boğmaq
bolt
OBASTAN VİKİ
Bol Məhsulun Təminatı (1961)
Bol məhsulun təminatı qısametrajlı sənədli filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film bol məhsulun yetişdirilməsi, bəhərli olması üçün ən vacib şərt-aqrotexniki və zootexniki qaydalara düzgün və dəqiq əməl edilməsindən danışır. Film bol məhsulun yetişdirilməsi, bəhərli olması üçün ən vacib şərt-aqrotexniki və zootexniki qaydalara düzgün və dəqiq əməl edilməsindən danışır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bol məhsulun təminatı (film, 1961)
Bol məhsulun təminatı qısametrajlı sənədli filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film bol məhsulun yetişdirilməsi, bəhərli olması üçün ən vacib şərt-aqrotexniki və zootexniki qaydalara düzgün və dəqiq əməl edilməsindən danışır. Film bol məhsulun yetişdirilməsi, bəhərli olması üçün ən vacib şərt-aqrotexniki və zootexniki qaydalara düzgün və dəqiq əməl edilməsindən danışır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ferdinand Bol
Ferdinand Bol (nid. Ferdinand Bol (24 iyun 1616, Dordrex – 24 avqust 1680, Amsterdam) Holland rəssamı 1631-1637-ci illərdə Rembrandtın şagirdi olmuşdur. 1652-ci ildə Amsterdama gəlir. 1660-cı ildən rəssam kimi tanınmağa başlanır. Amsterdamda onun şərəfinə küçə mövcuddur.
Manute Bol
Manute Bol (16 oktyabr 1962 – 19 iyun 2010) — Sudan basketbolçusu. Manute Bol 1962-ci ildə Sudanın cənubunda anadan olub. Manute Bol 1985–1994-cü illərdə NBA-da çıxış edib. George Mureşan gələnədək, o, NBA tarixinin ən ucaboy basketbolçusu sayılıb. Rumıniyalı George Mureşan kimi, 231 sm boya malik Manute Bol 10 mövsüm ərzində "Vaşinqton Bullits", "Qolden Steyt Uorriors", "Filadelfiya 76" və "Mayami Hit" klublarında çıxış edib. Oyunçu karyerasını başa vurduqdan sonra isə o, Sudanın xeyriyyə və hüquq – müdafiə təşkilatında çalışıb. Manute Bol böyrək xəstəliyindən müalicə olunmaq üçün 2010-cu ilin may ayında Sudandan ABŞ-yə qayıdıb. Lakin sabiq basketbolçunun həyatını xilas etmək mümkün olmayıb. 2010-cu ilin iyun ayında Kanzas ştatının Şarlottsvill şəhər xəstəxanasında 48 yaşında vəfat edib.
Timo Bol
Timo Bol (8 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. Timo Bol Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Timo Bol Almaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Timo Bol Almaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub. Daha sonra Timo Bol Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub. Timo Bol Almaniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Metyu Bol (rəqqas)
Metyu Bol (ing: Matthew Ball, Dekabr, 1993-cü il, Liverpul, Böyük Britaniya) - İngilis rəqqas. Hal-hazırda Royal Baletdə baş rəqqasdır. Anası rəqs müəllimi, atası teatrşünaslıq müəllimi və yazar olan Bol, 1993-cü ilin dekabr ayında İngiltərədə, Liverpulda anadan olmuşdur. O, Royal Balet məktəbində təhsil alıb, 2013/2014-cü ildə Royal Balet truppasına qoşulmuş, 2015-ci ildə birinci dərəcəli artist, 2016-cı ildə solist, 2017-ci ildə birinci dərəcəli solist olmuş və 2018-ci ildən isə baş rəqqas olaraq Royal Baletdə fəaliyyətini davam etdirmişdir. Bol Londonun, Holborn səmtində yaşayır.
