birillik
birinci
OBASTAN VİKİ
Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini
Azərbaycan SSR Nazirlər Soveti (azərb-kiril. Азәрбајҹан ССР Назирләр Совети) — 1946–1991-ci illərdə Azərbaycan SSR-də dövlət hakimiyyətinin ali icraedici orqanı, Azərbaycan SSR hökuməti. Azərbaycan SSR Nazirlər Soveti 1946-cı il martın 28-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmışdır. Bu dövrədək orqan Azərbaycan SSR Xalq Komissarları Soveti adlanmışdır. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Sovetinin hər çağırışının birinci sessiyasında təşkil edilirdi. Nazirlər Sovetinin tərkibinə Nazirlər Sovetinin sədri, onun birinci müavini, müavinləri, Azərbaycan SSR nazirləri, dövlət komitələrinin sədrləri, Azərbaycan SSR Konstitusiyasının 48-ci maddəsində göstərilmiş digər mərkəzi idarələrin rəhbərləri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (vəzifəsinə görə) daxil edilirdi. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Soveti, onun sessiyaları arasındakı dövrdə isə Ali Sovetin Rəyasət Heyəti qarşısında məsul olur və hesabat verirdi. Azərbaycan SSR Nazirlər Soveti qanunvericilik təşəbbüsünə malik idi. Bir sıra fəaliyyət istiqaməti olmuşdur: Azərbaycan SSR ittifaq-respublika və respublika nazirliklərinin, Nazirlər Sovetinin dövlət komitələrinin və ona tabe olan başqa idarələrin işinin birləşdirilməsi və həmin işə istiqamət verilməsi; Xalq təsərrüfatı planlarının, dövlət və yerli büdcələrin yerinə yetirilməsi, ictimai asayişin təmin olunması, dövlət mənafeyi və vətəndaşların hüquqlarının qorunması üçün tədbirlər görülməsi; Azərbaycan SSR Nazirlər Soveti yanında təsərrüfat və mədəniyyət işlərinə baxan xüsusi komitələr və baş idarələrin təşkil edilməsi; Azərbaycan SSR Nazirlər Soveti SSRİ-nin müəyyən etdiyi ümumi qaydaya əsasən Azərbaycan SSR-in xarici dövlətlərlə münasibət işlərinə, qoşun birləşmələrinin təşkilinə rəhbərlik edilməsi; Naxçıvan MSSR Nazirlər Sovetinin işinə istiqamət verilməsi və onun yoxlanılması; Dağlıq Qarabağ Muxtar Vilayəti, rayon və şəhər Xalq (Zəhmətkeş) Deputatları Sovetləri icraiyyə komitələrinin işinə rəhbərlik edilməsi və onun yoxlanılması; SSRİ və Azərbaycan SSR qanunlarına, SSRİ Nazirlər Sovetinin qərar və sərəncamlarına əsasən onların icra edilməsi üçün qərar və sərəncamlar verilməsi və icranın yoxlanılması. Azərbaycan SSR Nazirlər Soveti Naxçıvan MSSR Nazirlər Sovetinin, DQMV və yerli Xalq (Zəhmətkeş) Deputatları Soveti icraiyyə komitələrinin qərar və sərəncamlarını, həmçinin nazirlərin əmr və təlimatlarını, tabeliyindəki başqa idarələrin aktlarını ləğv etmək hüququna malik olmuşdur.
