CƏFƏR SADİQ

(80/699 – 148/765) – dini və ictimai xadim olmuşdur. Cəfəri məzhəbinin adı onunla bağlıdır. Cəfər Sadiq oniki-imamçı şiələrinin altıncı imamı sayılır. Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn ibn Əli və onun ailəsi Kərbəlada qətl edilmişdirlər. Bundan sonra Xilafətdə bu ailənin nümayəndələri siyasi səbəblər üzündən təqib olunurdular. Buna görə də onların bir çoxu (xüsusən də Mədinədə yaşayanlar) siyasətdən uzaqlaşaraq elmlə məşğul olmuşdurlar. Onlar İslam mirasının qoruyucuları, biliciləri, hədis raviləri, Quran təfsirçiləri idilər. Cəfər Sadiq bir-çox tanınmış alimlərin müəllimi olmuşdur. Məsələn, Əbu Hənifə ondan islami elmləri öyrənmiş, ondan öyrəndiklərini isə öz tələbələrindən olan Əbu Yusiflə Məhəmməd ibn Həsən Şeybaniyə ötürmüşdür. Malik ibn Ənəs də Cəfər Sadiqin tələbəsi olmuşdur. Öz ailə ənənələrinə sadiq olan Cəfər Sadiq erkən yaşlarından İslam elmlərinin öyrənilməsinə böyük səylər göstərmişdir. Onun müəllimləri babası Əli Zeynül-Abidin və atası Məhəmməd Baqi olmuşdurlar. Ümumiyyətlə, Cəfər Sadiq İslam hüquq elminin yaradıcılarından biri hesab edilə bilər. O, İslam hüququnun metodlarını sistemləşdirdikdən sonra, digər hüquqçular bu metodları daha da inkişaf etdirmişdirlər. Cəfər Sadiqin dini dünyagörüşü və düşüncəsi tələbələrinin yazılarında yer almışdır. Tələbələrindən biri Mufəddəl ibn Əmir olmuşdur. O, öz kitabında töhviddən yazarkən ustadının dini dünyagörüşünə xüsusi yer vermişdir. Allahın varlığını və birliyini dəlilləri ilə isbatlamağa çalışmışdır. Cəfər Sadiq irsinin davamçılarından biri də Cabir ibn Xəyyan olmuşdur. O, müəllimini təkcə hüquqçu kimi deyil, həm də təbiət elmlərində və kosmoqoniya sahəsindəki işləri ilə tanıtmışdır. Ancaq, Cabir ibn Xəyyamın fikirlərini şübhə ilə qarşılayan tənqidçilər də olmuşdur. Şiə etiqadına görə din haqqında bütün məsələləri Məhəmməd peyğəmbər öz əhlibeytinə ötürmüşdür. Onların inanclarına görə bu bilgilər bir imamdan digərinə ötürülürdü. Şiələrə görə Cəfər Sadiq bütün elmlərin ən mahir bilicisi və dövrünün ən yaxşı alimi olmuşdur. “Cəfr” adlanan bu elm, gizli və müqəddəs hesab edilirdi. Şiə alimi Məhəmməd ibn Yaqub Küleyni (238-ci hicri ilində ölmüşdür) əsərində “Cəfr” elmi haqqında məlumat vermişdir. Məlumdur ki, Cəfər Sadiq hakimiyyətə gəlmək fikrində olmamışdır. Bəlkə də, Zeyd ibn Əlinin faciəli ölümü, onun bu fikrə gəlməsinə təsir etmişdir. Onun qeyd etdiyinə görə bir çox insanlar sözdə əhli-beyt tərəfdarları olmalarını iddia etsələr də, əslində onlardan üz çevirmişdirlər. Məsələn, onlar müəyyən dövrlərdə Əli ibn Əbu Talibi, sonra Hüseyn ibn Əlini, daha sonra Zeyd ibn Əlini özlərinə rəhbər seçsələr də, onlardan üz çevirdikləri tarixi salnamələrə həkk olunmuşdur. Bundan başqa Cəfər Sadiq, Abbasi xəlifəsi Əbu Cəfər əl-Mənsurun əhli-beyti necə təqib etdiyinin şahidi olmuşdur. Bu xəlifə ona qarşı üsyan etmiş Həsən ibn Əlinin soyundan olan Məhəmməd ibn Abdullahı, eləcə də onun qardaşı İbrahimi edam etdirmişdir. Sonra əhli-beytdən olan digər insanlara qarşı da təqiblər davam etmişdir. Buna görə də Cəfər Sadiq siyasətlə məşğul olmamağa qərar vermişdir. Qeyd etdiyimiz kimi oniki-imamiyyə şiələri Cəfər Sadiqi öz imamları hesab edirlər. Onların inanclarına görə, Allahın istəyini həyata keçirən bir imamın dünyada olması hər dövrdə vacibdir. O, siyasi hakimiyyətə can atmasa da, bu məqsədlə insanlara çağırışlar etməsə də o, yenə də imamdır. Ancaq, zeydi şiələri siyasi rəhbər olmayan insanı imam hesab etmədiklərinə görə Cəfər Sadiqi imam kimi tanımamışdırlar. Oniki-imamiyyə şiələri Cəfər Sadiqin siyasi passivliyini, onun təqiyyədə olduğu ilə izah etmişlər. Onlara