birinci

sy. 1) premi||er, -ère adj ; ~ kitab le premier livre ; ~ fəsil le premier chapitre ; ~ mərtəbə le rez-de-chaussée ; ~ sinif la première classe ; ~ nömrə le premier numéro ; ~ olaraq nüvə silahı tətbiq etmək employer (appliquer) le premier l’arme nucléaire ; ~ cild premier tome m (volume m) ; ~ iclas première séance f ; ~ alaq k. t. le premier sarclage ; ~ imtahanı vermək passer (subir) le premier examen ; ~ olmaq primer vi ; 2) initial, -e ; primiti||f, -ve, primordial, -e, primaire, élémentaire ; ~ mərhələ phase f initiale ; ~ sürət vitesse f initiale ; ~ hərf (baş hərf) lettre f initiale, initiale f ; ~ qiraət kitabı premier livre m de lecture ; ~ (ilk) səbəb cause f première (və ya initiale) ; ~ emal traîtement m primaire ; 3) prochain, -e, immédiat, -e ; ~dayanacaqda düş! descends à la prochaine station! ~ bazar günü le dimanche prochain ; ~ demokratik dövlət le premier état démocratique ; ~ süni peyk la première satallite artificielle, le premier spoutnik ; qrupda ~ tələbə le premier étudiant dans le groupe ; ~ növ de première qualité, extra-fin, -e, meilleur, -e ; 4) important, -e principal (pl aux), -e ; ~ növ mallar les produits de premières qualités ; mədəniyyətin ~ əlaməti le signe principal de la culture ; ~ dolaq (elek.) premier bobinage m ; ~ dərəcəli de première classe, primordial, -e ; ~ dərəcəli vaqon wagon m (voiture f) de première classe ; ~ addımdan dès le premier pas ; ~ baxışdan au premier coup d’oeil ; ~ dəfə pour la première fois, la première fois ; ~ dəfədən du premier coup, tout d’abord, d’emblée, dès la première fois ; ~ yer la première place ; ~ yer üzərində mübarizə aparmaq disputer un championnat ; ~ yeri tutmaq prendre la première place, (r)emporter la première place ; ~ kəlməsindən du premier mot ; ~ mənbədən öyrənmək apprendre de première main ; ~ növbədə en tout premier lieu, avant tout, en première ligne ; ~ tanışlıqdan dès la première connaissance ; seçkilərin ~ dövrəsi la première tour des élections ; ~ tutma hüququ le droit du premier occupant ; qarşıya ~ gələn (çıxan) le premier venu ; solda ~ küçə la pemière rue à gauche ; ~ cərgədə au premier rang ; ~ mükafat le premier prix ; ~ skripka premier violon m ; o lap ~ gəlib il est arrivé le premier ; mən burada ~ idim j’étais ici le premier ; ~ heca la première syllabe, syllabe f initiale

birillik
birincilik
OBASTAN VİKİ
Birinci Muğanlı
Birinci Muğanlı —Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati-ərazi dairəsində (dairənin mərkəzi Böyük Gilətağ kəndi) kənd. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Birinci Məşrutiyyət
Birinci Məşrutiyyət — Osmanlı İmperiyasında 1876-cı ildə II Əbdülhəmid tərəfindən elan edilən konstitusional idarəetmə forması. == Arxa plan == Osmanlı İmperiyasının iqtisadi problemləri 17-ci əsrdən etibarən torpaqların itirilməsi və davamlı büdcə kəsirləri verməsi ilə başlandı. Avropa dövlətləri ilə imzalanan sərbəst ticarət sövdələşmələriylə ölkəyə gələn mallardan aşağı gömrük vergiləri alınırdı. Bu həm dövlətin gəlirlərini azaltmış, həm də yerli sənayenin geriləməsinə səbəb olmuşdu. İqtisadi problemlərlə yanaşı, xüsusilə, 1789-cu il Fransız inqilabının təsiri ilə yayılan azad yönümlü düşüncələr və millətçilik axını Osmanlı İmperiyasını da bürüdü. Balkanlarda 19-cu əsrdə müstəqillik tələbilə etirazlar başlandı. Balkanlarda və Orta Şərqdə maraqların toqquşmasından əziyyət çəkən Avropa dövlətləri ilə Çar Rusiyası da zamanla bu hərəkatları dəstəklədilər. Osmanlı sərhədləri daxilində qeyri-müsəlman xalqların vəziyyətlərinin düzəldilməsi səbəbilə İmperiyanı islahatlar keçirməyə məcbur etdilər. 1839-cu ildəki Tənzimat Fərmanı ilə 1856-cı ildəki İslahat Fərmanının elanları bu şəraitdə reallaşdı. == İnkişafı == Digər yandan, 1860-cı illərdə bir aydın hərəkat olaraq Gənc Osmanlılar ortaya çıxdı.
Birinci Nügədi
Birinci Nügədi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindəki yeganə kənddir. Quba rayonunun ən böyük kəndidir. Quba - Qonaqkənd yolunun 5-ci km-də yerləşir. Kəndin əhalisi 10 min nəfərə yaxındır. == Toponimikası == Kənd Qaraçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. XVIII əsrə aid sənədlərin məlumatına görə, Quba şəhərinin əhalisinə mənsub bağ ərazilərində ailələrin məskunlaşması nəticəsində yaranan yaşayış məntəqəsi Nügədi (tat dilində "yeni kənd, təzə kənd") adlandırılmışdrr. Sonralar kəndn böyüyərək iki yerə ayrılmış və onları bir-birindən fərqləndirmək üçün adlarının əvvəlinə birinci və ikinci sözləri artırılmışdır. == Mədəniyyəti == Kənddə mədəniyyət evi, 9 illik və 11 illik orta məktəb, sağlamlıq məntəqəsi, aptek, bələdiyyə binası, poçt məntəqəsi, ATM, yanacaqdoldurma məntəqəsi, stadion, şadlıq sarayı, uşaq bağçası, məscid və kitabxana, 2 internet kafe fəaliyyət göstərir. == Coğrafiyası və iqlimi == Nügədinin ərazisi dağlıq və düzənliklərdən ibarətdir.