Azərbaycan SSR birinci beşillik dövründə
Azərbaycan SSR birinci beşillik dövründə — Azərbaycan SSR-də iqtisadiyyatın mühüm inkişaf mərhələlərindən biri. Birinci beşillik plan Azərbaycan SSR xalq təsərrüfatının inkişafında mühüm addım oldu. Belə ki, xalq təsərrüfatına (kolxozlarsız) 140 milyon manat (müqayisəli qiymətlə), o cümlədən sənaye inkişafına 89 mln manat (və ya respublika xalq təsərrüfatına yönəldilən bütün kapitalın 63,6 faizi), nəqliyyat və rabitəyə 11 mln (10,7 faiz), kənd təsərrüfatına 16 mln, (7,2 faiz), mənzil tikintisinə, elm, mədəniyyət, maarif, səhiyyə və s. 24 mln manat (21,4 faiz) vəsait qoyulmuşdu. Neft sənayesi xüsusilə inkişaf etmişdi. Zəngin yataqları olan Neftçala, Qala (" Əzizbəyovneft" tresti), Lökbatan, Qaraçuxur və s. istismara verildi. Abşeronun hüdudlarından kənarda yeni neftli sahələrin mənimsənilməsinə başlandı. Qazma sahəsində müvəffəqiyyətlər əldə edildi. Qazıma işlərinin həcmi əgər beşilliyin birincilində 320,6 min metr idisə, 1932-ci ildə 484,3 min metrə çatdı.
Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabineti
I Xoyski hökuməti, Birinci hökumət kabineti və ya Müsavat-Sosialistlər hökuməti— Azərbaycan Xalq Cümhuriyyətinin sayca 1-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 28 may 1918 tarixindən 17 iyun 1918 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər və hümmətçilərdən ibarət koalisya hökuməti. Cümhuriyyət Hökuməti son dərəcə ağır tarixi şəraitdə formalaşmışdı. Zaqafqaziya Seymi buraxıldıqdan sonra 1918 il mayın 27-də seymin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Mayın 28-də Zaqafqaziya Seyminin fəaliyyət göstərmiş olduğu Tiflisdə — keçmiş Qafqaz canişininin iqamətgahında özünün ilk iclasına toplanan Azərbaycan Milli Şurası uzun və hərtərəfli müzakirələrdən sonra Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini qəbul etdi. Bəyannamənin 6-cı maddəsində göstərilirdi ki,"Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyəyə qarşı məsul Hökuməti-müvəqqəti durur". Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra yığılan Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk Hökuməti təsdiq edildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə -London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Tehran, Moskva,Roma, Vyana, Buxarest, Sofiya, Tokio, Haaqa, Kopenhagen, Kiyev, Kristianiya (Oslo) və Stokholma rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış Hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi. Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar ən ümdə təşkilati tədbirləri həyata keçirdikdən və bu haqda bütün dünyaya məlumat verdikdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Hökuməti öz nüfuz dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918 il iyunun 16-da Gəncəyə köçdü.
Başqırdıstan Birinci dünya müharibəsi illərində
Başqırdıstan Birinci Dünya müharibəsi illərində — Başqırdıstanın Birinci Dünya müharibəsində rolu və orada baş verən hadisələr. Başqırdıstan Birinci Dünya müharibəsindən öncə iri sənaye və kənd təsərrüfatı regionlarından biri olaraq Rusiya imperiyasının daxili rayonlardan biri idi. Müasir Başqırdıstan ərazisi o dövrün Ufa quberniyası və Orenburq, Samara, Perm quberniyalarının bir hissəsi əhatə edir. Başqırdıstan istər insani istərsə təbii resurslar baxımından Birinci Dünya müharibəsinə öz töhfəsini vermişdir. 1914-cü ilin yayında Başqırdıstanda əhalinin səfərbərliyi həyata keçirilirdi. Sterlitamak, Belebee və Birsk şəhərlərində əhalinin əhalinin mobilizasiyalaşmasına qarşı kütləvi etirazlar həyata keçirilir. İnsanlar müharibəni kasıbçılıq hesab edir və qısa müddətə qalibiyyətin əldə ediləcəyinə inanırdı. 26 iyul 1914-cü ildə bölgədə spirtli içilərin satışı qadağan edilmişdir. İçkili vəziyyətdə görünənlər üç ay həbsdən tutmuş 3 min rubla qədər cərimələnirdi. 1914–1916-cı illərdə Ufa quberniyasından 300 min nəfər mobilizasiyaya cəlb edilmişdi.
