BƏRZƏX

pərdə və ya iki şey arasında yerləşən yerdir (Quran 55: 19-20). Bu söz eyni zamanda, dənizi ayıran su sərhədi və ya boğaz mənasında da istifadə edilir. Bərzəx sözünü ölən insanların ruhlarının qiyamət gününə qədər qaldıqları yer mənasında da işlədirlər. Bərzəx aləmi dünya həyatından sonrakı həyatın başlanğıcıdır. Bədəndən ayrılmış ruhlar burada bədənlərin yenidən təkrar diriləcəyi günə qədər gözləyirlər. Bərzəx vəfat etmiş mömin insan üçün cənnətdən bir guşəyə və ya günahkar insanlar üçün əzablarla dolu cəhənnəmə bənzər atəş dolu çuxura bənzəyir (Quran 23: 99-100).
BƏRƏKƏT
BƏRZƏX BƏST
OBASTAN VİKİ
Bərzəx
Bərzəx ( (ərəb.) برزخ) — Coğrafi termin olaraq iki quru parçasını birləşdirən dar, ensiz keçidə deyilir. Bərzəx bir növ boğazın əksidir. Belə ki, boğazlar iki tərəfdən quru ilə əhatələndiyi halda, bərzəx iki su sahəsi ilə əhatələnir. Boğaz iki su sahəsini birləşdirdiyi halda, bərzəx iki quru parçasını birləşdirir. Bərzəx termini dilimizə ərəb dilindən keçmişdir. Dilimizə tərcümədə Aralıq və ya Keçid anlamını verir. Bərzəxlər bir növ əlverişli kanal tikintisinə imkan verir. Belə ki, onların dar, ensiz olması praktiki və maliyyə cəhətdən bunu mümkün edir. Buna Süveyş kanalı və Panama kanalını misal çəkmək olar. Dünyada bir çox bərzəxlər vardır: Panama bərzəxi — Şimali Amerika ilə Cənubi Amerikanı birləşdirir.
Bərzəx aləmi
Bərzəx aləmi (ərəb. برزخ,‎) - İslam inancına görə insanların öldükdən sonra qaldığı müvəqqəti yer. İslama görə insanlar öldükdən sonra bir başa cənnət və ya cəhənnəmə yox, Bərzəx aləminə gedirlər. Qiyamət günündən sonra insanların əməllərinə görə hara getdiyi müəyyənləşir. Bərzəx sözünün əsl mənası iki şey arasında yerləşən deməkdir. Elə ona görə də o aləm ki, dünya və axirət aləmi arasında yerləşir - Bərzəx adlanır. Bəzən bu aləmi qəbir aləmi, bəzən də ruh aləmi kimi adlandırırlar.
Medanos (bərzəx)
Medanos bərzəği — Venesuelanın Falkon ştatı ərazisində ərazisində yerləşir. Paraguana yarımadasını Cənubi Amerika qitəsi ilə birləşdirir. Bərzəğin eni 3,72 mil, uzunluğu 16,78 mil təşkil edir. Ərazidə Medanos de Koro Milli Parkı yerləşir.
Teuantepek (bərzəx)
Teuantepek bərzəği (isp. Istmo de Tehuantepec) — Bərzəx Şimali Amerika ərazisində Meksika körfəzi (Atlantik okean) ilə Sakit okean arasında yerləşir. Bərzəği çox zaman Mərkəzi Amerikanın şimal sərhəddi kimi göstərilir. Bərzəx öz adını yaxınlığında yerləşən Santo-Dominqo-Teuantepek (Oaxaka ştatı) şəhərinin adından götürülmüşdür. Bu da öz növbəsində astek tecuani-tepec kəlməsindən götürmüşdürki, mənası Bəbirlər dağı anlamında işlədilir. Bərzəx Verakruz və Oaxaka ştatları və az bir qismi Tabasko və Cyapas ştatları ərazisinə düşür. Bərzəğin eni Kampeçe körfəzindən Teutepek körfəzinə qədər 215 km, Superior laqununa qədər isə 192 km təşkil edir. Qərbində Cənubi Serra-Madre silsiləsi keçir. Daxili hissədə hündürlük 650 m təşkil edir. Civela aşırından 224 m yüksəklikdə dəmiryolu keçir.
Santa Katalina (bərzəx)
Santa Katalina bərzəği - Santa Katalina adasının şimal-qərb hissəsini adanın əsas hissəsi ilə birləşdirir. Bərzəğin eni 770 metr (842 yards) təşkil edir. San Pedro Harbordan cənub-qərbdə 37 aralıda yerləşir. Bərzəxdə Tu Harbors yaşayış məntəqəsi vardır.
