CƏNUB-QƏRBİ

s. south-west, south-westerly

CƏNUB-QƏRB
CƏNUB-ŞƏRQ
OBASTAN VİKİ
Cənub-Qərbi Asiya
Ön Asiya, Qərbi Asiya və ya Cənub-Qərbi Ön Asiya — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur. Hazırda bu region aşağıdakı ölkələri əhatə edir: Fiziki coğrafi mövqeyi. Cənub-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur. Bu geniş regionda Anadolu, İran yaylaları Mesopotamiya ovalığı, Ərəbistan yarımadası yerləşir. Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları, Əfqanıstan əsasən dağlıq ərazilərdir. Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir. Hinduquş dağları regionun ən hündür dağlarıdır. Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır.
Cənub-qərbi Finlandiya
Cənub-qərbi Finlandiya (fin Varsinais-Suomi; isv. Egentliga Finland) - Finlandiyanın vilayətidir. Bu vilayət Satakunta, Pirkanmaa, Kanta-Hyame, Uusimaa və Aland ilə əhatələnib. Cənub-qərbi Finlandiyanın təbiəti digər bölgələrdən fərqlənir. Ən diqqətəlayiq biotoplar Arxipelaq dənizi və meşələrdir. Finlandiya böcək növlərinin 80%-nə Cənub-qərbi Finlandiyada rast gəlinir. Sahil yaxınlığında təxminən 20.000 ada var. Cənub-qərbi Finlandiyanın ən cənub nöqtəsi və ən cənubda məskunlaşılan adası Utyodur. Ən yüksək nöqtə Kiikalada 164 metrdir. Vilayət 5 rayondan və 27 kommunadan ibarətdir.
Cənub-qərbi Qap
Cənub-qərbi Qap (fr. Gap-Sud-Ouest) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0530. Cənub-qərbi Qap kantonuna Qap kommunasının bir hissəsi daxildir. 2007-ci ildə əhalinin sayı 9 720 nəfər təşkil edirdi.
Almaniya Cənub-Qərbi Afrikası
Almaniya Cənub-Qərbi Afrikası (alm. Deutsch-Südwestafrika‎) 1884–1919-cu illərdə Almaniya İmperiyasının müstəmləkəsi olduğu dövrdə indiki Namibiya dövlətinin adıdır. Birinci Dünya Müharibəsi zamanı Cənubi Afrika Respublikasının qoşunları alman qüvvələrini məğlub edərək regionu ələ keçirdirlər. Bunun ardınca 1921-ci ildə Millətlər Liqasının qərarı ilə region Cənubi Afrikanın mandatına keçdi.
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (türk. Güney-Batı Kafkasya Cumhuriyeti; osman. Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi) və ya Qars Demokratik Cümhuriyyəti (türk. Kars Demokratik Cumhuriyeti) — Birinci Dünya Müharibəsi dövründə Rusiya imperiyasının Qars, Batum və İrəvan quberniyalarının ərazisində mövcud olmuş dövlət. Birinci Dünya müharibəsinin sonunda, 30 oktyabr 1918 tarixində imzalanmış Mudros barışığı nəticəsində Osmanlı ordusu Cənubi Qafqazdan çəkilmişdir. Razılaşmaya görə 4 dekabr 1918 tarixində Osmanlı əsgərləri 1877 Rusiya-Osmanlı sərhədlərinədək geri çəkilcəkdi, lakin Osmanlı tərəfi Qarsdan 2 ay gec çəkilmə qərarı almışdı. Bu qərarın səbəbi yerli xalqın hökumət qurmasına vaxt tanımaq idi. Əks halda bölgə Ermənistan tərəfindən işğal təhlükəsi ilə üzləşə bilərdi. Beləliklə 29 oktyabr 1918-ci ildə Axısqa və Axalkələk ətrafında Axısqa Müvəqqəti Hökuməti, 3 noyabr 1918 tarixində Əmir bəy Nərimanbəyov rəhbərliyində Araz Türk Cümhuriyyəti qurulmuşdur. 5 noyabrda isə Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa Acalov və Fəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur.
Cənub Qərbi Asiya subregionu
Ön Asiya, Qərbi Asiya və ya Cənub-Qərbi Ön Asiya — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur. Hazırda bu region aşağıdakı ölkələri əhatə edir: Fiziki coğrafi mövqeyi. Cənub-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur. Bu geniş regionda Anadolu, İran yaylaları Mesopotamiya ovalığı, Ərəbistan yarımadası yerləşir. Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları, Əfqanıstan əsasən dağlıq ərazilərdir. Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir. Hinduquş dağları regionun ən hündür dağlarıdır. Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır.