Birinci İnönü döyüşü
Birinci İnönü döyüşü — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türk-Yunan müharibələrində yunan ordusu ilə türk Ankara Hökumətinin ordusu arasında 6-11 yanvar 1921-ci il tarixlerində baş vermiş bir döyüş. 15 may 1919-cu ildə yunan orduları İzmir şəhərini işğal edir. 10 avqust 1920-ci ildə isə türk sultanının nümayəndəsi Sevr sülh sazişini imzalayır ki, bu anlaşmaya görə Yunanıstana Şərqi Frakiya (bəzi mənbələrdə Trakiya), bütün İzmir vilayəti, İmbros və Tenedos adaları keçirdi. Yunan ordusu bu ərazilərə öz ordularını yeridərək qarşılarındakı bütün partizan və üsyançı türk dəstələrini əzirdi. Yunan ordusunun hərəkətləri Türkiyə Böyük Millət Məclisini qəti addımlar atmağa vadar etdi. Böyük Millət Məclisi sultan hökumətini vətən xaini və satqın elan edir və Sevr müqaviləsini tanımır. Mustafa Kamal Atatürk və onun silahdaşları təcili olaraq şərq cəbhəsindəki qoşunları qərbə ataraq yeni dəstələr yığmağa başlayır. Yanvar ayının əvvəlində general Papulasın başçılığı altında olan yunan ordusu Bursadan Əskişəhər istiqamətində hərəkət etməyə başlayır. 6–9 yanvar 1921 tarixləri arasında döyüşlər örtmə və təhlükəsizlik qüvvələri əməliyyatı şəklində reallaşdı. 9 yanvarda onlar ilk türk qoşunları ilə rastlaşır və İnönü dəmir yolu stansiyasında döyüşə girirlər.
Birinci İpək
Birinci İpək — Azərbaycan Respublikasının Laçın rayonu Bülüldüz kənd inzibati ərazi dairəsində kənd. Kənd dağətəyi ərazidədir. 1933-cü ildə ərazidə Birinci, İkinci və Üçüncü İpək adlı üç kənd qeydə alınmışdır. Sonralar iki kəndin adı dəyişdirilmiş, yalnız Birinci İpək toponimi olduğu kimi saxlanılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 50 nəfər olmuşdur. Bəxtiyar Kavanlı — Şair, Qarabağ müharibəsi iştirakçısı. Əsas təsərrüfatı heyvandarlıq idi.
Birinci Şahsevən
Birinci Şahsevən — Azərbaycan Respublikasının Beyləqan rayonunun Birinci Şahsevən kənd inzibati ərazi dairəsində kənd. Araz çayından 3 km. aralı, Mil düzündədir. Daşburun stansiyası buradadır. Birinci komponent eyni-adlı yaşayış məntəqələrini fərqləndirir. İkinci komponent isə etnotoponim olub, Şahsevən tayfalar birliyinin adını əks etdirir. 2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır. Birinci Şahsevən kəndində şəkər sexi və yeni “Aqrolizinq” təşkilatı vardır.
Birinci Şahsevən bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Birinci Şıxlı
Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Kənd Şıxlı kəndinin tarixi qədim olsa da XIX əsrin əvvəllərində Birinci Şıxlı kimi adlandırılmışdır Birinci Şıxlı oyk, mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sağ sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin adındakı birinci komponent onu ərazidəki İkinci Şıxlı kəndindən fərqləndirmək üçün artırılmışdır. İkinci komponent isə qazaxların şıxlı qolunun adını əks etdirir. Mənbələrdə 1537-ci ildə Şəmkirdən köçüb Qazax mahalına gələn Ağdolaqlı Məhəmməd ağanın oğlu şıxı və onun övladları haqqında məlumat verilir. 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 3414 nəfər əhali yaşayır. Əhalinin 1628 nəfəri kişilərdən, 1786 nəfəri qadınlardan ibarətdir. Molla Vəli Vidadi – (1707–1809) görkəmli Azərbaycan şairi.
