BOŞ
BOŞ
OBASTAN VİKİ
Boş funksiya
Boş funksiya – təyin oblastı sıfra bərabər olan funksiyaya deyilir. f A : ∅ → A .
Boş krateri
Boş krateri (lat. Bosch) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Nobel mükafatı laureatı Karl Boşun (1874–1940) şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. == Kraterin təsviri == Boş kraterinə ən yaxın yerləşən krater Uypl krateridir və ondan şimalda yerləşir. Rojdestvenski krateri bu kraterdən şərqdə, Plaskett krateri cənub-şərqdə, Hevesi və Haskin krateri cənubda, Usay krateri isə cənub-qərbdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 86°49′ şm. e. 133°32′ ş. u.86,82° şm. e.
Boş məhsul
Riyaziyyatda boş məhsul və ya sıfır məhsul heç bir vuruğun vurulmamasının nəticəsidir. Konvensiyaya görə, boş cəm də olduğu kimi — heç bir rəqəmin əlavə edilməməsinin nəticəsi — sıfırdır. Rəqəmlər nəzərdə tutulduqda, boş məhsul birə bərabər olur. Boş məhsul termini hesab əməliyyatlardan bəhs edərkən ən çox yuxarıdakı mənada istifadə olunur. Bununla belə, termin kompüter proqramlaşdırmasında çoxluq-nəzəri kəsişmələri müzakirə edərkən istifadə olunur.
İeronim Boş
İeronim Bosx (nid. Hieronymus Bosch) (Jeroen Anthoniszoon van Aken) — XV və XVI əsr holland rəssamı. İntibah dövrünün şimaldakı nümayəndələrindən biri sayılır. Yaşadığı dövrdə əsərləri kral və zadəganlar tərəfindən alınan məşhur rəssam olmağına baxmayaraq, indiki dövrdə haqqında çox az şey məlumdur. == Həyatı == Jeroen Anthoniszoon van Aken adıyla rəssam Antonis van Akenin (ö. 1478) oğlu kimi 1450-ci ildə Şimali Brabant, Hollandiya da dünyaya gəlmişdir. Həyatının böyük bir qismini Sertoqenbuş ('s-Hertogenbosch) şəhəri və ətrafında keçirən Bosxun rəsmi qeydlərdə adı ilk dəfə 1474-cü ildə, iki qardaşı və bir bacısı ilə birlikdə keçir.
Aşağı boş vena
Aşağı boş vena ABV (lat. Vena cava inferior) — dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində sağ və sol ümumi qalça venalarının (lat. vv. iliacae communes dextra et sinistra) birləşməsindən əmələ gəlir; onurğanın ön səthi ilə qarın aortasının sağ tərəfilə yuxarı və bir az sağa doğru gedərək, qaraciyərin arxa səthinə çatarkən aortadan uzaqlaşır və diafraqmanın vətər mərkəzində olan aşağı boş vena dəliyindən döş boşluğuna daxil olan kimi ürək kisəsini dəlib, sağ qulaqcığaaçılır. Aşağıda bel əzələsinin içəri kənarında, bir az yuxarıda ön səthində və diafraqmaya çatarkən onun bel hissəsinin ön səthində yerləşir. ABV ekstraperitoneal (peritondan xaric) üzvlərdən olub, ön tərəfdə yuxarıdan aşağıya doğru növbə ilə, qaraciyər ilə, onikibarmaq bağırsağın enən hissəsilə, pankreas başı ilə, nazik bağırsaq müsariqəsilə əhatə olunmuşdur. Bunlardan başqa ABV öndə çəp istiqamətdə sağ xaya arteriyası ilə və arxada üfüqi istiqamətdə sağ böyrək arteriyası ilə çarpazlaşır. == Qəbul etdiyi venalar == ABV qarın aortasının cüt şaxələrinə uyğun venaları və qaraciyər venalarını qəbul edir. == Təsvirlər == == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников.
