Blank Formalı Akkreditiv

üzərində məbləğ göstərilməyən akkreditiv.
Blank Çeki
Blank İndossamenti
OBASTAN VİKİ
Akkreditiv
Akkreditiv — alıcı bankının satıcı bankına akkreditiv ərizəsində göstərilən məbləği ödəmək barədə tapşırıq, malların göndərilməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim olunarkən göndərilmiş malların, xidmətlərin dəyərini benefisianara ödəmək barədə bankın öhdəliyidir. == Akkreditivin həyata keçirilməsi == Benefisiar - müəyyən məbləğdə pulu almaq üçün hesablaşma sənədində göstərilmiş hüquqi və ya fiziki şəxsdir. Akkerditiv hesablaşma forması tərəflərin xüsusi müqaviləsi, xüsusi mal göndərilməasi şərtləri ilə müəyyənləşdirilir və ya ödənişlərin sistematik olaraq ləngidilməsinə görə səhlənkar alıcıya sanksiya kimi tətbiq edilir. Benefisia-müəyyən məbləğdə pulu alamaq üçün hesablaşma sənədində göstərilmiş hüquqi və fiziki şəxsdir. Akkreditiv aşağıdakı formada gerçəkləşir: Satıcı və alıcı arasında akkreditiv ödəniş formasını nəzərdə tutan müqavilə imzalanır; Alıcı banka geri çağırıla bilməyən akkreditiv açılması üçün banka müraciət; Bank aldığı müraciət əsnasında benefisiarın xeyrinə geri çağırıla bilməyən akkerditiv açır, o bu sənəd benefisiara satıcının bankı (avizo edən); Avizo edən bank , birinci bankdan (müştərinin müraciət etdiyi) akkreditivi aldıqdan sonra onun etibarlılığını yoxlayır və akkreditivin şərtlərini satıcıya çatdıraraq, akkreditivin həqiqiliyini təsdiqləyir; Məhsul yükləndikdən və göndərildikdən sonra, satıcı bir qayda olaraq sənədləri avizo edən banka təqdim edir. Akkreditiv hesablaşma formasının mahiyyəti ödəyicinin ona xidmət edən banka qabaqcadan qoyulmuş vəsaitlər hesabına və ya bankın zəmanəti altında ödəyici tərəfindən akkreditivin açılması haqqında ərizədə nəzərdə tutulmuş şərtlərlə vəsait alanın olduğu yer üzrə mal-material dəyərlərinin ödənişinin edilməsini tapşırmasıdır. Akkreditiv açan bankın (emitent bank)mal göndərənə ödəniş edə biləcəyi və ya akkreditivdə nəzərdə tutulan sənədlərin digər banka verilməsi şərti ilə və akkreditivin digər şərtlərinin yerinə yetirilməsi ilə həmin banka belə ödənişləri etmə səlahiyyətini verə biləcək saziş üzrə müştərinin tapşırığı ilə onun kontragentinin xeyrinə banka verilən şərti pul öhdəliyi deməkdir. Akkreditiv açan bank (emitent bank) ödəyicinin (alıcının) tapşırığı ilə vəsaitləri digər banka - mal göndərənin bankına köçürürsə, akkreditivdə nəzərdə tutulan bütün şərtlərin yerinə yetirilməsi zamanı ödənişin edilməsi üçün tədarükçülərin bankında ayrıca balans hesabı "Akkreditivlər" açılır. Azərbaycan Respublikasında sənədli akkreditivlərdən geniş istifadə olunur. Sənədli akkreditiv - elə bir sazışdir ki, onun əsasında bank müştərinin xahişi ilə və ya onun sərəncamlarına əsasən hərəkət edib, ödənişi 3-cü şəxsin adına aparır.
Blank
Blank – [fr. blanc – ağ]: == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s. == Xarici keçidlər == Blank nədir?
Blank adaları
Blank adaları (ing. Blank Islands) — ABŞ-nin Alyaska ştatının Ketçikan şəhəri sahillərində yerləşən adalar. == Morfometriya == Mütləq hündürlüyü 12 m, sahəsi 24 hektardır. Çəkilmə zamanı adalar bir-birinə bağlanır. == Relyef == Blank adalarına Böyük ada və Kiçik ada daxildir. Böyük ada tamamilə sıx iynəyarpaqlı meşə ilə örtülmüşdür. Adanın mərkəzində kiçik bataqlıq və gölməçə (bataqlıq sahəsi - 1,5 hektar; gölməçə sahəsi - 0,3 hektar) vardır. Dadan ibarət olan təpəliyə sahibdir. Təpələrin hündürlüyü qırx metrə qədərdir. Adada maral və canavar vardır.
