CƏBBAXANA
CƏBHƏ
OBASTAN VİKİ
Cəbə
Cəbə — (ərəb. جبع (القدس)‎) Fələstində yaşayış məntəqəsidir.
Cəbəci Əhməd Paşa
Cəbəci Əhməd Paşa (ö. 1683) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əslən İstanbullu olub, Çivizadə Mehmed Əfəndinin yanında təlim-tərbiyə edildikdən sonra öncə cəbəbcibaşı, daha sonra 1661-ci ildə baş dəftərdar oldu. 4 avqust 1665-ci ildə vəzir rütbəsi alaraq müxtəlif vəzifələrdə xidmət etdi. Ardından 27 avqust 1675-ci ildə bir neçə aydır boş olan Misir bəylərbəyliyinə təyin edildi. Ancaq sərt şəkildə vergi toplaması səbəbilə Misir əhalisi üsyan çıxardı və paşanı ələ keçirərək Qahirədə həbs etdi. İstanbuldan göndərilən 11 may 1676-cı il tarixli fərmanla vəzifəsindən azad edilərək geri çağırıldı. Çox keçmədən 1677-ci ilin martında Diyarbəkir bəylərbəyi oldu və bir il boyunca burada xidmət etdi. 1679-cu ildə Bosniya bəylərbəyi təyin edildi və Kamaniçe qalasının bərpası ilə vəzifələndirildi.
Cəbəci Əsri qəbiristanlığı
Cəbəci Əsri qəbiristanlığı (türk. Cebeci Asri Mezarlığı) — Türkiyənin paytaxtı Ankarada, Altındağ ilçəsində, Plevne prospektində yerləşən qəbiristanlıq. Müsəlman qəbiristanlığından əlavə burada xristian və yəhudi qəbiristanlığı da var. Məmməd Əmin Rəsulzadənin də qəbri bu qəbiristanlıqdadır.
Cəbəcilər
Cəbəcilər Ocağı (Türkcə: Cebeci Ocağı) — Osmanlı ordusunu təşkil edən Qapıqulu ocaqlarından biri. == Haqqında == Cəbəci sözü monqol dilindən tərcümədə "silah, zireh" mənasını verən cəbə sözündəndir. Yeniçəri ocağı üzvlərini ox, kaman, qılınc, zireh, tüfəng, barıt, güllə kimi silah və döyüş sursatları ilə təmini, bunların istehsalı, təmiri və saxlanılması ilə məşğul olan ocağın adıdır. Quruluş tarixi dəqiq bilinməsə də, XV əsrin ortalarından mövcud olmuşdur. Cəbəcilər ocağına üzvlər isə Yeniçəri ocağında olduğu kimi Əcəmi oğlanlarından seçilirdi. Ocağa yeni alınanlar öncə şagird, daha sonra isə usta adlanırdı. Ocaq nizamının pozulmasının ardından Əcəmi ocağından başqa, digər mənbələrdən də üzv seçilirdi. Hətta evlənməsinə icazə verilən cəbəcilərin övladları da qeyd olunurdu. Cəbəcilər ocağı da eynilə Yeniçəri ocağı kimi dəstələrdən ibarət olmuşdur. Bu dəstələrin sayı 66-ya çatırdı.
Cəbədar (Ərdəbil)
Cəbədar (fars. جبه‌دار‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 10 km şimal-qərbdə, Ərdəbil-Meşkin avtomobil yolunun üstündədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,529 nəfər yaşayır (330 ailə).