Azadlıq Günü (Bolqarıstan)
Azadlıq günü — Bolqarıstan Osmanlı hökmranlığından tamamilə azad olunduqdan sonra sonra rəsmi olaraq 3 mart "Bolqarıstanın Qurtuluş Günü" olaraq qeyd olunur. Bolqarıstanın yenidən qurulmasına səbəb olan Rus-Türk müharibəsi (1877-1878) hadisələri Bolqarıstanın Qurtuluşunu bir növ car çəkirdi. 3 mart 1878-ci ildə imzalanan San Stefano Müqaviləsi, 14-cü əsrdə Bolqarıstan-Osmanlı müharibələri zamanı fəth edilən Bolqarıstan dövlətinin yenidən qurulmasını qəbul etməyi Osmanlı İmperiyasına bağlamağı nəzərdə tuturdu. Bu ilk dəfə 1980-ci il fevralın 19-da İmperator II Aleksandrının sui-qəsd və San-Stefano Barışıq Müqaviləsinin bağlandığı gün qeyd olundu. 1888-ci ildə Bolqarıstan Knyazlığı tərəfindən rəsmi olaraq 10 illik yubileydə Qurtuluş Günü olaraq təyin olundu. Yalnız 1978-ci ildə milli miqyasda qeyd olunmağa başlandı. Dövlət Şurası Sədrinin 27 fevral 1990-cı il tarixli 236 nömrəli sərəncamı ilə 5 mart tarixində qüvvəyə minən rəsmi bayram oldu. Bolqarıstanda hazırda ruslar və bolqarlar üçün 400-dən çox qorunan abidə mövcuddur. Hər il 3 mart tarixində Şipka abidəsinə çələnglər qoyulur və Bolqarıstanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olan bütün rus əsgərlərinin xatirəsinə hərbi ehtiramlar verilir. Ölkədəki sakinlər bolqar həmkarları ilə birlikdə şəhid düşmüş xarici qoşunların (Rus, Fin və Rumıniya) abidələrinə çiçək və qeydlər qoyurlar.
Azadlıq günü (Bolqariya)
Azadlıq günü — Bolqarıstan Osmanlı hökmranlığından tamamilə azad olunduqdan sonra sonra rəsmi olaraq 3 mart "Bolqarıstanın Qurtuluş Günü" olaraq qeyd olunur. Bolqarıstanın yenidən qurulmasına səbəb olan Rus-Türk müharibəsi (1877-1878) hadisələri Bolqarıstanın Qurtuluşunu bir növ car çəkirdi. 3 mart 1878-ci ildə imzalanan San Stefano Müqaviləsi, 14-cü əsrdə Bolqarıstan-Osmanlı müharibələri zamanı fəth edilən Bolqarıstan dövlətinin yenidən qurulmasını qəbul etməyi Osmanlı İmperiyasına bağlamağı nəzərdə tuturdu. Bu ilk dəfə 1980-ci il fevralın 19-da İmperator II Aleksandrının sui-qəsd və San-Stefano Barışıq Müqaviləsinin bağlandığı gün qeyd olundu. 1888-ci ildə Bolqarıstan Knyazlığı tərəfindən rəsmi olaraq 10 illik yubileydə Qurtuluş Günü olaraq təyin olundu. Yalnız 1978-ci ildə milli miqyasda qeyd olunmağa başlandı. Dövlət Şurası Sədrinin 27 fevral 1990-cı il tarixli 236 nömrəli sərəncamı ilə 5 mart tarixində qüvvəyə minən rəsmi bayram oldu. Bolqarıstanda hazırda ruslar və bolqarlar üçün 400-dən çox qorunan abidə mövcuddur. Hər il 3 mart tarixində Şipka abidəsinə çələnglər qoyulur və Bolqarıstanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olan bütün rus əsgərlərinin xatirəsinə hərbi ehtiramlar verilir. Ölkədəki sakinlər bolqar həmkarları ilə birlikdə şəhid düşmüş xarici qoşunların (Rus, Fin və Rumıniya) abidələrinə çiçək və qeydlər qoyurlar.
