BÖLÜK

1. BÖLÜK (hərbi: əsgəri hissə) İstehkam bölüyü Kornilovka yaxınlığında qatardan töküldü (Mir Cəlal); ROTA [Quliyev] gecə ikən rotalara, vzvodlara getdi (Ə.Vəliyev).

2. bölük bax tikə

BÖHTANÇI
BÖLÜK-BÖLÜK
OBASTAN VİKİ
Bölük
Bölük — quru qüvvələrində inzibati baxımdan ən kiçik hərbi-taktiki vahiddir. Artilleriya qüvvələrində Batareya, sərhəd qüvvələrində Zastava, hava qüvvələrində Eskadrilya, dəniz qüvvələrində isə Eskadron adlanır. Bölüklər, bir bölük qərargahı və ən az iki (ümumiyyətlə üç, dörd) taqımdan ibarətdir. Şərtlərə və ehtiyaclara görə dəyişməklə birlikdə ən az 100 əsgərdən ibarət olan bir hərbi birlikdir. Komandiri Baş leytenant, ya da kapitandır. İkinci dünya müharibəsi ərəfəsində bölüklərin heyətləri genişlənmişdir, üç tüfəngli müharibə batalyonunun yanında yaxın dəstək atəşi təmin edən qrup silahlarını: minaatan, pulemyot, top istifadə edən bir sıra olaraq təşkil edilməyə başlanmışdır. Bu cür bölüklər 6 zabit, 187 əsgərdən meydana gəlir. İndiki vaxtda bölüklər müəyyən funksiyaları yerinə yetirmək üzrə müharibə, istehkam, kəşf kimi, və ya müəyyən bir sinif silahın: tank, minaatan, zenit, topçu təməlində olaraq təşkil edilir.
Xüsusi Təyinatlı Bölük
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri — Azərbaycana məxsus Ələkbər Cahangirovun komandanlıq etdiyi xüsusi təyinatlı hərbi birləşmə. Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelində qurulmuşdur. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb. 29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilmişdir. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik etmişdir. 20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradıldı. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirildi, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak etdi. İkinci Qarabağ Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad etmişdir. 8 noyabrda İlham Əliyev Hikmət Mirzəyevi "Şuşanın azad edilməsi" münasibətilə təbrik etmişdir.
Bölük Gəray (kalqay)
Bölük Gəray (krımtat. Bölük Geray)(1535 – 1551, Krım) — Qazan xanı Səfa Gərayın oğlu, Krım xanı I Məngli Gərayın nəticəsi və Krım kalqayı. == Həyatı == Təxminən 1535-ci ildə dünyaya gəldi. Atası Səfa Gəray Fateh Gərayın oğlu və Krım xanı I Məngli Gərayın nəvəsi idi. Anası isə noqaylardan Mamay mirzənin qızı idi. Hələ uşaq yaşlarında ikən atasının Qazan xanlığındakı hakimiyyətini gücləndirmək məqsədilə müttəfiq Həştərxan xanlığına girov olaraq göndərildi. Ancaq atasının əmisi olan Krım xanı I Sahib Gərayın 1545-ci ildə Həştərxanı ələ keçirməsi ilə azadlığa buraxıldı və Bağçasaraya aparıldı. Çox keçmədən 1549-cu ildə atası Səfa Gəray müəmmalı şəkildə vəfat etdi və Qazan xanlığına 2 yaşlı kiçik oğlu Ödəmiş Gəray taxta çıxarıldı. Anası Söyümbikə Xatun isə naibə olaraq xanlığın idarəsini ələ aldı. Səfa Gərayın ilk evliliyindən doğulan digər oğlu Mübarək Gəray da Bağçasaraya girov olaraq göndərildi və beləcə, 2 qardaş I Sahib Gərayın nəzarətində böyüdü.
9-cu bölük (film, 2005)
9-cu bölük (rus. 9 рота) — rejissor Fyodor Bondarçukun 2005-ci ildə çəkdiyi bədii film. == Məzmunu == Əfqanıstan müharibəsi haqqında olan filmdəki hadisələr 1988-ci ildə cərəyan edir. Müharibədə iştirak edən SSRİ ordusu 9-cu bölüyünün sıraviləri döyüşlərdə həlak olurlar, bölükdən yalnız sıravi Lyutayev (Artur Smolyaninov) sağ qalır. == Film haqqında == Filmin çəkilişi Krım, Moskva və Özbəkistan ərazilərində 25 may 2004-cü ildən 12 oktyabr 2004-cü ilə qədər davam etmiş və film 29 sentyabr 2005-ci ildə ilk dəfə yayımlanmışdır. Film bir neçə sahədə "Qızıl qoç" mükafatına layiq görülüb.
Bölükabad (Marağa)
Bölükabad (fars. ‎‎‎بلوك اباد‎) və ya Bilgəova — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 901 nəfər yaşayır (209 ailə).
Bölükan (Miyanə)
Bölükan (fars. بلوكان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 537 nəfər yaşayır (117 ailə).
Bölükət mahalı
Bölükət mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Kürdəmir və Ağsu rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Cəfər bəy (Mustafa xanın naziri olan Hacı Hüseyn bəyin qardaşı) idi. Şirvan xan ailəsinin əsas mülkləri bu mahalda yerləşirdi. == Əhalisi == 1821-ci ildə 10 kənddə (Ağsu, Kürdəmir, Qarasaqqal (Kürdəmir) (Qarasaqqallı), Nöycü, Cəyli, Külüllü, İsmayıllı, Mollaəlioğlu, Şıxməzid, Ağrı) 300 ailə yaşayırdı. == İqtisadiyyatı == Bölükət mahalının sakinləri bağçılıq, üzümçülük, pambıqçılıq, baramaçılıq, çəltikçiliklə məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03.
Osmanlı Aviasiya bölükləri
Osmanlı Aviasiya bölükləri (türk. Osmanlı tayyare bölükleri) və ya Osmanlı Hava Qüvvələri — Osmanlı ordusu və Osmanlı Donanmasının hərbi aviasiya birləşmələri idi. Osmanlı hərbi aviasiya tarixi 1909-cu ilin iyununda və ya 1911-ci ilin iyulunda başlayır. Təşkilata bəzən Osmanlı Hava Qüvvələri də deyilir. Hava qüvvələrinin böyüklüyü 1916-cı ilin dekabrında, Osmanlı aviasiya bölüklərinin 90 təyyarəsi olduğu zaman zirvəsinə çatmışdır. Aviasiya dəstələri 29 iyul 1918-ci ildə Hava Qüvvələri Baş Müfəttişliyi (türk. Kuva-yı Havaiye Müfettiş-i Umumiliği ) olaraq yenidən təşkil edildi. 30 oktyabr 1918-ci ildə Mudros Barışığının imzalanması ilə Osmanlı hərbi aviasiya qüvvələri faktiki olaraq ləğv edildi. Atəşkəs dövründə Osmanlı hərbi aviasiya qüvvələri 100-ə yaxın pilota sahib idi; 17 quru təyyarə bölüyü (hər biri 4 təyyarə); və 3 dəniz təyyarəsi bölüyü (hər biri 4 təyyarə) olmaqla, cəmi 80 təyyarəyə sahib idi. 2 dekabr 1909-cu ildə Lui Blerio və Belçika pilotu baron Pyer de Katers Osmanlı imperiyasında ilk təyyarə uçuşunu nümayiş etdirdilər.

Значение слова в других словарях