Boş Yer (1989)
Boş yer qısametrajlı bədii filmi rejissor Cahangir Şahmuradov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Filmdə durğunluq hesab edilən dövrün nöqsanları tənqid olunur, yaşadığımız cəmiyyətin sosial-mənəvi inkişafına o dövrün mənfi təsiri açılıb göstərilir. Əsas rolları Lyudmila Duxovnaya, Anatoli Yeqorov, Rafiq Əliyev, Fərman Şəkili və Mübariz Əlixanoğlu ifa edirlər. == Məzmun == Filmdə durğunluq hesab edilən dövrün nöqsanları tənqid olunur, yaşadığımız cəmiyyətin sosial-mənəvi inkişafına o dövrün mənfi təsiri açılıb göstərilir. Müəlliflər filmin süjetini qrotesk üslubda qurmuşlar. == Rollarda == Lyudmila Duxovnaya — qatar bələdçisi Anatoli Yeqorov — ezam olunmuş Rafiq Əliyev — alverçi Fərman Şəkili (Fərman Abdullayev kimi) — təbilçi Mübariz Əlixanoğlu — məmur Pavel Vinnik — saatsaz Manefa Sobolevskaya — saatsazın arvadı Viktor Lazarev — akademik Vitali Leonov — maşinist Yuri Mitrofanov — maşinist köməkçisi Aleksey Fadeyev — ocaqçı Tatyana Xaritonova — manekençi Nuriyyə Çavkina — idmançı Eduard Ozeryanski — ofisiant == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Yuxarı boş vena
Yuxarı boş vena (YBV) (lat. Vena cava superior) — birinci sağ qabırğa-döş sinxondrozunun arxasında sağ və sol bazu-baş venalarının (lat. vv. brachiocephalicae dextra et sinistra) birləşməsindən əmələ gələrək döş sümüyünün və aortanın sağ tərəfi ilə aşağıya doğru gedur və üçüncü qabırğanın yuxarı kənarı bərabərliyində sağ qulaqcığa açılır. YBV-nin uzunluğu 5–6 sm və diametri təxminən 2,5 sm-dir, sol tərəfdən aortaya, sağ tərəfdən sağ ortadivar plevrasına və ağciyərə söykənmişdir; ikinci qabırğa səviyyəsində ürək kisəsi ilə örtülü olur, belə ki, aşağı hissəsi ürək kisəsi daxilində yerləşir. Aşağı boş vena kimi bunun da qapağı yoxdur. YBV ürək kisəsinə daxil olmamış arxa tərəfdən tək venanı — lat. v. azygos qəbul edir və bunun vasitəsilə aşağı boş vena sistemi ilə rabitədə olur. Tək venadan başqa YBV-yə lat.
Aşağı boş vena sistemi
Aşağı boş vena sistemi — Aşağı boş vena vasitəsilə aşağı ətraflardan, çanaq və qarın boşluğu divarı və üzvlərindən venoz qanı yığıb ürəyin sağ qulaqcığına daşıyır. Aşağı boş vena sisteminə aid olan venalar: == Mənbə == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников.
Yuxarı boş vena sistemi
Yuxarı boş vena sistemi aorta qövsü və döş aortası şaxələrinin təchiz etdikləri nahiyələrdən: başdan, boyundan, yuxarı ətraflardan, döş qəfəsindən venoz qanı yığıb ürəyin sağ qulaqcığına daşıyır. Yuxarı boş vena sisteminə aid olan venalar: == İstinadlar == == Mənbə == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников.
Boş çoxluq
Boş çoxluq, tərkibində heç bir elementi olmayan çoxluğa deyilir. Boş çoxluq ∅ {\displaystyle \emptyset } ilə işarə olunur. Uyğun olaraq: ∅ {\displaystyle \emptyset } və { ∅ } {\displaystyle \{\emptyset \}} müxtəlif olurlar. Boş çoxluq hər bir çoxluğun alt çoxluğudur. Boş çoxluğu həmçinin aşağıdakı kimi də ifadə etmək olar: ∅ A = { x ∈ A ∣ ∀ x ∉ A } {\displaystyle \emptyset _{A}=\{x\in A\mid \forall x\notin A\}} ∅ A − A {\displaystyle \emptyset _{A}-A} çoxluğunun boş alt çoxluğudur.
Boş çəki
Boş çəki - standart avadanlıqlarla real olan bir nəqliyyat vasitəsinin ümumi çəkisidir; mühərrik yağı, ötürücü yağı, soyuducu, kondisioner qazı və bəzən dolu bir yanacaq çəni kimi işləməsi üçün lazımlı olanlar daxil, sərnişin və ya yük daxil edilməmək şərti ilə hesablanır.