Birinci Şıxlı bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Birinci Şərq Xalqları Qurultayı
Birinci Şərq Xalqları Qurultayı — 1–7 sentyabr 1920 tarixləri arasında Bakıda, Komintern tərəfindən təşkil edilmiş bir beynəlxalq yığıncaq. 1920-ci ildə Yaxın və Orta Şərqin qovuşuğunda yeni bir dövlətin — əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan SSR-in yaranması bu regiondakı ölkələrin qarşılıqlı münasibətlərinə və ictimai-siyasi vəziyyətə təsir göstərməyə bilməzdi. İran xalqlarının ingilis imperialistlərinə qarşı mübarizəsi gücləndi. Bu mübarizənin mərkəzi Cənubi Azərbaycan idi. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında İran Demokrat partiyasının başçılıq etdiyi demokratik milli-azadlıq hərəkatı 1919-cu ilin avqustunda imzalanmış təhqiramiz İngiltərə — İran müqaviləsinin ləğvini, azad seçkilər keçirilməsini və respublika quruluşunun yaradılmasını tələb edirdi. Güclənməkdə olan demokratik milli-azadlıq hərəkatının təzyiqi altında 1920-ci ilin iyununda İranın ingilispərəst hökuməti istefa verməyə məcbur oldu. 1920-ci il iyunun 24-də Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli-demokratik hökumət təşkil edildi. Elə həmin vaxt Gilan Respublikası elan olundu. Bu münasibətlə 1920-ci il iyunun 4-də Rəştdə böyük mitinq keçirildi. Cənubi Azərbaycandakı, Gilan və Mazandarandakı üsyanların təsiri altında Tehranda, İsfahanda, Xorasanda və İranın başqa vilayətlərində ingilis imperialistlərinə qarşı mübarizə gücləndi.
Birinci şəxs atıcı
Birinci şəxs atıcı və ya 3D-shooter — Kompüter oyununda janr, ilk tam üçölçülü birinci şəxs tərəfindən atışı (şuter) janrı. Janrın adı 3D üçölçülü qrafik ilə "shooter" (atıcı) ifadələrinin qarışığından yaranmışdır. Son zamanlar "şuter" ifadəsi kompüter oyunlarının janrını dəqiq göstərmək üçün daha tez-tez istifadə edilir. Oyunçu üçölçülü fəzada olur və müəyyən hərəkət azadlığına malikdir. Tutaq ki, müəyyən məhdudiyyət çərçivəsində olan labirint vardır ki, bu labirintdə düşmənlər, müttəfiqlər və neytral qüvvələr yerləşmişlər. Oyun zamanı istifadəçi kifayət qədər düşmən məhv etməlidir. Bunun üçün personaja (istifadəçiyə) müxtəlif silahlar təklif olunur. 3D-atıcı və ya Birinci-şəxs atıcı janrı digər janrlara nisbətən qrafik sistemlərə, daha doğrusu kadr tezliyinə (saniyədə kadrların sayı) daha həssasdırlar. Oyun zamanı saniyədə 30 kadr tələb olunur .
Birinci Əl-Əlameyn döyüşü
Birinci Əl-Əlameyn döyüşü (ing. First Battle of El Alamein; alm. Erste Schlacht von El Alamein‎) — İkinci dünya müharibəsi zamanı, 1942-ci ilin iyul ayında Misirin Əl-Əlameyn şəhərində baş vermiş döyüş. İyulun 1 -də, saat 03: 00 -da Rommelin qoşunları Müttəfiqlərin sağ kənarına hücum etdi, lakin 1 -ci Cənubi Afrika Diviziyası tərəfindən geri atıldı. Saat 10: 00-da Afrika Panzer Ordusu Deyr əş-Şinə hücum etdi. Hindistan briqadası düşmənin irəliləməsini dayandırmaq üçün ümidsiz bir cəhdlə bütün gün hücumları dayandırdı, ancaq axşam saatlarında mövqeləri Axis qüvvələri tərəfindən işğal edildi. Hindistan briqadasının şiddətli müqaviməti Auchinleckə Ruweisat silsiləsinin qərb ucunun müdafiəsini təşkil etmək üçün vaxt verdi. Auchinleck, 1-ci Zirehli Diviziyanı 15-ci Panzer Diviziyasına qoşulduğu Deir el-Shein istiqamətinə də göndərdi. Döyüş gününün sonuna qədər Afrika Korpları 55 tankından 37 -ni itirdi. 90 -cı Yüngül Piyada Diviziyası şərqə doğru hərəkət etdi, lakin üç Cənubi Afrika briqadasından top atəşinə tutuldu və qazmağa məcbur oldu.