Cəbəl-Barkal
Cəbəl-Barkal ( ərəb. جبل بركل‎) — Xartumdan təxminən 400 km şimalda, Sudanın Şimal əyalətindəki Kərimə şəhərində, Nil çayının böyük əyilməsində, Nubiya adlanan bölgədə yerləşən olduqca kiçik bir dağ. Dağın 98 m hündürlüyü, düz bir zirvəsi var və yəqin ki, ticarətçilər tərəfindən Mərkəzi Afrika, Ərəbistan və Misir arasındakı vacib marşrutda böyük çayı keçməyin asan olduğu nöqtə olaraq istifadə edilmişdir. 2003-cü ildə dağ, tarixi Napata şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmidşir. Ərazidə Cəbəl-Barkal muzeyi yerləşir. Cəbəl-Barkal piramidaları Nubiya piramidaları nümunələridən biridir. == Məbədlər == Cəbəl-Barkal ətrafındakı dağıntılara ilk dəfə 1820-ci illərdə Avropa tədqiqatçıları tərəfindən izah edilən ən az 13 məbəd və 3 saray daxildir. 1862-ci ildə Üçüncü Aralıq dövrünə aid beş kitabə Misirli bir zabit tərəfindən bərpa edilərək Qahirə Muzeyinə aparıldı. 1916-cı ildə ərazidə Harvard Universiteti və Boston İncəsənət Muzeyinin ortaq ekspedisiyası tərəfindən Corc Reysnerin rəhbərlik etdiyi elmi arxeoloji qazıntılar aparıldı. 1970-ci illərdən sonra Serqio Donadoninin rəhbərliyi altında Roma Sapienza Universitetinin komandası, 1980-ci illərdə isə Timoti Kendallın rəhbərliyi altında Boston Muzeyindən başqa bir komanda araşdırmaları davam etdirdi.
Cəbəl-ət-Tair
Cəbəl-ət-Tair (ərəb. جزيرة جبل الطير‎ — Cazira-Cəbəl-ət-Tair) — ada Babülməndəb boğazının şimal-qərbində yerləşən ovalvari ada. Ada Qırmızı dəniz suları ilə əhatələnmişdir. Eritreya və Yəmən arasında eyni məsafədə yerləşir. İnzibati cəhətdən Yəmənin Hodeyda muhafazasına daxildir. Adadan Yəmən sahillərinə qədər məsafə 115 km (71 mil), Erteriya sahillərinə qədər məsafə isə 150 (93 kil) təşkil edir. Kamaran adası ilə arasında məsafə isə 82 km təkil edir. Səudiyyə Ərəbistanına mənsub olan Farasan arxipelaqı isə adadan şimal-şərqdə yerləşir. Ada dünyanın nəhəng çatlarında birinin üzərində yerləşir Adada eyni adlı vulkan yerləşir. Cəbəl-ət-Tair strato vulkan olaraq 244 metr hündürlüyə malikdir == Adanın tarixi == Əvvəllər adanın adı Saiban olmuşdur.
Cəbəl Hafit
Cəbəl Hafit (ərəb. جبل حفيت‎) — Əl-Əyn yaxınlığında, Birləşmiş Ərəb Əmirlikləri ilə Oman arasındakı sərhəddə yerləşən dağ. Dağın bir hissəsi Oman ilə sərhədi təşkil edir. Ancaq zirvə BƏƏ ərazisindədir. == Coğrafiya == === Oroqrafiya === Cəbəl Hafit 26 km uzunluğa və 4–5 km enə malikdir. Şimaldan cənuba doğru uzanır. Onun yamacları asimetrikdir və şərq yamacı daha sərtdir (25°-40°). 1249 metrə qədər yüksələn zirvədən şəhərin əsrarəngiz görünüşünü müşahidə etmək olur. Cəbəl Hafit bölgənin tarixi boyunca tanınmış bir məkan olmuşdur. hazırda isə məşhur turizm obyektidir.
Cəbəl İhud
Cəbəl İhud (ərəb. جبل إيغود‎) - Mərakeşin qərb bölgəsində yerləşən kənd. Cəbəl İhud eyni zamanda arxeoloji qazıntı mərkəzi kimi də tanınmışdır. 2017-ci ilin iyun ayında ərazidə aparılan qazıntı işləri zamanı yaşı 300 min il olduğu təxmin edilən Homo sapiensə aid skelet qalıqların aşkarlanıb.
Cəbəl Əli Palması
Cəbəl Əli Palması (ərəb. خلة جبل علي‎, ing. Palm Jebel Ali) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Dubay əmirliyinin bir parçası olan süni ada. == Tarix == Qumdan təşkil olunan ada dünyanın ən böyük süni havanı olan Cəbəl Əlidən 5 km cənub-qərbdə yerləşir. Süni şəkildə salınmış 3 Palma adaları qrupundan biridir. İlk işlər 2002-ci ildə başlanılmışdır. 2008-ci ilin əvvələrində işlər bitirmişdir. 2011-ci ildə daşınmaz əmlak qiymətlərinin enməsi ilə Cəbəl Əli Palması adasında tikinti işləri dayandırılmışdır == Mənbə == web.archive.org/web/20070217094653/http://thepalm.ae/ — Palma adalarının rəsmi saytı "Dubay-Palma adaları".