Birinci Paşalı
Birinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Birinci Paşalı. Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi sahədədir. Keçmişdə Paşalıkənd də adlanmışdır. Etnotoponim hesab olunur. 1876-cı ildə 36 ailədən ibarət olan bu kənd XIX əsrin axırlarında böyüyərək iki yerə ayrılmışdır. Bu kənddən İkinci Paşalı kəndi ayrıldıqdan sonra kəndin adının əvvəlinə birinci sözü artırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1372 nəfər əhali yaşayır. == İqtisadiyyatı == 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Birinci Qaradəmirçi
Birinci Qaradəmirçi — Azərbaycan Respublikasının Bərdə rayonunun Qaradəmirçi kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Tərtər çayından 3 km. aralı, Qarabağ düzündədir. Oykonimin birinci komponenti onu eyniadlı ikinci yaşayış məntəqəsinin adından fərqləndirməyə xidmət edir. şkinci komponent isə burada məskunlaşmış qaradəmirçi elatının adındandır. Etnotoponimdir.
Birinci Qaralı
Birinci Qaralı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin adı əvvəllər Qaralı olmuşdur. Sonralar İkinci Qaralı kəndi yarandıqdan sonra Birinci Qaralı adlandırılmışdır (1917). Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd Salyan düzündə yerləşir. == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Birinci Qazaxlar
Birinci Qazaxlar (əvvəlki adı:Qazaxlar (?-2015)) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qazaxlar kəndi Birinci Qazaxlar kəndi adlandırılmışdır. == İqtisadiyyatı == Uzun müddət qaz şəbəkəsi olmayan Qazaxlar kəndinə 2011-ci ildə qaz xətti çəkilmiş və həmin ilin noyabr ayında kəndə təbii qaz verilməsinə başlanmışdır.
Birinci Quzanlı
Birinci Quzanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Birinci Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Birinci Qılıcyataq
Birinci Qılıcyataq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin digər adı Türk Qılıncyatağı (Qılıncyataq türk) olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən birinci sözü ilə Azərbaycan dilində «hündür bir yerin təpəsi», «dikdir, yolun başı» mənasında işlənən qılıc sözünün «payızda, qışda qoyun-quzu, mal-qara saxlanılan yer» mənasında işlənən yataq sözünə qoşulması ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Suser qoyulmuşdur.
Birinci Səmədxanlı
Birinci Səmədxanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Birinci Səmədxanlı kəndi Şərəfə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Səmədxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Etnotoponimdir. Əvvəllər Səmədxanlı adlandırılan bu kənddən sonralar başqa bir yaşayış məntəqəsi - İkinci Səmədxanlı ayrıldığı üçün kənd Birinci Səmədxanlı adlandırılmışdır. == Əhalisi == Əhalisi 922 nəfərdir.
Birinci Tiyaqani
Birinci Tiyaqanı — Azərbaycan Respublikasının Masallı rayonunun Hişkədərə inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 332 nəfərdir. == Toponimiyası == Toponimin ikinci komponenti tiyaqanı talış dilində "tikanlı" mənasındadır.
Birinci Tiyaqanı
Birinci Tiyaqanı — Azərbaycan Respublikasının Masallı rayonunun Hişkədərə inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 332 nəfərdir. == Toponimiyası == Toponimin ikinci komponenti tiyaqanı talış dilində "tikanlı" mənasındadır.
Birinci Tığik
Birinci Tığik — Azərbaycan Respublikasının Laçın rayonu Zerti kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində olan kənd dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı (Tığik) dağdan almışdır. Yaşayış məntəqəsi bu dağın ətəyində yerləşir. Sonralar Tığıq adlı ərazidə İkinci Tığik kəndi yaranmış və Tığik kəndlərini fərqləndirmək üçün əvvəlinə birinci sözü artırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
Birinci Udullu
Birinci Udullu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Birinci Udullu Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sol sahilində, Ləngəbiz silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Əvvəlki adı Cəngan olmuşdur. Yaşayış məntəqəsinin adının şahsevənlərin udullu və ya xəzərlərin edilli tayfa adları ilə bağlı olması haqqında mülahizələr var. Hər iki halda etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2092 nəfər əhali yaşayır.
Birinci Varlı
Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı qəsəbəsi Varlı kəndi hesab edilmiş, Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı kəndi Birinci Varlı kəndi adlandırılmışdır. Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == === Görkəmli şəxsləri === Əlirza Əlirzayev — hüquqşünas Rövşən Həsənov — hüquqşünas Çingiz Heydərov — hüquqşünas Xudabaxış Cəfərov — təhsil işçisi Əmirxan Nəzərov — təhsil işçisi Bəylər Heydərov — təhsil işçisi Ənvər Həsənov — təhsil işçisi Əlipənah Nəzərov — təhsil işçisi Mirsadıq Kərimov — təhsil işçisi Ramazan Niftiyev — dövlət xadimi Eldar Heydərov — dövlət xadimi Həsənağa Həsənov — hərbçi, zabit. == İqtisadiyyatı == 2016-cı ilin Avqustun 17-də Salyan rayonunun Birinci Varlı kəndinə yenidən təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalisinin sayı 1345 nəfər olan kənddə, 256 abonentlik kəndin qazlaşdırma işləri zamanı 21 min 152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.[mənbə göstərin] == Din == Kənddə I Varlı kənd məscidi dini icması fəaliyyət göstərir. Kəndin axundu Hacı Məhəmməd Hüseynovdur.
