birləpəlilər
birləşdiricilik
OBASTAN VİKİ
Birləşdirici toxuma
Birləşdirici toxuma — Heyvan orqanlarının əsas hissəsini təşkil edir, həmçinin orqanizmdə əsasən müdafiə və dayaq funksiyasını yerinə yetirir. Birləşdirici toxumanın müxtəlif funksiya yerinə yetirən bir neçə növü var. Bu qrupa lifli, sümük, qığırdaq, qan və piy toxumaları aiddir. Birləşdirici toxumada, adətən, hüceyrəarası maddə çox olur. Birləşdirici toxuma və ya başqa adı ilə daxili mühit toxuması orqanizimdə digər toxumalardan daha geniş yayılmış toxuma növüdür. Bu toxuma latınca adı ilə isə "textus conjuctivus" adlanır. Əsasən dayaq sistemində yerləşir. TDV-BTI === Xüsusiyyətləri === Onun əsas xüsusiyyətləri isə aşağıdakı formada göstərilir: Xarici mühitlə birbaşa əlaqədə deyil. Ümumilikdə toxuma və onun hüceyrələri polyarlıq xüsusiyyətinə malikdir. Bu toxumanın hüceyrələrində mübadilə prosesi eyni formada gedir.

Digər lüğətlərdə