Cənub
Cənub və ya Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Cənub qütbünə işarə edir və "S"-lə işarələnir.
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, Naxçıvan General-Qubernatorluğu və ya Əlahiddə Naxçıvan general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır). General-qubernatorluğun yaradılmasını şərtləndirən mühüm amillərdən biri də bölgənin müsəlman əhalisinin problemlərini həll etmək zərurəti olmuşdur. Naxçıvanın Müvəqqəti hökuməti Azərbaycan torpaqları olan Naxçıvan, Şərur, Ordubad qəzalarının "Cənub-Qərbi Azərbaycan" adı altında Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün həm ingilis komandanlığına, həm də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinə müraciət etmişdi. Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyinin 20 milyon manatlıq fondundan 500 min manatın general-qubernatorluq üçün ayrılması, Hökumətin bundan əvvəlki 1918 il 6 dekabr tarixli qərarına müvafiq olaraq ayrılmış bir milyon manatın 150 mininin Ermənistan ərazisində yaşayan müsəlman qaçqınlarının ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəyə, qalan 850 min manatın isə Cənub-Qərbi Azərbaycan qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda öz əksini tapmışdı. Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə hərbi nazirliyə Cənub-Qərbi Azərbaycandakı silahlı qüvvələrin sayını və vəziyyətini aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə göndərilməsi, əlavə olaraq, bölgəyə daha 500 min manat vəsait ayrılması tapşırılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 fevral 1919-cu il tarixində qəbul etdiyi qərara əsasən Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular. General-qubernatorluğun nəzdində 7 nəfərdən ibarət Şura yaradılmışdı. Şuranın tərkibinə Naxçıvan qəzasından 2, Sürməli, İrəvan qəzalarının və Ordubad mahalının hərəsindən 1 nümayəndə daxil edilmişdi. 16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarına əsasən Cənub-Qərbi Azərbaycan general-qubernatoru Bəhram xan Naxçıvanski öz xahişinə görə tutduğu vəzifədən azad olundu. Elə həmin gün digər bir qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər.
Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (türk. Güney-Batı Kafkasya Cumhuriyeti; osman. Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi) və ya Qars Demokratik Cümhuriyyəti (türk. Kars Demokratik Cumhuriyeti) — Birinci Dünya Müharibəsi dövründə Rusiya imperiyasının Qars, Batum və İrəvan quberniyalarının ərazisində mövcud olmuş dövlət. Birinci Dünya müharibəsinin sonunda, 30 oktyabr 1918 tarixində imzalanmış Mudros barışığı nəticəsində Osmanlı ordusu Cənubi Qafqazdan çəkilmişdir. Razılaşmaya görə 4 dekabr 1918 tarixində Osmanlı əsgərləri 1877 Rusiya-Osmanlı sərhədlərinədək geri çəkilcəkdi, lakin Osmanlı tərəfi Qarsdan 2 ay gec çəkilmə qərarı almışdı. Bu qərarın səbəbi yerli xalqın hökumət qurmasına vaxt tanımaq idi. Əks halda bölgə Ermənistan tərəfindən işğal təhlükəsi ilə üzləşə bilərdi. Beləliklə 29 oktyabr 1918-ci ildə Axısqa və Axalkələk ətrafında Axısqa Müvəqqəti Hökuməti, 3 noyabr 1918 tarixində Əmir bəy Nərimanbəyov rəhbərliyində Araz Türk Cümhuriyyəti qurulmuşdur. 5 noyabrda isə Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa Acalov və Fəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur.
Cənub-Qərbi Qafqaz Demokratik Respublikası