Birinci Yeddioymaq
Birinci Yeddioymaq — Azərbaycan Respublikasının Masallı rayonunun Yeddioymaq inzibati ərazi vahidində kənd. == Əhalisi == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Yeddioymaq kəndində 124 evdə 462 nəfəri kişilər, 415 nəfəri isə qadınlar olmaqla 877 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi. Hazırda kənd əhalisinin sayı 1998 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi Şahsevənlərin yeddioymaq qolunun Talış xanlığı dövründə burada məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Oykonimin birinci komponenti "baş, əsas, mənbə" mənalarını bildirir. == Tarixi == Məlumata görə ilk yaranışda Yeddioymaq kəndi, yeddi tayfadan ibarət olmuşdur. Son dövrlərə qədər də kənd yeddi tayfadan ibarət idi: bəylər, axundlu, rəcəbilili, korlar, abaslı, məşədirəhimli və tağılı. Bu tayfaların hər birinin tarixdə yeri və rolu olmuşdur.
Birinci Yeniyol
Birinci Yeniyol — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Yeniyol kəndi Dağətəyi ərazidədir. Keçmiş adı Nügədi (tatca “yeni kənd”) olub, 1935-ci ildə Yeni Yol qoyulmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr tərəfindən yeni yaşayış məntəqəsi (İkinci Yeniyol) yarandıqda toponimin əvvəlinə birinci sözü əlavə edilmişdir. == Əhalisi == Əhalisi 414 nəfərdir ki onunda 210 nəfəri kişi, 204 nəfəri qadındır.
Birinci Yüzbaşılı
Birinci Yüzbaşılı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Birinci Yüzbaşılı Ağdam rayonu-nun Xındırıstan inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmışdə Yüzbaşılı adlanan bu kənddən XIX əsrdə başqa bir yaşayış məntəqəsi (İkinci Yüzbaşılı) ayrıldıqdan sonra kənd Birinci Yüzbaşılı adlandırılmışdır.
Birinci Zobucuq
Birinci Zobucuq — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Birinci Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Birinci Zobucuq qəsəbəsi mərkəz olmaqla Birinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. Birinci Zobucuq qəsəbəsində 2019-cu ilin may ayına olan məlumata görə 1587 nəfər yaşayır. Birinci Zobucuq qəsəbəsində 9 şəhid ailəsi, 10 Qarabağ müharibəsi əlili vardır. == İqtisadiyyatı == Birinci Zobucuq qəsəbəsində torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. 2018–2019-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 501 kq barama istehsal olunub. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub. == Mədəniyyəti == Qəsəbədə kitabxana fəaliyyət göstərir.
Birinci imperiya
Birinci imperiya (fr. Le Premier Empire) — 1804-cü ildən 1815-ci ilə kimə Fransada mövcud olmuş Napoleon Bonapart imperiyası. == Tarixi == === İmperiyanın yaranması və ilk tədbirləri === 1804-cü ilin mayında Napoleon Bonapart I Napoleon adı ilə Fransanın imperatoru elan edildi. Tacqoyma mərasimini Roma papası keçirmişdi. 1807-ci ildə Tribunat ləğv edildi. Tribunat bonapartçı rejimdə müxalifətin mövcud olduğu yeganə orqan idi. Qanunverici Korpus isə nadir hallarda toplanırdı. Saray titulları bərpa, imperiya marşalı vəzifəsi təsis edildi, “vətəndaş” sözü lüğət fondundan çıxarıldı. 1802-ci ildə mühacir zadəganlara bəraət verilməsi haqqında qanun qəbul edildi. Napoleonun dövründə prefekt təyin edilənlərin yarısı köhnə zadəganların nümayəndələri idi.
Birinci minillik
Birinci minillik — bizim eranın 1 yanvar 0-cı ilindən 31 dekabr 999-cu ilinədək olan zaman.
Seval Birinci
Birinci aliya
İlk aliya — yəhudi xalqının 1882-ci ildə ildə baş verən yəhudi talanları və Sionizmlə əlaqədar olaraq İsrail ölkəsinə müasir köçünün ilk böyük dalğasıdır. Bu köç həm də Rusiya imperatorluğunu əhatə edən yəhudi talanları ilə əlaqələndirilir. Aliya - İlk köç 1882-ci ildən 1903-cü ilə qədər olan dövrdə baş vermişdir. 1882-1903-cü illərdə təqribən 35 min yəhudi həmin vaxtlar Osmanlı İmperiyasının vilayətinə çevrilmiş Fələstin torpaqlarına köç etdi . Onların əksər hissəsi ilkin Sionist Hovevei Sion ( Sion Aşıqları ) və Bilu ( Bilu ) hərəkatlarına mənsub və Şərqi Avropadan (əsasən Rusiya İmperiyasından, müasir Polşa, Belarusiya və Ukraynadan ) gəlmişlər; bir hissəsi isə Yəməndən köç etmişlər. Gəlmələrin əksəriyyəti dindar yəhudilər idi. Gəlmələr maliyyə çatışmazlığı, sərt təbii şərait, müvafiq kənd təsərrüfatı təcrübəsinin olmaması səbəbindən xəstəlik, aclıq və bu kimi böyük çətinliklərlə üzləşirdilər . Bu çətinliklərin öhdəsindən gəlməkdə Baron Edmond de Rotşild mühüm rol oynamışdır. O, yaradılmış bir neçə yaşayış məntəqəsini qanadının altına almış və mütəxəssisləri də cəlb edərək köçkünlərə güzəştli kreditlərlə köməklik göstərmişdir. Repatriantların çox hissəsi şəhərlərdə, əsasən də Qüds və Tel-Əvivdə məskunlaşmışdı.
