BUZLAŞMA

1) yer səthində buzlağın sahəsinin genişlənməsi prosesi. Yer tarixində bir neçə dəfə B. baş vermişdir. Sonuncu buzlaşma Dördüncü dövrdə Avrasiyanın şimalında və Amerikada baş vermişdir; 2) uzun müddət mövcud olmuş təbii buzların, əsas etibarı ilə buzlaqların cəmi (məs: Dağ və örtük buzlağı). oледенение glaciation
BUZLAQYANI ZONA
BUZLAŞMA BAZİSİ
OBASTAN VİKİ
Müasir buzlaşma
Müasir buzlaqlar qar xəttinin böyük yüksəkliyə malik olması buzlaqların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrin yamaclarında saxlanmasıdır. Böyük Qafqazda olan 1400-ə qədər buzlağın (sahəsi 1775 km). 70 %-dən çoxu onun şimal yamacında yerləşir. Şərqi Qafqazın Azərbaycan ərazisindəki buzlaqlarının saxlanılmasına iqlimin, relyefin bə onun dəyişməsinin böyük təsiri vardır. Bazardüzü dağının (4480,9 m) qar xəttindən yüksəyə qalxması və ondan ayrılan qolların şimal istiqamətində uzanaraq qıfabənzər iri çökəklik əmələ gətirməsi Cənub-şərqi Qafqazda ən böyük buzlağın yaranmasına səbəb olmuşdur. Bazardüzü dağı şimalda Çexiçayın dərəsindən (Quruş kəndi yaxınlığında) 2300 m, cənubda isə Qaraçay dərəsindən 2700 m ucalır. Bazardüzü buzlağı iki buzlaqdan- Tixitçap və Murkar buzlaqlarından ibarətdir. Dağın zirvəsini örtmüş xarlanmış qardan beş acılı buzlar ayrılır.Tixitçap buzlağının uzunluğu 0,9 km, eni isə 150-200 m-dir. Murkar buzlağı şimal-şərq istiqamətində 1440 m uzanır, eni isə 300-450 m-dir. Bazaryurd dağında (4126,3 m) [Baş Qafqazın suayrıcı üzərində yerləşmişdir.
Qədim buzlaşma
Qədim buzlaşma (rus. древнее оледенение, ing. ancient glaciation) — Yerin əsasən, son geoloji tarixi dövründə (Dördüncü dövrdə) böyük iz qoymuş (morenlər, kamlar, ozlar) və geniş əraziləri əhatə etmiş buzlaşmalar. Sement-ləşmiş buzlaq çöküntülərinin-tillitlərin mövcud olması daha qədimdə buzlaşmaların baş verdiyinə dəlalət edir. (məs: Şm.
Dunay buzlaşması
Dunay buzlaşması — Dördüncü dövrdə baş vermiş buzlaşma. Buzlaşma Pleystosen epoxasının əvvəlində başlamış, Pliosenin sonu bitmişdir (1,5 —1,8 milyon il əvvəl ). Bu buzlaşma Albrext Penkin Alplarda baş vermiş dörd ənənəvi buzlaşma sxeminə daxil deyil. İlk dəfə bu buzlaşmanı alman geoloq Bartele Eberlem 1928-ci ildə ayırmış və Dunay çayının şərəfinə adlandırmışdır. Dunay buzlaşması Alp dağlarının \n qədim qədim buzlaşmalarından biri hesab olunur. Bunu təsdiq edən sübutları İller və Lex çaylarının bölgəsində aşkar edilmişdir. Dunay buzlaşması Biber-dunay istinmə epoxasından sonra, Dunay-güns istinmə epoxasından əvvəl baş vermiş. == Ümumi məlumat == Dunay buzlaşması müstəqil buzlaşma kimi ayrılmazdan öncə tədqiqatçılar tərəfindən Minedl buzlaşmasının tərkibinə daxil edilirdi. Dunay buzlaşmasını Biber və Güns buzlaşmalarından ayıraraq formalaşdırmışlar. Bu ayrılma əsasən zandrların analizi nəticəsində baş vermişdir.