Blank krediti
Leandro Blank
Leandro Blank (2 may 1993) — Argentinalı boksçu. Leandro Blank Argentinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Leandro Blank birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 49 kq çəkidə, 1/16 final mərhələsində Meksikanın nümayəndəsi Xoselito Velazkez ilə üz-üzə gəldi. Həmin görüşdə Leandro Blank rəqibinə 0:3 hesabı ilə uduzdu.
Mel Blank
Mel Blank (ing. Mel Blanc; 30 may 1908[…], San-Fransisko, Kaliforniya – 10 iyul 1989[…], Sedars-Sinay Tibb Mərkəzi[d], Kaliforniya) — "Min səsin insanı" kimi tanınan amerikalı səs aktyoru. Mel Blank Warner Bros. cizgi filmlərinin bir çox qəhrəmanlarını və o cümlədən Bugs Bunny'ni və daha çox səsin sahibidir. Günlərin bir günü o avtomobil qəzasına düşür və kəllə sümüyünü sındıraraq 3 həftəlik komada olur. Komada Blanka dəfələrlə müraciət edilməsinə baxmayaraq o reaksiya vermirdi, lakin haçan ki, həkim ondan: "Necəsən, Bugs Bunny?", soruşur, aktyor dərhal dovşan səsi ilə cavab verir. Blankın məzarında bir çox cizgi filmlərinin sonluğunda donuz balası personajı Porki Piqin səsləndirdiyi məşhur "That's All Folks" yəni, Azərbaycan dilində: "Hamısı Bu Qədər Uşaqlar!" frazası yazılmışdır.
Point Blank
Point Blank — Cənubi Koreyanın oyun şirkəti Zepetto tərfindən yaradılan onlayn birinci şəxs atıcı oyundur. Oyun 2008-ci ildə yayımlanmışdır. Oyun CT-Force və Free Rebels arasındakı müharibə haqqındadır. Oyunda rütbə sistemi vardır. "Hərbi şagird" rütbəsi ilə başlanır və ən yüksək rütbə "Baş General"dır. Oyun keçirdikcə təcrübə xalı və oyun xalı qazanılır. Oyunda bəzi özəl əşyaları və silahları da almaq üçün əsl pul ilə ala biləcəyimiz oyun pulu da istifadə olunur. Oyunda 7 fərqli format və bir çox xəritə var. CT Force polis qrupu Free Rebels üsyançılarına qarşı ölkəni müdafiə edirlər. Qrupda 3 qadın, 2 kişi obraz var.
Renod Blank
Renod Blank (3 yanvar 1991) — İsveçrəli peşəkar kişi BMX velosipedçisi. Renod Blank İsveçrəni beynəlxalq yarışlarda təmsil edir. Renod Blank 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.265 saniyəlik nəticəsi ilə 26-cı yeri tutdu.
Döş formalı təpə
Döş formalı təpə – formaca qadının döşünü xatırladan təpə. Bu cür antropomorfik coğrafi quruluşlar dünyanın müxtəlif yerlərində rast gəlinir. Bir çox mədəniyyətdə döş formalı təpələr ana tanrıları ilə əlaqələndirilir və onlara ana tanrıları ilə bağlı adlar verilib. Məsələn, İrlandiyada yerləşən Anunun döşləri xristianlıq öncəsi İrlandiyanın əhəmiyyətli qadın ilahəsi olan Anunun adını daşıyır. == Ümumi baxış == İngiltərənin Mançester şəhərinin adının Mamutsium qəsrinin adından gəldiyi güman olunur və fərziyyəyə görə bu söz kelt dilində "döş formalı təpə" mənasına gəlir. Çünki qəsrin yerləşdiyi yer döş formasını xatırladırmış. Bu ad daha sonra dəyişərək Mançester halını almışdır. Döş formalı təpələrin çoxu yerli məhsuldarlıq və çoxalma ilahları ilə əlaqələndirilir. Hətta bəzi arxeoloji qazıntı yerləri döş formalı təpələrin yaxınlığında yerləşir: Siciliyanın Samson adasının döş formalı Şimal təpəsi və Cənub təpəsində məzarlıqlar kəşf edilmişdir. İspaniyanın Araqon bölgəsində yerləşən Burren və Burrera təpələrində Urnfild mədəniyyətinə aid arxeoloji qazıntı yerləri yerləşir.