Robert Boş
Robert Boş (alm. Robert Bosch‎; 23 sentyabr 1861[…] – 12 mart 1942, Ştutqart) — Alman ixtiraçı. Robert Bosch GmbH şirkətinin təsisçisi. == Həyatı == Çox sayda ideyalara və müasir avtomobil istehsalının prinsipial olaraq yeni texniki həllərinə görə məşhur alman ixtiraçısı Robert Boşa (1861–1942) borcluyuq. Robert Boş Ulm yaxınlığında kiçik bir şəhərdə anadan olmuşdur. O, Servasius Boş ailəsinin on birinci uşağı idi. Atası təhsilli və savadlı biri idi, onun kiçik mehmanxanası və pivə zavodu var idi. Atası arzu edirdi ki, onun oğlu əczaçı və ya müəllim olsun, lakin oğlunun marağı tamam fərqli idi: ustalıq etməyi həddindən artıq sevirdi. 1869-cu ilin yazında Boş ailəsi Ulm şəhərinə köçdü. 1869-cu ildən 1876-cı ilə qədər Robert Boş şəhər məktəbində təhsil aldı, sonra isə usta köməkçisi kimi işə düzəldi.
Boş yer (film, 1989)
Boş yer qısametrajlı bədii filmi rejissor Cahangir Şahmuradov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Filmdə durğunluq hesab edilən dövrün nöqsanları tənqid olunur, yaşadığımız cəmiyyətin sosial-mənəvi inkişafına o dövrün mənfi təsiri açılıb göstərilir. Əsas rolları Lyudmila Duxovnaya, Anatoli Yeqorov, Rafiq Əliyev, Fərman Şəkili və Mübariz Əlixanoğlu ifa edirlər. == Məzmun == Filmdə durğunluq hesab edilən dövrün nöqsanları tənqid olunur, yaşadığımız cəmiyyətin sosial-mənəvi inkişafına o dövrün mənfi təsiri açılıb göstərilir. Müəlliflər filmin süjetini qrotesk üslubda qurmuşlar. == Rollarda == Lyudmila Duxovnaya — qatar bələdçisi Anatoli Yeqorov — ezam olunmuş Rafiq Əliyev — alverçi Fərman Şəkili (Fərman Abdullayev kimi) — təbilçi Mübariz Əlixanoğlu — məmur Pavel Vinnik — saatsaz Manefa Sobolevskaya — saatsazın arvadı Viktor Lazarev — akademik Vitali Leonov — maşinist Yuri Mitrofanov — maşinist köməkçisi Aleksey Fadeyev — ocaqçı Tatyana Xaritonova — manekençi Nuriyyə Çavkina — idmançı Eduard Ozeryanski — ofisiant == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Boş yerə təbil vurma (film, 2011)
Boş yerə təbil vurma (rus. ...В барабан не бью без толку...) qısametrajlı sənədli filmi rejissorlar Andrey Pavlenko və Tahir Əliyev tərəfindən 2011-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyası və Lennauçfilmin birgə istehsalıdır. Film Rusiya Dövlət Mükafatı laureatı, bu ölkənin Əməkdar İncəsənət Xadimi, sovet kinosunun tanınmış səs rejissoru və operatoru, həmvətənimiz Ələkbər Həsənzadəyə həsr olunmuşdur. == Məzmun == Ekran əsəri Rusiya Dövlət Mükafatı laureatı, bu ölkənin Əməkdar İncəsənət Xadimi, sovet kinosunun tanınmış səs rejissoru və operatoru, həmvətənimiz Ələkbər Həsənzadəyə həsr olunmuşdur. Ə. Həsənzadə 2000-ci ildə Rusiyanın “Nika” mükafatını alan ilk azərbaycanlı kino ustasıdır.