Baccharis boliviensis
Baccharis boliviensis (lat. Baccharis boliviensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Banat bolqarları
Banat bolqarları və ya Palçane — Banat vilayətində yaşayan bolqarların etnik qrupu. Yazılı ədəbiyyatda banat-bolqar dilindən istifadə edirlər. Banat bolqarlarının çoxu Pavlikanlar hərəkatının üzvü olmuşların törəmələridir. Yazıda latın əlifbasından istifadə edirlər. Banat bolqarlarının böyük əksəriyyəti katolikdir. Mədəni anlamda banat bolqarları 1866-cı ilə qədər xorvatların təsir dairəsində olmuşdur. Onların kilsə xadimlərinin böyük əksəriyyəti xorvat idi, üstəlik uşaqları xorvat dilində təhsil alırdı. Bununla belə məhs bu dövrdə xorvat və macar latın əlifbası əsasında banat danışığına uyğun əlifba tərtib edilir. Bu işdə maraqlı olan müəllimlər (bolqar və alman) kitabları tərcümə edir, dərsliklər tərtib edir və yerli ləhcədə qəzet buraxırdılar. Ancaq 1899-cu ildə Macar hakimiyyəti ölkədə macvar dilinin məcburi şəkildə tətbiqinə və yerli ləhcələrin qadağan olunmasına başlayır.
Bayan (Bolqarıstan şahzadəsi)
Bayan — Birinci Bulqar dövlətinin şahzadəsi, I Simeonun ən kiçik oğlu idi. Onun sehrbaz olduğuna, istəyəndə bir qurd halına yaxud bir heyvan cildinə girə bildiyi inanılırdı.
Başqa Boleyn qızı (film, 2008)
"Boleyn qızlarından bir başqası (film, 2008).jpg" (ing. The Other Boleyn Girls) — Tüdorlar sülaləsinin zamanına aid bir filmdir. Üçillik nikahdan sonra Henrix arvadını xəyanətdə ittiham edərək onun edam edilməsini əmr etmişdi. Ancaq bacısının ölümü o zaman ərdə olan Mariyaya heç bir şans vermirdi, çünki kral artıq meylini gənc Ceyn Seymura salmışdı. VIII Henrixlə Anna Boleynin qızları tarixə I Yelizaveta adı ilə düşmüş məşhur İngiltərə kraliçasıdır. Film Filipp Qreqorinin real tarixi hadisələrə söykənmiş romanı əsasında çəkilib. VIII Henrix 6 dəfə evlənmişdi — Anna Boleyn onun ikinci xanımı idi. Yohansson və Portman kimi amerikalı aktrisaların baş rollara çəkilməsi Britaniyanın bir sıra aparıcı televiziya tənqidçilərinin "Boleyn qızı" əsərinin ekranlaşdırılmasının əleyhinə çıxmasına səbəb oldu. Filmdə bəzi tarixi səhvlər var. VIII Henrixi heç cür Erik Banaya bənzətmək olmur.
Bishovia boliviensis
Bolad
Bolad (1240, Monqolustan – 26 aprel 1313, Arran) — Yuan sülaləsinin Elxanilərə göndərdiyi səfiri. 1240-cı ildə Dörben tayfasında doğulub. Atası Yurki Çingiz xanın etimad duyduğu şəxslərdən olub xanın şəxsi mühafizəçisi idi. 1248-ci ildə Xubilayın oğlu Dorci ilə birlikdə təhsil almış, çin dilini öyrənmişdi. 1260-cı ildə saray hakimi vəzifəsinə yüksəldi və 1264-cü ildə Arıq Buğanın məhkəməsi və 1282-ci ildə Əhməd Fənakatinin qətli işlərində hakimlik etdi. 1285-ci ildə Arqun xanın taxta keçməsindən sonra Elxanilər dövlətinə səfir kimi göndərildi. 7 aprel 1286-cı ildə Arqun xana yarlıq və tac gətirən Bolad, Kaydu xanın üsyanına görə Monqolustana qayıda bilmədi və bir həyat yoldaşı ilə iki oğlunu arxada qoydu. Oğulları daha sonra Yuan sülaləsində vəzifələrə yüksəldilər. Arqun xan tərəfindən cariyə və keşik verilərək Xorasan valisi təyin olundu. 1294-cü ildə Keyxatu xana yeni kağız valyutanın çapını məsləhət görmüşdü.