Ox formalı qanad
Ox formalı qanad və ya Ox bucaqlı qanad yüksək sürətli təyyarələrdə istifadə olunan bir qanad növüdür və adını yuxarıdan baxıldıqda qanadlarının ucları geriyə çəkilmiş bir ox formasında olmasından almışdır. Geriyə çəkilən qanadlar geriyə çəkilmiş ox bucağını ifadə edərkən, irəliyə çəkilmiş ox formalı qanadları olan təyyarələr də tarixdə görülmüşdür. Ox formalı qanadların mövcudluğunun səbəbi səs sürətinə yaxın bir sürətdəki havanın aerofoildəki davranışıdır. Ox formalı qanadlar əsasən hərbi təyyarələrdə olmaqla, məsələn təyyarələr, iş təyyarələri və ticarət təyyarələri olmaqla uçuşunun bir hissəsini səs sürətinə yaxın sürətlərdə yerinə yetirən təyyarələrdə görülür. Ox bucağının təyin edilməsinin əsas səbəbi kritik mach sayını artırmaqdır. Kritik mach sayı səs sürətinə yaxın sürətlə hərəkət edən havanın qanad profilinin yuxarı səthində sürətləndikdə və səs sürətinə çatdıqda təyyarənin çatdığı sürətə deyilir. Kritik mach sayında hərəkət edən bir təyyarənin qanadında oblik (əyri) bir şok dalğası müşahidə edilir. Bu, sürüklənməni artıran səbəblərdən biri olaraq həm daha çox yanacaq istehlakına, həm uçuş zamanı səbəb olduğu sarsıntılara görə qanad gərginliyinə və ya idarəetmənin itirilməsinə səbəb ola bilər. Ox bucağının iş prinsipi, ən sadə mənada həndəsə ilə əlaqədardır. Bir ox bucağı olmayan qanadlarda axıntı tamamilə qanada dik gəlir və qanad üstündə sürətlənərək axıb gedir, lakin bir ox bucağı olan qanadlarda hücum kənarı ilə qarşılaşan hava kənara dik deyildir və burada nəzərə alınacaq axıntının sürəti də axıntının öz sürəti deyildir, kənara dik uzanan sürət komponentidir.
Ulduz formalı qala
Ulduz formalı qala ilk dəfə XV əsrdə İtaliyada görülən və xüsusilə orta əsrlərdə barıt və döyüş toplarının müharibə meydanlarına girməsindən sonra inşa edilməyə başlanan qala formalı bir istehkam növüdür. Ulduz qalaların sələfi qalalardır. Hündür divarları ilə qorunan qaladakı müdafiəçilər atdıqları oxlarla düşmənin qalanın istehkamlarına yaxınlaşmasının qarşısını almağa çalışarkən, təcavüzkarlar da öz növbəsində qala qapısını sındıraraq və ya nərdivan kimi mühasirə alətləri ilə divarlara çıxaraq qalaya girməyə çalışırdılar. Coğrafi baxımdan da strateji yerlərdə tikilən belə qalaları tutmaq çox çətin idi. XV əsrdə topların müharibə meydanlarına girməsi ilə qala divarları dağılmağa başladı. Ehtiyat tədbirinə görə, istehkamçılar artilleriya atəşinə məruz qalan əraziləri redutlarla gücləndirməyə başladılar. Divarlara hücum edən düşmənin hər tərəfdən atəş altında qalması və görünüş probleminə görə gizlənə bilməməsi üçün ulduz şəklində bir qala dizaynı hazırlanmışdır. Hakim nöqtələr düşmənin əlinə keçdikdən sonra belə müdafiəni təşkil edə bilmək üçün, bir-birinin döyüş mənzilinə girə biləcək şəkildə yerləşdirilmiş toplara malik ulduz formalı qalalar hazırlanmışdır. Bu formada divarlara yaxınlaşmağa çalışan toplar müəyyən bir məsafədən keçirilmirdi. Ulduz formalı qalalar köhnə qalalardan daha aşağı və daha böyük bir ərazidə yerləşərək dərin müdafiəyə imkan verir.