Alovsuz qaz boşalması
Qaz boşalması — qazlardan elektrik cərəyanı keçdikdə baş verən proseslər toplusu. Tipik olaraq, nəzərəçarpacaq cərəyanın axını yalnız qazın kifayət qədər ionlaşmasından və plazmanın formalaşmasından sonra mümkün olur. == Alovsuz qaz boşalması == Alovsuz qaz boşalması qaz boşalmasının bir növüdür. Alçaq təzyiqlərdə (10−2−10−3 mm c.süt.) baş verir. Elektrodlar arasındakı gərginlik bir neçə yüz volt olmalıdır. Alovsuz qaz boşalması neon işıqlarda, reklm lampalarında, qaz lazerlərində və eyni zamanda ündüz işığı lampalarında istifadə olunur. Qazın rəngindən asılı olaraq, alovsuz boşalmanın da rəngi müxtəlif cür olur. Məsələn, müxtəlif qazların qarışığı olan hava-moruğu, arqon-göyümtül yaşıl, firuzəyi rəngə çalan işıq verir.
Anika Boşkoviç
Anika Boşkoviç (d. 1714, Raqusa Respublikası – ö. 13 avqust, 1804, Raqusa) — Raqusalı yazıçı. == Haqqında == O pastoral mahnılar yazır və onları italyan dilindən tərcümə edirdi. Yezuitlər tərəfindən təbliğ olunan xristianlıq mövzuları onun yaradıcılığın əsas mövzusu idi. Onun adı Raqusa ədəbiyyatında ən vacib qadın adlarından biridir. "Dialoq" (1758) əsəri Raqusa ədəbiyyatında qadın müəlliflərdən tərəfindən yazılan ilk və yeganə bədii əsəridir. Boşkoviç 3 noyabr və ya 3 dekabr tarixində 1714-cü ildə Raqusada doğulub. Ailədə 9 uşaqdan ən kiçiyi idi. Onun valideynləri Paula Bettera varlı italyan ailədən idi.
Ağız boşluğu
Ağız boşluğu (lat. Cavum oris yun. stoma iki hissəyə bölünür: ağız dəhlizi və xüsusi ağız boşluğu. Ağız dəhlizi — lat. vestibulum oris ön və yan tərəfdən dodqlar və yanaqlar vasitəsilə və daldan dişlər və alveol çıxıntıları ilə əhatə olunmuşdur. Xüsusi ağız boşluğu — lat. cavum oris proporium yuxarı tərəfdən sərt və yumuşaq damaqla, ön və yan tərəflərdən dişlər və alveol çıxıntıları ilə və aşağı tərəfdən ağız dibi ya diafraqması — lat. diaphragma oris (mm. mylohyoidei) ilə əhatə olunmuşdur. Ağız qapalı olduqda bu boşluq yarıq şəklində qalır.
Təbil boşluğu
Təbil boşluğu (lat. cavitas tympani) — orta qulağın bir hissəsi, 1sm2 həcmində olub gicgah sümüyünün daşlıq hissəsində daxili qulaqla xarici qulaq arasında yerləşmişdir. Təbil boşluğunun ön divarını - lat. paries caroticus yuxu kanalının divarı təşkil edir. Bu divarın yuxarı hissəsində eşitmə borusunun daxili dəliyi - lat. ostium tympanicum tubae auditivae açılır. Təbil boşluğunda 3 ədəd qulaq sümükcükləri, əzələlər və bağlar yerləşmişdir. == Qulaq sümükcükləri == == Orta qulaq əzələləri == Təbil boşluğunda iki kiçicik əzələ vardır. Üzəngi əzələsi (lat. m.
Uzun boşluq
Uzun boşluq, uzun şpasiya – ölçüsü şriftin punktla ölçüsünə bərabər olan sözlərarası boşluq; məsələn: 12-punktlu şriftdə bu, eni 12 punkt olan boşluq olacaq. İngilis dilindəki adı (em space) onunla izah olunur ki, bəzi şriftlərdə belə boşluğun ölçüsü baş M hərfinin eninə bərabər olur ki, o da öz növbəsində şriftin punktla ölçüsünə bərabərdir.
Yazılararası boşluq
Yazılararası boşluq ( ing. inter-record gap (IRG) ~ ru. промежуток между записями ~ tr. kayıtlararası boşluk) – diskdə və ya lentdə yazılmış verilənlər blokları arasında istifadə olunmamış yer. Disklərdə və lentlərdə olan yazılarası boşluqlar qonşu verilənləri korlamadan yeni verilənlər yazmağa imkan verir. Disklərin və lentlərin sürəti sabit olmadığından, yeni verilənlər əski verilənlərin “düz üstünə” yazılmır. Yazılararası boşluqlar olmasa idi, yeni verilənlər qonşu verilənlərin bir hissəsinin üstünə düşə bilərdi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yaşıl boşləçək
Yaşıl boşləçək (lat. Dactylorhiza viridis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü.