Birinci qisasçı
Birinci qisasçı və ya orijinal adı ilə Kapitan Amerika: Birinci qisasçı (ing. Captain America: The First Avenger) — Marvel Studios tərəfindən istehsal olunmuş, Kapitan Amerika adlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 5-ci filmidir. Co Constonun rejissorluğu, Kristofer Markus və Stefan Makfilinin ssenaristlikləri ilə çəkilən filmin əsas rollarında Kris Evans, Tommi Li Cons, Hüqo Uivinq, Heyli Etvell, Sebastian Sten, Dominik Kuper, Nil Makdonaf, Derek Lyuk və Stenli Tuççi çıxış edirlər. Hadisələrin İkinci dünya müharibəsi illərində cərəyan etdiyi film Stiv Rocers adlı bruklinli zəif gəncin Kapitan Amerika adlı superəsgərə çevrilməsindən və dünyanı ələ keçirmək üçün "Tesserakt" adlı enerji mənbəyi artifaktından istifadə etmək istəyən Qırmızı kəlləni dayandırmaq cəhdlərindən bəhs edir. Filmin konsepsiya layihəsi 1997-ci ildə ortaya çıxmışdır və Atisan Entertainment şirkətinin distribütorliyi ilə çəkilməsi planlaşdırılırdı. Lakin 2003-cü ilin sentyabrına kimi həll edilməmiş bir məhkəmə prosesi layihənin gedişatına mane olmuşdur. 2005-ci ildə Marvel Studios Merrill Lynch-dən kredit almış, Paramount Pictures-in distribütorliyi ilə filmi maliyyələşdirməyi və buraxmağı planlaşdırmışdır. Rejissorlar Con Favro və Lui Leterye layihə ilə maraqlanmışdırlar, lakin sonda 2008-ci ildə Co Conston rejissor seçilmişdir. Əsas rolların ifaçıları 2010-cu ilin mart-iyun aylarında müəyyən edilmişdir.
Birinci Fitnə
Birinci Fitnə (Ərəb dünyasında buna əsasən "Osmanın öldürülməsi ilə bağlı parçalanma" deyilir, ərəb. فتنة مقتل عثمان‎, ancaq başqa adlarla da qeyd edilir) — İslam tarixində xəlifə Osmanın evində öldürülməsi ilə başlayan və I Müaviyənin İslam Dövlətinin başçısı olması ilə sona çatan vətəndaş müharibəsi dövrünə verilən ad. Vətəndaş müharibəsinin səbəbi müsəlman icması üzərində hakimiyyətin varisliyi ilə bağlı uzunmüddətli siyasi ziddiyyətlər olmuşdur. Məhəmməd peyğəmbərin vəfatından dərhal sonra onun Mədinədən olan ənsarların Saqifdə toplantısı olur . Mədinə ənsarları öz məclislərində xilafət olmağa haqqlarının olduğunu iddia edərək Səd ibn Ubadəni bu vəzifəyə təyin etmək qərarına gəlir. Bunu eşidən Muğirə ibn Şube Ömər ibn Xəttaba xəbərdarlıq edərək, bu vəziyyətə müdaxilə etməsini istəyir. Mərhum İslam peyğəmbərinin qohumları və səhabələri Əbu Bəkr Siddiq və Ömər ibn Xəttab, altı nəfərin müşayiəti ilə oraya çata bilirlər və onlarla görüşdə yeganə məkkəli Qureyşlilər məhs onlar olurlar. Qureyş və onlardan sonra ənsarlar uzun sürən mübahisədən sonra Əbu Bəkrə beyət edirlər. Bəzi Ənsarlar Əli ibn Əbu Talibin tərəfdarları olduqlarını bildirərək Əbu Bəkrə beyət etməkdən imtina edir. Məkkəlilər öz iradələrini tətbiq etməyə nail olurlar və Əbu Bəkr xəlifə elan edilir (“Allahın Rəsulunun müavini”).
Dövri sistemin birinci periodu
1-ci period elementləri — birinci periodda yerləşən elementlərdir. Bu periodda 2 element yerləşir: Hidrogen və Helium. Bloch, D. R. Organic Chemistry Demystified. McGraw-Hill Professional. 2006. ISBN 0-07-145920-0.
Dəmirçilər (Birinci Şıxlı, Qazax)
Dəmirçilər — Azərbaycan Respublikasının Qazax rayonunun Birinci Şıxlı kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Qazax rayonunun Birinci Şıxlı kənd inzibati ərazi vahidi tərkibindəki Dəmirçilər kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Kənd dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. "Dəmirçilər" adında Qazax rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidinin tərkibində bir başqa kənd də mövcuddur. Kənd Gəncə-Qazax düzənliyində, Birinci Şıxlı kəndinin yaxınlığında yerləşir.
