ciu-citsuçuluq

ciu-citsuçuluq
ciu-citsuçu
ciucitsuçu 2021
OBASTAN VİKİ
Ciu-Citsu
Ciu-citsu ―sənətinin (həmçinin jiu-jitsu, cü-cutsu, tai-cutsu, yawara və yawara-ge kimi tanınır) kökləri feodal Yaponiyada olmaqla yumşaqlığın sərtliyə qalib gəlməsi prinsipinə əsaslanır. O, ox atma və qılınc vurma kimi digər disiplinlərlə birlikdə inkişaf etdirilmiş və samuray döyüşçüsü üçün özü silahsız olsa belə, tam zirehli silahı olan rəqibdən özünümüdafiə etmək üsulu idi. == Ciu-citsu'nun inkişafı == Yalnız ciu-citsu hərəkətlərini öyrədən ilk tanınmış məktəb (Ryu) 1532-ci ildə Master Takenouchi Hisamori tərəfindən açılmışdır. Takenouchi məktəbi (Ryu) tutma sənətini (Kogusoku) öyrətdi və bu gün öyrədilən üslubdan fərqli olsa da, ümumiyyətlə bir çox müasir döyüş sənətlərinin əsası hesab olunur. Ciu-citsu sənəti XVII əsrdən etibarən daha da inkişaf etdi, bir çox samuray döyüşçüləri artıq müharibədən gəlir əldə edə bilmədilər, çünki ölkədə Edo Dövrü (1603 - 1868) kimi tanınan uzun müddətli mülki möhlət dövrü başladı. Qılınclar və yay və ox kimi digər silahlar samuraylardan başqa hamı üçün qadağan edildi, buna görə də silahsız döyüş texnikasını öyrədən döyüş sənəti məktəbləri bu dövrdə populyarlıq qazandı. Çindən Yaponiyaya mühacirət etmiş keşiş Çin Qenpin ciu-citsu tarixində mühüm şəxsiyyət olub. O, Tokiodakı Kokushij məbədində kunq-fudan əldə edilən təpik və zərbə üsullarını öyrətməyə başladı; burada onun tələbələri üç ronin (ustasız samuray), Fukuno Schichiroemon, Yoshin Miura və Isogai idi, onların hamısı öz məktəblərini qurdular. Ciu-citsu bu müddət ərzində bu və digər ustaların rəhbərliyi altında daha sistemli bir sənət formasına çevrildi və erkən ciu-citsu tətbiqinin zirvəsində ölkədə yeddi yüzdən çox ryu var idi. == Müasir dövrdə ciu-citsu tarixi == 1868-ci ildən Yaponiyada hakimiyyət Meiji Bərpası kimi tanınan şoqundan imperatora keçdi və 1871-ci ildən etibarən İmperatorun əmri samuray mədəniyyətinin bir çox aspektlərinin, o cümlədən döyüş sənətinin tətbiqinin qadağan edilməsi demək idi.
Braziliya ciu-citsusu
Ciqoro Kanonun tələbəsi olmuş Mitsuyo Maeda ondan öyrənmiş Cüdonu daha da sərt növü olan ciu-citsunu yaratmışdır. Ciu-citsu iki yerə bölünür İdman ciu-citsusu və Döyüş ciu-citsusu. Ciu-Citsu ilə məşğul olanların bilik və fiziki səviyyələrini ayırd etmək üçün müxtəlif bel kəmərləri verilir, beləki bu bel kəmərləri katalar göstərmək nəticəsində əldə edilir.
Döyüş Ciu-citsusu
Ciu-Citsu idman növündən əsasən güləş və cüdo fəndlərindən istifadə olunmağına baxmayaraq Döyüş Ciu-Citsusunda ayaq və əl zərbələrində icazə verilir. Döyüş Ciu-Citsusunda əsasən karate, cüdo, boks kimi idman növlərindən istifadə edilir. Döyüş Ciu-Citsusunda kimono ilə yanaşı baş geyimi(kaska),ayaq qoruyucusu, jilet kimi qoruyuculardan istifadə edilir. Əvvəllər əsasən Braziliyada çox istifadə edilən bu döyüş növünün, müasir dövürdə bütün dünyada yarışları və təlimləri keçirilir. İdman Ciu-Citsusunda olduğu kimi Döyüş Ciu-Citsusundada dərəcələri fərqləndirmək üçün kəmərlər vardır.
Azərbaycan Ciu-Citsu Federasiyası
Azərbaycan Ciu-Citsu Federasiyası və ya qısaldılmış adı ilə ACCF — Ciu-citsu idman növünə Azərbaycan Respublikasında nəzarət edən rəsmi qurum. 1998-ci ildə əməkdar məşqçi Mir-Əli Seyidovun rəhbərliyi altında bir sıra mütəxəssislər tərəfindən Azərbaycan Ciu Citsu Federasiyası yaradılıb. 20 aprel 2002-ci ildən etibarən, Azərbaycan Ciu Citsu Federasiyası, Beynəlxalq Ciu Citsu Federasiyası (JJIF – Jiu Jitsu İnternational Federation) üzvlüyünə qəbul edilmişdir.
Ciu-citsu üzrə Dünya Çempionatı
== Haqqında == Yarış Beynəlxalq Braziliya ciu-citsusu Federasiyasının təşəbbüsü ilə Amerikanın Kaliforniya ştatında Lonq Biç şəhərində keçirilir.
Ciu-citsu: yer naminə müharibə (film)
Ciu-citsu: yer naminə müharibə (ing. Jiu Jitsu) — rejissor Dimitri Loqotetisin 2017-ci ildə Loqotetis və Cim Makqrat tərəfindən yazılmış eyniadlı komiks əsasında çəkdiyi fantastik döyüş filmidir. Əsərin ekran adaptasiya versiyası olan filmdə əsas rolları Alen Mussi, Frenk Qrillo, Juju Çan, Toni Caa və Nikolas Keyc ifa etmişdirlər. Film 20 noyabr 2020-ci ildə ABŞ və Kanadada nümayiş olunmuşdur. Film Rusiyada isə 24 noyabr 2020-ci ildə onlayn kinoteatrlarda nümayiş olunmuşdur. == Süjet xətti == Min illərdir ki, dünya Qədim Döyüş Sənəti Ordeni tərəfindən mühafizə olunur. Bir yadplanetli irqi Yer kürəsini zəbt etdiyi zaman, ordenin döyüşçüləri, planeti mühafizə edərək onun ələ keçirilməsinin qarşısını almışdır. Ancaq buna baxmayaraq tarazlıq pozulmuş və növbəti işğal üçün rəvac yaranmışdır, amma bu işğal sonuncu ola bilər. Amneziyadan əziyyət çəkən müdafiə veteranı olan Ceyk bəşəriyyətə revanş almaq şansı vermək üçün sirli səyyah olan yeni nəsil Orden döyüşçüləri ilə birləşməlidir.