Cənub-Qərbi Qafqaz Türk Cümhuriyyəti

Cənub-Qərbi Qafqaz Türk Respublikası

Cənub-Pireneylər
Cənub-Pireneylər (fr. Midi-Pyrénées, oks. Miègjorn-Pirenèus, qask. Mieidia-Pirenèus) — Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir. Əsas şəhəri Tuluzadır (650 min nəfər). Bölgə əhalisini ümumi sayı — 2 903 420 nəfər (2011-ci ildə bölgələr arasında 8-ci yer). Ərazi: 45 348 km². Keçmiş bölgənin ərazisindən Adur, Aryej, Qaronna və Lo çayları axır. Bölgəyə bu departamentlər daxil idi: Jer, Aryej, Averon, Yuxarı Qaronna, Yuxarı Pireneylər, Lo, Tarn və tarn və Qaronna.
Cənub-qərb
Cənub-qərb — Cənub tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Cənub-şərq
Cənub-şərq - Cənub tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Cənub Aşırımı
Cənub Aşırımı - Everest və Lhotze, yəni müvafiq olaraq dünyanın ən yüksək və dördüncü ən yüksək dağları arasında aşırımdır. Cənub Aşırımı adətən yüksək küləklər altında qalır və buna görə də əhəmiyyətli dərəcədə qar yığımından azad olur. 1950-ci ildən (Tibet bağlandıqda) Everest ekspedisiyalarının əksəriyyəti Nepaldan çıxaraq cənub-şərq silsiləsi və Cənub Aşırımı yolu ilə gedirlər. Alpinistlər Nepaldakı cənub-şərq silsiləsindən Everestə qalxmağa çalışdıqda, son düşərgəni (adətən IV Düşərgə) Cənub Aşırımında qururlar. Cənub Aşırımına ilk dəfə 12 May 1952-ci ildə Aubert, Lambert və Eduard Viss-Dunantın İsveçrə Dağ Everest Ekspedisiyası dırmanmışdır. Onlar zirvəni fəth edə bilməmişdilər. Cənub Aşırımında alpinistlər ölüm zonasına girirlər. Hündürlükdəki xəstəlik bu yüksəklikdə əhəmiyyətli bir təhlükədir və asanlıqla ölümcül olduğunu sübut edə bilər. Yatmaq da çətindir və alpinistlərin əksəriyyətinin həzm sistemləri əhəmiyyətli dərəcədə yavaşlayır və ya tamamilə dayanır. Bunun səbəbi, bu yüksəklikdə bədənin yeni qida həzm etməkdən daha çox enerji mənbələrindən istifadə etməsidir.
Cənub Balığı
Cənub Balığı (lat. Piscis Austrinus) — göyün cənub yarımkürəsində bürc.
Cənub Dili
Cənub Dili - dil Çilov adasının ucqar cənub-qərbində yerləşir. Dilin eni dənizin içərilərinə doğru getdikcə kiçilir. Dilin cənubundan beynəlxalq əhəmiyyətə malik olan Bakı Türkmənbaşı dəniz yolu keçir.
Cənub Okeanı
Cənub Okeanı və ya Antarktik okean — Yerin 5 okeanından biri hesab edilir. Antarktida qitəsini əhatə edir. Bu okeanın sahəsi 20 327 min km². (okeanın şimal sərhəddi cənub eninin 60 dərəcəsindən keçir). Ən böyük dərinliyi (Cənubi Sandviç novu) — 8428 m. Antarktida ətrafında 13 dəniz var: Ueddell dənizi, Skotia dənizi, Bellinshauzen dənizi, Ross dənizi, Amundsen dənizi, Deyvis dənizi, Lazarev dənizi, Riser-Larsen dənizi, Kosmonavtlar dənizi, Birlik dənizi, Mouson dənizi, Dürvil dənizi, Somov dənizi. Okeanın əsas adaları: Kergelen adası, Cənubi Şetland adaları, Cənubi Orkney adaları. Antarktik şelfi 500 metr dərinliyə qədərdir. Dünya Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən dünya okeanı beş okeana bölünüb. Həmin qərara əsasən 60 dərəcə cənub paralelindən Antarktidaya qədər olan sular Cənub Okeanına aid edilir, ancaq bu qərar həmin vaxt təsdiq edilmir.
