DƏNİZ ZƏLZƏLƏSİ

okeanın altında baş verən zəlzələnin su kütləsini hərəkətə gətirməsi və okeanın səthində qeyri-adi nəhəng dalğaların əmələ gəlməsidir. Sualtı vulkanların püskürmələri də D.z.-nə səbəb olur. Dalğaların hündürlüyü bir neçə metrə (25 m-ə) çatır, nəhəng dalğalar iti sürətlə sahilə irəliləyir və dəhşətli fəlakətlərə səbəb olur. Yaponyada bu nəhəng dalğalara sunami deyilir. 1960-cı ildə Çilidə baş verən d.z.-nin sunamisi nəinki Çilidə, eyni zamanda Yaponiyada böyük fəlakətə səbəb oldu. 2004-cü il dekabrın sonunda Şərqi Asiyada (Hind okeanında) baş verən Sunami nəticəsində 160 mindən artıq insan həlak olmuşdur. Dalğanın hündürlüyü 10-12 m-ə çatmışdır.
DƏNİZ SUYU
DƏNİZİN DUZ KÜTLƏSİ
OBASTAN VİKİ
Dəniz zəlzələsi
Dəniz
Dəniz — Sualtı dağlar, okeanın cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
Axalkalaki zəlzələsi
Axalkalaki zəlzələsi — Axalkalakidə zəlzələ. 1899-cu il dekabrın 31-də olan zəlzələnin gücündən 247 adam həlak olmuş, 2500-ə qədər mal-qara məhv olmuş və 700-ə yaxın ev uçmuşdur. Zaqafqaziyanın əksər hissəsində müşahidə olunmuş bu zəlzələdən 30-40 kənd zərər çəkmişdir.
Bakı zəlzələsi
Bakı zəlzələsi (1842)
Bəm zəlzələsi
Bəm zəlzələsi — 26 dekabr 2003 ildə İranın qədim Bəm (Kirman ostanı) şəhərində yerli saatla 5:26, Rixter şkalası ilə 6,3 bal gücündə baş vermiş zəlzələ. Zəlzələ nəticəsində Bəm şəhərinin 200 min əhalisindən 35 min (səhiyyə naziri 70 min adamın [1]öldüyünü bildirmişdi) adam həlak olmuş, 22 mini yaralanmışdı. Tarixi şəhərin gil tikililərinin 90% dağılmışdı[2]. Zəlzələnin belə dağıdıcı nəticələri Bəm şəhərinin əksər tikililərinin 1989 il yerli normalara cavab verməməsi olmuşdur. İran hakimiyəti dünya ictimaiyətinə yardım üçün müraciət etmişdi. Qəzanın nəticələrinin aradan qaldırılması üçün 44 ölkə yardım üçün personal göndərmişdi, 60 ölkə isə təklif etmişdi. İran hakimiyətinin, dağılmış şəhərin əvəzinə yeni şəhər salmaq niyyətləri zəlzələdə sağ qalmış əhalinin etirazlarına səbəb olmuşdu.
Damğan zəlzələsi
Damğan zəlzələsi – 856-cı ilin 22 dekabr tarixində İranın Damğan rayonunda baş verən zəlzələ zamanı 200000-dən artıq insan həlak olub. Zəlzələnin gücü 7,9 bal olaraq qiymətləndirilir.
Gəncə zəlzələsi
Gəncə zəlzələsi (427) — Gəncədə 427-ci ildə baş vermiş zəlzələ. Gəncə zəlzələsi (1139) — Gəncədə 1139-cu ildə baş vermiş zəlzələ.
Haiti zəlzələsi
Haiti zəlzələsi – 12 yanvar 2010-cu ildə Cənubi Amerika ölkəsi Haitidə 7 bal gücündə baş verən zəlzələ zamanı 222000-dən çox adam həlak olub, 300000-dən artıq adam yaralanıb. 1,3 milyon insan yaşadığı yurdundan olub. 100000-ə yaxın ev təmamilə dağılıb. Haiti zəlzələsi 12 yanvar 2010-cu il yerli vaxtla saat 21:53:09-da episentri paytaxt Port-Au-Prinsdən 25 km aralıda olan 7.0 Rixter gücündə zəlzələ idi. Zəlzələ yerin 13 km dərinliyində baş verib.Amerika Birləşmiş Ştatlarının Geoloji Tədqiqatı 5.0 və 5.9 bal gücündə on dörd afterşok qeydə aldı. Zəlzələ nəticəsində Port-o-Prensdə böyük dağıntılar baş verib. Zədələnmiş ərazilərə Haiti Milli Sarayı (Prezident Sarayı), Haiti Milli Assambleyasının binası, Port-o-Prins Katedrali və mərkəzi həbsxana daxildir. Ölkə üzrə xəstəxanalar dağıdılıb və ya ciddi şəkildə zədələnib. Birləşmiş Millətlər Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Sabitləşdirmə Missiyasının (Haiti) paytaxtdakı baş ofisinin dağıldığını bildirdi. Missiyanın rəhbəri Hedi Annabinin yanvarın 13-də öldüyü prezident René Preval tərəfindən təsdiqləndi.