görə o, gizli olaraq doğru inancda olmuş, sadəcə təqiblər səbəbindən fikirlərinin ayrı-ayrı məqamlarını gizlətməli olmuşdur. Xəlifə Əbu Cəfər əl- Mənsur bir zaman Cəfər Sadiqi də təqib etmişdir. Ancaq, sonra onun siyasətə qarışmadığına tam əmin olduqdan sonra buna son qoymuşdur. Cəfər Sadiqin fiqh elmi haqqındakı düşüncələrinə gəldikdə isə deyə bilərik ki o, müxtəlif problemlərin həllini açıq-aydın Quran ayələri və hədislərdən çıxarırdı. O, bəzən rəy metodunu da istifadə edirdi. Ancaq o, qiyas və istihsan metodlarından istifadə etməmişdir. O, Quran və hədislərdə anlaşılmayan problemlərin həllində qiyasa deyil, əqli dəlillərə üstünlük vermişdir. Düşüncəyə xüsusi əhəmiyyət verən Cəfər Sadiqə görə hər bir insan bir şeyin yaxşı və ya pis olduğunu anlayırsa, deməli reallıqda da bu belədir.
CƏFƏR İBN ƏBU TALİB
CƏFƏRİ MƏZHƏBİ
OBASTAN VİKİ
Cəfər Sadiq
Cəfər Sadiq (20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqirin məzarı kənarındadır. == Həyatı == Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. == İmamın Elmi Mübahisələri == Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..." Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". == İmamın şəhid edilməsi == Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Cəfər ibn Sadiq
Cəfər əs-Sadiq
Cəfər Sadiq (20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqirin məzarı kənarındadır. == Həyatı == Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. == İmamın Elmi Mübahisələri == Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..." Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". == İmamın şəhid edilməsi == Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Sadiq
Sadiq — ad.
Cəfər
Cəfər — Kişi adı.
Elbəyi Sadiq
Elbəyi Maqsudov — == Həyatı == Elbəyi Sadıq oğlu Maqsudov 16 fevral 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Gərməçataq kəndində anadan olmuşdur. 1980-ci ildə filologiya fakültəsini bitirmişdir. 25 il orta ümumtəhsil məktəblərində-Gərməçataq kənd orta məktəbində, Naxçıvan şəhərindəki "Xanım qızlar" , "Türk oğlanlar" liseylərində və 3 saylı rus məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1986-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) aspiranturasına qəbul olmuş, 1992-ci ildə "Azərbaycan dili dərslərində fənlərarası əlaqədən (rus dili fənni ilə) istifadənin imkanları və səmərəli yolları" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 2000-ci ildə dosent, 2008-ci ildə isə "Azərbaycan və türk dilinin müqayisəli tədrisinin tələbələrin linqvistik təfəkkürünün inkişaf etdirilməsinə təsiri" mözusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. "Ana dili dərslərində dillərarası əlaqədən istifadənin ümumi məsələləri","XXI əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər","Azərbaycanca -türkcə, türkcə-azərbaycanca qarşılıqlı dilçilik terminləri lüğəti", "Dillərarası əlaqə təliminin metodikası","Dillərin müqayisəli tədrisi: imkanlar və vasitələr","Ürək bir dünyadır","Sözlər də insan kimidir","Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əlaqəli tədrisi üçün çalışmalar","Poetik türkəçarələr","Təmsillər","Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri"və s.elmi-metodiki, bədii əsərlərin müəllifidir. Bakı, Naxçıvan, Səmərqənd, Moskva, Ankara, İstanbul, Konya, Trabzon, Mersin, İslamabad, Maku, Təbriz və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda və qurultaylarda çıxışlar etmişdir. 1994–2004-cü illərdə NDU-nun Elmi Şurasının katıbı vəzifəsində işləmiş,2004-cü ildən isə Naxçıvan Dövlət Universitetinin "Fənlərin tədrisi metodikası" kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.