Cənub Qütbü
Cənub qütbü — Yer kürəsinin ən cənub nöqtəsidir.
Cənub TV
ARB Cənub — 2007-ci ildə Lənkəran şəhərində "Cənub TV" adıyla yayıma başlayan televiziya kanalı. “Cənub TV” Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-cı il tarixdə yaradılmışdır. Həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir. Ümumi efir vaxtının 70 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir. Azərbaycanın cənub bölgəsində yayımlanan Lənkəran TV, 2007-ci ilin iyununda yayımını dayandırdıqdan sonra, yaranan efir tezliyinə Milli Televiziya və Radio Şurası tərəfindən elan edilən müsabiqədə qalib gələn “CTV”, 6 il müddətinə lisenziya aldı. Azərbaycan teleməkanına 29-cu tezlikdən 14-cü televiziya olaraq vəsiqə qazanan CTV, 31 dekabrı Cənublular üçün üçqat bayrama çevirdi. İlk ərəfələrdə “CTV” Azərbaycanın Cənub rayonları olan Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Biləsuvarda yayımlanmağa başladı. Hazırda “ARB Cənub” səhər saat 08:00-dan gecə saat 02:00-yə qədər 18 saat ərzində müxtəlif səpkili veriliş və filmlərlə efirə çıxır. Müxtəlif analitik-informasiya proqramları, musiqili-əyləncəli verlişlər, müəllif telelalayihələr, ictimai-siyasi verlişlər hazırlayan CTV ailəsi, tezliklə daha da genişlənmək və inkişaf etməyi qarşısına məqsəd qoyub. Fəaliyyətə başladığı ilk 2 ay ərzində 10-a yaxın müxtəlif proqram və verlişləri, həmçinin sənədli, bədii filmləri bölgə tamaşaçısına təqdim edən “CTV”- də hal-hazırda 30-dan çox telelayihə ekranlaşdırılıb.
Cənub Televiziyası

Cənub akalifi
Avstraliya akalifi (lat. Acalypha australis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Cənub balinası
Cənub balinası (Cənub hamar balinası) (lat. Eubalaena australis) — Əsl balinalar (Balaenidae). O digər iki növ olan Eubalaena — Yapon balinası və Şimal hamar balina ilə eyni olması fikri dolaşırdı. Balinalar açıq-qəhvəyi və göyütül-qara rəngdə olurlar. Ağ ləkələrə rast gəlinir. Bəzən ağ erkək balalar doğulur (albinos sayılmır). Cənub balinaları 18 metr uzunluğa, 80 ton çəkiyə malik olur. Bir qayda olaraq dişilər erkəklərə nisbətən iri olur. Bütün cənub hamar balinalarında olduğu kimi Cənub balinaları iri kəlləyə mlikdirlər (ümumi uzunluğun ⅓ təşkil edir). Cənub balinaları əsasən subarktik və mülayim enliklərdə (Cənub okeanı), bir qayda olaraq 30° və 50°Cənub enliklərində yaşayır.
Cənub bülbülü

Digər lüğətlərdə