Hoey zəlzələsi
Hoey zəlzələsi — 28 oktyabr 1707-ci ildə yerli vaxtla saat 14:00-da Yaponiyada baş verən zəlzələ Bu zəlzələ 2011-ci ildə baş verən Tohoku zəlzələsinə qədər Yaponiya tarixində baş vermiş ən böyük zəlzələ olub. Bu zəlzələ cənub-qərbi Honşu, Şikoku və Kyüşü ərazilərində ciddi dağıntılara səbəb olub. Zəlzələ və dağıdıcı sunaminin qurbanlarının sayı 5000 idi. Bu hadisə Nankai megathrust zəlzələsinin bütün seqmentlərini alt-üst edən yeganə məlum zəlzələ kimi tarixə düşdü (8.6 ml miqyasında (bal) dəyərləndirilir). 29000 ev dağılıb, 5000 nəfər həlak olub. Zəlzələ nəticəsində ən azı əhəmiyyətli bir torpaq sürüşməsi baş verib (Şizuokada Ohya sürüşməsi). Bu sürüşmə Yaponiyada baş verən üç ən böyük sürüşmədən biridir və 1.8 km2 əhatə edir. Qiymətləndirilmiş həcm 120 milyon m3-dir.
Karpat zəlzələsi
Qori zəlzələsi — 1920-ci il fevralın 20-də Gürcüstanda baş vermiş zəlzələ. Bəzən bu zəlzələyə Karpat zəlzələsi də deyilir. Bir gündə iki güclü təkan, birincisi saat 00.00-da 5-6 ball gücündə, ikincisi isə saat 11.45 dəqiqədə dağıdıcı gücdə olmuşdur. Ən güclü təkanlar hiss edilmiş, 1 000 km^2 sahədə olan tikililərin 2/3 hissəsi uçmuş yaxud zədələnmiş, 150-yə qədər adam həlak olmuş və ağır yaralanmışdır. Qori zəlzələsi nəticəsində şəhərdə güclü dağıntılar baş vermişdir. Qoridə və ətrafdakı 30-a qədər kənddə xeyli evlər, kilsələr uçmuş, əyilmiş, şaquli oxu ətrafında dönmüşdür. Çox kəndlərdə zəlzələdən qabaq müəyyən müddət gurultu səsi eşidilmiş və bu müddət adamların evlərdən qaçmasına kifayət etmişdir. Dağlarda uçqunlar olmuş, bulaqlarda suyun miqdarı dəyişmiş, su bulanmış və başqa hallar müşahidə olunmuşdur. Əsası 1888-ci ildə qoyulmuş, Qori seminariyasının ruhani seminariyanın binası 1920-ci ildə Qoridə baş verən dəhşətli zəlzələ nəticəsində dağılıb. 1920-ci il fevralın 20-də Gürcüstanda zəlzələ baş vermiş, Qori şəhərində və ətraf kəndlərdə ciddi dağıntılar olmuş, minlərlə adam evsiz-eşiksiz qalmışdı.
Lyublyana zəlzələsi
Lyublyana zəlzələsi (sloven. ljubljanski potres) və ya Pasxa zəlzələsi (sloven. velikonočni potres) — 14 aprel 1895-ci ildə Lyublyanada baş vermiş zəlzələ. Pasxa zəlzələsi bu ərazilərdə baş vermiş ən böyük və son dağıdıcı zəlzələ oldu. Merkalli şkalası ilə VIII-IX, Rixter cədvəli üzrə 6.1 bal gücündə zəlzələ yerli vaxtla gecə 22:17-də baş verdi. Zəlzələnin episentri Yançda, Lyublyananın mərkəzindən 16 km şərqdə yerləşirdi. Hiposentr 16 km dərinlikdə yerləşirdi. Zəlzələ Assizi, Florensiya, Vyana və Split şəhərləri də daxil olmaqla, 350 km radiusda və 385 min km² ərazidə hiss edildi. Zəlzələ başa çatdıqdan sonra 10 gün ərzində daha az intensivlikdə 100-dən çox zəlzələ qeydə alındı. Zəlzələ İq və Vodise qəsəbələri arasında, 18 km radiusda olan ərazilərə çox ziyan vurdu.