Feminizmin birinci dalğası
Feminizmin birinci dalğası — XIX və XX əsrin əvvəllərində Qərb dünyasında feminist fəaliyyət və düşüncə dövrü. Əsas diqqət hüquqi məsələlərə, ilk növbədə qadınların səsvermə hüququnun təmin olunmasına yönəldilmişdir. "Feminizmin ilk dalğası" termini Marta Lir tərəfindən 1968-ci ilin martında The New York Times Magazine jurnalında təqdim edilmiş və eyni zamanda "feminizmin ikinci dalğası" ifadəsini istifadə etmişdir. İlk feminizm dalğası, faktiki olaraq (qeyri-rəsmi) bərabərsizliyə qarşı deyil, əsasən qadınların siyasi hüquqları uğrunda mübarizəyə yönəldildi. Əsas məqalələr: Feminizm və Protofeminizm tarixi Qadın hüquqları uğrunda mübarizə XX əsrdən xeyli əvvəl başlamışdır. Simona de Bovuar, İkinci Seks kitabında “cinsiyyətini qorumaq üçün qələm alan” ilk qadının XV əsrdə Pizaniyalı Kristinası olduğunu yazdı. XVI əsrdə alman humanist və alimi Nettesheymli Aqrippa və venesiyalı yazıçı və şair Moderata Fonte qadın hüquqları uğrunda mübarizə apardılar. XVII əsrdə fransız yazıçı və filosof Mari de Qurne, amerikalı şair Anns Bredstrit və fransız keşiş və filosof Fransua Pullen De La Barr yaşayıb yaratmışdır. İngilis yazıçı və filosof Meri Uolstonkraftın fikirləri, böyük ölçüdə Jan-Jak Russo və Maarifçilik fəlsəfəsindən təsirləndi. Russo bunu bir ideal — kişilərin bərabərliyinə əsaslanan, lakin qadınların tez-tez ayrı-seçkiliyə məruz qaldığı demokratik bir cəmiyyət kimi təyin etmişdir.
Göylər sonsuz bir dənizdir. Birinci film. Leyla (film, 1995)
Ssenari müəllifi: Nazim Rza İsrafiloğlu Rejissor: Nazim Rza İsrafiloğlu Mətni oxuyan: Nazim Rza İsrafiloğlu Məsləhətçi: Məzahir Abbasov Mahnının ifacısı: Flora Kərimova Nazim Rza. “Üçüncü dalğanın meridianlarında”.
Həmişə birinci (film, 1992)
Əbədi yumruq (ing. Eternal Fist) — 1992-ci ildə Teddi Peyc tərəfindən döyüş filmi janrında çəkilən film. Bir çox müharibələrdən sonra ordusuz qalmış insanlar özləri vuruşmağa başlayırlar. Filmin qəhrəmanları cəhənnəmdən qaçaraq yeni həata başlamaq istəyirlər. Lakin bu çox çətin olacaqdır. Çünki yeni həyata başlamaq üçün yalnız vuruşmaq lazımdır... Əbədi yumruq — Internet Movie Database saytında.
Kapitan Amerika: Birinci qisasçı (film, 2011)
Birinci qisasçı və ya orijinal adı ilə Kapitan Amerika: Birinci qisasçı (ing. Captain America: The First Avenger) — Marvel Studios tərəfindən istehsal olunmuş, Kapitan Amerika adlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 5-ci filmidir. Co Constonun rejissorluğu, Kristofer Markus və Stefan Makfilinin ssenaristlikləri ilə çəkilən filmin əsas rollarında Kris Evans, Tommi Li Cons, Hüqo Uivinq, Heyli Etvell, Sebastian Sten, Dominik Kuper, Nil Makdonaf, Derek Lyuk və Stenli Tuççi çıxış edirlər. Hadisələrin İkinci dünya müharibəsi illərində cərəyan etdiyi film Stiv Rocers adlı bruklinli zəif gəncin Kapitan Amerika adlı superəsgərə çevrilməsindən və dünyanı ələ keçirmək üçün "Tesserakt" adlı enerji mənbəyi artifaktından istifadə etmək istəyən Qırmızı kəlləni dayandırmaq cəhdlərindən bəhs edir. Filmin konsepsiya layihəsi 1997-ci ildə ortaya çıxmışdır və Atisan Entertainment şirkətinin distribütorliyi ilə çəkilməsi planlaşdırılırdı. Lakin 2003-cü ilin sentyabrına kimi həll edilməmiş bir məhkəmə prosesi layihənin gedişatına mane olmuşdur. 2005-ci ildə Marvel Studios Merrill Lynch-dən kredit almış, Paramount Pictures-in distribütorliyi ilə filmi maliyyələşdirməyi və buraxmağı planlaşdırmışdır. Rejissorlar Con Favro və Lui Leterye layihə ilə maraqlanmışdırlar, lakin sonda 2008-ci ildə Co Conston rejissor seçilmişdir. Əsas rolların ifaçıları 2010-cu ilin mart-iyun aylarında müəyyən edilmişdir.
Liberiyada Birinci Vətəndaş müharibəsi
Liberiyada Birinci Vətəndaş müharibəsi — 1989-1996-cı illərdə Liberiyada 200 mindən çox insanın öldüyü daxili qarşıdurma. Münaqişə yalnız BMT və Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin müdaxiləsindən sonra həll edildi. 1980-ci ildə Samuel Dou, Uilyam Riçard Tolbertə qarşı bir çevrilişlə hakimiyyətə gəldi və Liberiyanın ilk Amerikalı olmayan Liberiya prezidenti oldu. Doe bir hərbi rejim qurdu və əvvəlcə azad edilmiş Amerika kölələri tərəfindən 1847-ci ildə ölkənin qurulmasından bəri iqtidara çıxışı xaric edilən Liberiya yerli qəbilələrinin geniş dəstəyini aldı. Dounun ölkəni islah edəcəyinə dair ümidlər tez bir zamanda azaldı və Dow, paranoyaya qədər ona qarşı bir çevriliş qorxusu ilə müxalifəti yatırmağa başladı. Söz verdiyi kimi, Dou 1985-ci ildə seçkilər keçirdi və ikinci turdan qaçmaq üçün prezident seçkilərində bir fərqlə qalib gəldi. Lakin beynəlxalq müşahidəçilər bu seçkiləri saxtalaşdırılmış hesab etdilər. Liberiyada vətəndaş müharibəsi başa çatan kimi, yerli əhali israrla əmanət olaraq yığdıqları pulları milli valyutaya keçirməyə çalışırdılar. Burada Liberiyanın milli valyutası qismində isə Liberiya dolları və amerikan dolları çıxış edir. Ölkədə baş verənlər öz növbəsində küçələrdə dollar rəsmlərindən ibarət küçə incəsənətinin yaranmasına təkan verdi.