Boladı
Boladı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati-ərazi vahidində kənd. Boladı çayının sahilində, Lənkəran ovalığındadır. Yerli tələffüz forması Bolədidir. Tədqiqatçılara görə, oykonim bol və Talış dilindəki di (kond) sözlərindən ibarət olub (-ə bitişdirici saitdir), "bolluq kəndi, varlı kənd" mənasındadır. Yaşayış məntəqəsi həqiqətən də rayonun ən varlı və böyük kəndlərindən biridir. Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da , amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da, amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Bu, qədim yunan coğrafiyaşünası, tarixçi Strabonun "Coğrafiya" kitabında qeyd olunur. Müəllif öz əsərində Lənkaranın bir çox yaşayış məntəqələri sırasında Boladinin də adını çəkir. Mərhum tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə bu ərazidə yerləşən "Qarağac" ocağının 800 ildən çox yaşı olduğunu yazmışdır.
Boladı bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bolan keçidi
Bolan keçidi (urdu: درہ بولان Dharaa Bolan) — Pakistanla Əfqanıstan arasında dağ keçidi. Keçid, Əfqanıstan sərhədindən təxminən 120 kilometr məsafədə Bəlucistan əyalətinin Kvetta şəhərinin yaxınlığında yerləşir. O Toba karkər silsiləsi ilə 1793 metr hündürlükdə kəsişir.
Bolarğu (Urmiya)
Bolarğu (fars. بلارغو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (60 ailə).
Bolatonətrafı Milli Parkı
Balatonətrafı Milli Parkı (mac. Balaton-felvidéki Nemzeti Park) — Macarıstanın cənub-qərbində yerləşən milli park. Eyniadlı yüksəklikdə yerləşən milli park Mərkəzi Transdanubiyanın Zala və Vesprem medyelərini əhatə edir. Milli parkın sahəsi — 570 km²-dir. Park 1997-ci ildə yaradılmışdır. Milli park Balaton gölündən şimalda yerləşir. Parkın yerləşdiyi Bakon dağları göl boyu, Balatonfyureddən Kestheyaya qədər ensiz zolaq formasında uzanır. Parkın eni 1 km-lə 15 km arasında dəyişir. Park ərazisinin ən görməli məkanları bunlardı: Tihan yarımadası, Tapolsı mağarası, Tapolsa və Kali çayları hövzəsi, Cənubi Bakonya dağları və Zala çayının mənsəbi və Kiçik Balatondur. Park ərazisi dağlıqdır, landşaftı isə vulkanik mənşəlidir.