Cəbəl Əxdar (Liviya)
Cəbəl Əxdar (ərəb. الجبل الأخضر‎ – Yaşıl dağ) — Liviyanın şərqində meşəlik, məhsuldar dağlıq region. Müasir əl-Cəbəl əl-Əxdar rayonunda yerləşir. Region Yer kürəsinin ən az meşəli ölkələrindən biri olan Liviyanın çox az meşəlik ərazilərindən biridir. Cəbəl Əxdar bir neçə dərə ilə həmsərhəd olan dağ yaylasından ibarətdir. Benqazinin şimalında və Dernanın cənubunda yerləşir. Bu, Liviyanın ən rütubətli ərazisidir və buraya ildə təxminən 600 mm yağıntı düşür. Ərazidə geniş meşələr var, burada zəngin kartof və dənli bitkilər yığılır. Qədim yunan müstəmləkəsi olan Kirena Cəbəl Əxdar vadisində yerləşir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl Əxdar (Liviya) ilə əlaqəli mediafayllar var.
Cəbəli
Cəbəli (türk. Cebeli) — Osmanlı imperiyasında süvari qoşunları kateqoriyası, feodal – timar sahibi və ya bəy tərəfindən verilən döyüşçülər. Hər bir cəbəli ağasının tam dəstəyini alırdı və onun qulu sayılırdı.
Cəbəli-Tariq
Cəbəllüttariq (ing. Gibraltar) — 1704-cü ildən Böyük Britaniyaya məxsus olan və Cəbəllütariq boğazının Pireney yarımadası sahilində yerləşən ərazi. == Tarix == Əvvəllər Kalpe adlandırılan ərazi məşhur fateh Tariq İbn Ziyadın 711-ci ildə ərazini ələ keçirib hərbi istinadgah kimi istifadə etməyə başlamasından sonra ərəb qaynaqlarında indiki adı ilə adlandırılmağa başlandı.Əlmohadların Əndəlus ərazisinə keçidindən xeyli əvvəl bölgə hərbi gəmi donanması üçün dairə rolunu oynayırdı. Ərəblərin istilasından sonra buraya təyin olunmuş əmir Əbdülmi yerli xristianlardan böyük bir şəhər inşa etməyi əmr etdi. Bununla da çoxsaylı məscid, mədrəsə, saray və istifadəyə yararlı irriqasiya sistemi ilə təchiz olunmuş bir şəhər ərsəyə gəldi. Sonralar yarımadanın cənubunda yaranmış Qranada əmirliyi ərazidə hakimiyyəti ələ aldı.1309-cu ildə isə Kastiliya kralının göstərişinə əsasən Alonso Pérez de Guzmán el-Bueno bölgəni zəbt etdi. Yaxın tarixdə gerçəkləşdirilən referendumların nəticəsi ilə ərazi rəsmi olaraq Böyük Britaniya tabeliyindədir. == Əhalisi == İngilislərin "Ağ qitə"də yeganə müstəmləkəsi olan bölgənin əhalisi çoxmillətlidir. Müxtəlif tarixlərdə koloniyalar şəklində yayılan ingilis əhalisi ilə yanaşı portuqal, ispan, italyan və maltalılar da üstünlük təşkil edir. == İqtisadiyyatı == Avropanın əksər hissəsinə nisbətən yüksək iqtisadi tərəqqi və işsizliyin aşağı olması diqqəti cəlb edir.