Marvel Kinematoqrafiya Kainatı: Birinci faza
Marvel Kinematoqrafiya Kainatının Birinci fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası. Silah istehsal edən Stark lndustries-i atası Houard Starkdan miras alan Antoni "Toni" Stark "Ceriko" adlı yeni raketini nümayiş etdirmək üçün dostu və hərbi əlaqə zabiti Polkovnik-leytenant Ceyms Rouds ilə birlikdə müharibənin davam etdiyi Əfqanıstana gəlir. Raketin Amerika Birləşmiş Ştatları Ordusunun komandirlərinə göstərilməsindən sonra, Starkın da içində olduğu konvoy pusquya düşürülür və Stark hücum edənlər tərəfindən istifadə edilən, öz şirkətinə aid raketlə ciddi formada yaralanır. "Ten Rings" (On Üzük") adlı terrorist qrupu tərəfindən tutulub mağarada həbs edilir. Onunla birlikdə həbs olunmuş Doktor Yinsen Starkı yaralayan qəlpə parçalarının ürəyinə çatmağının və onu öldürməyinin qarşısını almaq üçün Starkın sinəsinə elektromaqnit yerləşdirir. "Ten Rings"-in lideri Raza terroristlər üçün Ceriko raketi inşa etməsinin qarşılığında Starka azadlıq təklif edir, amma o və Yinsen elektromaqnitini güclə təmin etmək üçün qövs reaktoru adı verilən kiçik və güclü elektrik generatoru hazırlayıb qaçmaq üçün prototip zireh inşa edirlər. Əsirlikdən xilas olan Stark satılan silahların ardınca getmək üçün zirehini daha çox təkmilləşdirməyə və istifadə etməyə qərar verir. 2006-cı ilin aprel ayında Marvel Dəmir adam-a prodüserlik etmək üçün Con Favreauyu işə gətirdi. Ardınca Art Maktum-Mett Hollouey ilə Mark Ferqus-Hauk Ostbiyə ayrı olaraq iki ssenari yazıdırıldı və Favreau hər iki layihəni bir ssenaridə birləşdirdi. Sonda hazır olan ssenariyə Con Avqust tərəfindən də bir neçə əlavə və düzəltmə edildi.
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın Birinci Fakultativ Protokolu
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın Birinci Fakultativ Protokolu — Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktına əsasən fərdi şikayət mexanizmi quran beynəlxalq müqavilədir. 16 dekabr 1966-cı ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş və 23 mart 1976-cı ildə qüvvəyə minmişdir. 2020-ci il may ayından etibarən 35 imzalayan və 116 üzv dövlət var idi. Təsdiqləyən iki dövlət - Yamayka və Trinidad və Tobaqo — protokolu tənqid etdi.
Nadir xanın Mesopotamiyaya birinci yürüşü
Nadir xanın Mesopotamiyaya birinci yürüşü və ya Nadirin Mesopotamiyaya 1732–1733-cü illər yürüşü — 1730–1736-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı baş vermiş hərbi münaqişə. II Təhmasibi 1730-cu ildə həyata keçirdiyi və Qafqazı Osmanlılardan geri almağı məqsədləyən yürüşü fəlakətlə nəticələndi və Kirmanşah sülhü imzalandı. Sülhün şərtlərinə görə Qafqaz üzərində Osmanlı hakimiyyəti II Təhmasib tərəfindən tanındı. Bu məğlubiyyət və alçaldıcı sülh Nadirin qəzəbinə səbəb oldu və o, 1732-ci ildə II Təhmasibi taxtdan endirdi. Bundan sonra Osmanlılar üzərinə Nadirin yeni hücumu baş tutdu. II Təhmasibin imzaladığı sülhlə Qafqazda Osmanlı hakimiyyəti qısa müddətlik də olsa tanındıqdan sonra Nadirin Osmanlının hakimiyyəti altındakı İraqa hücum edəcəyi gözlənilmirdi. Eksvortinin bildirdiyinə görə, Nadir Bağdadı ələ keçirməklə Osmanlı üçün danışıqlarda üstünlük qazanmaq və onu Qafqazın geri qaytarılması şərtilə istifadə etməyi planlayırdı. Lakin Bağdadın olduqca böyük tarixi, siyasi və iqtisadi əhəmiyyətini nəzərə aldıqda, onun Nadir xan üçün sadəcə başqa bir bölgə ilə dəyişdirilmək üçün mübadilə vasitəsi kimi görülməsi şübhəlidir. Osmanlı imperiyası mümkün Nadir xanın hücumunu İraqdan gözləməsə də, hər ehtimalı nəzərə alaraq oradakı ordularını da hazır vəziyyətə gətirmişdi. Nadir Osmanlı ordusunu qəfil ovlamaq üçün gözlənilənin əksinə Qəsri-Şirin bölgəsində Zohab möhkəmləndirilmiş məntəqəsinə hücum etmək əvəzinə bir qədər döyüşçü ilə qarlıq və çətin keçilən yollardan istifadə edərək Osmanlı qarnizonunun arxasına keçməyi bacardı.