Bolaşak
Bolaşak — Qazaxıstandan yüksək nəticə göstərən tələbələrə xaricdə təhsil almaq üçün ödənilən bütün xərclər, məzun olduqdan sonra ən azı beş il işləmək üçün Qazaxıstana qayıtmaq şərti ilə verilən təqaüddür. 1993-cü ildə tətbiq edildiyi vaxtdan bəri 10 mindən çox tələbə təqaüd qazandı. Bu tələbələrin əksəriyyəti ABŞ-yə, eyni zamanda dünyanın başqa yerlərində təhsil almaq üçün səyahət edirlər "Bolaşak" sözü azərbaycan dilində "Gələcək" olaraq tərcümə olunur. Bu, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev tərəfindən 1993-cü ildə təsis edilmişdir. Slate köşə yazarı Yoşua Kucera yazır ki, Prezident Nazarbayev "Qazaxıstan gəncliyini qərb, demokratik dəyərlərlə aşılamaq üçün bir yol kimi təklif etdi." Kucera məqaləsində etiraf edir, lakin , yeni ideyaları və qərb dəyərlərini öyrənmək üçün xaricə göndərildikləri halda, çox vaxt müsbət dəyişiklikləri həyata keçirmək səlahiyyətləri verilmir. Bolaşak məzunlarının çoxu Qazaxıstandakı dövlət və özəl təşkilatlarda əsas vəzifələr tutur. 1994-cü ildən 2004-cü ilə qədər 785 tələbə Bolaşak təqaüdü aldı. 2017-ci ildə daha 12.046 təqaüd verildi, bu da 2018-ci ilə qədər 12.831 təqaüd təşkil etmişdir. 2005-ci ildə "Bolaşak" proqramına müraciət edənlərin ümumi sayı 6,698 olaraq qeyd edildi. 2004-cü illə müqayisədə müraciət edənlərin sayı 45% artmışdır.
Bolbophyllaria
Bulbofillium (lat. Bulbophyllum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Bulbofillium cinsinə 1800-dən yuxarı növ daxildir.
Bolbophyllaria aristata
Bulbophyllum aristatum (lat. Bulbophyllum aristatum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Meksikadan Venesuelaya qədər, həmçinin Karib hövzəsində yayılmışdır. Bolbophyllaria aristata Rchb.f.
Bolbophyllaria biseta
Bulbophyllum bisetum (lat. Bulbophyllum bisetum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Nepaldan Taylanda qədər yayılmışdır. Bolbophyllaria biseta (Lindl.) Rchb.f. Bulbophyllum cirrhopetaloides Griff.
Bolbophyllaria clavata
Bulbophyllum clavatum (lat. Bulbophyllum clavatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum clavatum növü Maskaren adaları üçün endemik növdür.
Bolbophyllum
Bulbofillium (lat. Bulbophyllum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Bulbofillium cinsinə 1800-dən yuxarı növ daxildir.
Bold (telekanal)
bold — "Canadian Broadcasting Corporation" məxsus Kanadalı ingilis birinci kateqoriya rəqəmsal kabel kanalı. Yayın məzmunu — mədəniyyət və idman sahələrinə həsr olunmuş filmlər, proqramlar yayımlayır. Kanalın Radio, Televiziya və Telekommunikasiya Komissiyası tərəfindən 24 noyabr 2001-ci ildə lisenziya alıb. Əvvəlcə kanal Corus Entertainment və Kanadalı Yayımları Şirkətinin ortaq layihəsi olan və sırasıyla səhmlərin 70% və 30% aid idi.
Bold adası
Bold adası (ing. Bald Island) — Qərbi Avstraliya ştanınn ərazisinə daxil olan kiçik ada (8,09 km²). Qitədən 1.5 km aralıda yerləşir. Ada qranitdən ibarətdir. 1964-cü ildən nadir növlərin yayılması səbəbindən qoruq təşkil edilmişdir. Adada ilan, pişik və tülkülər yoxdur. Burada 104 növ bitki aşkar edilmişdir:Agonis flexuosa, Melaleuca lanceolata, Eucalyptus lehmannii, Melaleuca microphylla. Adada kiçik kenqurular sayılan Kvokkalar yayılmışdır. 2005-ci ildə Potorous gilbertii ada şəraitinə adaptasiyaya cəlb edilmişdir. Digər bu cür növ isə cırtdan kol quşudur (Atrichornis clamosus).
Boldbatarın Buyantoqtox
Bolduin dairəsi (Alabama)
Bolduin dairəsi (ing. Baldwin County) — ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 182.265 nəfər olmuşdur. Qraflıq mərkəzi Bey-Minett şəhəridir. Senator Avraam Bolduinin şərəfinə adlandırılmışdır.

Digər lüğətlərdə