Muaz ibn Cəbəl
Muaz ibn Cəbəl (600-cü illər, Mədinə – 640, Suriya, ərəb. ‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, fəqih, hafiz və mühəddis. Cuşamə ibn əl-Xəzrəc qəbiləsindən Bənu Əddə qəbiləsinin ənsarlarından biri. Muaz ibn Cəbəl Mədinədə anadan olmuşdur. O, Xəzrəc qəbiləsindən idi. 18 yaşında İslamı qəbul etmiş, Akabedəki ikinci beyyətdə iştirak etmişdir. Müsəlmanlarla müşriklər arasında gedən döyüşlərdə iştirak etmişdir. Bütün Quranı əzbər bilməsi ilə tanınırdı. Muaz ibn Cəbəl İslam hüququnun (fiqhinin) parlaq bilicisi idi, Peyğəmbərin sağlığında fətvalar verirdi. İslam ənənəsinə görə, Məhəmməd peyğəmbər Muazı Quranın ən yaxşı alimləri sırasına daxil etmişdir.
Təzəkənd-i Cəbəl (Sulduz)
Təzəkənd-i Cəbəl (fars. تازه كندجبل‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 377 nəfər yaşayır (90 ailə).
Əl-Cəbəl əl-Əxdar
Əl-cəbəl Əl-əxdar (ərəb diliالجبل الأخضر) — Liviyanın Kirenaika regionunda şəhər.
Əli Fuad Cəbəsoy
Əli Fuad Paşa (23 sentyabr 1882 və ya 1882, Konstantinopol – 10 yanvar 1968, İstanbul) — Türkiyənin dövlət, hərbi və siyasi xadimi. Əli Fuad Paşa Ali hərbi təhsil almış, Balkan müharibələrində (1912–13) və Birinci dünya müharibəsində (1914–18) iştirak etmişdir. Kazım Qara Bəkir paşa, Bəkir Sami bəy və digər türk milli azadlıq mücadiləsi xadimləri ilə birlikdə Mustafa Kamal Atatürkün 1919-cu il iyunun 20-də bəyan etdiyi Amasya təlimatını imzalamışdı. 1920-ci il aprelin 23-də Ankarada işə başlamış Türkiyə Böyük Millət Məclisi (TBMM) hökumətinin Moskvadakı ilk fövqəladə və səlahiyyətli səfiri olmuş və 1921-ci il fevralın 18-də Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) hökuməti ilə danışıqlar aparmaq üçün göndərilmiş Türkiyə nümayəndə heyəti ilə birlikdə Moskvaya gəlmişdir; fevral-mart aylarında Yusif Kamal bəy və doktor Riza Nuru bəylə birlikdə Moskvada RSFSR xarici işlər naziri Georgi Çiçerinlə, Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü C.Qorxmazovla danışıqlar aparmışdır. Əli Fuad paşa Moskva konfransında Azərbaycanın himayəsi altında Naxçıvana muxtariyyət verilməsi məsələsinin uğurla həll edilməsi sahəsində gərgin və səmərəli diplomatik fəaliyyət göstərmişdir. Danışıqlarda məhz Türkiyə diplomatlarının, o sıradan da Əli Fuad paşanın səyləri sayəsində "Dostluq və qardaşlıq haqqında" RSFSR-Türkiyə müqaviləsinin (Moskva, 16 mart 1921-ci il) 3-cü maddəsinə və 1 (V) əlavəsinə əsasən, Naxçıvan vilayətinə Azərbaycanın himayəsi altında muxtariyyət verilməsi razılaşdırıldı. Əli Fuad paşa sonralar millət vəkili, 1948-ci ildə isə TBMM başqanı seçilmiş və Türkiyə Cümhuriyyətinin daxili və xarici siyasətinin işlənib hazırlanmasında fəal rol oynamışdır. 1960-cı illərdən elmi fəaliyyətlə məşğul olmuşdur. "Sinif yoldaşım Atatürk", "Moskva xatirələri" və sair əsərlərin müəllifidir. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.
