Sadiq Rəhimov

Sadiq Nadir oğlu Rəhimov (10 dekabr 1997, Veri Əliabadı, Lerik rayonu3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Sadiq Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 10 dekabr 1997(1997-12-10)
Doğum yeri
Vəfat tarixi 3 noyabr 2020(2020-11-03) (22 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2017-2019 / 2020
Rütbə Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı "Füzulinin azad olunmasına görə" medalı "Şuşanın azad olunmasına görə" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Sadiq Rəhimov 10 dekabr 1997-ci ildə Lerik rayonunun Veri Əliabadı kəndində anadan olmuşdur. 2 qardaş 3 bacı olmaqla ailədə 7 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2004-cü ildə Lerik rayonu şəhid Valeh Rəhimov adına Veri Əliabadı kənd ümumi məktəbin 1-ci sinfinə daxil olub. 2013-cü ildə həmin məktəbin 9-cu sinfini başa vurduqdan sonra Astara Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyinə daxil olub. 2017-ci ildə kolleci başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindəm həqiqi hərbi xidmətə çağırılan Sadiq Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilir. 2019-cu ilin yanvar ayında xidmətini başa vurduqdan sonra evinə qayıdır və ticarətə məşğul olmağa başlayıb.

İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

2-ci Qarabağ müharibəsində, 2020-ci il sentyabrın 27-də AzərbaycanErmənistan arasında başlanan müharibədə iştirak etmək istəyən Sadiq 21 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və döyüşə yollanır. Füzuli və Xocavənd uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Sadiq 3 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonu Veri Əliabadı kəndinə gətirilir və 6 noyabr tarixində kənd qəbiristanlığında torpağa tapşırılır.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Veri Əliabadı kəndində anadan olan könüllü əsgər Sadiq Nadir oğlu Rəhimov ölümündən sonra "Füzulinin azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Rəhimov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.