Birinci Əl-Ələmeyn döyüşü
Birinci Əl-Əlameyn döyüşü (ing. First Battle of El Alamein; alm. Erste Schlacht von El Alamein‎) — İkinci dünya müharibəsi zamanı, 1942-ci ilin iyul ayında Misirin Əl-Əlameyn şəhərində baş vermiş döyüş. İyulun 1 -də, saat 03: 00 -da Rommelin qoşunları Müttəfiqlərin sağ kənarına hücum etdi, lakin 1 -ci Cənubi Afrika Diviziyası tərəfindən geri atıldı. Saat 10: 00-da Afrika Panzer Ordusu Deyr əş-Şinə hücum etdi. Hindistan briqadası düşmənin irəliləməsini dayandırmaq üçün ümidsiz bir cəhdlə bütün gün hücumları dayandırdı, ancaq axşam saatlarında mövqeləri Axis qüvvələri tərəfindən işğal edildi. Hindistan briqadasının şiddətli müqaviməti Auchinleckə Ruweisat silsiləsinin qərb ucunun müdafiəsini təşkil etmək üçün vaxt verdi. Auchinleck, 1-ci Zirehli Diviziyanı 15-ci Panzer Diviziyasına qoşulduğu Deir el-Shein istiqamətinə də göndərdi. Döyüş gününün sonuna qədər Afrika Korpları 55 tankından 37 -ni itirdi. 90 -cı Yüngül Piyada Diviziyası şərqə doğru hərəkət etdi, lakin üç Cənubi Afrika briqadasından top atəşinə tutuldu və qazmağa məcbur oldu.
Birinci Əlicanlı
Birinci Alıcanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Birinci Alıcanlı Zərdab rayonunun Alıcanlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin sakinləri vaxtilə Ağsu rayonundakı Təklə kəndindən gəldiklərinə görə Təklə Alıcanlısı adı ilə də tanınır. Səpənkova adlanan bu yer XIX əsrdə Alıcan adlı ilxı sahibinə məxsus olmuş, sonralar bu ərazidə salınan yaşayış məntəqəsi də Alıcanlı adlandırılmışdır. "Birinci" komponenti isə oykonimi eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur.
Birinci Ərəb-İsrail müharibəsi
1948-ci il Ərəb–İsrail müharibəsi, Birinci Ərəb–İsrail müharibəsi və ya 1948-ci il müharibəsi (ərəb. حرب 1948‎, translit. hərb 1948) — 1948-ci ilin may ayının 15-dən 1949-cu ilin mart ayının 10-a qədər davam etmiş və yeni yaradılmış İsrail dövləti ilə ərəb dövlətlərinin hərbi ittifaqı arasında Britaniya Fələstini uğrunda baş vermiş hərbi münaqişə. 1947-1949 Fələstin müharibəsinin ikinci və sonuncu mərhələsidir. Fələstin müharibəsinin birinci mərhələsi 1947-ci ilin 30 noyabrında yəhudiləri daşıyan iki avtobusun pusquya düşürülməsi ilə başlandı. 1917-ci ildə elan edilmiş Balfur bəyannaməsindən və 1920-ci ildə Fələstində Böyük Britaniya mandatlığı yaradıldıqdan sonra yəhudilərlə ərəblər arasında toqquşmalar davam edirdi. Böyük Britaniyanın Fələstindəki siyasəti həm yəhudiləri, həm də ərəbləri narahat edirdi. Bu ərəblərin 1936-cı ildə üsyan qaldırması ilə nəticələndi. Üsyan 1939-cu ilə qədər davam etdi. Fələstində 1944–1947-ci illərdə yəhudi qiyamı baş verdi.
