Dünkerk

coğ. Dunkerque

dünən
dünya
OBASTAN VİKİ
Dünkerk
Dünkerk (fr. Dunkerque) — Fransanın O-de-Frans regionunda şəhər.
Dünkerk (rayon)
Dünkerk (fr. Dunkerque) — Fransanın Nor-Pa-de-Kale regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Nor. Suprefektura — Dünkerk. Rayonun əhalisi 2012-cı ildə 377 314 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 235 nəf / km² . Rayon ərazisi — 1608 km².
Dünkerk (film, 2017)
Dünkerk (ing. Dunkirk) — rejissor Kristofor Nolanın çəkdiyi müharibə dram filmi. Film Dünkerk əməliyyatı hadisələrinə — 1940-cı ildə Dünkerk döyüşündən sonra alman qoşunları tərəfindən Dünkerk şəhəri tərəfindən bloklanan İngilis, Fransız və Belçika birliklərinin dəniz yolu ilə boşaldılmasına əsaslanır. Film, ən yaxşı film və rejissorluq da daxil olmaqla 8 Oskar mükafatına namizəd göstərildi və nəticədə onlardan üçünü ən yaxşı montaj, ən yaxşı səs və ən yaxşı nominasiyalarını almışdır.
Dünkerk uğrunda döyüş
Dünkerk uğrunda döyüş (fr. Bataille de Dunkerque) — İkinci Dünya müharibəsi dövründə müttəfiqlər və Almaniya qüvvələri arasında 26 may - 4 iyun 1940 tarixlərində Vermaxtın Fransanın işğalı zamanı baş vermiş döyüş. Qəribə müharibə bitdikdən sonra 1940-cı il may ayının 10-da Fransa uğrunda həqiqi döyüş başladı. Şimalda alman ordusunun «B» qrupu Niderlandı ələ keçirərək cənub-şərqə Belçikaya doğru irəlilədi. Almanların üç tank korpusu Ardenlər üzərindən hücuma keçərək şimal-qərb istiqamətində La-Manşa doğru çıxdılar. Lord Con Qortun komandanlığı altındakı Britaniya Ekspedisiya Qüvvələrinin hissələri, 16-cı korpusun bir hissəsi olan Fransa hərbi birləşmələri və Belçika qoşunlarının qalıqları Dünkerk şəhərinin ərazisində sıxışıb qaldılar. Bununla da Dünkerk ətrafında müttəfiq orduları ilə Üçüncü Reyx qoşunu arasında mayın 26-dan iyunun 4-ə qədər döyüş baş verdi. == Tarixi == 1930-cu illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində uzunmüddətli fortifikasiya qurğuları sistemi tikildi. Bu istehkamlardan ibarət müdafiə sisitemi nazirin adı ilə Majino xətti adlandırıldı. Xətt 1929-1936-cı illərdə tikilib 1940-cı ilə qədər təkmilləşdirilmişdi.