Nizami birinci (Gəncə) seçki dairəsi
Nizami birinci seçki dairəsi
Nərimanov birinci seçki dairəsi
Nəsimi birinci seçki dairəsi
On Birinci prospekt (Manhetten)
On Birinci prospekt (ing. Eleventh Avenue) — Nyu-York şəhərinin Manhetten borosunun ən qərb hissəsində, Hudzon çayı yaxınlığında yerləşən şimal-cənub avtomobil yolu. On birinci prospekt, Qansevoort küçəsi, Qrinviç Vilic və Vest Villic məhəllələri ilə qonşuluqda yerləşən Mitpekinq rayonunda başlayır; On Birinci prospekt, Onuncu prospekt və Vest küçəsinin kəsişdiyi yerdə. 22-ci küçə ilə Qansevoort küçəsi arasındakı Vestsayd şossesinin bir hissəsi hesab olunur. 59-cu və 107-ci küçələr arasında prospekt Vest End prospekti kimi tanınır. Vest End prospekti və On birinci prospekt eyni yolun bir hissəsi hesab olunurlar. On birinci prospekt, 2015-ci ilin sentyabr ayından bəri 34-cü küçənin altındaki stansiyada tikilən və 7-ci metro genişləndirilməsinin hissəsi olaraq qurulan Nyu-York metropoliteninin 7 və <7> qatarları tərəfindən xidmət göstərilir. M12 marşrutu 2014-cü ilin sentyabr ayından bu prospektdə işləyir; avtobus marşrutu planları 2014-cü ilin əvvəlində tərtib edilmişdir.
On birinci simfoniya (Motsart)
On birinci simfoniya bir vaxtlar şübhəsiz Volfqanq Amadey Motsartın əsəri hesab olunurdu. Bununla yanaşı, onun müəllifliyi şübhə altına alınmış və (2008-ci ildə) qeyri-müəyyən olaraq qalmaqda davam edir. 1770-ci ildən etibarən bu cür hesab edilir və həqiqətən Motsartın əsəridirsə, Milanda və ya Boloniyada yazılmış ola biləcəyi ehtimal edilir. Vyana əsərin ilkin əlyazmasını Volfqanqa aid etmiş, ancaq on doqquzuncu əsr nüsxələrinin Leopold Motsart və Carl Dittersdorfun olduğu qeyd olunmuşdur . Neal Zaslaw yazır: " Əsərin ilk hissəsinin iki stilistik təhlilinin nəticələri, üç bəstəkarın təhlili ilə müqayisə olunmasına əsasən Motsartın əsərin bəstəkarı olması daha çox ehtimal edilir. ". Simfoniya üç yerdəyişmə, bir minuet və triodan ibarətdir . Bu simfoniyanın ilk (Allegro) yerdəyişməsi Musik zu einer Pantomime’nin ilk hərəkəti kimi də istifadə olunur: D majorda Pantalon und Colombine (Bir Pantomimaya Musiqi), K. 446 / 416d (1783, natamam) Frans Beyerin orkestri (Sir Neville Marriner və Müqəddəs Martin Akademiyası tərəfindən Tam Mozart Edition sahələrində yazılmışdır). Əsər 2 qoboy, D-də 2 şeypur və simli alət üçün nəzərdə tutulub . Allegro, 4 </br> 4 Andante, 3 </br> 3 Allegro, 2 </br> 2 İlkin performansın nə vaxt baş verəcəyi barədə heç bir məlumat yoxdur.
On birinci sülalə (Misir)
XI sülalə — Qədim Misirdə birinci aralıq dövrdə hakimiyyətdə olmuş sülalələrdən biri. Təxminən e.ə. 2130–1991 illəri aralığında taxtda olmuşlar. X sülaləni devirən Tebes nomarxları yeni, XI sülalənin əsasını qoyurlar. XI sülalənin hakimiyyəti birinci aralıq dövrün sonu və Orta padşahlığın yaranması ilə xarakterikdir. Sülalənin başlağıcı İkunun oğlu Böyük İntefdən götürülür. Ancaq Manefonun yazılarına, Turin siyahısına və müasir tədqiqatlara əsasən xanədanın ilk padşahı I Mentuhotep idi. XI sülalə ilkin zamanlar bütün Misiri ələ keçirə bilmirlər. Beləki Herakleopolda yerli sülalə firona tabe olmurdu. II İntefə aid edilən yazılara əsasən göstərirlir ki, o firon titulunu götürən və Herakleopolla müharibə aparan ilk hökmdar idi.
Osmanlı imperiyası Birinci dünya müharibəsində
Osmanlı imperiyası Birinci dünya müharibəsində — Osmanlı imperiyası, İttifaq dövlətlərindən biri kimi Birinci dünya müharibəsində iştirak etmişdir. Balkan müharibələri beynəlxalq vəziyyətin daha da kəskinləşməsinə səbəb oldu. Bu müharibələr Balkan yarımadasında Türkiyənin ağalığına son qoymaqla yanaşı, Balkan dövlətləri arasında ziddiyyətləri kəskinləşdirdi. Balkan dövlətlərinin arxasında böyük dövlətlər dururdular və bir-biriləri ilə Yaxın Şərqdə nüfuz uğrunda mübarizə aparırdılar. Balkan dövlətlərini öz təsirləri altına salmaq uğrunda mövcud qruplaşmalar arasında güclü mübarizə gedirdi. 1913-cü ilin dekabrında general Liman fon Sanders başda olmaqla Türkiyəyə yeni alman hərbi nümayəndəliyi gəldi. Bu nümayəndəliyə Balkan müharibələri dövründə dağıdılmış türk ordusunu yenidən təşkil etmək tapşırılmışdı. Nümayəndəliyin başçısı İstanbulda yerləşən birinci türk korpusunun komandanı təyin edilirdi. Paytaxtda olan türk qoşunlarının alman generalına tabe edilməsi, əslində Almaniyanı boğazların ağasına çevirirdi. Buna görə də general Limanın nümayəndəliyi təbii olaraq Rusiyanın hakim dairələrində güclü həyəcana səbəb oldu.