Beringiya bərzəxi
Beringiya — Biocoğrafi bölgə olaraq Avrasiyanın şimal-şərqi və Şimali Amerikanın şimal-qərbində yerləşirdi. Hazırkı Berinq boğazı, Çukot dənizi və Berinq dənizi akvatoriyasının müəyyən hissəsini özündə birləşdirirdi. Üstəlik Çukot yarımadası və Kamçatka (Rusiya), Alyaska ştatının (ABŞ) ərazisini özündə birləşdirirdi. Berinq və ya Beringiya adanı almış tarifdə suya bataraq yenidən üzə çıxan tarixi bərzəx.. == Tarixi == Alimlər müəyyənləşdirmişlər ki, Berinq boğazının yerində bərzəx olmuşdur və həmin bərzəx ən azı 8 dəfə üzə çıxaraq suyun dibinə gömülmüşdür. Hər dəfə materiklərin birləşməsi baş verərkən hər iki tərəfə heyvanlar miqrasiya etmişlər. Ümumiyyətlə götürdükdə iki materikin birləşdiyi bu ərazini heçdə bərzəx adlandırmaq olmaz. Beləki onun şimaldan cənuba eni 2000 km təşkil edirmiş. Beringiya termini bərzəx anlamında ilk dəfə 1937-ci ildə isveç botanik və coğrafiyaçı Erik Hulten tərəfindən işlədilir. Sonuncu dəfə materiklər 10–11 min il öncə ayrılmışdır.
Karel bərzəxi
Karel bərzəxi — Fin körfəzi və Ladoqa gölü arasında yerləşir. Bərzəxin cənub sərhəddi Neva çayı, şimal sərhəddi isə Vıborq şəhəri ərazidindən keçir — Lelinqrad vilsyəti ilə Kareliya Respublikası arasında. Şimal en dairəsi 61°21’ və 59°46’, şərq enliyi 27°42’ və 31°08’. Bərzəxin şimaldan cənuba uzunluğu 150—180 km, şərqdən qərbə eni isə 55—110 km təşkil edir. Bərzəxin ən hündür nöqtəsi Kivisyorya dağıdır. Hündürlüyü 203,7 m təşkil edir. XX əsr məlumatlarına görə— 206 m, Finlandiya topoqraflarına görə — 205 m Böyük Sovet Ensiklopediyasında verilən məlumata əsasən — 201 m), Novojılova qəsəbəsi yaxınlığında yerləşir. İnzibati cəhətdən Sankt-Peterburq şəhərinin Kurortnı, Primorski, Vıborqski, Kalinski, Krasnoqvardeyski və Nevski, Lelinqrad vilayətinin Priozerski, Vıborqski və Lenoblastın Bsevolojski rayonları ərazisində yerləşir.
Katansaro bərzəxi
Katanzaro bərzəxi (it. istmo di Catanzaro, stmo di Marcellinara) - Bərzəx Appenin yarımadasının cənub qutaracağını yarımadanın əsas hissəsi ilə birləşdirir. Bərzəx şimal-qərbdən Tirren dənizi, cənub-şərqdən İon dəniziin sularını ayırır. Bərzəx İtaliyanın Catanzaro vilayətinin ərazisində yerləşir. Ərazi daxilində Tiriolo, Marsellinara və Katanzaro şəhərləri yerləşir. Bərxəğin daxilindən Appenin dağları keçir.
Koreya bərzəxi
Koreya bərzəxi (ing. Isthmus of Korea) — Koreya yarımadasının şimalında, Qərbi Koreya körfəzi ilə Şərqi-Koreya körfəzi arasında 160 km məsafədə yerləşir. KXDR ərazisində Nampxo və Vonsan şəhərləri arasından keçir. Regionun relyefi rəngbərəngdir: Sahil düzənlikləri, dağətəyi ərazilər, meşəli dağ çığırları, hündürlüyü 1833 metrə çatan Puktebon zirvəsi və sıldırımlı qayalar. Sıldırımlı hündür massivlərdə demək olar ki, tikililərin böyük əksəriyyəti qədim zamanlara təsadüf edir. Ərazidə Vonsan düzənliyi yerləşir.
Korinf bərzəxi
Korinf və ya İstm bərzəxi — Təbii körpü olaraq Peloponnes yarımadasını Yunanıstanın əsas hissəsi ilə birləşdirir. Ərazidə öz adını bərzəxə vermiş Korinf şəhəri yerləşir. Uzunluğu təxmini olaraq 42 km, eni isə ən dar yerdə 6 km təşkil edir. == Tarixi == XIX əsrdə bərzəxin ən dar yerində uzunluğu 6,4 km-ə çatan kanal tikilmişdir. Tarixi mənbələrdə bərzəx su yolunun üzərində Soraniç körfəzi ilə Korinf körfəzi arasında bir növ quru körpüsü rolunu oynamışdır. Belə ki, ən dar yerindən kiçik gəmilər sürüşdürlərək digər sahilə çıxarılırdı.