Məmə zəlzələsi
Məmə zəlzələsi (ing. Boobquake) — İranda dəhşətli zəlzələ meydana gəldikdən sonra 2010-cu ildə iranlı din alimi höccətülislam Kazım Siddiki zəlzələlərə qadınların dekolteli geyinməsi səbəb olduğunu bildirmişdi. Bunun ardınca 26 aprel 2010-cu ildə 200.000 qadın dekolteli geyinərək zəlzələ yaratmağa çalışdı, ancaq buna müvəffəqiyyətli ola bilmədilər. Nəticədə tarixə bu hadisə "boobquake" – yəni "məmə zəlzələsi" kimi düşdü. 2010-cu ilin aprel ayında Tehranda cümə namazı zamanı höccətülislam Kazım Siddiki dindarlara deyirdi: "Ədəblə geyinməyən qadınların çoxu cavan oğlanları yoldan çıxarır, onları pis yola çəkir, cəmiyyətdə xəyanət yayırlar. Bu da nəticədə zəlzələlərin artmasına gətirib çıxarır". Bundan sonra ABŞ-dən olan 22 yaşlı tələbə Cennifer Makkreyt (ing. Jen McCreight) internetdə sosial şəbəkələrdə təklif etdi ki, aprelin 26-sı "Məmə zəlzələsi günü" qeyd olunsun. Dünyanın müxtəlif ölkələrindən minlərlə qadın aprelin 26-da döşlərinin yarıaçıq şəklini yayaraq "Görək, zəlzələ olacaqmı" deyə zarafat edirlər. Cennifer Makkreyt o zamandan bəri statistika da aparıb.
Qori zəlzələsi
Qori zəlzələsi — 1920-ci il fevralın 20-də Gürcüstanda baş vermiş zəlzələ. Bəzən bu zəlzələyə Karpat zəlzələsi də deyilir. Bir gündə iki güclü təkan, birincisi saat 00.00-da 5-6 ball gücündə, ikincisi isə saat 11.45 dəqiqədə dağıdıcı gücdə olmuşdur. Ən güclü təkanlar hiss edilmiş, 1 000 km^2 sahədə olan tikililərin 2/3 hissəsi uçmuş yaxud zədələnmiş, 150-yə qədər adam həlak olmuş və ağır yaralanmışdır. Qori zəlzələsi nəticəsində şəhərdə güclü dağıntılar baş vermişdir. Qoridə və ətrafdakı 30-a qədər kənddə xeyli evlər, kilsələr uçmuş, əyilmiş, şaquli oxu ətrafında dönmüşdür. Çox kəndlərdə zəlzələdən qabaq müəyyən müddət gurultu səsi eşidilmiş və bu müddət adamların evlərdən qaçmasına kifayət etmişdir. Dağlarda uçqunlar olmuş, bulaqlarda suyun miqdarı dəyişmiş, su bulanmış və başqa hallar müşahidə olunmuşdur. Əsası 1888-ci ildə qoyulmuş, Qori seminariyasının ruhani seminariyanın binası 1920-ci ildə Qoridə baş verən dəhşətli zəlzələ nəticəsində dağılıb. 1920-ci il fevralın 20-də Gürcüstanda zəlzələ baş vermiş, Qori şəhərində və ətraf kəndlərdə ciddi dağıntılar olmuş, minlərlə adam evsiz-eşiksiz qalmışdı.
Raça zəlzələsi
Raça zəlzələsi - Gürcüstanın Oni rayonunda 29 aprel 1991-ci ildə Qrinviç vaxtı ilə saat 09:12:48.1-də ardıcıl olaraq üç təkanla qeydə alınmışdır. Onların maqnitudaları Ms=6.1, Ms=5.5, Ms=6.2 olmuşdur. Episentrdə zəlzələnin intensivliyi MSK-64 seysmik cədvəli üzrə 9 balla qiymətləndirilmiş, afterşokları isə aylarla davam etmişdir. Bu zəlzələ 200-dən artıq insan itkisinə səbəb olmuş, 60 000-dən artıq adam evsiz qalmış, ümumilikdə isə 1000 km²-dən artıq əraziyə zərər dəymişdir.