Otuz birinci simfoniya (Motsart)
Otuz birinci simfoniya (Paris Simfoniyası) 22 yaşlı Volfqanq Amadey Motsart tərəfindən 1778-ci ildə Parisdə bəstələnmişdir. 23 mart 1778-ci ildə Motsart və anası Anna Maria Motsart ilə birlikdə Zalsburgdakı işindən ayrıldıqdan iş tapmaq ümidi ilə Almaniyanın Münhen, Ausburq və Mannheim səhərlərinə getdi. Lakin ciddi bir iş tapa bilmədiyinə görə gənc bəstəkar Parisə gəldi. Bu Volfqanq Amadey Motsartın Fransaya üçüncü səfəri idi. Simfoniya Motsartın Parisə uğursuz səfəri zamanı Zalsburqda olduğundan daha yaxşı bir iş tapmaq ümidi ilə bəstələnmişdir. Simfoniyanın premyerası ilk dəfə 12 iyun 1778-ci ildə Spirituel konsertinin direktoru Cozef Le Grosun köməyi ilə səfirin evində təşkil olunan xüsusi konsertdə baş tutmuş, ilk ictimai çıxış isə altı gün sonra Spirituel konsertində olmuşdur. Bu Simfoniya haqqında Londonda nəşr olunan "Courier de l'Europe"nin 26 iyun tarixli nömrəsində dərc olunmuş məqalədə qeyd olunmuşdur ki, "erkən yaşlarından ən böyük musiqiçilər arasında ad çıxarmış bu sənətkar bu gün mövcud olan ən yaxşı bəstəkarlardan biri sayıla bilər". Simfoniya yenidən 15 avqust 1778-ci ildə Spirituel konsertində ifa olunmuşdur. Bu münasibətlə Motsart ikinci simfoniyanın ikinci hissəsini bir Andante ilə əvəz etdi (ilk variantda Andantino idi). Musiqişünas Otto Erix Deutsch bu dəyişikliyin səbəbini (Andantinonun) tamaşaçı "zövqü üçün kifayət etməməsi" ilə əlaqədar olması kimi qiymətləndirmişdir.
Peşəkar futbol liqası birinciliyi
PFL ikinci divizionu — (rusca: Второй дивизион ПФЛ) — səviyyəsinə görə peşəkar Rusiya futbolunun üçüncü divizionu. İkinci divizion yarışlarını Peşəkar futbol liqası təşkil edir. İkinci divizion coğrafi prinsipə görə 5 zonaya bölünür: "Qərb", "Mərkəz", "Cənub", "Ural-Povoljye" və "Şərq". Hər bir zonadakı klublar hər il dəyişilir. 2009-cu ildə divizionda 81 komanda ərizə vermişdir. Hər bir zonanın qalibi, birinci diviziona köçürülür. Zonalarda axırıncı yerləri tutan klublarsa, peşəkar statuslarını itirir və Həvəskar futbol liqasına enir. Birindən başqa bütün zonlarda yarışmalar iki dairə üzrə keçirilir. "Şərq" zonasının azlığı üzündən oradakı yarışlar üçdairəvi turnirdə keçirilir. Mövsüm bitdikdən sonra zona qalibləri ikinci divizionun çempionluğu uğrunda PFL Kubokunda iştirak edirlər.
Qafqaz cəbhəsi (Birinci Dünya Müharibəsi)
Qafqaz cəbhəsi — Birinci dünya müharibəsi dövründə Osmanlı İmperiyası ilə Rusiya imperiyasının qarşı-qarşıya gəldiyi, sonradan Azərbaycan, Ermənistan, Gürcüstan, Alman İmperiyası, Sentrokaspi Diktaturası və Britaniya İmperiyasının iştirak etdiyi hərbi münaqişə. Özündən asılı olmayaraq Azərbaycan da Birinci Dünya müharibəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti daha qabarıq özünü göstərirdi. Almaniya tərəfindən müharibədə iştirak edən Osmanlı imperiyasının də müsəlman Qafqazına, xüsusən Azərbaycana böyük marağı var idi. Birinci Dünya müharibəsi illərində Azərbaycan mövzusuna aydınlıq gətirmək üçün üç mühüm məsələ ön plana çəkilməlidir. Birincisi, Cənubi Qafqaz regionunda Azərbaycanın geosiyasi mövqeyinə aydınlıq gətirmək lazımdır. Beynəlxalq münasibətlər sistemində işlənən "geopolitika" sözü, yunan sözü olub iki hissədən ibarətdi. Geo-yer, politikos-hər nə varsa dövlətlə bağlıdır və s.
Qırx birinci simfoniya (Motsart)
Qırx birinci simfoniya "Yupiter" adı ilə məlumdur və Volfqanq Amadey Motsart tərəfindən Qırxıncı və Otuz doqquzuncu simfoniyalarla birlikdə 1788-ci ildə yazılmışdır. Motsart simfoniyanı 10 avqust 1788-ci ildə yazıb tamamlamışdır. Bu əsər 39-cu və 40-cı simfoniyalarla birlikdə konsertdə səsləndirilməli idi, bu məqsədlə siyahı üzrə vəsait də toplanmışdır. Lakin planlaşdırıan konsert baş tutmadı və simfoniyanın ilk dəfə hansı şəraitdə ifa olunması məlum deyildir. Ciddi maliyyə çətinlikləri ilə üzləşən Motsart son üç simfoniyanı iki aydan az bir müddətdə yazmışdır. 41-ci simfoniya bəstəkarın son simfoniyası hesab olunur. Bir çox tədqiqatçıların fikrincə, simfoniyaya "Yupiter simfoniyası" adı sonralar alman mənşəli, skripkaçı, dirijor və bəstəkar İohann Peter Salomon tərəfindən verilmişdir. Simfoniya 4 hissədən ibarətdir və ifa müddəti 33 dəqiqədir.
Sabirabad birinci seçki dairəsi
Sabunçu birinci seçki dairəsi
Sumqayıt birinci seçki dairəsi

Значение слова в других словарях