Yuxulu boşluq (film, 1999)
Yuxulu boşluq (ing. Sleepy Hollow) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi. Film Vaşinqton İrvinqin "Yuxulu boşluq haqqında əfsanə" əsəri əsasında ekranlaşdırılmışdır. Bir çox məşhur filmlərin, o cümlədən, "Bitlcus", "Betmen" kimi filmlərin rejissoru olan Tim Börtonun bu filminin hekayəsi, mühiti və xarakterləriylə klassik sinematoqrafik istiqamətdən bir şah əsərə bənzəyir. Əllinci illərin fantastik qorxu filmlərindəki əksəriyyətlə qara ağ tonların ağırlıqlı olduğu havada olan "Yuxulu boşluq" filminin çəkilişləri üçün İngiltərədə hekayəyə uyğun kiçik bir kənd yenidən bərpa edilmişdir. Bu film ən çox ABŞ, Fransa və Böyük Britaniyada izlənmişdir. == Məzmun == 1799-cu il, Nyu-York. İkabod Kreyn iyirmi dörd yaşında "Konsteybl" vəzifəsində çalışan kiçik gənc zabitdir. Onun zabit olmasına baxmayaraq bəzi qəribəliklərinə görə fərqlənir. İkabodun ölülərdən çəkinməməsinə baxmayaraq, balaca həşəratlardan bərk qorxur.
Çapayev və boşluq (roman)
Çapayev və boşluq — yazıçı Viktor Pelevinin 1996-cı ildə yazdığı roman == Süjeti == 1996-cı ildə yazılmış "Çapayev və Pustota" romanı haqqında müəllifin özü deyir: "Bu əsər dünyada hadisələrin tamamilə boşluqda baş verdiyi ilk ədəbiyyat nümunəsidir". Əslində isə hadisələr 1919-cu ildə Çapayevin diviziyasında baş verir. Əsərin prataqonisti Pyotr Pustota bu diviziyada komissar olaraq xidmət edir və eyni zamanda bugünkü günlərdə və Pelevinin virtual fəzasında mövcudiyyətini sürdürərək "Kavabata", "Şvaşneqr" və "Sadəcə Mariya" ilə görüşür. Tənqidçilərin fikrinə görə, "Çapayev və Pustota" rus ədəbiyyatında ilk den-buddist romandır. Roman 2001-ci ildə ingiliscə tərcümədə - "The Clay Machine-Gun" ("Глиняный пулемет") Dublin ədəbiyyat mükafatının finalına çıxmışdır Mənim iradəmlə qürub edən günəşə doğru yarışa çıxmış atların üzünə və insanların sifətinə - ucsuz-bucaqsız canlı axıntıya baxa-baxa tez-tez düşünürəm: bəs bu axıntıda mən haradayam? – Çingiz xan Prinsip etibariylə roman iki hissədən ibarətdir: 1919-cu illərdə cərəyan edən hadisələr və 1990-cı illərin əvvəllərində psixiatrik klinikada cərayan edən hadisələr. Roman Vasili Çapayev və Pyotr Pustota kimi iki şəxsiyyətdən bəhs edir. Digər ikinci planda olan obrazlar, bilavasitə Rusiyanın gələcəkdə baş verəcək qərblə alximik nigahını simvolizə edən aspektlərdir. Romanda demiurq kimi motiv də yer alıb. Roman ilk cümlələrindən hiss olunur ki, Pyotr Pustota aydınlanmaq istəyən birisidir.