Birinci Ərəbcəbirli
Birinci Ərəbcəbirli — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd.Rayon mərkəzinə çox yaxın və ondan şimal- qərbdə, Bakı-Qazax şose yolu kənarında, Şirvan düzündə yerləşən kənd. Birinci Ərəbcəbirli Göyçay rayonunun İəhadət inzibati ərazi vahidində kənd. Bozdağ silsiləsinin ətəyindədir. Kəndin adı 1917-ci ildə Ərəb Cabirli, 1933-cu ildə Ərəb Cəbirli şəklində qeydə alınmışdır. Oykonimin ikinci komponenti ƏrəbŞamlı tayfasının XIX əsrdə 12 ailədən ibarət ərəbcəbirli tirəsinin adı ilə bağlıdır. Birinci komponent isə onu eyniadlı digər yaşayış məntəqəsindən ayırmağa xidmət edir. Etnotoponimdir. 15 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli və Mirzəhüseynli kəndləri Şəhadət kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, İkinci Ərəbcəbirli kəndi mərkəz olmaqla, İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Qədim tarixə malik olan bu kəndin ərazisindən müxtəlif dövürlərə aid materiallar (saxsı qablar, qırıq küp qəbirlər və s.) tapılmışdır. Kəndin ərazisindəın qədim və erkən orta əsrlərdə yaşayış məntəqəsi olmuşdur.
Birinci Əz-Zaviyə Döyüşü
Əz-Zaviyə döyüşü — Liviya vətəndaş müharibəsi dövründə keçən döyüşlərdən biri. 24 fevral 2011-ci il — Əz-Zaviyədə küçə döyüşləri başlayır. 27 fevral — İnqilabçılar Əz-Zaviyə şəhərini ələ keçirirlər 1 mart — Qəddafinin tərəfdarları gecə Əz-Zaviyə şəhərini Tanklar və Artilleriyadan bombalayırlar. Şəhər uğrunda döyüşlər gedir. Şəhər inqilabçılarda qalır 4 mart — Qəddafinin tərəfdarları Əz-Zaviyəyə yenidən hücüm edirlər. Şəhərin qərb və şərq girişlərini Qəddafi ordusu tutur. 5 mart – Əz-Zaviyə uğrunda döyüşlər davam edir. Səhər dövlət ordusu şəhərə iki tərəfdən hücüm edirlər, tanklar şəhərin mərkəzini bombalayırlar. Döyüşlər getdikcə şəhərin mərkəzinə keçirlər. 6 mart — Liviyanın telekanallarından biri Əz-Zaviyənin hökumət ordusu tərəfindən götürüldüyü barədə məlumatlar yayır 9 mart — Şəhərin 95% nı hökumət ordusu idarə etdiyi haqda xəbərlar yayılır, onlar inqilabçıların olduğu şəhərin mərkəzin ələ keçirirlər.
Birincə (Marağa)
Birincə — İranın Şərqi Azərbaycan ostanında kənd.. Marağa şəhristanının Təkab bölgəsində, Əhmədabad kəndistanında, Təkab qəsəbəsindən 14 km. şimal-şərqdədir.
Birincə (Tikantəpə)
Birincə (fars. برنجه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (13 ailə).
Birincək (Miyanə)
Birincək (fars. برنجق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 16 nəfər yaşayır (6 ailə).
Braziliyanın birinci xanımlarının siyahısı
Braziliyanın birinci xanımı (port. Primeira-dama do Brasil) — Braziliya Prezidentinin xanımı, lakin bəzən bu titulu dövlət başçısının həyat yoldaşı olmayan xanımlar da daşıyır. Bu o halda baş verir ki, prezident subay və yaxud duldur, ya da həyat yoldaşı hansısa səbəbdən birinci xanım vəzifəsini yerinə yetirə bilmir. Birinci xanım titulu seçilmir və heç bir rəsmi xidmət hesab olunmur. Bununla belə, birinci xanım bir çox rəsmi tədbirlərdə iştirak edir, həm də prezidenti əvəz edə bilir.