Spitak zəlzələsi
Spitak zəlzələsi (həmçinin Leninakan zəlzələsi, Gümrü zəlzələsi də adlanır) — 7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş 7 bal gücündə zəlzələ. Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Leninakan (hazırkı Gümrü), Kirovakan (hazırkı Vanadzor) və Stepanavan şəhərlərini dağıdıb. Ümumilikdə zəlzələdən 21 şəhər, eləcə də 350 kənd (58-i tamamilə dağılıb) ziyan çəkib. Rəsmi məlumatlara görə, 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistanın şimalına güclü zərbə vurub və respublikanın 40 faizinə təsir edib. Yeraltı təkanlar İrəvan və Tiflisdə də hiss edilib. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb. Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan olub. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük qrupu təyyarə qəzasına düşmüşdü. İL-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu.
Tyanşan zəlzələsi
Tanşan zəlzələsi (əsrin faciəsi) — 1976-cı il iyul ayının 28-də Çinin Xubey əyalətinin Tanşan şəhərində baş verən zəlzələ. 1976-cı il iyul ayının 28-də Çinin Xubey əyalətinin Tanşan şəhərində baş verən zəlzələnin nəticələri çox ağır olmuşdur. Tarixə XX əsr faciəsi kimi düşmüşdür. Çin rəsmiləri zəlzələnin 242 min nəfərin həyatına son qoyduğu barədə məlumat yaydılar. Ancaq dağıntı yerində xarici ölkə nümayəndələri azı 800 min nəfərin həlak oduğu qənaətinə gəldilər. Zəlzələ o qədər güclü idi ki, onun təsirindən nəinki Tanşan şəhəri yerlə yeksan oldu, həm də hadisə yerindən 140 kilometr məsafədə yerləşən Pekin və Tyanstzin şəhərində dağıntılar baş verdi. Ümumiyyətlə isə, zəlzələ 5,3 milyon evin dağılmasına yol açdı. Bu zəlzələ tarixdə həcminə görə, Şensi (1556-cı il) və Hind okeanında (2004) baş verən zəlzələlərdən sonra üçüncü ən böyük təbii fəlakət hesab edilir.
Təbriz zəlzələsi
Təbriz zəlzələsi (1641)
Vulkan zəlzələsi
Vulkan zəlzələsi (rus. вулканическое землетрясение, ing. volcanic earthquake, earth shocks) — vulkan püskürməyə hazırlaşdığı və ya bilavasitə püskürməsi prosesində maqmanın hərəkəti zamanı kanalın divarlarının titrəməsi nəticəsində yer səthinin zəif titrəyişi.
Zaqatala zəlzələsi
Zaqatala zəlzələsi (1936)
Şamaxı zəlzələsi
Şamaxı zəlzələsi (1667) — 1667-ci ildə Şamaxıda baş vermiş zəlzələ. Şamaxı zəlzələsi (1859) — 2 dekabr 1859-cu il Şamaxı quberniyasında baş vermiş zəlzələ. Şamaxı zəlzələsi (1872) — Şamaxıda zəlzələ. Şamaxı zəlzələsi (1902) — Şamaxının sonuncu ən dəhşətli zəlzələsi 1902-ci il yanvar ayının 31-də baş vermiş zəlzələ. Şamaxı zəlzələsi (1952) — Şamaxıda zəlzələ. Şamaxı zəlzələsi (2019) — Şamaxıda zəlzələ.
Ərdəbil zəlzələsi
Ərdəbil zəlzələsi – 893-cü il 23 mart tarixində baş verib. Zəlzələnin gücü dəqiq məlum deyil. Fəlakət nəticəsində 150000-dən artıq insan ölmüşdü.
Lorka zəlzələsi
Lorka zəlzələsi — 2011-ci ildə Lorka zəlzələsi (İspanca: Terremoto de Lorca de 2011) saat 18:47-də baş vermiş 5,1 MV gücündə zəlzələ idi. 11 may 2011-ci il tarixində CEST (16:47 UTC) Lorka şəhəri yaxınlığında, Mursiya bölgəsində, İspaniyada əhəmiyyətli yerli ziyana səbəb oldu. Zəlzələdən əvvəl saat 17:05-də (UTC 15:05) 4,4 (MV) gücündə zəlzələ baş vermiş və bu, Lorka qalasının tarixi Espolon qülləsi, San Klemente Ermitajı və o cümlədən ərazidəki bir çox köhnə tikililərə ciddi ziyan vurmuşdur. Ümumilikdə 9 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Zəlzələ 1956-cı ildə Qranadanın Albolote şəhərinin qərbində baş verən 5,0 MV gücündə zəlzələdən sonra bölgəni vuran ən güclü zəlzələ idi. Maqnitudası 5,1 MV olan əsas təkan 11 may 2011-ci il tarixində yerli vaxtla saat 18:47-də (16:47 UTC) İspaniyanın Lorka bölgəsində, 6,7 km (4,2 mil) dərinlikdə ölkənin daxili hissəsində baş verib. Cənub Pireney yarımadasının çox hissəsi, xüsusən də Mursiya bölgəsi Avrasiya və Afrika plitələrini ayıran plitə sərhədinin formalaşdığı ümumi seysmik fəaliyyətin tektonik zonasında yerləşir. Bununla belə, bölgədəki yeraltı təkanlar hiss edilən maqnitudaları keçmir. Zəlzələnin 40 ilə 50 km (25 ilə 31 mil) arasında olan qeyri-adi dayaz qırılma boyunca əsas Alhama de Mursiya qırağı yaxınlığında vurma sürüşməsinin birbaşa nəticəsi olduğu təxmin edildi. Yerli mütəxəssislər həmçinin nasazlığın yaxınlığında səthdə qırılmaların olduğunu bildiriblər.
