Estetik cərrahiyə
Estetik cərrahiyə — tibbdə xarici görünüşün dəyişdirilməsi məqsədilə həyata keçirilən cərrahiyyə.
İstər insanda, istər heyvanlarda istərsə də füsunkar təbiətdə fərqli formada əks olunmasına baxmayaraq, hamımız gözəlliyi sevir, daima onu axtarır, gördüyümüzdə isə ondan həzz alırıq. Dövrümüzün insanlarına nəzər salsaq, görərik ki, onlar daxili gözəlliklə müqayisədə daha çox zahiri gözəlliyin qayğısına qalırlar. Gözəllik dünyasında elmin son "sıçrayış"larına aid rəsmi statistikaya nəzər salsaq, görərik ki, təbii gözəllik üzərində inqilab etmiş süni gözəlliyə- kosmetik əməliyyatlara dair statistik rəqəmlər heyrətedicidir. Məsələn, təkcə Parisdə kosmetik cərrahiyyə əməliyyatı ilə məşğul olan 200 mərkəz mövcuddur, və hər il bu mərkəzlərdə 60 min plastik əməliyyat aparılır.
ABŞ-də isə kosmetik əməliyyatlar Amerika cəmiyyətinin ənənəsinə çevrilib. Dünyada kosmetik əməliyyatların sayı baxımından ABŞ 21% nisbəti ilə birinci yeri, Braziliya 14% nisbəti ilə ikinci yeri, Meksika isə 8% nisbəti ilə üçüncü yeri tutub. Estetik (eyni zamanda cavanlaşdırıcı əməliyyat) əməliyyat — dünyada həm kişilər, həm də qadınlar arasında ən populyar əməliyyat növüdür.
== Estetik cərrahiyənin növləri ==
Plastik əməliyyatların bir neçə növü mövcuddur.
Dünyada ən çox edilən əməliyyat "Ritidektomiya" adlanan sifət və boyun dərisinin dartılmasıdır.