blenda

blenda
blek-boks
blender
OBASTAN VİKİ
Blenda
Blenda (almanca: Blende) - kinoçəkiliş aparatının, və ya fotoaparatların obyektivinin ön hissəsinə birləşdirilən silindr və ya kəsik piramida şəklində quruluş; adətən rezin və ya plastik materialdan hazırlanır. Blenda obyektivi yan tərəfdən düşən işıq şüalarından qoruyur; bu şüalar neqativ materialda işıq ləkələrinin əmələ gəlməsinə və təsvirin tutqun alınmasına səbəb olur. Blendanın iki əsas funksiyası var: 1. Blenda linzaları mexaniki təsirlərdən qoruyur. 2. Blenda linzaların üstünə işiğı düşməyə qoymur, işiğı qabağdan ötürür. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, IV cild, Bakı,2013, səh.195.