cəzasız

sif. impuni, -e ; zərf. impunément, avec impunité

cəzalandırmaq
cəzasızlıq
OBASTAN VİKİ
Cəzasızlıq
Cəzasızlıq — cəza çəkməkdən azad olmaq. Beynəlxalq hüquq və insan hüquqlarında bu termin hüquq pozuntusu törədən şəxslərin mühakimə edilməsinin mümkünsüzlüyü və nəticə etibarilə zərər çəkmiş şəxslərin hüquqlarının müdafiə edilməsinin inkar edilməsi mənasında istifadə olunur. Cəzasızlıq, xüsusilə də, hüququn aliliyinin mövcud olmadığı, korrupsiyanın hökm sürdüyü və məhkəmə hakimiyyətinin zəif olduğu, eləcə də təhlükəsizlik qüvvələrinin üzvlərinin xüsusi yurisdiksiyalar və ya immunitetlər ilə qorunduğu dövlətlər üçün xarakterikdir. 8 fevral 2005-ci ildə BMT-nin İnsan hüquqları Komissiyasına təqdim edilmiş, düzəlişlər edilmiş Cəzasızlığa qarşı mübarizə məqsədilə insan hüquqlarının qorunması və təşviqi prinsipləri cəzasızlığı aşağıdakı kimi müəyyən edir: "hüquq pozuntusu törədən şəxslərin, onların ittiham edilməsi, tutulması, təqsirləndirilməsi və ya mühakimə edilməsi, təqsirli olduqda müvafiq cəzanın təbiq edilməsi, eləcə də hüquq pozuntusunun qurbanlarına təzminat verilməsi və reparasiya edilməsi ilə nəticələnəcək cinayət, mülki, inzibati və digər prosedurlara cəlb edilməsinin de-yure və ya de-fakto mümkünsüzlüyü." Həmin sənədin Birinci prinsipi qeyd edir ki: "Cəzasızlıq dövlətlərin hüquq pozuntusunu araşdırmaq; hüquq pozuntusu törədən şəxslərə münasibətdə müvafiq tədbirlər görmək (xüsusilə də, ədalət mühakiməsi sahəsində), o şərtlə ki, cinayət törətməkdə şübhəli bilinən şəxslər ittiham ediləcək, mühakimə ediləcək və müvafiq şəkildə cəzalandırılacaq; hüquq pozuntusuna məruz qalmış şəxsləri səmərəli hüquq-müdafiə vasitələri ilə təmin etmək və onların hüquqlarının bərpa ediləcəyinə, kompensasiya veriləcəyinə əmin etmək; hüquq pozuntuları haqqında həqiqəti bilmək kimi ayrılmaz hüququ təmin etmək; və hüquq pozuntularının yenidən baş verməsinin qarşısını almaq üçün zəruri tədbirlər görmək öhdəliklərini yerinə yetirməməsindən irəli gəlir." Dövlət çevrilişi, hərbi diktatorluq, vətəndaş müharibələri və oxşar dövrlərdə insan hüquqları pozuntularının daha çox qeydə alındığı ölkələrdə keçmiş hadisələrə işıq salmaq üçün həqiqət və uzlaşdırma komissiyaları yaradılır. Bu cür mexanizmlər günahkarların təqib edilməsi və cəzalandırılmalarına kömək edə bilsə də, pozuntularla eyni vaxtda qəbul edilmiş amnistiya/əfv qanunlarının müdafiəsini təqsirli şəxslər üçün təmin etməklə onların cəzasız qalmalarına səbəb olduğu üçün çox zaman tənqid olunur. 17 iyul 1998-ci ildə qəbul edilmiş və 1 iyul 2002-ci ildə qüvvəyə minmiş Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun başlıca məqsədi "bütünlükdə beynəlxalq ictimaiyyəti narahat edən ən ciddi cinayətləri" [...] "törədən şəxslərin cəzasız qalmasına son qoymaq"dır.

Digər lüğətlərdə