1. DÜŞMƏN (birinə qarşı düşmənçilik bəsləyən, birinə pislik etmək istəyən) [İzzət:] Düşmən nə qədər aciz olsa da; Məğrur olub, kiçik sanma dünyada (H.Cavid); ƏDU(VV) (kl.əd.) Əgər bütün bəşəriyyət əduvvi-canım ola; Ürək süqut etməz aldığı mətanətdən (C.Cabbarlı); QAC (məh.) Ölkəndə insanlar bir-birinə qac; Analar bir qarın çörəyə möhtac (S.Rüstəm); QANLI (qan düşməni) Hatəmxan: Biz qohum deyilik, qanlıyıq (S.Rəhimov); QANLIQAÇAQ (qan düşməni) Bayram: Mən özüm də qanlıqaçaq ollam (M.F.Axundzadə); QANLIBIÇAQ (dan.) Qaplan Balaca ilə qanlıbıçaq idi (H.Abbaszadə); QƏNİM Nardaranlılar Rzaquluya: ..Çopur Abdulla, Pələng Rzaqulu qənimindi (H.Abbaszadə); MÜDDƏİ (kl.əd.) Əvvəlinci: Bu hökmranların hamısı bir-birilə müddətdir (Ə.Haqverdiyev).
2. DÜŞMƏN (müharibədə əks cəbhədə vuruşan adam, dövlət və s.) Düşmən bütün cəbhə boyu ricət edirdi (M.Hüseyn); ƏLEYHDAR, MÜDDƏİ Gər sənə əfqanimi bihudə dersə müddəi (Füzuli); YAĞI Sərxoş ordusuyla qudurmuş yağı; Vermərik düşmənə, biz bu torpağı (Ə.Cəmil).
3. düşmən bax müxalif