İncə boşluq
İncə boşluq – thin space ~ минимальный интервал ~ ince boşluk ~ şriftin ölçüsünün dörddə birinə (bəzən altıda birinə) bərabər olan sözlərarası boşluq; məsələn, ölçüsü 12-punkt olan şriftdə incə boşluq 3 punkt olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnformasiya boşalması
İnformasiya boşalması (ing. underflowing) – iki qurğu, yaxud proses arasında informasiya mübadiləsi zamanı buferə verilənlərin daxilolma sürətinin, onların oradan oxunma sürətindən az olması nəticəsində yaranan hal. Məsələn, CD-R və ya DVD-R diskinə informasiyanın yazılışı zamanı qurğu bütün yazma prosesi boyunca eyni bir sürətlə fırlanmalıdır. Əgər kompüter hər hansı səbəbdən (şəbəkədə olan problem, yaxud verilənlərin götürüldüyü qurğunun yavaş sürətli olması səbəbindən) verilənləri qurğuya tələb olunan sürətlə çatdıra bilmirsə, onda buferin boşalması baş verir və nəticədə diskin yazılışı uğurlu olmur. Bunun aradan qaldırılması üçün müxtəlif vasitələrdən istifadə etmək olar: hazırda çalışan başqa proqramlar olub-olmamasına əmin olmaq, yazılışı aşağı sürətlə aparmaq, kompüteri müvəqqəti olaraq şəbəkədən ayırmaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şimali Makedoniyada boşnaklar
Makedoniya Respublikasında boşnaklar (mak. Македонски бошњаци) Makedoniya Respublikasında yayılmış xalqlardan biridir. 2001-ci ildə Makedoniya Respublikasının Konstitutsiyasına görə milli azlıq olaraq təstiqlənmişdir. 2001-ci il siyahıya alınmağa görə Makedoniyada 17018 nəfər boşnak yaşayır. Bu isə ümumi əhalinin 0,84% təşkil edir. Makedoniya ərazisində yayılmış boşnaklar əsasən Skopye və ətrafı ərazilərdə yayılmışdır. 8 fevral 2007-ci ildən ölkədə 28 sentyabr beynəlxalq boşnak günü kimi qeyd edilir. İcma üçün isə həmin gün istirahət günüdür. Boşnakların ölkədə iki siyası partiyası vardır: Boşnakların Demokratik Liqası və Demokratik Hərəkat partiyası. == Tarixi == Boşnaklar Makedoniya ərazisində bərabər yayılmışdır.
Baltik boşləçəyi
Baltik boşləçəyi (lat. Dactylorhiza baltica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü.
Fuks boşləçəyi
Fuks boşləçəyi (lat. Dactylorhiza fuchsii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü.
Xallı boşləçək
Xallı boşləçək (lat. Dactylorhiza maculata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü.
Boşnyanlar
Boşnyanlar sözü (bosn. Bošnjani / Boshāni, lat. Bosniensis) Bosniyalılar mənası verib, orta əsrlərdə Bosniya sakinlərinin adı kimi istifadə olunan köhnəlmiş bir demonimdir. Müəyyən bir yerin sakinlərini və ya yerlilərini adlandırmaq üçün sözügedən yerin adından yaranmış sözdür. == Terminin yaranması == O dövrdə konkret etnik qrupa aid olmasa da, bu dövrün yazılı sənədlərində istifadə edilirdi. Geniş mənada desək, bu söz həm Bosniyanın yerli əhalisini, həm də onun ərazisində yaşayan bütün insanları nəzərdə tuturdu. Müasir dövr qeydlərində kiril əlifbası ilə yazılmış «Boşnyanlar» demoniminin ən erkən nümunələrinə 12-ci əsrə aid xarici və ya Bosniya mənşəli orta əsr dövlət xartiyalarında rast gəlinir və orta əsrlər Bosniya zadəganlarının nümayəndələrini, o cümlədən onların təbəələrini, mübahisələrdə, vəsiyyətnamələrin və müqavilələrin hazırlanmasında şahidləri, habelə onların qohumlarını və ailə üzvlərini ifadə edir. Bu demonim Bosniya kralı Stepan Tomaşeviçin hakimiyyətinin sonuna doğru, Osmanlının Bosniya və Herseqovinanı fəth etməsinə qədər əsasən zadəgan titullarına əlavə edilirdi. Demonim o dövrün bir sıra sənədlərində "xeyirxah" (bosn. dobri / dobri) mənasında işlənmişdir - məsələn, Steran Ostoya latın dilində yazılmış 1417-ci il tarixli məktubda, «i nostri boni Bosnensi» kimi qeyd olunub.

Значение слова в других словарях