Cavanşirlər
Cavanşirlər — Azərbaycanın qədim soylarından biri. Qarabağda, qismən də İranda yaşayırlar. Bu soyun nümayəndələri 1747-ci ildən 1822-ci ilədək Qarabağda xanlıq ediblər. Qarabağdan olan bu sülalə türk-qızılbaş tayfalarından biri olan Əfşar tayfasından törəmişdir.
== Tarixi ==
=== Erkən illəri ===
Cavanşir sülaləsinin əcdadlarının bir zamanlar Türküstandan gəldiyi güman edilir. Rzaqulu xan Hidayət özünün Rozvat-üs Səfa əsərində bunu belə təsvir edir:
Səfəvi imperiyası dövründə Cavanşir tayfası Qarabağ üzərində təsirə malik olmaq üçün digər türk-qızılbaş tayfaları olan Qacarlarla mübarizə halında idilər. Osmanlı-Səfəvi müharibəsinin gedişatında Qarabağdakı Cavanşirlər Osmanlı imperiyasına tabe oldular. Bunun qarşılığı olaraq, 1612-1613-cü illərdə I Abbas Qacarlara Cavanşir tayfa başçılarını qətlə yetirmələrini əmr etdi. 1626-1627-ci illərdə Cavanşir tayfası I Abbas tərəfindən Qarabağın hakimi təyin edilən Davud xan Allahverdinin qaynı və gürcü Tulaşvili ailəsindən olan Novruz bəyin nəzarətinə verildi.
== Soyun və Qarabağ xanlığının yaranması ==
Əski monqol qurumlarında goran və orun adlı düzülüş sistemi vardı.