Kra bərzəxi
Kra bərzəxi (tay กิ่วกระ ) — Malay yarımadasını Asiya materiki ilə birləşdirir. Qərbdə Andaman dənizi, şərqdə isə Siam körfəzi sahillərini yuyur. Ən dar yeri Cumpxon şəhəri iıə Kraburi çayının estuarisi arasında cəmi 44 km təşkil edir. İnzibati cəhətdən ərazinin böyük hissəsi Tailanda şimal və qərb hissələri isə Myanmaya məxsusdur. Bərzəx Kraburi çayının adından ğötürülmüşdür. == Kanal tikintisi == Bərzəx üzərində tikiləcək kanal malakka yarımadasını dolanmaqla edilən uzun səyahəti 100 km-lərlə qısalda bilərdi. Artıq XVII əsrdə ərazidən kanal tikintisi planlaşdırılırdı ancaq kifayət qədər baha başa gəlməsi və ekologiyaya vurulacaq zərbələr nəzərə həyata keçirilməmişdir. Bəziləri kanalı ən dar yerdə, bəziləri isə Surattxani və Pxanqnqa şəhərləri arasında tikilməsini təklif edirlər. Onun tikintisinə bir sıra dövlətlər xüsusi ilə Sinqapur əlehinədir. Belə ki kanalın tikintisi Malakka boğazının əhəmiyyətini azaldaraq bölgə dövlətlərinin istisadiyyatına ağır zərbə vura biıər.
Lerapetra bərzəxi
Lerapetra bərzəxi (yun. Ισθμός της Ιεράπετρας) - Yunanıstanın cənub-şərqində yerləşən Krit adasının şərqini əsas hissə ilə birləşdirit. Krit dənizini Aralıq dənizidən ayırır. Uzunluğu 12 km təşkil edir.
Lya-Kupe bərzəxi
Ля-Купе (fr. La Coupée — Dar bərzəx olaraq Sarkı onun digər hissəsi olan Kiçik Sark yarımadası ilə birləşdirir. Lya-Kupe ərazisində 100 m dəniz səviyyəsindən yuxarıda aşırım mövcuddur ki, onun eni 2,5 m təşkil edir. Ərazidə 1900-cu ildə təhlükəsizlik tikililəri inşa edilmişdir. 1945-ci ildə Faşistlər yolu betonla örtürlər. Ərazi turistlər arasında çox məşhurdur. Aşırının hər iki tərəfinə əsrarəngiz mənzərə açılır:Çimərlik və Körfəz.
Olones bərzəxi
Olones bərzəxi (rus. Олонецкий перешеек) - Bərzəx Kareliya Respublikasının ərazisində, Ladoqa gölü ilə Oneqa gölü arasında yerləşir. Bəzən Oneqa-Ladoqa suayrıcısı kimi adlandırılır. Olones bərzəxi artıq mezolit dönəmində meydana gəmişdir. Artıq dağ döründə Kareliya ərazisində bir çox qədim yaşayış yerləri formalaşmışdı. Bu isə bərzəxin əhəmiyyətini artırırdı. Bərzəx 1801-1922-ci ilə qədər eyni adlı quberniyanın tərkibində olmuşdur. Bərzəxin əhəmiyyəti səbəbindən bölgə ərazisi bir çox müharibələrə şahidlik etmişdir. XIII əsrin ortalarından XX əsrə qədər İsveç, Finlandiya, Rusiya imperiyası və SSRİ kimi ölkərərin nəzarətində olmuşdur.
Or bərzəxi
Or bərzəxi (ukr. Перекопський перешийок, krımtat. Or boynu, Ор бойну) — Krım yarımadasını materiklə birləşdirir. Azov dənizinə daxil olan Sivaş körfəzi Qara dənizə daxil olan Perekopski körfəzi və Karkinitski körfəzi akvatoriyaları onun sahillərini yuyur. Krımın ən ucqar şimal nöqtəsini təşkil edir. Uzunluğu — 30 km, ən dar yeri 7 km, cənubunda eni 9,2 km təşkil edir. Qədim zamanlarda bərzəx müxtəlif adlarla adlandırılıb: Strabon onu İstm (tərcümədə sadəcə bərzəx, genuyalılar isə Zxalo, Krımtatar dilində isə bərzəxi Оr adlandırılır. Bərzəx ərazisində Perekop valı adlı güclü tikili mövcud olmuşdur. Bərzəxdə Armyansk şəhəri və Perekop kəndi vardır. Şəhər vaxtı ilə Rusiya vətəndaş müharibəsi dönəmində tamami ilə dağılmışdır.