Sadiq Azayev
Sadiq Ağabalayev
Sadiq Baxışov
Sadiq Bağırzadə
Sadiq Feyziyev
Sadiq Hidayət
Sadiq Hidayət (Farsca صادق هدایت) (17 fevral 1903 Tehran — 9 aprel 1951 Paris) — İran yazıçısı. Şahlıq İranının nüfuzlu bir ailəsinə mənsub olan Sadiq Hidayət 17 fevral 1903-cü ildə Tehranda dünyaya gözlərini açır. İbtidai təhsilini Tehranda Mədrəsəyi — Elmiyyədə tamamladıqdan sonra orta təhsilini yenə Tehranda yerləşən və bir missioner məktəbi olan Saint Luis Fransız Kollecində davam etdirir. Burda Fransız dili və ədəbiyyatı ilə ciddi bir şəkildə maraqlanan Hidayət, 1925-ci ildə mühəndislik təhsili almaq üçün Belçikaya gedir. Belçikada axtardığını tapa bilmir və ədəbiyyat təhsili almaq məqsədilə Parisə yola düşür. Yazı həyatına burda başlayan Hidayət ilk əsərlərini Parisdə qələmə alır. Bir ara böhrana girərək Paris yaxınlarında intihar etmək məqsədilə özünü dənizə atsa da, bir qayıqçının köməkliyi ilə xilas olur. İlk intihar cəhdi uğursuzluqla nəticələnir. 1930-cu ildə Tehrana qayıdan Hidayət, ailəsinin nüfuzundan faydalanmaq istəmir və öz imkanları ilə iş tapmağa çalışır. İran Milli Bankında işə başlayır.
Sadiq Həsənov
Sadiq Həsənov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi. Sadiq Həsənov (idmançı) — Azərbaycanlı idmançı və aktyor.
Sadiq Muradov
Sadiq Məmmədov
Sadiq Nəcəfli
Sadiq Qurbanov
Sadiq Qurbanov (12 iyul 1972, Əlikli, İliç rayonu) — texniki elmlər namizədi. Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020). Sadiq Qurbanov 12 iyul 1972-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Ələkli kəndində anadan olmuşdur. 1989-cu ildə Ərəbyengicə kənd orta məktəbini bitirmiş, həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1994-cü ildə təhsilini başa vuraraq həmin fakültənin dissertantı olmuş, eyni zamanda "Nəzəri mexanika və bütöv mühit mexanikası" kafedrasında laborant vəzifəsində çalışmışdır. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmlər namizədi namizədlik dərəcəsini almışdır. 1997–2001-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil almışdır. 2001–2004-cü illərdə YAP-ın göndərişi ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" fakültəsində təhsil almışdır. Ailəlidir, üç övladı var. 1999–2006-cı illərdə YAP-ın icra katibliyində "Partiyalar arası əlaqələr şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır.
Sadiq Rəhimov
Sadiq Sadıqov
Sadiq İzzət oğlu Sadıqov (13 may 1963, Sumqayıt) — Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri. Sadiq Sadıqov 1963-cü il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. Evlidir, iki uşaq atasıdır. O, 1980-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olaraq 1985-ci ildə həmin universitetin Fəlsəfə fakültəsini bitirmişdir. 1992–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Hüquq fakültəsində təhsil almışdır. 1985–1990-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında əvvəl asistent, daha sonra Komsomol Komitəsinin katibi vəzifəsində işləmişdir. 1990–2003-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında çalışmışdır. 2003–2015-ci illərdə "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin IV-Enerji Satış Regional İdarəsində əhali üzrə rəis müavini və "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətində idarə rəisi, texniki direktor və İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 14.10.2015-ci il tarixli 1449 nömrəli Sərəncamı ilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.
