Butan əhalisi
Butan hakimiyyətinin rəsmi saytına görə ölkədə 683 407 nəfər yaşayır (2008—2009). The World Factbooka görə ölkə əhalisi 699 847 nəfərdir.
== Milli tərkibi ==
Ölkənin əsas əhalisi bhotiyalar, yaxud butanlılardır: şarçoplar (26%; 2005), yaxud şərqi butanlılar; dzonq-ke dilində danışan bhotiyaların özləri, yaxud mərkəzi butanlılar (23%); bumtanqpalar, yaxud kebumtamplar, qərbi butanlılar (6%). Digər Tibet-Birma xalqları: khenqlər (8%), dakpalar (6%), matpalar (4%), dzalalar (3%), qurunqlar (3%), lepçalar (2%), kurteoplar (2%), nyempalar (2%), nepallılar (0,5%). Əhalinin 8%-ini Hindistandan gəlmələr təşkil edir, onların da 6%-i assamlılardır.
== Təbi artım ==
Əhalinin ortaillik artımı 2,1%-dir, 1000 nəfərə doğum səviyyəsi 34 nəfər, ölüm səviyyəsi 13 nəfərdir. Uşaq ölümü 1000 nəfər diri doğulan uşağa 100 nəfərdir (2005). Fertillik göstəricisi 1 qadına 4,8 uşaqdır.
== Yaş tərkibi ==
Əhalinin yaş tərkibi: 14 yaşadək – 39,1%, 15 yaşdan 64 yaşadək – 56,9%, 65 yaşdan yuxarı – 4%. Əhalinin orta yaş həddi 20,3 ildir.