Böyük dördlük (Birinci Dünya Müharibəsi)
Böyük dördlük ("Dördlər" şurası) — Birinci Dünya müharibəsindən sonra 1919-cu ilin yanvarında Paris sülh konfransında görüşən aparıcı müttəfiq dövlətlərin başçıları. Böyük dördlüyün ("Dördlər" şurası)nın tərkibinə Vudro Vilson (ABŞ), Devid Lloyd-Corc (Böyük Britaniya), Vittorio Orlando (İtaliya) və Jorj Klemanso (Fransa) daxil idi. Böyük dördlük 20-dən çox müttəfiq dövlətin nümayəndəsinin iştirak etdiyi Paris sülh konfransında müzakirə ediləcək məsələlərin əvvəlcə məhdud dairədə müzakirə olunması üçün ABŞ prezidenti Vudro Vilsonun təklifi ilə yaradılmışdır. Bu dövlətlərin başçıları Almaniya ilə imzalanan Versal müqaviləsinin, Avstriya ilə imzalanan Sen-Jermen müqaviləsinin, Macarıstanla imzalanan Trianon müqaviləsinin, Bolqarıstanla imzalanan Nöyi müqaviləsinin, Osmanlı imperiyası ilə imzalanan Sevr müqaviləsinin, 1920-ci ildə kecirilən San-Remo konfransının aparıcı arxitektorları olmuşdur.. Всемирная история дипломатии. Раздел шестой. Дипломатия в период подготовки Второй мировой войны (1919–1939 гг.). Глава первая. Версальский мир (1919 г.) (проф. Минц И. И.) Киссинджер Г. Дипломатия.
Ceyms Medisonun birinci inaqurasiyası
Ceyms Medisonun birinci inaqurasiyası — ABŞ-nin dördüncü prezidentinin şənbə günü, 4 mart 1809-cu ildə Vaşinqton şəhərində Kapitolidə Nümayəndələr Palatasının zalında keçirilmiş inaqurasiya mərasimi. İnaqurasiya mərasimi Ceyms Medisonun prezident vəzifəsinin ilk dörd illik müddətinin və Corc Klintonun ikinci dəfə vitse-prezident vəzifəsinə gəlməyinin qeyd edilməsi ilə yadda qalmışdır. Prezidentin andiçmə mərasimi ABŞ Ali Məhkəməsinin Sədri Con Marşallın iştirakı ilə baş tutmuşdur. Prezident 100% ABŞ istehsalı yun kostyum geymişdi. İlk rəsmi inaqurasiya balı məhz bu mərasim zamanı Lonqz Otelində keçirilib. Balın bilet qiymətləri 4 dollar (indiki məzənnə ilə 65 dollar) təşkil edirdi. Klinton vəzifəyə gəldikdən 3 il 47 gün sonra vəfat edir və onun postu boş qalır. 1967-ci ildə ABŞ Konstitusiyasına iyirmi beşinci düzəliş ratifikasiya edilənədək vitse-prezidentin boş qalan səlahiyyət müddətinin yeni vitse-prezident tərəfindən icra edilməsi ilə bağlı konstitusion müddəa mövcud deyildi. Medison martın 4-də Vaşinqton və Corctaun süvari dəstələrinin onu müşayiət etməsi ilə at belində Kapitoliyə gedir. Cefferson hökumətinin üzvləri ilə Nümayəndələr Palatasının zalına daxil olur.
Dəmirçilər (Birinci Şıxlı, Qazax)
Dəmirçilər — Azərbaycan Respublikasının Qazax rayonunun Birinci Şıxlı kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Qazax rayonunun Birinci Şıxlı kənd inzibati ərazi vahidi tərkibindəki Dəmirçilər kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Kənd dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. "Dəmirçilər" adında Qazax rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidinin tərkibində bir başqa kənd də mövcuddur. Kənd Gəncə-Qazax düzənliyində, Birinci Şıxlı kəndinin yaxınlığında yerləşir.

Digər lüğətlərdə