Cəbəl-Druz
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır. Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Cəbəl-Lübnan
Cəbəl-Lübnan, Livan dağı və ya Livan silsiləsi (ərəb. جَبَل لُبْنَان‎, jabal lubnān, Livan ərəbcəsi tələffüz: [ˈʒabal lɪbˈneːn]; süry. ܛܘܪ ܠܒ݂ܢܢ, ṭūr leḇnān, süryanicə tələffüz: [tˤur lewˈnɔn], ṭūr lewnōn fr. Mont Liban) — Livanda dağ silsiləsi. Bu horst təxminən 160 kilometr uzunluğundadır və şərqdə yerləşən Anti-Livan silsiləsi ilə paralel olaraq ölkə daxilində Aralıq dənizi sahilləri boyunca cənubdan şimala doğru uzanır. == Etimologiya == Cəbəl-Lübnan adı "LBN" sami kökünə gedib çıxır və "ağ" mənasını verir. Ehtimal edilir ki, bu ad qarla örtülü dağlara istinad edir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Lübnan ilə əlaqəli mediafayllar var.
Cəbəl-Şəmmar əmirliyi
Cəbəl-Şəmmar (ərəb. إِمَارَة جَبَل شَمَّر‎) və yaxud Həil əmirliyi, (إِمَارَة حَائِل) həmçinin Rəşidi əmirliyi (إِمَارَة آل رَشِيْد) — 1830-1921-ci illərdə Ərəbistan yarımadasında mövcud olmuş əmirlik. Əmirlik səudların Nəcd sultanlığı tərəfindən süquta uğradılmışdır. Dövlətin paytaxtı Hail şəhəri olmuşdur. Əmirlik Rəşidi sülaləsi tərəfindən idarə edilmişdir. Əmirlik hazırkı Səudiyyə Ərəbistanı, İraq, Küveyt və İordaniya dövlətlərin ərazisini əhatə etmişdir. == Tarixi == 1818-ci ildə misirlilər Səudların Dəriyyə əmirliyini süquta uğratdılar. Səudlardan vassal asılılığında olan Cəbəl-Şəmmar əmirliyində, Əl-Əli və Əl-Rəşid qəbilələri arasında hakimiyyət uğrunda mübarizəsi başladı. 1835-ci ildə Əl-Rəşid qəbiləsi üzvləri Abdulla və Ubeyd qardaşları Cebel-Şəmmarda hakimiyyəti ələ keçirərək Əmir Saleh ibn Abd Muhsini öldürdülər. Eyni zamanda, qardaşlar özlərini hakimiyyət uğrunda mübarizədə onlara kömək edən Səud əmiri I Faysalın vassalı olaraq elan etdilər.
Cəbəci (Ağyaxa)
Cəbəci —Türkiyənin Qars ilinin Ağyaxa ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Cəbəl Amil
Cəbəl Amil — (ərəb. جبل عامل‎‎) 1920-ci ildə müasir Livanın yaradılmasından əvvəl Livanın cənubundakı dağlıq bölgənin tarixi adı. Adı 6-cı əsrdə Marib bəndinin dağıdılmasından sonra Yəməndən Livana köçən Amil bin Səbaanın adından gəlir. == Haqqında == Cəbəl Əməl Livanın cənubunda bir bölgədir. Bu bölgə keçmişdə Suriyanın on iki imamçı bölgəsi kimi çox əhəmiyyətli olub. == Cağrafiyası == Cəbəl Amil Cənubi Livanın sahil və dağlıq ərazilərini əhatə edir. Cəbəl Amilin sərhədləri dəqiq məlum deyil. Bu ərazi təxminən şimaldan Sidonun şimalında Əvəli çayına (köhnə adı: Faradis), cənubdan Nəhariyyə şəhərinin şimalında Qarn çayına (köhnə adı: Əbu Fətras və ya Nəhr Fitrə) qədərdir. Şərqdən Fələstinlə, Hovla gölünə (Kiçik İordaniya kimi tanınır) və Hasbia çayına qədər və qərbdən Aralıq dənizi ilə həmsərhəddir.
