Adi bizdimdik
Adi bizdimdik (lat. Recurvirostra avosetta)) — Çovdarçılar fəsiləsinin Bizdimdik cinsinə aid quş növü.
Nadirdir.
(LC). Mənfi təsirlərə həssasdır.
Azərbaycanda cinsin tək növüdür.
İri cüllütlərdən biridir (250-400 q). Dimdiyi nazik, uzun və yuxarıya tərəf çox əyridir. Ayaqları uzun və göyümtüldür. Başının və boynunun üstü qaradır.