Dördüncü dövr buzlaşmaları
Dördüncü dövr buzlaşmaları (həmçinin pleystosen buzlaşması kimi də tanınır) 2,58 milyon il bundan əvvəldən başlayan və davam edən dördüncü dövr boyu bir-birini əvəz edən buzlaq və buzlaqlararası dövrlər seriyasının adıdır
Güns buzlaşması
Materik buzlaşması
Materik buzlaşması (rus. материковое оледенение, ing. continental glaciation) — buzlağın proqressiv inkişafının son mərhələsinə uyğun gələn buzlaşma. Materik buzlaşmasında materik buzlaq formaları üstünlük təşkil edir: materik buzlağı, yüksəklik buzlağı, buzlaq örtüyü və başqaları ilə yanaşı, həmçinin dağlıq və dağətəyi buzlaqlar kimi aralıq tipli buzlaq formaları da mövcuddur (karlar və başqaları). Dördüncü dövrdə materik buzlaş-ması Avropanın, Asiya və Amerikanın şimal hissəsini tutmuşdur. /Kontinental buzlaşmanın sin/.
Mindel buzlaşması
Mindel buzlaşması, Mindel
Vürm buzlaşması
Vürm buzlaşması – Alp dağlarında Dördüncü dövrün sonuncu buzlaşmasıdır. Şərqi Avropa düzənliyində Valday buzlaşmasına uyğun gəlir. .
Örtük buzlaşması
Örtük buzlaşması (rus. покровное оледенение, ing. cover glaciation, covering glaciation) — buzlağın morfoloji tipi, forması yer səthinin relyefindən yox, buzun qidalanmasının və sərfinin paylanmasından asılıdır. Buzun hərəkəti qanunauyğun olaraq mərkəzi hizzədən kənarlara doğru baş verir. Qar xəttinin ovalığın səviyyəsinə, tək-tək halda platovarı yüksəklik səviyyəsinə düşən sahələrdə Örtük buzlaşması əmələ gəlir. Buzlağın kənarı quruda yaxud dənizdə qurtara bilər, sonuncu halda sərfin müəyyən hissəsi aysberqlərin parçalamnası hesabına baş verir. Örtük buzlaşması ölçüsünə görə buzlaq günbəzinə və buzlaq qalxanına, morfologiyasına görə-çıxarılma (ayrılma) buzlağında və şelf buzlağıma ayrılır.
Örtük buzlaşması (coğrafiya)
Örtük buzlaşması (rus. покровное оледенение, ing. cover glaciation, covering glaciation) — buzlağın morfoloji tipi, forması yer səthinin relyefindən yox, buzun qidalanmasının və sərfinin paylanmasından asılıdır. Buzun hərəkəti qanunauyğun olaraq mərkəzi hizzədən kənarlara doğru baş verir. Qar xəttinin ovalığın səviyyəsinə, tək-tək halda platovarı yüksəklik səviyyəsinə düşən sahələrdə Örtük buzlaşması əmələ gəlir. Buzlağın kənarı quruda yaxud dənizdə qurtara bilər, sonuncu halda sərfin müəyyən hissəsi aysberqlərin parçalamnası hesabına baş verir. Örtük buzlaşması ölçüsünə görə buzlaq günbəzinə və buzlaq qalxanına, morfologiyasına görə-çıxarılma (ayrılma) buzlağında və şelf buzlağıma ayrılır.
Örtük buzlaşmasının mərkəzi
Örtük buzlaşmasının mərkəzi (rus. центр покровного оле-денения, ing. centre of glaciation) — rütubətli hava axını yolunda, yaxud siklonlar yolunda yerləşən quru sahəsi (əksər halda dağlıq yaxud yüksəklik). Örtük buzlaşmasının mərkəzi Dördüncü dövrdə buzlaq sahəsi olmuş və ətraf sahələrə buradan yayılmışdır. Şimali Avropanın Skandinaviya dağlarındakı örtük buzlaşma mərkəzi.

Digər lüğətlərdə