Panama bərzəxi
Panama bərzəxi — Şimali Amerika materikini Cənubi Amerika materiki ilə birləşdirir. Şimaldan Karib dənizi və cənubdan Sakit okean suları ilə əhatələnir. Yəni bu iki coğrafi su obyektlərini ayırır. Bərzəxin formalaşması iki tavanın bir-biri ilə toqquşması nəticəsində 12–15 milyon il bundan öncə meydana gəlmişdir. Bu birləşmə nəticəsində canlılar sərbəst şəkildə şimala və cənuba doğru hərəkət etmişdir. O da bəllidir ki, Cənubi Amerikaya insanlar şimaldan məhz bu bərzəx vasitəsilə gəlmişlər. Bərzəx Panamanın ərazisində yerləşir. Mövcud əlverişli coğrafi mövqe ilə əlaqədar onun üzərində Panama kanalı çəkilmişdir. Kanalın uzunluğu 81,6 km təşkil edir. Bu kanal vasitəsilə 1000 kilometrlərlə məsafə qısalmışdır.
Poyasok bərzəxi
Poyasok bərzəxi — Bərzəx Saxalin adasının mərkəzinə yaxın cənub hissəsində yerləşir. Bərzəx adanı onun cənubu olan «quyruq» adlanan hissəsi ilə birləşdirir. Qərbdən Yapon dənizi (Tatar boğazı), şərqdən Oxot dənizini (Terpeniya körfəzi) ayırır. Ən ensiz yeri 26-27 kilometrdir. Bərzəx seysmiklik baxımından aktiv zonada yerləşir. Burada 5,3 - 6,3 bal arası zəlzələlər olur. Bərzəx əsasən təpəlik ərazilərdən ibarətdir. Bərzəxin cənubundan hündürlüyü 1000 metrə çatan Cənubi-Kamışovıy silsiləsi keçir.
Süveyş bərzəxi
Süveyş bərxəxi Asiya qitəsinin ərazisinə daxil olan Sinay yarımadasını Afrika qitəsi ilə birləşdirir. Öz növbəsində şimaldan Aralıq dənizini, cənubdan Qırmızı dənizdən ayırır. İki dəniz arasında ən qısa məsafə 116 km təşkil edir. Bərzəx əsasən qumlu və daşlı səhradan ibarət olduğundan demək olar ki, bitki örtüyündən məhrumdur. Ərazi əsasən duzlu sulara və Misirin ən böyük göllərindən olan Böyük Qor gölü onun ərazisində yerləşir. Bu da onunla əlaqədardır ki, bərzəx ərazisində çay formalaşa bilmir. Bərzəx üzərində 1869-cu ildə Böyük Britaniya İmperiyasının maliyyə dəstəyi sayəsində Süveyş kanalı tikilmişdir. Kanalın əhəmiyyəti ondadırki, 1000 km-lərlə məsafəni qısaldaraq, üstəlik vaxt itkisinə yol vermədən Hind okeanınında olan yükləri Aralıq dənizinə catdırmağa imkan verir. İran körfəzi ölkələrinin tankerlərlə ixrac etdiyi neft ərazidən daşınsada Supertankerlər kanalın dayazlığı səbəbindən ərazidən keçə bilmir. Bu səbəbdən kanalın dərinləşdirilməsi planlaşdırılır.
Tayabas bərzəxi
Tayabas bərzəxi — Filippin dövlətinin ərazisində Sakit okean akvatoriyasında yerləşir. Luzon adasında yerləşən Bikol yarımadası adanın əsas hissəsi ilə birləşdirir. Tayabas körfəzi ilə Ragay körfəzinin birləşməsini əngəlləyir.
Yanakie bərzəxi
Yanakie bərzəxi Avstraliyanın Viktoriya (əyalət) ərazisində Vilson Promontori yarımadasını materikə birləşdirir. Bərzəx ərazisində Sandi Piont və Shallou İnlet şəhərçikləri vardır.
Şiqnekto bərzəxi
Şiqnekto bərzəxi (ing. Isthmus of Chignecto) - bərzəx Yeni Şotlandiya yarımadasını Şimali Amerika materikini birləşdirir. Şiqnekto körfəzini Fandi körfəzindən ayırır. Bərzəx ərazisindən materiki yarımada ilə birləşdirən nəqliyyat yolları vardır. Chris M. Hand, The Siege of Fort Beausejour 1755, 2004, Fredericton: Goose Lane Editions and the New Brunswick Military Heritage Project. ISBN 0-86492-377-5. Bernard Pothier, Battle for the Chignecto Forts, 1995, Toronto: Balimuir. Dr. John Clarence Webster, The Forts of Chignecto, 1930, self-published. Grenier, John.

Digər lüğətlərdə