Sadiq Salmanov
Sadiq Səmədov
Sadiq Tağıyev
Sadiq Rza Oğlu Tağıyev (5 sentyabr 1959, Əyyublu, Tovuz rayonu) — Ukraynada Çerniqiv vilayəti üzrə Apelyasiya Məhkəməsinin sabiq sədri, Luqansk vilayətinin Ali Məhkəmə sədrinin sabiq birinci müavini, hüquq elmləri doktoru. 1959-cu ilin sentyabr ayının 5-də Azərbaycanın Tovuz rayonunun Əyyublu kəndində anadan olub. 1977-ci ildə Ukraynanın Donetsk Tibb İnstitutunu bitirən Sadiq Tağıyev tibb sahəsində çalışıb. 1985-ci ildə Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu, 1987-ci ildə Ukrayna Xarkiv Universitetində hüquq fakültəsini bitirmişdir. 1985-ci ildə Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu bitirdikdən sonra Ukraynanın Luqansk vilayətində polis idarələrində işləyib. 1987-ci ildə Ukraynanın Xarkiv Universitetində hüquq fakültəsini bitirən Sadiq Tağıyev 1992-ci ildən məhkəmə sistemində müxtəlif vəzifələrdə, o cümlədən 2010–1018-ci illərdə Ukraynanın Çerniqiv vilayəti Apelyasiya Məhkəməsi sədri vəzifəsində işləyib. O, Çerniqiv vilayəti Apelyasiya Məhkəməsi sədri olmazdan öncə Luqansk vilayətində Ali Məhkəmənin sədr müavini vəzifəsində çalışıb. Ukraynanın əməkdar hüquqşünası rütbəsinə layiq görülüb. Hazırda elmi və pedagoji fəaliyyət göstərməkdədir. Sadiq Tağıyev "İstintaq zamanı telefon dinləmələrinin qaydaları" mövzusu üzrə elmi tətqiqatı nəticəsində hüquq elmlər doktoru dərəcəsinə nail olub.
Sadiq Zeynalov
Sadiq Zeynaloğlu
Sadıxov Sadıx Zeynal oğlu (17 noyabr 1934, Ordubad rayonu, Nüsnüs kəndi) (Sadıqov Sadıq Zeynal oğlu) Polkovnik, Azərbaycan SSR-in, Naxçıvan MSSR-in Daxili İşlər Naziri (1981-1987) vəzifəsində çalışıb. Sadıx Zeynal oğlu Sadıxov 1933-cü il noyabrın 17-də Ordubad rayonu, Nüs-Nüs kəndində anadan olmuşdur. 1937-ci ildən-1954-cü ilə kimi Qazaxıstanda yaşayıb, 1954-cü ildə Az.SSR-ə qayıtmışdır. 1963-cü ildən - Az.SSR Daxili İşlər Nazirliyinin orqanlarında çalışıb . 1989-cu ildən - Az.SSR Daxili İşlər Nazirliyinin Reabilitasiya Komissiyasının üzvü. 1981-1987-ci illərdə Azərbaycan SSR-in, Naxçıvan MSSR-in Daxili İşlər Naziri vəzifələrində çalışıb.
Sadiq dost
Sadiq dost (ing. The Devoted Friend) — görkəmli irland yazıçısı Oskar Vayld tərəfindən yazılmış nağıl.Nağıl ilk dəfə 1888-ci ildə "Xoşbəxt şahzadə və digər nağıllar" antologiyasında nəşr edilib.Antologiyaya "Sadiq dost"dan başqa "Bülbül və qızılgül", "Eqoist nəhəng", "Görkəmli raket" nağılları da daxildir. Bir çox əsərlərin müəllifi Oskar Uayldı ən çox məşhurlaşdıran onun nağıllları olmuşdur. Kiçikhəcmli əsərlərin adi dialoqlarında belə böyük mətləblər ifadə etmək bacarığı, humanizm, ədalətsizliyə və amansızlığa qarşı üsyankarlıq,onları ifşa etmək onun yaradıcılığının əsas məziyyətlərindəndir.Bu məqamda demək olar ki, bu nağılda bədii gülüş aparıcıdır. Əlbəttə ki, bu gülüş ironiya, kinayə olub insanlardan istifadə edən, hər cür əliaçıqlığa, sədaqətə, dostluğa yad olan insanlaradır.