Cəbəliyyə Bizans kilsəsi
Cəbəliyyə Bizans kilsəsi — Qəzzə zolağında Bizans imperiyası dövrünə aid xristian kilsəsinin qalıqları. Abidədə 400 metri mozaika ilə döşənmiş olmaqla 850 kvadrat metrlik sahədə mərmər sütunlarla əhatə olunmuş qəbirlər və mozaika döşəmələri var. Kilsə V əsrə aiddir. == Tarixi == Kilsə Qəzzə şəhərinin şimal-şərqində, Cəbəliyyə şəhərinin bələdiyyə sərhədləri daxilində yerləşir. Onun tikintisi b.e. 444-cü ilə, Bizans imperatoru II Feodosinin hakimiyyəti dövrünə təsadüf edir. Kilsənin dekorasiyasında çoxlu sayda həndəsi və nəbati bəzəklər, fiqurlu rəsmlər, kənd mənzərələri, yemək qabları, Fələstindən və xaricdən gələn ev heyvanları, yırtıcı heyvanlar, müxtəlif növ dəniz balığı var. Buraya ov səhnələri, çaylar və xurma ağacları da daxildir, lakin bu bəzəklərin əksəriyyəti ikonoborçu müharibə zamanı məhv edilmişdir. Kilsə kafedral sistem üzərində qurulmuşdur və üç portikə malikdir. Onlardan ən genişi orta eyvandır və kilsənin şimal tərəfində bir kilsə var.
Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbə (31 oktyabr 2023)
31 oktyabr 2023-cü ildə Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbələr və ya Cəbəliyyə düşərgəsi qətliamı — İsrail Müdafiə Qüvvələrinin 31 oktyabr 2023-cü il tarixində Qəzza zolağındakı Cəbəliyyə qaçqın düşərgəsinin bombalaması. İsrailin Qəzzəyə hücumu zamanı həyata keçirilən aviazərbə əsasən qadın və uşaqlar olmaqla 120-dən çox insanın ölümünə səbəb olmuşdur. Bu, geniş şəkildə qınanmışdır. Hadisə müharibə cinayəti hesab edilir. Cəbəliyyə qaçqın düşərgəsi çox sıx məskunlaşmışdır və evakuasiya əmrinə baxmayaraq, sosial şəbəkələrdə yayılan videolarda çoxlu sayda mülki şəxsin düşərgədə qaldığı göstərilir. Düşərgə HƏMAS–İsrail müharibəsi zamanı İsrailin çoxsaylı hava hücumlarının hədəfi olmuşdur. Qəzzə Səhiyyə Nazirliyinin məlumatına görə, aviazərbə nəticəsində yüzdən çox insan dağıntılar altında qalmışdır. İndoneziya Xəstəxanası bildirmişdir ki, ölənlərin çoxu qadın və uşaqlardır. Qəzzə Zolağı Daxili İşlər Nazirliyi düşərgənin "tamamilə dağıdıldığını", ilkin hesablamalara görə 400-ə yaxın yaralı və ya ölü olduğunu bildirmişdir. İMQ sözçüsü Daniel Haqari İsrail qırıcılarının qaçqın düşərgəsinə hücum etdiyini təsdiqləmiş, və hücumun "Əl-Əqsa fırtınası" əməliyyatına rəhbərlik edən "HƏMAS" komandirinin, onlarla fələstinli yaraqlının öldürüldüyünü və Fələstin tunellərini məhv etdiyini bildirmişdir.
Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbələr (2023–2024)
Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbələr — 9 oktyabr 2023-cü il tarixindən etibarən HƏMAS–İsrail müharibəsinin bir hissəsi olaraq İsrail Müdafiə Qüvvələrinin (IDF) Cəbəliyyə qaçqın düşərgəsinin HƏMAS və digər silahlı qruplar üçün qala olduğunu iddia edərək orada həyata keçirdiyi aviazərbələr. Qəzzənin sıx məskunlaşmış Cəbəliyyə düşərgəsində 31 oktyabrda həyata keçirilmiş aviazərbələr nəticəsində altmışdan çox insan həlak olmuş, bazarın çox hissəsi dağıdılmışdır. Növbəti gün aviazərbə nəticəsində 45 nəfər həlak olmuş, yaşayış kompleksinin bir hissəsi dağıdılmışdır. 31 may 2024-cü ildə İDF Cəbəliyyədən geri çəkilmişdir. Fələstin rəsmiləri qaçqın düşərgəsinin 70%-nin dağıdıldığını bildirmişdir. İsrail hərbçiləri Fələstinin reaktiv yaylım atəşi sistemlərini və 10 kilometrdən çox yeraltı tunelləri məhv etdiyini, həmçinin yeddi israilli girovun cəsədini çıxardıqlarını elan etmişdilər.

Digər lüğətlərdə