (ukr. Чорноморський біосферний заповідник) — Ukraynanın Xerson və Nikolayev vilayətlərinin ərazisində yerləşən biosfer qoruğudur. Qoruğun sahəsi 109254,8 hektardır. Ukrayna Milli Elmlər Akademiyasına tabedir. Qoruq idarəsi Xerson vilayətinin Qolaya Pristan şəhərində yerləşir. Qoruq Ukraynanın ən böyük qoruqlarından biridir. Qoruğun əsas məqsədi qışlayan, yuvalayan köçəri quşları, həmçinin qumlu arenaların və səhra çöllərinin unikal komplekslərini qorumaqdır. Qoruğun tərkibinə daxil olan Tendrovski körfəzi və Tendrovskaya adası Ramsar konvensiyasına əsasən, xüsusi mühafizə rejimi ilə beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazi statusuna malikdir. 14 iyul 1927-ci ildə (1933-cü ildən qoruq statusu almışdır) qışlayan, köçəri və yuvalayan quşları və onların yaşayış mühitini qorumaq üçün yaradılmışdır. 1933-cü ildə müstəqil ekoloji və elmi tədqiqat müəssisəsi oldu.
İnsan və Biosfer Proqramı
İnsan və Biosfer Proqramı (ing. Man and the Biosphere Programme və ya MAB) — YUNESKO tərəfindən irəli sürülmüş hökumətlərarası elmi proqram. İnsanlar və ətraf mühit arasında "münasibətləri yaxşılaşdırmaq" üçün elmi əsas formalaşdırmaq məqsədi daşıyır. MAB beynəlxalq inkişaf gündəliyi, xüsusilə Dayanıqlı İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi ilə qarşılıqlı əlaqədə olur. MAB proqramı tədqiqat və inkişaf sahəsində əməkdaşlıq üçün platforma təqdim edir. 2021-ci ilin yanvar ayına olan məlumata görə, 131 ölkədə 727 biosfer qoruğu, o cümlədən 22 transsərhəd ərazi Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxildir.