CAMO

Cümə sözü ilə qohumluğu ehtimal olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

CAMIŞQIRAN
CAN
OBASTAN VİKİ
Camo Cəbrayılbəyli
Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli (29 yanvar 1887, Şamaxı – 30 iyul 1965, Bakı) — Azərbaycan ictimai xadimi, maarifçi, pedaqoq, metodist, publisist və yazıçı. == Həyatı == Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 1887-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Atasını erkən itirmişdi. Mir Cəfər Seyidzadənin mənəvi yardımı ilə 1896-cı ildən 1901-ci ilədək Şamaxı şəhər məktəbində oxumuşdu. O, 1908-ci ildə imtahan verib məktəb müəllimi adını almışdı. 1919-cu ilə kimi Şamaxıda müəllim işləmişdi. 1920-ci ildə Bakıda Köhnə Marinskaya qız gimnaziyasının binasında ilk darülmüəllimat — qızlar üçün seminariya yaradılmışdır. Onun müdiri Azərbaycan xalqının fədakar qızlarından Mədinə Qiyasbəyli idi. 1926-cı ildə Maarif Komissarlığının sərəncamı ilə hər iki seminariya birləşdirilərək Bakı Müttəhid (birləşmiş) Pedaqoji Texnikum kimi fəaliyyət göstərməyə başlamış və tezliklə respublikanın tədris ocaqları arasında özünəməxsus yer tutmuşdur. Birləşmiş məktəbin direktoru Pənah Qasımov, tədris işləri üzrə direktor müavini Cəmo Cəbrayılbəyli idi.
Camo bəy Hacınski
Camo bəy Hacınski (tam adı: Camo bəy Süleyman bəy oğlu Hacınski; 14 iyun 1888, Quba – 1942, Sibir) — Azərbaycan Xalq Cümhuriyyətinın 4-cü və 5-ci hökumət kabinetlərində poçt və teleqraf naziri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, ictimai-siyasi və dövlət xadimi, teatr tənqidçisi və sənətşünas. Bəzi mənbələrdə Azərbaycan himninin sözlərinin müəllifi kimi göstərilir. == Həyatı == Camo bəy Süleyman bəy oğlu Hacınski 1888-ci ilin iyunun 14-ü Qubada doğulmuşdur. O, ictimai-siyasi xadim Mehdi bəy Hacınskinin kiçik qardaşıdır. Gənc yaşlarında Bakıya köçən Camo bəy burada gimnaziya təhsili almışdı. Gimnaziyanı bitirib 1907-ci ildə Bakıda rus dilində nəşr olunan "Kaspi" qəzetində müxbir kimi fəaliyyətə başlamışdı və bu qəzetlə əməkdaşlığını 1915-ci ilədək davam etdirmişdi. 1914-cü ildə Peterburq Universitetinin Hüquq fakültəsini bitirən Camo bəy Hacınski sonralar İqtisadçı ixtisasına da yiyələnmişdi. == Fəaliyyəti == Camo bəy 1915-ci ilin dekabrından 1917-ci ilin aprelinədək Batum vilayətində Dənizkənarı rayonda Birinci dünya müharibəsində zərərçəkənlərə yardım göstərmək məqsədilə yaradılmış Müsəlman Qaçqın Komitəsinin müvəkkili vəzifəsində çalışmışdı. O, "Nicat" Mədəni-Maarif Cəmiyyətinin işində də iştirak edirdi. 1916-cı ildə Müsəlman Dram Cəmiyyətinin, 1917-ci ildə isə Azərbaycan Arxeoloji Cəmiyyətinin yaradıcılarından biri olmuşdu.[mənbə göstərin] Camo bəy Hacınski 1917-ci ilin aprelində Rusiya Müvəqqəti Hökumətinin Zaqafqaziya Komitəsinin vəkili təyin edilmiş, həmin ilin iyulunadək bu vəzifədə çalışmışdı.
Camomilla
Çobanyastığı (lat. Matricaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Dünya florasının tərkibində çobanyastığının 50 növü yayılmışdır. Cinsin Qafqazda 3, o cümlədən Azərbaycanda 2 növünə təsadüf edilir. Botanika elmində işlədilən bitki adlarının nomenklaturasında dərman çobanyastığı başqa adla, yəni səhv olaraq "vulgare" kimi təqdim edilmişdir. Sonralar 1708–1777-ci illərdə yaşamış alman botaniki Haller bitkiyə "matircaria" adı vermişdir. Matircaria latın sözü olub "balalıq" və "uşaqlıq", "mater" isə "ana" mənalarını verir. Alim çobanyastığının güclü mualicəvi təsirə malik olduğunu qeyd edərək bildirir ki, bitki ilə bir çox xəstəlikləri, o cümlədən də "uşaqlığı" müalicə edirmişlər. Bitkinin növ adı isə "rectuta"dır (recutitus — hamar, çılpaq sözlərindən götürülmüşdür). Qədim romalılar isə bitkiyə "chamaemelon" adı vermişlər.

Digər lüğətlərdə