1. sif. Ağlı və şüuru yerində olmayan, ruhi xəstə; divanə. Dəli arvad.
// İs. mənasında. Dəlilərə məxsus xəstəxana.
□ Dəli etmək (eləmək, qılmaq) – 1) ağlını başından almaq, ağıl və şüurunu itirməsinə səbəb olmaq, divanə etmək.
2) məc. hirsləndirmək, cinləndirmək, coşdurmaq, özündən çıxartmaq.
Dəli olmaq – 1) ağıl və şüurunu itirmək.
2) məc. özündən çıxmaq, qızmaq, hirslənmək, bərk əsəbiləşmək, coşmaq, azğınlaşmaq. Teymur kağıza baxan kimi dəli olur. “M.N.lətif.”.
2. is. Gic, axmaq, sarsaq, ağılsız, öz danışığını və hərəkətini bilməyən adam.
3. sif. məc. Azğın, coşqun, hiddətli, şiddətli, önüalınmaz. Dəli külək əsir.
4. is. məc. “Dəlisi” şəklində – bir şeyin düşkünü, mübtəlası, bir şeyə həddindən artıq məhəbbət və həvəs göstərən adam, bir şeyin aludəsi; vurğun. Kitab dəlisi. Teatr dəlisi. Futbol dəlisi.
5. sif. məc. Folklorda: dəlicəsinə qoçaq, igid, qəhrəman. Dəli Kərəm. Dəli Alı.
// İs. mənasında (adətən cəm şəklində). Koroğlunun dəliləri.
6. sif. məc. Ürkək, oynaq.
◊ Dəli şeytan deyir… – bir işi görməkdə tərəddüd bildirir.