Tohoku zəlzələsi
Martın 11-də ümumdünya vaxtı ilə saat 05:46-da (YSV ilə saat 14:46-da) Yaponiyada 8,9 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı Miyaqi prefekturası sahillərindən 130 kilometr uzaqlıqda Sakit Okeanda yerləşib. Yaponiya Geologiya Xidməti bundan əvvəl zəlzələnin gücünün 7,9 bal olduğu, 4–6 metr hündürlükdə sunami dalğalarının gözləndiyini bildirmişdi. Bölgədə hələ də ardıcıl təkanlar davam edir. Yaponiyanın şimal-şərq sahillərini sunami vurub. Senday liman şəhərində dalğanın hündürlüyü 10 metrə çatıb. Tokio və ətrafındakı yaşayış məntəqələrində ən azı 4 milyon ailənin elektrik enerjisi ilə təminatı dayanıb. Tokioda və Miyaqi prefekturasında çoxlu sayda zərərçəkənlər var, onların dəqiq sayı açıqlanmır. Tokioda metro və yüksəksürətli elektrik qatarlarının hərəkəti dayandırılıb. Miyaqi və Fukusima prefekturalarında 4 atom elektrik stansiyasının fəaliyyəti avtomatik dayandırılıb.
Dəniz (albom)
Dəniz – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 80 dəqiqəlik kompakt-diskə 18 mahnı daxildir. Kompakt-disk Almaniyada istehsal olunub və BMF Records şirkəti tərəfindən buraxılıb. BMF Records dünya standartına cavab verən məhsulunu istehsal edən ilk rəsmi Azərbaycan rekord-leyblidir. Disk üzərindəki unikal ştrix-kod sayəsində albom haqqındakı bütün məlumatlar Dünya Musiqi Məlumatlar Bazasında qeydə alınıb. Azərbaycandan Dünya Musiqi Məlumatlar Bazasına daxil olan ilk CD-dir. Albom Almaniyada istehsal olunub, dizaynı Miraslana məxsusdur. Alboma Mikayıl Vəkilov, Hüseyn Abdullayev, Kamal, Minayə xanımın, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Muxtar, Emil Şahin, İsa Məlik, Emin Kərimi, Sahib Məmmədov, Günel Sərdar qızı və Emin Məcnunbəylinin mahnıları daxil edilib. Albom üçün foto-sessiya Xəzər dənizinin sahilində fotoqraf Emil Ağayev ilə həyata keçirilib. Müğənninin stili və qrimi illər boyu əməkdaşlıq etdiyi "Trend studio" tərəfindən yerinə yetirilib.
Dəniz Akkaya
Dəniz Akkaya (türk. Deniz Akkaya; 3 avqust 1977, İstanbul) — Türkiyə modeli, aktrisası və aparıcısı. Dəniz Akkaya 1977-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Kayserinin Akören rayonunun Uzunyayla kəndindən olan çərkəz mənşəli ailədəndir. Təhsil həyatını İstanbulda keçirmişdir. İbtidai təhsilini Faiq Rəşid Onat adına ibtidai məktəbdə, orta təhsilini Bilgə Kaan Özəl Sınaq adına liseydə, liseyi isə Semiha Şakir adına özəl sınaq liseyində keçirmişdir. İstanbul Universitetinin ABŞ dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Teatrda və kinoda rol almışdır. "Maskalı beşlər: Kipr", "Vizontele Tuuba", "Məktəb" onun rol aldığı filmlərdən bəziləridir. Onun biznesmen Efe Önbilginlə evliliyindən Ayşə (10 dekabr 2009-cu il təvəllüdlü) adlı bir qızı var.